Riyad Rüstəmli
BDU, Politologiya və sosiologiya kafedrası
Maraq qruplarının funksiyalarının mahiyyəti, xarakteri və qarşılıqlı əlaqəsi onların təsnifatı ilə bilavasitə bağlıdır. Bu prinsipi nəzərə almayan bəzi tədqiqatçılar nədənsə əvvəl, maraq qruplarının funksiyaları və onların qarşılıqlı əlaqəsi, sonra isə onun təsnifatı barədə mülahizə yürütməyi məqsədəuyğun hesab edirlər. Maraq qruplarının funksiyalarının xarakteri, məcmusu və qarşılıqlı əlaqəsi məhz onların təsnifatı ilə şərtləndiyi üçün ilk növbədə maraq qruplarının təsnifatını müəyyələşdirməyə cəhd etmək daha düzgündür. Sosial maraqların təqdimatının məqsəd və metodlarından, hakimiyyətə təsir etmək üçün istifadə olunan resurslardan və üsullardan, eləcə də fəaliyyətinin parametrlərindən asılı olaraq onlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Belə ki, çoxsaylı təsnifatlar arasında qrup maraqlarının bölgüsünü onların birməqsədli fəaliyyət xarakterinə görə (təşəkkülü və mövcudluğu yalnız müəyyən məqsədə bağlı olan) və eləcə də çoxməqsədli (fəaliyyəti bir məsələ ilə məhdudlaşmayan) fəaliyyəti baxımından aparmaq olar. Belə təsnifləşdirmə Fransız politoloqu M.Dyuverjenin təsnifatı ilə bağlıdır. O, maraq qruplarını xüsusi (yalnız siyasi fəaliyyətlə məşğul olan) və natamam (biznesin və s. təşkili ilə bağlı olan və daha geniş sosial funksiyalar dairəsini yerinə yetirən) hissələrə ayırır.
Maraq qruplarının daha geniş təsnifatı ərazi əlaməti (yalnız bir regionda formalaşan və fəaliyyət göstərən qruplar), fəaliyyətin səviyyəsi və miqyası (məsələn, hakimiyyətin mərkəzi və yerli orqanlarında fəaliyyət göstərən təzyiq qrupları) ilə bağlı yayılmışdır. T.Day və R.Ziqner sayı baxımdan simvolik uğurlar əldə etmək qabiliyyətinə malik kütləvi qrupları, eləcə də öz məqsədlərinə əzmkarlıqla nail olan çoxsaylı qruplaşmaları fərqləndirir. Ölkə əhalisinin və xariciölkələrin əhalisinin maraqlarını ifadə edən, icraedici və nümayəndəli dövlət orqanlarında fəaliyyət göstərən maraq qrupları da fərqləndirilir. Politoloji ədəbiyyatda mürəkkəb, kompleks meyarlardan istifadə edən, sistemləşdirilmiş maraq qruplarının da təsnifatına ciddi cəhd edilir. Belə qruplar sisteminə anomik, institutsional, assosiativ və qeyri-assosiativ maraq qrupları aid edilir. Bu və ya digər stiuasiyaya öz-özünə reaksiya nəticəsində kortəbii yaranan qruplar anomik qrup hesab olunur (məsələn, güruhun-camaatın meydana çıxması, nümayişlərin keçirilməsi). Məşhur qərb politoloqu P.Şaranın fikrincə, belə qrupları fərqləndirən cəhət ondan ibarətdir ki, daimi mütəşəkkil fəaliyyətə malik deyillər. Dövlətlə siyasi münasibətə cəlb edilməkdə qeyri-müntəzəmlik nəzərə çarpır. Onların daxili strukturu bir qayda olaraq mükəmməl səviyyədə deyil, əvvəlki təşkilat formaları ilə varisliyə cəhd etmir. Mütəşəkkilliyin olmaması nəinki onların fəaliyyətinin effektliyini aşağı salır, eləcə də praktiki olaraq gücdən istifadə etmələrini qabaqcadan müəyyənləşdirir (1,.s, 213).
Anomik qrupların əksinə olaraq institutsional qruplar müəyyən təşkilati struktura malik olan formal birliklərdir, ciddi funksiyaları və peşəkar kadr aparatı ilə fərqlənirlər. Onların məqsədyönlü fəaliyyəti daha effektlidir. Lakin bu tipli qruplar xüsusi siyasi struktura malik deyildir, bir qayda olaraq öz strukturunu digər məqsədlər üçün yaradılan, hakimiyyətə təsiri həyata keçirən strukturlara uyğunlaşdırmağa çalışırlar.
Qeyri-assosiativ qrupların yaranması mənbəyi kimi qohumluq, dini və sosiomədəni əsasda təşəkkül tapan insanların qeyri-formal və qeyri-könüllü birlikləri çıxış edir. Buraya elmi və tələbə cəmiyyətləri, dini məzhəblər aiddir. Anomik qruplar kimi onlar da daimi deyil, pis strukturlaşıb və həmişə effektli təsir bağışlamır.
Assosiativ qruplar maraq nümayəndəliyi kimi ixtisaslaşan və siyasi məsələlərin həllinə istiqamətlənən (həmklarlar ittifaqı, sahibkarlıq assosiasiyaları, vətəndaş hüququ uğrunda hərəkat) könüllü birliklər kimi səciyyələnir. Onlarınmütəşəkkil və kadr strukturu, maliyyə vəsaitlərindən istifadə qaydası öz məqsədlərinə çatmalarını stimullaşdırır.
Məşhur nəzəriyyəçi U.Fon Alemann maraq qruplarının təsnifatını onların fəaliyyət sferası üzrə müəyyənləşdirməyi təklif etmişdir. Bu əlamətlərə görə aşağıdakı fəaliyyət sferaları nəzərdə tutulur: maraqları iqtisadi sferada və əmək sahəsində təşkil edilən assosiasiyalar (sahibkarlıq birlikləri, istehlak ittifaqları, həmkarlar ittifaqları və s.); sosial sferada təşkil edilən (sosial hüquqları müdafiə edən birliklər, xeyriyyəçi ictimai ittifaqlar, yardım qrupları və s.); asudə vaxt və istirahət sferasında olan (idman ittifaqları, ünsiyyət dəməkləri və s.); din, elm və mədəniyyət sferasında fəaliyyət göstərən (kilsələr, məzhəblər, eımi assosiasiyalar, incəsənət klubları və s.); ictimai-siyasi sferada mövcud olan (hüquq müdafiəsi birlikləri, feminist-siyasi birliklər və s.). Belə tipli təsnifat siyasi assosiasiya kimi səciyyələnən qrupları nəinki ixtisaslaşdırır və eləcə də onların fəaliyyət sferasını genişləndirir.Amerika nəzəriyyəçisi R.Skillinq maraq qruplarının təsnifatına digər meyardan yanaşır, yəni onların differensiyasını siyasi qərarların qəbulu prosesində iştirakları ilə əlaqələndirir.Müəllif müvafiq olaraq bunların fərqləndirilməsini (qrupların müəyyənləşdirilməsinin) belə təsəvvür edir: hakim fraksiyalar (qərarların qəbuluna güclü təsir göstərən qruplaşmalar), rəsmi (formal statusların daşıyıcılarını təcəssüm etdirənlər), bürokratik strukturlar (hakimiyyət aparatında yarananlar), ictimai rəy qrupları (müəyyən qiymətləndirmə və mövqe daşıyıcıları) və sosial qruplar (vətəndaş birlikləri).
Maraq qruplarının, bütövlükdə isə təzyiq qruplarının təsnifatı siyasi elmə aid ədəbiyyatda başqa mövqedən də müəyyənləşdirilir. Belə mövqe qrupların təsnifatında iki başlıca meyara əsaslanır: maddi və mənəvi. Bu əsaslandırmada iki təşkilat fəqləndirilir: birincisi, hər şeydən əvvəl, maddi maraqları müdafiə edən və yeni uğurlar əldə etməyə cəhd edən təşkilatlar, ikincisi, əsasən ideoloji və əxlaqi prinsipləri müdafiə edən, ədalətli iş uğrunda mübarizə aparan təşkilatlar. Belətəsnifat ideyaların müdafiə edilməsi prosesini və maddi maraqların müdafiəsini dəqiq fərqləndirməyə imkan vermir. Həmin bölgüyə praktiki baxımdan belə haqq qazandırılıb: peşəkar təşkilatlar bütün işçilərin maddi maraqlarını müdafiə edirlər, qeyri-peşəkar təşkilatlar isə əxlaqi xarakter daşıyan qrup maraqlarının müdafiəçisi kimi çıxış edirlər (2.s, 389).
Peşəkar təşkilatların başlıca vəzifəsi maddi maraqları, həm də korporativ qaydada (ittifaq halında) müdafiə etməkdən ibarətdir. Hazırda hər bir peşə öz təşkilatı orqanı tərəfindən müdafiə olunmaqla səciyyələnir. Hətta azad peşə adamları (həkimlər, vəkillər və s.) arasında güclü fərdiyyəçilik ənənəsinə baxmayaraq onlar əsasən kollektiv fəaliyyətə üstünlük verirlər. Daha effektli fəaliyyətin daşıyıcısı kimi təzyiq qruplarının aqrar bölmədə çalışan işçiləri, sahibkarlar və muzdlu əmək adamları səciyyələnirlər.
Kəndlilərin (fermerlərin) təsiri bir tərəfdən ənənəvi dəyərlərə sadiq qalmalarına əsaslanan çoxsaylı olması və sosial-psixoloji birliyi, digər tərəfdən isə kəndlilərin ölkə üzrə dağınıqlığı ilə müəyyən olunur. Bu cəhət onları seçki dairələrinin əksəriyyətində potensial seçicilərə çevirir, parlament çoxluğun formalaşmasında elektoral üstünlüyə malik olmasını şərtləndirir. Lakin sosial planda kəndli təşkilatları qeyri-yekcinsliyi ilə səciyyələnir, ciddi differensasiyaya məruz qalır və nəticə etibarilə bu cəhət onların fəaliyyət birliyi imkanlarını məhdudlaşdırır.
Sahibkar təşkilatları ayrı-ayrı ölkələrdə müxtəlif xüsusi çəkiyə malikdir, inteqrasiya və nümayəndəlik dərəcəsi eyni səviyyədə deyildir. Məsələn, ABŞ-da sahibkarların maraqlarını Ticarət palatası, ştatların və yerli palataların 27 min üzvünü təmsil edən birlik, 200 min kompaniya və 13 min sahibkar assosiasiyaları, ölkənin bütün sənaye kompaniyalarının 75%-ni təmsil edən Milli assosiasiya müdafiə edir.
Sahibkar dairələri müxtəlif təsir imkanlarına malikdir. Ayrıca iqtisadi, sənaye məsələlərinin həllində müvafiq sahibkar təşkilatlarının rolu kifayət dərəcədədir. Onlar bir növ qərarların müstəqil qəbul olunması mərkəzi kimi səciyyələnir. Nəzərə almaq lazımdır ki, sahibkar qrupların iqtisadi resursları effektli olaraq hakimiyyətə qarşı durmalarına, onun yeritdiyi siyasi kursu boykot etməyə imkanyaradır. Əlbətdə, maraq qrupları ilə hakimiyyət strukturları arasanda münasibətlərin düşünülmüş sağlam ünsiyyət əsasında qaydaya salınması və formalaşması tərəflər üçün çox vacibdir. Ünsiyyət vasitəsilə birgə fəaliyyətin təmin olunması tərəflərin qarşılıqlı fəaliyyətinin vahid strategiyasını işləyib hazırlamağı nəzərdə tutur, bu isə yalnız onların razılaşdırılmış mövqeyi əsasında mümkündür, informasiya mübadiləsi və qarşılıqlı anlaşma sayəsində təmin edilə bilər. Buradan ünsiyyətin mühüm funksiyası - insanların bir-birini dərk etməsi irəli gəlir. Şəxsiyyətlərarası və qrup halında münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi ilə bağlı münaqişəli qarşılıqlı fəaliyyət subyektlərinin maraqlarında, dəyərlərində və məqsədlərində uyğunluğun təzahür etməməsi nəzərə çarpır (3, s. 121). Birgə fəaliyyət, insanlar arasında yaranan müxtəlif xarakterli əlaqə və qarşılıqlı fəaliyyət prosesində daim bir-biri haqqında təsəvvürün formalaşması baş verir, bir- birinin obrazı təşəkkül tapır.
Bu və ya digər kollektivi təmsil edən insanların həyat fəaliyyətinin əhəmiyyətli tərəfi şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafıdır. Bu funksiya öz növbəsində əvvəlki iki funksiyadan irəli gəlir. Əmək fəaliyyəti ilə bağlı olan ünsiyyət prosesində müvafiq əlaqələr əsasında, qarşılıqlı fəaliyyətdə kollektivin üzvləri, onun rəhbəri haqqında təsəvvürlər yaranır, müəyyən şəxsiyyətlərarası münasibət təşəkkül tapır. Onlar iki başlıca formada - həm işgüzar münasibət (kollektivin ayrıca üzvlərinin nüfuzu, əməkdaşlığa və qarşılıqlı yardıma meyllilik və s.) və eləcə də şəxsi münasibət (rəğbət-nifrət) səviyyəsində reallaşır.
Sosial gərginlik fərdlərin, sosial qrupların və bütövlükdə cəmiyyətin ictimai şüurunun və davranışının sosial-psixoloji vəziyyətidir. Hadisələrin dərk edilməsi və qiymətləndirilməsinin spesifik situasiyası yüksək emosional oyanışla, sosial tənzimləmə və nəzarət mexanizminin pozulması ilə səciyyələnir. Tərəflər arasında sosial gərginlik etiraz tədbirlərinin, başqa sözlə hökumətin və prezidentin istefası, siyasi kursun əvəz olunması və digər bu kimi məsələlərlə bağlı nümayişlərin, mitinqlərin, tətillərin artmasında təzahür edir. Sosial gərginlik ozaman yaranır ki, münaqişə qanuni şəklə salınmır, münaqişə tərəflərinin dəqiq müəyyənləşdirilməsi nəzərə çarpmır və qarşıdurma kifayət qədər aydın formada təzahür etmir (4. s, 93).
Təzyiq-maraq qrupları arasında ən əhəmiyyətlisi muzdlu işçiləri birləşdirən qlobal xarakterli təşkilatlardır. Ənənəyə görə onları “işçi həmkarlar ittifaqı” adlandırırlar. Müxtəlif ölkələrdə həmkarlar ittifaqı hərəkatının vəziyyəti nəzərə çarpacaq dərəcədə fərqlənir. Muzdlu işçilərin həmkarlar ittifaqının imkanları bu təşkilata aid üç cəhətdən asılıdır: ölkədə həmkarlar ittifaqının nümayəndəliyi; həmkarlar ittifaqı hərəkatının birliyi; həmkarlar ittifaqında intizam. Həmkarlar ittifaqının siyasi çəkisi xeyli dərəcədə onun üzvləri və bütün muzdlu işçilərin faizlə nisbətindən asılıdır. O, tarixi, milli, iqtisadi, mədəni faktorların təsiri ilə təşəkkül tapır və nəzərə çarpacaq dərəcədə konkret ölkədən asılı olaraq dəyişir. Məsələn, Fransada əhalinin muzdlu işçiləri təmsil edən hissəsinin 9%-i həmkarlar ittifaqı ilə əhatə olunmuşdur. Bu rəqəm ABŞ-da 17%, Böyük Britaniyada 38%, AFR-də 39%, İsveçdə 90% təşkil edir (5, s. 391).
Həmkarlar ittifaqı hərəkatının birliyinə texnologiyada baş verən irəliləyişlə bağlı iqtisadiyyatda təzahür edən struktur dəyişiklikləri təsir göstərir. Həmkarlar təşkilatının effektli təsiri onlarda mövcud olan intizam səviyyəsindən asılıdır. Belə bir maraqlı faktı qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı hakimiyyətə təsir etmək istəyir, lakin qərarların qəbulunda iştirak etməyi lazım bilmir, başqa sözlə qəbul olunan qərarlarla bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir və belə hesab edir ki, qərarların qəbulu qanunvericilərin və siyasi partiyaların səlahiyyətinə aiddir.
Maraq-təzyiq qrupları arasında maddi maraqların müdafiəsinə daha çox təsir göstərən istehlak təşkilatlarıdır. Bu fenomeni qərb tədqiqatçıları konsyumerizm adlandırırlar. ABŞ-da yaranan istehlakçılar hərəkatı xeyli ölkəni əhatə etmişdir. İstehlakçıların hüququnu müdafiə edən təşkilat ilk növbədə bunlara diqqət yetirir: istehlakçıların hüququnu müdafiə edən qanunun qəbul edilməsi; ilk həyati tələbat şeylərinin keyfiyyətinə gündəlik nəzarət; istehlakçıların hüququnu müdafiə etmək məqsədi ilə vasitəçilik institutunun yaradılması.
Əxlaqi maraqları müdafiə edən qruplar isə daha çox və müxtəlifdir. Həmin qrupların istifadə etdikləri təsir vasitələrini və maraqlarının xüsusiyyətlərini müəyyən qaydada strukturlaşdırmaq olar: 1. Həyat tərzinin oxşarlığına malik birliklər. 2. Konfessional birliklər. 3. Spesifik maraqları əks etdirən birliklər. Əxlaqi maraqları müdafiə edən qrupların bu struktur komponentlərinin müqayisəli təhlili vacib və məqsədəuyğundur.
Həyat tərzinin oxşarlığına malik olan birliklərdə adətən eyni sosial və ya sosial demoqrafik şəraitdə yaşayan insanlar təmsil olunurlar. Onlara aşağıdakılar aiddir: gənclər təşkilatları, feminist (siyasi) hərəkat, veteran (müharibə, əmək) assosiasiyaları. Onların spesifikliyi bundan ibarətdir ki, həm maddi maraqları (məsələn, əlillər üçün pensiyanın təyin edilməsi, təqaüdün həcminin artırılması, işçi qadın və kişilər üçün eyni şəratitin yaradılması) və eləcə də əxlaqi maraqları (məsələn, cəmiyyətdə yüksək sosial statusun əldə edilməsi) müdafiə edirlər. Bu təşkilatların təsiri müxtəlif ölkələrdə eyni deyildir. Feminist hərəkat ABŞ-da xeyli çəkiyə malikdir, tələbə hərəkatı 1968 və 1990-cı illərdə Avropada özünü güclü səviyyədə biruzə verdi.
Konfessional birliklərlə bağlı qeyd etmək lazımdır ki, dini qurumlarda də təzyiq qruplarının rolunu əks etdirir, lakin bəzi hallarda hakimiyyətə də yiyələnə bilir, məsələn, 1975-ci ildə İranda olduğu kimi. Dini qurumlar öz rəsmi orqanları, dini birliklər, mətbuat vasitəsilə təsir göstərir. Adətən o, ümumbəşəri dəyər və normaları müdafiə edirlər (məsələn, öz məktəblərini, ali təhsil ocaqlarını açırlar).
Nəhayət, üçüncü struktur komponenti kimi səciyyələnən, spesifik maraqları əks etdirən təşkilatlar insan hüquqları uğrunda (hüquq müdafiə təşkilatları)rasizmə qarşı, avropa inteqrasiyası, tərksilah, ətraf mühitin müdafiəsi, ictimai əxlaqa hörmət və . uğrunda mübarizə aparırlar. Onların təsiri çox əhəmiyyətlidir, müxtəlif siyasi oriyentasiyaları birləşdirmək qabiliyyətinə malikdirlər. Belə təşkilatların məqsədlərinin və fəaliyyətinin humanist istiqaməti seçicilərin xeyli hissəsinin diqqətini cəlb edir. Məhz buna görə siyasi partiyalar bu birliklərə təsir göstərməyə və siyasi mübarizədə onlardan istifadə etməyə cəhd edirlər.
Spesifik siyasi təşkilatlara həmçinin fəlsəfə cəmiyyətləri və siyasi klublar aiddir. Fəlsəfə cəmiyyəti XVIII əsrdə mühüm sosial problemləri birgə müzakirə etmək və xeyli inqilabları ideyaca ruhlandırmaq məqsədilə yaranan intellektuallar birliyidir. Xeyli sayda siyasi partiyaların başlanğıcı məhz fəlsəfə cəmiyyətləri ilə bağlıdır. Fransa inqilabının ideoloji əsasını onlar işləyib hazırlamışlar. Bu reallıqla bağlı Karl Marksın çox dəqiq fikrini xatırlamaq yerinə düşər: “Fransa burjua inqilabı sözün müəyyən mənasında filosof təfəkküründən hasil oımuşdur”. “Fəlsəfə cəmiyyəti” hətta İngiltərədə leyboristlər partiyasının yaranmasına təsir göstərmişdir. Fələsəfə cəmiyyəti siyasi klubların təşəkkülünə imkan yaratmışdır (məsələn, Fransada Yakobin klubu). XX əsrin ortalarında siyasi klubların yenidən canlanması partiya sistemlərinin tənəzzülü ilə bağlıdır. Onlar hazırdada siyasi mübarizə vasitəsi kimi çıxış edirlər.
Maraq qruplarının təsnifatı maraqların əhəmiyyəti və subyektlərinin daşıyıcılarına görə də müəyyənləşdirilir. Bunula bağlı qeyd etmək lazımdır ki, dövlətin müdafiə etdiyi ictimai (ümumi) və xüsusi maraqlar (məsələn, peşə qruplarının, feminist və ya gənclər hərəkatının maraqları) mövcuddur. Xüsusi maraqları “xüsusi qruplar” müdafiə edir. Nəzəri cəhətdən dövlət institutları təzyiq (maraq) qrupları kimi çıxış etməsələr də praktikada cəmiyyətin müxtəlif xidmət sahəsini qulluqçuları, aparat məmurları, sərfəli lobbiçilərin siyasi kursa sürətlə qoşulması məqsədilə qanunvericilərə, ictimai rəyə və ya hökumətə təsir göstərirlər. Q.Almond belə qrupları təşkilatlarla (administrasiya-müdriyyət, qanunvericilər, hərbçilər və s.) bağlı olan “mütəşəkkil maraq qrupları” və ya “institutsional maraq qrupları” adlandırmışdır. Normal şəraitdə bu “ictimai qruplar” idarəetmə funksiyasını yerinə yetirirlər, lakin müəyyən situasiyada onlar məmurların, ordunun, komanda heyətinin, ayrıca müəyyən sahələrin və s. maraqlarına lobbiçilik edirlər.
İctimai təzyiq qrupları arasında iki forma fərqləndirilir: mülki və hərbi qruplar. Mülki qrupa dövlətin hər bir institutunu (nazirlik, komitə) aid etmək olar, onlar əvvəlcə öz xüsusi maraqlarını, sonra isə ümumi maraqları müdafiə etməyə cəhd edirlər. Məsələn, hər bir nazirlik öz sahələrinə aid olan işçilərin: kənd təsərrüfatı nazirliyi fermerlərin, nəqliyyat nazirliyi nəqliyyat işçilərinin və s. maraqlarının ifadəçisi kimi çıxış edir. Nazirlik məmurları eləcə də öz maraqlarına malikdirlər və həmkarlar təşkilatlarında təmsil olunurlar. Onlar korporativ mütəşəkkilliyə malik olmaqla, elitanı öz tələblərinə aid qərarlar qəbul etməyə vadar edə bilərlər.
Ordu təzyiq qruplarıda xüsusi əhəmiyətə malikdir. Vətəndaş cəmiyyətinənəzarətin olmadığı halda o, siyasi hakimiyyətə yiyələnərək hərbi rejim yarada bilər.Hərbi hakimiyyətin vətəndaş cəmiyyətinə tabe olduğu ölkələrdə hərbçilər təzyiq qrupları kimi çıxış edə bilər (xüsusi istehsalçılarla ittifaqda fəaliyyət göstərməklə).
Sosial münasibətlər müxtəlif sosial subyektlər və qruplar arasında təşəkkül tapır və hər şeydən əvvəl, onların tələbatının təmin edilməsi ilə bağlıdır. Sosial münasibətlər sosial qrupların ictimai həyatda vəziyyəti və roluna görə bərabərlik və qeyri-bərabərlik münasibətləridir. Sosial münasibətlər nəinki qruplar arasındakı qarşılıqlı münasibətlərdir, eləcə də dostcasına əməkdaşlıq və ya münaqişəli vəziyyətdir (özü də bu qrupların maraqlarının eyniliyinə və ya toqquşmasına əsaslanan). Sosial münasibətlər insanların həyati tələbatlarının təmin edilməsi ilə bağlı, onların qarşılıqlı fəaliyyəti nəticəsində təşəkkül tapır. Təsadüfi deyil ki, siyasi münaqişələrin mənbəyi məhz sırf sosial amillərlə şərtlənir. Bu obyektiv amillər sistemində sosial münasibətlərin müxtəlif formaları, siyasətin subyektinin məqsədləri və funksiyaları, maraq və tələbatı, müəyyən resursların çatışmazlığı başlıca yer tutur.
Təcrübə göstərir ki, ölkələrin, dünya sisteminin, xalqların, etnik qrupların və maraql qruplaırnın cəlb olunduğu böyük münaqişə onların arasında mövcud olan münasibətlərin tarixinə nisbətən daha tez həll edilir. Qarşılıqlı münasibət, həmçinin münaqişə iştirakçıları başa düşməlidirlər ki, opponentin dərk edilmiş tələbatı,tələbi marağı və hətta emosiyası əsaslandırılmış əhəmiyyət kəsb edir, mövcudluq hüququna malikdir və ümumi qəbul edilmiş norma və qaydalara zidd deyildir (6, s. 152).
Ədəbiyyat:
1. Cоловьев А.И. Политология. М: 2006, 539с
2. Мухаев Р.Т. Теория политики. М: 2005, 623с
3. Здравомыслов А.Т. Потребности, интересы, ценности. М: 1986, 223с
4. Юри У. Путь к согласию или переговоры без поражения. М: 1992, 479с
5. Мухаев Р.Т. Политология. М: 2010, 640с
6. Лебедева М.М. Политическое урегулирование конфликтов: подходи, решения, технология. М: 1997, 271с
Açar sözlər: maraq qrupları, funksiya, təsnifat, təzyiq qrupları, siyasi təşkilatlar, assosiasiya.
Ключевые слова: группы интересов, функция, типология, группы давления, политические организации, ассоциация.
Keywords: interest groups, functions, typology, pressure groups, political organizations, association.
Группы интересов и их функциональный характер
Pезюме
В статье определена классификация групп интересов и попытки провести сравнительный анализ их ключевых функций. В контексте классификации групп интересов анализируются характер, масштабы и взаимодействие их функций. В нем также выражается отношение к наиболее важным исследованиям, связанным с этой проблемой. Особое внимание уделено функциональному характеру групп давления в системе групп интересов.
Interest groups and their functional nature
Summary
The article identifies the classification of interest groups and attempts to make a comparative analysis of their key functions. In the context of classification of interest groups, the nature, scope and interaction of their functions are analyzed. It also expresses the attitude towards the most important research related to this problem. The particular attention is paid to the functional nature of pressure groups in the system of interest groups.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM