Avropanı aldadan erməni siyasətçi: Paşinyanın AŞPA-da gülünc çıxışı

09:04 / 16.04.2019

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün artıq bir neçə ildir ki, vahid format mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun çətiri altında müzakirələr aparırlar. Münaqişənin tənzimlənməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində konkret prinsiplər müəyyənləşib. Bu, Helsinki Yekun Aktına və Madrid prinsiplərinə əsaslanır. ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək" prinsipində vurğulanıb: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı... güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər". Ermənistan isə daim bu müddəanı arxa plana keçirərək, qeyri-konstruktiv addımlar atıb. Sonuncu dəfə baş nazir Nikol Paşinyan Strasburqda AŞPA tribunasından məhz bu bəndə aşkar hörmətsizlik göstərərək, yalanlar danışıb. Bu hadisə ilə bağlı bir sıra məqamların üzərində geniş dayanmağa ehtiyac duyduq.

Yenə blef: erməni liderin avropalı deputatlara yalan söyləməsi

Nikol Paşinyan küçə ilə AŞPA tribunasını səhv salan növbəti Ermənistan rəhbəri oldu. Onun Strasburqdakı çıxışını (həmin sayıqlamalara ümumiyyətlə çıxış demək mümkündürsə) dinləyən hər bir kəsdə belə bir təəssürat yarana bilər. Ermənistan adlanan qondarma bir dövlətin hökumət başçısı kimi nəinki siyasi cəhətdən əsaslandırılmış fikirlər söyləyib, hətta adi məntiqi nizamı belə olmayan cümlələr işlədib. Ona elə gəlir ki, gözlər ancaq ermənilərdə var, düşünmək qabiliyyətinə də yalnız onlar malikdirlər. Çünki belə olmasaydı, bütün dünyanın bildiyi şeyləri təhrif olunmuş və məntiqsiz qaydada yüksək kürsüdən deməzdi.

Burada əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların formatı, Azərbaycana və Türkiyəyə olan münasibətlərlə əlaqəlidir. Ermənistan hökumətinin başçısı deyir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin nümayəndələri danışıqlarda iştirak etməlidirlər. Səbəbi də odur ki, "onlar orada doğulublar və heç bir halda işğalçı ola bilməzlər". Həm də münaqişə edən tərəflərdən biri onlardır.

Bir qədər ciddi düşünən adam üçün bu sözlərin heç bir əhəmiyyəti yoxdur. Çünki Dağlıq Qarabağda yalnız ermənilər doğulmayıblar. Hətta onlar sonradan Rusiyanın xüsusi siyasəti ilə Qarabağa köçürülüblər. İndi qarabağlı sayılan ermənilərin babaları başqa ərazilərdən 200 il əvvəl buraya xüsusi məqsədlə gətiriliblər. Bunu tarixçilər də, Qarabağda yaşayan ermənilərin özləri də bilirlər. Lakin Qarabağda lap qədimdən türklər (azərbaycanlılar) yaşayıblar. Onların indiki nəslini erməni terrorçuları havadarlarının yardımı ilə qətlə yetirib, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur ediblər. Bax, bu məqamı yox kimi saymağa çalışıb, AŞPA-nın tribunasından Avropaya humanizmdən boşboğazlıqla dəm vuran N.Paşinyanı avropalılar özləri yerində oturtmalıdırlar.

Yəni indiki işğal vəziyyətini əbədi və təbii həqiqət kimi təqdim etmək siyasi sadəlövhlük, savadsızlıq və mənəviyyatsızlıq olmaqla yanaşı, avropalıları təhqir etmək deməkdir. Həmin parlamentdə əyləşən hər bir deputatın dünyadan xəbərsiz olduğunu nümayiş etdirmək deməkdir. Ortaya belə bir sual çıxır: doğrudanmı, parlamentdəki avropalı deputatlar həqiqəti bilmirlər? Axı məhz onlar sənəd qəbul ediblər ki, Azərbaycanın ərazisinin bir qismini Ermənistan silahlı qüvvələri kənardan olan dəstəklə işğal edib! Üstəlik, N.Paşinyanın sərsəmlədiyi günlərdə AŞPA-da "Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr" adlı panel iclası olub.

Əlbəttə, avropalı parlamentarlar çox yaxşı bilirlər ki, N.Paşinyan onları aldadır. Lakin susurlar. Niyə? Maraqlısı budur. Nəticədə elə görüntü yaranır ki, sanki Ermənistan əsl sülh carçısıdır. Görünür, Avropada proseslərin bu istiqamətdə getməsini istəyən dairələr hələ də nüfuz sahibidirlər. Belə olmasaydı, mütləq avropalı deputatlardan kimlərsə N.Paşinyana iradını bildirər və özlərinin aldanmasını istəmədiklərini deyərdi.

Eyni məntiqlə deyə bilərik ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə danışıqlar haqqında qeyri-səmimi fikir bildirməsinə də münasibət görünmədi. Ermənistanın baş naziri etiraf edir ki, Azərbaycan dövlət başçısı səmimi müzakirə aparır. Ancaq nəticə alınmır. Səbəbi haqqında isə susur. Ona görə ki, Ermənistan həmişə qeyri-konstruktiv və təcavüzkar mövqe tutur. Onun bir vəzifəsi var: işğal etdiyi ərazilərdən hərbi qüvvələri çıxarmaq! Bu ilkin şərtə əməl etmək əvəzinə min cür hoqqa çıxarırlar. Gah insan haqlarından danışır, gah sülh prosesindən dəm vurur, gah da "Arsax" deyib erməni şovinizmini demokratiya kimi qələmə verməyə çalışırlar. Belə görünür ki, erməni diplomatiyası yeni xülyaya düşüb: reallığı ört-basdır etməklə danışıqları dalana dirəmək.

Həmsədrlik məsuliyyəti: ikili standartlar və böyük dövlətlərin susqunluğu

Yəni, ümumiyyətlə, işğaldan danışmamaqla diqqəti mücərrəd məqamlara yönəltmək. Bunu gah demokratiya pərdəsi altında, gah absurd "öz müqəddəratını təyinetmə" müddəası görüntüsü ilə, gah da "xoşniyyətli əməkdaşlıq" yalanı ilə gizlətməyə çalışırlar. Təbii ki, bu cür primitiv üsulları adi insanlar belə başa düşürlər. Prezident İlham Əliyev isə hər bir diplomatik ibarənin altında hansı məna və məqsədin olduğunu çox gözəl bilir. Bu səbəbdən də həmişə təmkinlə ifadə edir ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən birmənalı çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, evlərindən didərgin salınmış Azərbaycan vətəndaşları yurdlarına qayıtmalıdırlar!

Burada aydın olmayan, ədalətsiz nə vardır? Qətiyyən heç nə yoxdur. Səmimi olan üçün hər şey gün kimi aydın və beynəlxalq hüquq normalarına tam uyğun olandır. Ancaq N.Paşinyan öz küçə ağlı ilə hesab edir ki, bu kimi tələblərin üstündən sükutla keçib, prosesi mənasız bir məcraya yönəldə bilər. Qətiyyən mümkün deyildir. Ermənistan rəhbərinin kim olmasından asılı olmayaraq, Azərbaycan haqlı tələbindən zərrə qədər də çəkilə bilməz: işğal edilmiş ərazilər azad edilməlidir, vəssalam!

Bunun əvəzində başqa heç bir söz belə Azərbaycan üçün müzakirə obyekti deyil. Əgər Ermənistan silahlı qüvvələrini işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxaracaqsa (BMT TŞ-nin dörd qətnaməsində məhz bu tələb qoyulub), ondan sonra digər məsələlərə baxmaq olar. Bu tələb dəfələrlə erməni tərəfə bildirilib və bildirilir. Lakin onlar yenə də müxtəlif bəhanələrə meyl göstərirlər. Bunun da əsas səbəbi Ermənistanın forpost olması və böyük dövlətlərin qeyri-səmimiliyi ilə bağlıdır.

Məsələ ondan ibarətdir ki, Ermənistan başqa ölkədən tam asılıdır. Onun öz qərarı yox dərəcəsindədir. Daim kənardan verilən göstərişləri yerinə yetirir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda olanlar da Ermənistana gizli havadarlıq edirlər. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyir, ancaq əməldə isə bunun təmin edilməsi üçün üzərlərinə düşəni yerinə yetirmirlər. Həmsədrlərin hər biri yol göstərir: münaqişə tərəfləri danışsınlar, bir razılığa gəlsələr, biz də dəstəkləyəcəyik. Pərdə arxasında isə İrəvana "destruktiv ol!" deyə, pıçıldayırlar. Bunları gizlətməyin mənası yoxdur. Çünki artıq uzun illərdir ki, münaqişə ilə bağlı aparılan danışıqlar süründürülür. Ermənistan köşəyə sıxışdırılan kimi kənardan ortaya fərqli bir bəhanə atılır və sakitcə ermənilərin həmin bəhanəni necə çeynəyib "real fakt" kimi təqdim etdiyini seyr edirlər.

İndi N.Paşinyanın ""Arsax" danışıqlar tərəfidir" kimi əsassız tələbi də həmin qəbildəndir. Belə olmasaydı, N.Paşinyanı dərhal susdurar və tələb edərdilər ki, hərbi qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən çəksin. Bunun əvəzində "münaqişə edən tərəflər danışsınlar" kimi mücərrəd fikir bildirirlər. Guya vəziyyət aydın deyil? "Hərbi əməliyyatlar başlamasın" tələbini qoyanlar Ermənistandan Azərbaycan torpaqlarından çəkilmək tələbini qoya bilməzlər? Ermənistan nədir ki, buna etiraz edə bilsin? Həm də haqsız tərəfin etirazına niyə baxılmalıdır?

Bütün bunlar N.Paşinyan kimilərin Avropanın özündə avropalıları axmaq yerinə qoymasına şərait yaradır. Oradan o, Azərbaycan və Türkiyəyə iftira və yalanlar səsləndirir. Türkiyə ilə ön şərtsiz əlaqələr yaratmağa hazır olduğunu deyir. Azərbaycanı isə "hərbi ritorika" ilə gərginlik ab-havası yaratmaqda ittiham etməyə cəhd göstərir. Bir avropalı deputat sual etmir ki, sənin Dağlıq Qarabağda nə işin, ora Azərbaycan ərazisidir?!

Belə çıxır ki, N.Paşinyan növbəti təlxəkliyini havadarlarının dəstəyi ilə edib. O, danışıqlar prosesini pozmaq üçün absurd bir mövqe tutub. Yalan ayaq tutur, ancaq yerimir. Azərbaycanın səbrinin bir həddi var. O, tükənəndən sonra Ermənistan üçün olduqca acınacaqlı bir vəziyyət yaranacaq. Onda erməni separatizminin tör-töküntülərini heç kim və heç nə xilas edə bilməyəcək!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM