AMEA Folklor İstitutunun dissertantı
Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olmuşdur. Ruhani ailəsində doğulan Hüseyn öz ilk təhsilini də Naxçıvan Molla məktəbində almışdır. Orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almış, Təbrizin Talobiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. Sonra isə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirərək əvvəl Naxçıvanda, sonra isə Gəncədə və Tiflisdə 1915-ci ildən isə Bakıda müəllimlik peşəsi ilə məşğul olmuşdur.
Hüseyn Cavid yaradıcılığı çoxşaxəli olmaqla yanaşı, sevilən, düşündürən, tərbiyə edən əsərləri ilə yaddaşlarda iz salmışdır. Hüseyn Cavid adi şair, dramaturq, yazıçı kimi fəaliyyət göstərməmişdir. O, klassik Azərbaycan ədəbiyyatını inkişaf etdirməklə yanaşı XX əsr Azərbaycan Mütərəqqi romantizminin banilərindən sayılır. O, Azərbaycan ədəbiyyatında xüsusi mövqeyə malik ilk mənzum faciə və dramların müəllifi olmaqla daha çox dramaturq kimi tanınmışdır. Tarixi faciələri, ailə-məişət dramları öz üslubuna, forma yeniliyinə görə ən yüksək zirvəyə çatmış, milli teatrımızın inkişafına qüvvətli təkan vermiş, “Cavid teatrı” kimi səciyyələndirilərək Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmışdır. Çünki, onun dram əsərlərində yaşadığı dövrün real gerçəklikləri, ümumbəşəri, eləcə də, böyük ictimai-siyasi və mədəni əhəmiyyət kəsb edən problemləri öz əksini tapmışdır. Belə ki, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan, müəllifin 1914-cü ildə qələmə aldığı “Şeyx Sənan” əsərinə nəzər salsaq görərik ki, bu əsərdə şair-dramaturq ümumbəşəri bir ideyanı, xalqları bir-birinə qovuşdurmaq ideyasını ortaya atmışdır və “Bu dövrdə haqq verilmir, alınır” ideyasına gəlib çıxmışdır. Yaxud onun yaradıcılığında ən mühüm yer tutan, 1919-ci ildə yazdığı “İblis” faciəsini götürək. Bu mənzum faciədə dövrün bütün mürtəce qüvvələri şairin “XX əsrin mədəni vəhşiləri” hesab etdiyi “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları öz əksini ümumiləşdirilmiş bir obrazda, “İblis” surətində tapmışdır. Bu əsəri ilə şair işğalçı müharibələri kəskin surətdə pisləmiş, onu yaradanlara lənət yağdırmışdır.
Yaşadığı dövrdə harada olursa olsun Cavidi düşündürən məsələlər onun hər hansı bir əsərində mütləq öz əksini tapmışdır. Məsələn, 1930-cu ildə yazdığı “Telli saz” dramında və “Kor Neyzən” poemasında o, Cənubi Azərbaycanda “Şahənşahlıq” dövründə,onun üsul idarəsi altında əzab çəkən ziyalıların ən adi insan hüquqlarından belə məhrum edilməsi məsələlərini vətənpərvərcəsinə işıqlandırmışdır.
Bundan başqa 1922-ci ildə yazdığı “Peyğəmbər”, 1925-ci ildə qələmə aldığı “Topal Teymur”, 1933-cü ildə çap olunmuş “Səyavuş” və ən nəhayət 1935-ci ilin məhsulu olan, dillər əzbəri “Xəyyam” şairin tarixə və tarixi şəxsiyyətlərə baxışını əks etdirir.
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründəsosializmin “Nailiyyətlərindən” yazmağı özünə rəva bilməyən, Stalini, Azərbaycanın ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçıran şairi Sibir buzlaqlarına, Maqadana sürgün etmişlər və 5 dekabr 1941-ci ildə o, İrkutsk Vilayətinin, Tayşet rayonunun “Şevçenko” kəndində həlak olmuşdur.
Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı “Uçurum” mənzum pyesində daha qabarıq şəkildə biruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin “H.Cavidin sənəti haqqında qeydlər”ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.
Bu pyesdə romantizmlə realizm iç-içə qoyulmuşdur. Sevgi və eşq şairi, böyük ideyalar dramaturqu, romantrizmin banilərindən olan Cavid bu əsərində bir ailə faciəsini ümumiləşdirərək oxucularına təqdim etmişdir.
Əsərin qəhrəmanı Cəlal gənc bir rəssamdır və eyni zamanda yüksək mədəniyyətə sahib olmaq üçün Avropaya üz tutan və bu yolla “mədəniləşmə” anlayışının mənfi tərəfini təmsil edən, həmin dövr üçün xarakterik bir obrazdır. O, rəssamlıq fəaliyyətini və bu sənətlə bağlı anlayışlarını daha da inkişaf etdirmək məqsədilə Parisə,İtaliyaya getmək istəyir və istədiyinə nail olaraq Parisə gedir. O, qısa bir müddətdə dəbdəbəli bir həyata düşür və hətta özünə Anjel adında bir məşuqə də taparaq onunla eşq həyatı yaşayır. Cəlalı bu həyata cəlb edən də onun çaşqınlıqdan dəyişən psixoloji durumundan istifadə edən Əkrəmdir. Əsərdə Cəlal “mədəniləşmə” anlayışının Avropa ölkələrinə gedib şəhvani zövq girdabına düşərək, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat keçirtməkdə görən gənclərin bariz nümunəsidirsə, onunla Parisə təhsil almaq arzusu ilə gedən İldırımın ədəbli, namuslu və nümunəvi davranışları isə məqsədyönlü şəkildə öz gələcəyini düşünən ağıllı, dərrakəli gənclərə misal ola bilər.
Cəlal kimi gənclərin məqsədi Avropalı qiyafəsində,onların adətlərini təqlid etmək və onlara bənzəməyə çalışmaqdır. Pyesdə onların doğma yurda, öz ölkələrində olan mənəvi dəyərlər, adət-ənənələr, ailə münasibətləri ilə Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı qarşılaşdırılır.
Belə ki, pyesdə Türk ailə münasibətləri, ər və arvadın bir-birinə olan saf eşqi və bu eşqə sədaqəti, əxlaqsız Anjelin zəngin Fransız sevgilisi Edmond ola-ola Cəlalla da eşq həyatı yaşaması, Edmondun bunu bilə-bilə Anjeldən əl çəkməməsi və eyni şəkildə Cəlalın da onu tanıması və yenə də Anjellə münasibətini davam etdirməsi ilə qarşılaşdırılır və Cavidin fransız məişətinə və onun zəminində ailə münasibətləri və adətlərinə tənqidi baxışları açıqca görünür. Türk ailə münasibətləri isə ucaldılır. Bundan başqa Anjelin İrandan, Moskvadan və s. yerlərdən gələn varlı, zəngin gənclərlə tanış olaraq gündə bir sevgili dəyişdirməsi və hər sevgilisindən bahalı hədiyyələr alması onu və bu tərzdə yaşayan fransız qızlarını ifşa edir. Təzə evlənmiş Cəlalın İstanbulda yolunu gözləyən vəfalı, saf, ismətli Göyərçin isə öz namusu və qeyrəti ilə oxucuların gözündə daha da ucalır.
Bütün bu qarışıqlıq içərisində mənasız həyatla yaşayan Cəlalı da ora sürükləyən Əkrəm belə Cəlalla İldırımın Fransaya səyahətindən sonra onlara məhəbbət hissi ilə xatırladığı öz doğma yerləri, əvvəlki həyatını bu cür dilə gətirir.
Əvət, bu pək gözəl düşüncə, lakin
Səyahətlərdən zövq alan bir Türk üçün.
Krım yalıları, İdil boyları,
Qafqaz dağları, Şanlı Türk soyları
Birər sərgidir – seyrinə doyulmaz,
Gənc bir rəssam üçün dəyərsiz olmaz.
Həm nə həqiqi lövhələr, bilsəniz!
öz təsdiqini Hər zövqü, hər qəlbi oxşar şübhəsiz.
Eləcə də, Cəlalın həyat yoldaşı Göyərçinin atası Uluq bəyin Fransa ilə bağlı düşüncələrində də məhz bu fikir öz təsdiqini tapır. Uluq bəy Fransaya gedən gənclərə məsləhət verərək uğurlu yol arzulayır.Eyni zamanda doğma vətənlə onun adət-ənənələri ilə əcnəbi ölkədəki həyat qarşılaşdırılır və bu misralarda da H.Cavidin fransız yaşayış tərzinə olan tənqidi açıq-aşkar hiss olunur.
O,gənclərə başa salır ki,bir çoxları sizin kimi bu yolla getmiş,lakin əziyyətləri hədər olmuşdur.Yəni onlar bilməlidirlər ki,bu yad ellər həm onları arzularına çatdıra bilər,həm də bu arzuları söndürə bilər.Uluq bəyin dili ilə H.Cavid göstərir ki,Avropada işıq da var,zülmət də,kef çəkmək də var,bilik almaq da.O,Avropanı elə bir əngin,qorxunc dənizə bənzədir ki,insan bu dənizə girib həm inci tapar,həm də boğulub ölə bilər.
Buna görə ayıq-sayıq olmalısınız ki, sizi yolunuzdan etməsinlər, başqa bir yola çəkməsinlər. Mətin olun ki, siz ora qarşınızda qoyduğunuz məqsədə çatmağa, elminizi artırmağa gedirsiniz.Uluq bəyin bu sözləri ilə bir daha nəzərə çarpdırılır kı, Avropada elm və mədəniyyətlə yanaşı əxlaqsızlıq və cəhalət dolu bir “dünya” da vardır və Uluq bəy də məhz Avropa elm və həyatının“müsbət cəhətlərini götürüb, mənfi cəhətlərini rədd etməyi” məsləhət görür.
Bundan əlavə Uluq bəyin Ustanbullu gənclər haqqında söylədiyi sözlər də çox maraqlıdır:
“O gün ki, İstanbulda
Genclik Fransızlaştı
Gittikçe Türk evladı
Uçuruma yaklaştı.
Yurdumuzu sardıqça
Düşkün Paris modası,
Herkesçə örnək oldu
Sersem Frenk edâsı,
Sarhoşluk, iffetsizlik
Sardı bütün gençleri,
Zehirlendi gittikçe
Memleketin her yeri
Kahraman Oğuzların,
Böyük Ertuğrulların
Sarsılmaz halefleri
İmdi hep sapkın, azğın...
Avrupa’dan – fazilet,
Himmet, ciddiyet, vakar
Dururken-yalnız çürük
Bir züppelik aldılar”. (H.C.əsərləri s.379)
H.Cavid bu pyesdə fransız qadını Anjelin əxlaqsız, ərinə xəyanət edərək pozğun bir həyat keçirməsini təsvir edərkən istər istəməz öz millətinə, dininə göstərdiyi hörmət və məhəbbət Türk qadınının vəfası, namusu və öz ərinə sadıqliyini qarşılaşdırdığı zaman üzə çıxır və yüksəldilir. Cəlalın arvadını o, əsl adı Müsəmma olduğu halda öz ərinin yolunu gözləyən bir göyərçinə bənzətdiyi halda, Anjel üçün simvolik olaraq “Şeytan ruhlu bir mələk” və “lətif, ancaq, zəhərli bir çiçək” ifadələrini işlədir. Bu ifadələr şairin əslində Avropalı qadını rədd etməsi kimi başa düşülür.
Pyesin sonluğu ailə faciəsi ilə bitir. Belə ki, dəbdəbə və kef düşgünü olan zəif xarakterli Cəlal Avropanın tiryək kimi şirnikləndirici lakin zərərli, səfalət dolu çürük həyatına təslim olur və mənəviyyatca dəyişir. İstanbula qayıdarkən o, öz məşuqəsi Anjeli də özü ilə bərabər gətirir. Bu da sözsüz ki, ailə münasibətlərinin korlanmasına gətirib çıxarır. Hətta bir gün Cəlal sərxoş halda öz arvadı Göyərçinlə dalaşarkən, arvadının qucağında olan yenicə doğulmuş Menekşe yerə düşür vəölür. Ayılanda öz ailəsinin dağılmasına və öz doğma qızının ölümünə səbəb olduğunu dərk edən Cəlal bu vicdan əzabına dözə bilməyərək özünü uçuruma ataraq intihar edir.
Pyesin sonunda kənd həyatının təsvir edildiyi bir səhnədə özünü uçuruma atmazdan əvvəl Cəlalın söylədiyi sözlərlə Hüseyn Cavid Avropanın aldadıcı dəbdəbəli görüntüsünün bir uçurum olduğunu və Cəlal kimi zəif xarakterli insanları fəlakətə sürüklədiyini bu cür ifadə edir.
Uçurum: qaranlıq, çıxılmaz yolum,
Uçurum: uçurum yaldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fäzalar.
Uçurum: uçurum çılğın dähalar,
Uçurum: sürəkli, çoşqun alqışlar,
Uçurum: uçurum süzgün baxışlar,
Uçurum: şu çirkin, şu alçaq häyat,
Uçurum: uçurum bütün kainat!... (s.388)
İstifadə olunan ədəbiyyatın siyahısı
1. H.Cavid, Seçilmiş əsərləri, bakı, “Yazıçı” nəşriyyatı 1982
2. Məmməd Cəfər “H.Cavidin sənəti haqqında qeydlər” Cavidi xatiılarkən, Bakı “Gənclik” 1982 s.132
3. Erdoğan Uyğur “Hüseyn Cavid: Edebi fealiyyetleri və Topal Teymur pyesi”, Ankara, 2004, səh.17-20
Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM