Ekspertlər Cənubi Qafqazda baş verən müxtəlif təbiətli prosesləri analiz edirlər. Onların sırasında daha çox geosiyasi aspekt diqqəti çəkir. Bunun başlıca səbəbi böyük dövlətlərin regionda fəallıqlarını daha da artırmasıdır. Xüsusilə Amerika ilə Rusiya yüksək fəallıq nümayiş etdirirlər. Onların indi maraqları daha çox Ermənistanda toqquşur. Yeni erməni hökumətinin tutduğu qərarsız mövqe vəziyyəti daha da qəlizləşdirir. Meydana yeni risk faktorları çıxır. Ancaq Ermənistan hakimiyyətinin qeyri-müəyyən siyasəti bunlarla məhdudlaşmır. N.Paşinyan həm də Avropanın böyük dövlətləri olan Fransa və Almaniya ilə də "oynamağa" çalışır. O, hər iki ölkəyə səfər edib oxşar absurd vədlər verib. Nəticədə, regionda ABŞ-Rusiya-Aİ xəttində mürəkkəb və qeyri-müəyyən bir vəziyyət yaranıb. Ümumi aspektdən baxdıqda, bu durumun regionun böyük dövlətlərinin siyasətinə necə təsir edə biləcəyi də maraq doğurur. Bütün bu məqamların geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.
Qüvvələr nisbətində yeni çalarlar: balans dəyişirmi?
Cənubi Qafqaz qlobal geosiyasət üçün aktual məkan olaraq qalır. Hətta böyük dövlətlərin burada fəallığını daha da artırması fonunda meydana yeni çalarların çıxdığını müşahidə edirik. Maraqlı məqamdır ki, Cənubi Qafqazda ABŞ, Rusiya və Avropa İttifaqı həm ayrıca fəallaşıblar, həm də aktivliklərini rəqiblərin atdığı addımlara uyğunlaşdırırlar. Bu o deməkdir ki, onların hər biri ancaq öz maraqlarını gözləyir, həm də başqa güclərin maraqlarını zəiflətməyə çalışırlar. Nəticədə, mürəkkəb və riskli bir mənzərə alınır.
Regionun geosiyasi dinamikası işığında digər maraqlı cəhət İran və Türkiyənin fəallığının bir qədər azalması ilə bağlıdır. Daha konkret desək, Ermənistanın baş nazirinin Tehrana səfəri zamanı bir sıra sensasion sayıla biləcək bəyanatlar verilsə də, ekspertlər onun arxasında konkret fəaliyyətin dayanmadığını vurğulayırlar. Məsələn, Azərbaycan haqqında beynəlxalq hüquq normalarına uyğun olmayan və aqressiv xarakter daşıyan bəyanatlar verildi. Belə nəticə çıxırdı ki, Cənubi Qafqazın siyasi xəritəsində dəyişikliklər etmək lazımdır. Hər halda, müəyyən dairələr bir sıra tarixi məqamları unutmadıqlarını dünyaya çatdırdılar. Eyni zamanda, erməni separatçılığının ifrat forması özünü göstərdi. N.Paşinyan İranda olarkən Tehranın mərkəzində yerləşən "Ararat" klubunda erməni icması ilə görüşdə çəkdirdiyi selfidə əksini tapan plakatda "Qarabağ Ermənistandır və son" yazılmışdı.
Ancaq erməni separatçıları ciddi bir siyasi səhvə yol verdiklərini unutmuşdular. Məsələ ondan ibarətdir ki, N.Paşinyan hər yerdə pafosla deyir ki, "Artsax" ayrıca "respublika"dır və onun Ermənistana dəxli yoxdur, bu səbəbdən danışıqlarda oranı təmsil edə bilməz. Fonunda selfi çəkdirdiyi şüar erməni baş nazirin başına tökülən qaynar suyu xatırladır. Yəni onun nə qədər saxta və qaragüruhçu olduğunu bir daha təsdiqləyir. Təbii ki, həmin səbəbdən N.Paşinyanın İrana səfəri və orada səslənən bir sıra əsassız fikirlər Cənubi Qafqazın real geosiyasi dinamikasına təsir edə bilməz. Bu baxımdan İranın da burada fəallaşdığı haqqında qəti fikir söyləmək çətindir.
Əksinə, belə görünür ki, ABŞ, Rusiya və Aİ-nin regionda fəallığı fonunda Tehran praqmatikliyini itirir və Ermənistan kimi nüfuzu olmayan bir dövlətlə yanaşı durmaqdan başqa addım ata bilmir. Əlbəttə, bu durum qlobal geosiyasi dinamika üçün müsbət hal deyil və bu qeyri-müəyyənlikdən erməni terrorizmi yararlana bilər. Çox güman ki, İranı regionda daha real mövqeyə gətirə biləcək qüvvələr tapılacaq.
Maraqlıdır ki, Ankaranın da bu regionda fəallığı azalmış kimi görünür. Türkiyə daha çox öz daxili məsələlərinə və Suriya münaqişəsini həll etməyə fokuslanıb. Son zamanlar Ankaranın Cənubi Qafqaz istiqamətində hansısa konkret addım atdığı xatırlanmır. Bunun səbəbini ancaq daxili problemlərin həlli ilə izah etmək doğru olmazdı. Görünür, burada Türkiyənin qlobal güclərlə münasibətlərində yeniliklər etməsi öz rolunu oynayır. Bunun isə iki istiqamətdə daha çox hiss olunduğunu deyə bilərik.
Birinci istiqamət Amerika ilə münasibətlərə aiddir. Ankara var gücü ilə, ümumiyyətlə, Qərbin siyasi, iqtisadi və hərbi nəzarətindən çıxmağa çalışır. Bu yöndə hiss ediləcək nəticələr də əldə edib. Qərb dövlətlərinin şantajlarına baxmayaraq, türk iqtisadiyyatı ayaqda qalıb. Siyasi olaraq iqtidar tam müstəqil kurs reallaşdırır. Artıq Ankaranın hansı addımları atmasını Vaşinqton deyil, Ankara özü müəyyənləşdirir. Hərbi cəhətdən isə mütəxəssislərin fikrinə görə, Türkiyə hərbi tələbatının 70 faizini daxili imkanları hesabına ödəyir. Artıq Türkiyə öz hərbi texnologiyası və silahları ilə dünya bazarında mövcuddur. Keçən il onun silah ixracı 2 milyard ABŞ dolları təşkil edib ki, Cümhuriyyət tarixində rekorddur. Türkiyə indi bir sıra xarici ölkələrə ağır silahlar, raketlər və helikopterlər sata bilir.
"3+2" formulu: baş tuta bilərmi?
Bu gedişat müxtəlif istiqamətlərdə ABŞ-Türkiyə ortaq fəaliyyətini çox zəiflədib. O cümlədən Cənubi Qafqazda bu iki dövlətdən hər hansı birinin fəallaşması, digərinin də fəallaşması demək deyil. Lakin Türkiyə ilə İranın regionun böyük dövlətləri olduğunu, tarixən burada ciddi təsirlərinin mövcudluğunu nəzərə alaraq belə bir vəziyyətin müəyyən riskləri ortaya çıxara biləcəyini təxmin etmək mümkündür. Eyni zamanda, başqa bir faktoru da unutmaq olmaz.
Türkiyə geosiyasi aspektdə son dövrlərdə Rusiya ilə ortaq fəaliyyət göstərir. Bu, hələlik daha çox Suriya istiqamətində reallaşır. Suriyada iki dövlət münaqişənin həllində sözün həqiqi mənasında ciddi nəticələr əldə ediblər. Hətta o dərəcədə ki, artıq ənənəvi olaraq Rusiya ilə geosiyasi yaxınlığı olan bir sıra böyük dövlətlər bu münasibətə qısqanclıqla yanaşırlar. Onlar hesab edirlər ki, Türkiyə geosiyasi kursunu dəyişir.
Ancaq məsələ bununla bağlı deyil. Türkiyə böyük dövlət kimi öz maraqlarını təmin etməkdə sərbəstdir və hesab edir ki, yaxın qonşusu Rusiya ilə də əməkdaşlıq fayda verə bilər. Praktikada bu fayda özünü göstərir. Buna bənzər bir prosesin Qafqazda da baş verməsi mümkündürmü? Ekspertlər bu sualı yalnız ümumi geosiyasi mənzərə fonunda ritorika xatirinə qaldırmırlar. Masada hər iki dövlət üçün aktual olan məsələlər vardır. Onların sırasında Cənubi Qafqazda mövcud olan münaqişələrin ədalətli həlli də ola bilər. Xüsusilə hər iki böyük dövlət üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli önəm kəsb edir. Onların məhz bu istiqamətdə əməkdaşlığı pinsipcə mümkündür.
Bu tezis prizmasından yanaşdıqda, Türkiyənin Cənubi Qafqazda ehtiyatla davranmasını anlamaq olar. Ola bilsin ki, Ankara həm də regionda ABŞ-Rusiya qarşıdurmasında iştirakçı olmaq istəmir. Bu isə Ermənistan və Gürcüstan məsələlərində açıq hiss olunur. Son zamanlar, xüsusilə Ermənistanla bağlı dünyanın iki güclü dövləti arasında toqquşmalar özünü göstərir. Moskva Vaşinqtonu regionun daxili işlərinə qarışmaqda ittiham edir.
Eyni zamanda, Kreml rəsmi İrəvana xəbərdarlıq edib ki, seçdiyi geosiyasi istiqamətə doğru-düzgün əməl etsin. Hətta N.Paşinyan özü müxtəlif kanallarla xəbərdarlıq alıb. Bunun fonunda Amerika tərəfi də açıq bəyan edib ki, N.Paşinyanın hakimiyyətə gəlişində həlledici rol oynayıb. İndi ABŞ-la Rusiya arasında Cənubi Qafqazda geosiyasi mübarizə başlıca olaraq Ermənistan istiqamətinə gedir. Ekspertlər hesab edirlər ki, bu, hələ başlanğıcdır və vəziyyət getdikcə daha gərgin xarakter ala bilər.
Maraqlıdır ki, Aİ iki böyük dövlətin bu mübarizəsinə qarışmaq istəmir. Brüssel də Ankara kimi ehtiyatlı davranır. Ancaq Fransa prezidenti Ermənistanda daha fəal olmaq üçün bir addım atdı. Frankofoniya məsələsində fəallaşmağa çalışdı. Lakin tezliklə aydın oldu ki, Paris regionda eyni zamanda ABŞ və Rusiya ilə mübarizə aparmaq iqtidarında deyil. Ona görə də Fransa istiqamətində bir sakitlik yaranıb.
Aİ-nin digər böyük dövləti Almaniya da passiv deyil. N.Paşinyanın məhz Almaniyaya səfər etməsi təsadüfi görünmür. Ancaq Berlin də hələlik ümumi vədlərdən o tərəfə keçmir və Cənubi Qafqazda Amerika ilə Rusiyanın maraqlarına təsir edə biləcək konkret addım atmır. A.Merkel region ölkələrinə səfəri zamanı da aparıcı mövqedə olmaq iddiasını açıq ifadə etmədi. Buna baxmayaraq, hiss olunur ki, Almaniya Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsir etmək barədə düşünür.
Aparılan müqayisələr göstərir ki, Cənubi Qafqazın geosiyasi mənzərəsində mürəkkəblik və risk faktoru bir qədər artıb. Böyük güclər burada güddükləri maraqlarından hələ vaz keçməyiblər və onları təmin etmək üçün çalışırlar. Hələlik ABŞ və Rusiya daha fəal görünürlər. Son zamanlar Fransa və Almaniya da müəyyən cəhdlər edirlər. Onların fonunda regionun iki böyük dövləti İran və Türkiyə bir qədər passiv mövqeyə çəkiliblər. Belə bir vəziyyətdə regionda sülh naminə "3+2" formulu, yəni "ABŞ, Rusiya, Aİ üstəgəl Türkiyə və İran" geosiyasi konfiqurasiyası yarana bilərmi? Bu sualın cavabı məlum deyil. Lakin regionda situasiya istənilən an kəskin dəyişə bilər və təşəbbüs indi meydanda aktiv olmayan dövlətlərin əlinə keçər. Bu ssenari də istisna edilmir.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM