Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

19:49 / 20.04.2019

Qlobal dünya siyasətində sular durulmur. Geosiyasi güc mərkəzləri arasında mübarizə yeni çalarlar alır. Meydana yeni təhlükələr və risklər çıxır. Düşündürücüdür ki, siyasi liderlər vəziyyəti gərginləşdirməyə yönəlmiş üsullara daha çox üstünlük verirlər. Yəni siyasətçilərin niyyətlərinin də sabitliyə, sülhə nail olmaqla əlaqəli olmadığı təəssüratı yaranır. Bu baxımdan son zamanlar Yaxın Şərqlə bağlı baş verən iki hadisə diqqəti çox çəkir. Onlardan biri Vaşinqtonun patronajlığı ilə "ərəb NATO-su"nun yaradılmasına başlanması, digəri isə Suriyada böyük dövlətlərin geosiyasi maraqlarının yenidən toqquşmasıdır. Hər iki hadisəni birləşdirən ümumi cəhət regionda vəziyyətin daha da gərginləşdirilməsidir. Həmin kontekstdə Yaxın Şərqdə yaranmış geosiyasi mənzərəni təhlil etməyə ehtiyac görürük.

Bir planın gizli tərəfləri: "ərəb NATO-su" kimlərə sərf edir?

Yaxın Şərqdə geosiyasi əhəmiyyətli proseslərin meydana çıxması gözlənilir. Bu regionda ümumi mənzərənin mürəkkəbləşməsinə aparıb çıxara biləcək hadisələrin ssenariləri hazırlanır. Ekspertlər hesab edirlər ki, bir neçə ildir ki, özünü göstərən dinamika dəyişmək üzrədir. Doğrudur, bir sıra ekspertlərə görə, məsələ "Ərəb baharı"nın yeni dalğasının yaradılması ilə bağlıdır. Nümunə kimi Sudan, Əlcəzair və Liviya göstərilir. Bu ehtimalı istisna etmək olmaz. Eyni zamanda, problem həmin prosesin arxasında dayanan qüvvələrin geosiyasi planları və mübarizələri aspektində daha aktual görünür.

Bu prizmadan ümumi mənzərə isə kifayət qədər mürəkkəbdir və risklərlə doludur. Onun fonunda iki hadisəni ayırmaq olar. Onlardan biri Ər-Riyadda "Strateji Yaxın Şərq Alyansı" (Middle East Strategic Alliance – MESA) üçün çalışmalara başlanmasıdır. Bu layihə Səudiyyə Ərəbistanının liderliyi ilə həyata keçirilməlidir. Onu obrazlı şəkildə "ərəb NATO-su" da adlandırırlar. Bu təşkilatın əsas məqsədi "regionda və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsi" kimi təqdim edilir. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, İordaniya və Qətər bu prosesdə yaxından iştirak edirlər. Misir qəfil həmin layihədən çıxdığını açıqlayıb.

Misir prezidenti Əbdül Fəttah əs-Sisinin bu addımını ekspertlər belə izah edirlər – Qahirə İrana qarşı olan hər hansı siyasi təşkilatda iştirakçı olmaq istəmir. Misir rəhbərliyinin son dövrlərdə Rusiya və Türkiyə ilə müəyyən razılığa gəldiyi vurğulanır. Belə çıxır ki, "ərəb NATO-su" öncədən antiiran mövqedədir. Bu cür hərbi ittifaqın nə dərəcədə qalacağını demək çətindir. Tarixi təcrübə göstərir ki, bir neçə dəfə analoji qurum yaratmaq cəhdi olub. Hələ 1955-ci ildə Türkiyənin liderliyi ilə Yaxın Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok yaratmaq barədə Bağdad paktı işlənib hazırlanmışdı. Ancaq sonralar Vaşinqton və Təl-Əviv bundan Türkiyənin daha çox geosiyasi-hərbi dividend götürəcəyini bəhanə edərək, prosesi dayandırıblar.

Digər cəhdlərin də aqibəti eyni cür olub. Lakin bu dəfə amerikalılar Səudiyyə Ərəbistanına üstünlük verməklə həm də Türkiyəyə xəbərdarlıq edirlər. Ankara təbii ki, öz mövqeyində qalır. Bununla yanaşı, ekspertlər Ər-Riyadın belə bir təşkilatda liderlik edə bilmək potensialının mövcudluğuna şübhə edirlər. Birincisi, Qaşıqçı cinayəti göstərdi ki, Salman iqtidarı təqdim edildiyi kimi şəffaf deyil. İkincisi, öncədən antiiran məqsədli bir təşkilat yaradılırsa, ərəb dövlətlərinin öz içində bununla razılaşmayanlar vardır. Məsələn, Suriya, İraq, Livan və d. Onda faktiki olaraq "ərəb NATO-su" ərəbləri birləşdirmir, onları yeni prinsip üzrə parçalayır. Bu isə həm təşkilatın varlığını sual altına alır, həm də Yaxın Şərqi daha dərin uçuruma aparır.

Vurğulanan səbəblərdən "ərəb NATO-su" layihəsinin həqiqi məqsədləri üzərində düşünməyin vacib olduğu qənaəti yaranır. Onu ABŞ və İsrailin ortaq planı adlandırırlar. Başlıca məqsədi isə Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətini İsrailin xeyrinə dəyişməkdən ibarətdir. Bunun üçün diqqəti "dağıdıcı İran"ın üzərinə yönəldirlər. Həm də bu prosesdə özləri ancaq logistik dəstək verən tərəf kimi iştirak etmək niyyətindədirlər. Meydanda isə ancaq müsəlmanlar olmalıdırlar. Yəni müsəlmanlar bir-birini əzməli, qırmalı, geosiyasi qazanc isə kənarda oyunu təşkil edənlərə olmalıdır.

Məsələnin bu tərəfi çox ibrətamizdir. Çünki Yaxın Şərqin bir sıra dövlətlərinin liderlik hərisliyi üzərində oyun qurulur. Səudiyyə Ərəbistanı ilə İran təsir dairəsi uğrunda məzhəb mənsubluğundan tutmuş hər bir üsula əl atırlar. İndi İranın Yaxın Şərq ölkələrində hərbi bazalar və zavodlar tikdiyi bildirilir. Məsələn, Suriya və Livanda bu prosesin getdiyini deyirlər. Amerika və İsrail isə həmin regionda, ümumiyyətlə, Tehranın zəifləməsi üçün çalışırlar. Bu məqsədə çatmaq üçün bəzi ərəb ölkələrindən istifadə edirlər. Onların önündə Səudiyyə Ərəbistanı gəlir.

İkinci təhlükə: terrorla mübarizədə anlaşılmazlıq

Nəticədə, Yaxın Şərq üçün çox qarışıq, təhlükəli və risklərlə dolu bir vəziyyət yaranır. Faktiki olaraq regionun böyük dövlətləri bir-biri ilə savaşa girməyə yaxınlaşırlar. Bunun mümkün nəticələrini təsəvvür etmək çətin deyildir. Əvvəla, İslam aləmi parçalanır. İkincisi, ərəb dünyası ikiyə bölünür. Üçüncüsü, region mənasız və süründürməçi ixtilaflar prosesinə sürüklənir. Dördüncüsü, bundan daha çox kənarda duran dövlətlər yararlanır.

Sonuncu məqamın da bir neçə aspekti var. Deyək ki, İslam sivilizasiya kimi inkişaf potensialını itirir. Müsəlmanların birləşməsi imkansız hala gəlir. Onların dövlətçilikləri inkişaf perspektivindən məhrum olur. Ölkələr xarabalıqlara çevrilir və onları bərpa etmək yenə də kənarda duranlara qalır ki, bu da əlavə gəlir mənbəyidir. Yəni həm dağıtdırırlar, həm də sonradan dağılanların pulları hesabına ölkələrini bərpa edib, bütün mənalarda özlərindən asılı vəziyyətə salırlar.

Bu kimi proseslərə rəvac verəcək "ərəb NATO-su" nəyə lazımdır? Bu suala, belə məlum olur ki, müsəlmanlar arasında cavab axtaran yoxdur. Olsa da, onların gücü heç nəyə çatmır. Ər-Riyad isə öz rolunu oynamaqda davam edir. Görünür, orada hakim olan qüvvələrə hakimiyyətdə qalmaq üçün müəyyən təkliflər edilib. Bəlkə də başqa bir faktor rol oynayır, hər bir halda, bu olay ərəblərin özləri üçün sərfəli görünmür.

Lakin Yaxın Şərqdə geosiyasi mənzərəni dəyişə biləcək başqa faktor da mövcuddur. Bu, Suriya və İraqla bağlı yaranmış vəziyyətdir. Suriyada Türkiyə və Rusiyanın əməkdaşlığı məlumdur. Bu iki böyük dövlət artıq bir müddətdir ki, orada uğurlu əməkdaşlıq edirlər. Lakin İdlib və Münbic məsələsində fikir ayrılıqları qalmaqdadır. Rusiya İdlibdə terrorla mübarizədə israr edir, Türkiyə isə Münbicdə. Son olaraq bu iki dövlətin həmin mövzuda razılığa gələ bilmədikləri haqqında informasiyalar yayılır. Türkiyə isə Münbicə hücum etmək planından imtina etməyib. Onda müəyyən məqamda Suriyada Rusiya ilə Türkiyə arasında ziddiyyət yaranar ki, bu da bütövlükdə Yaxın Şərqdə geosiyasi dinamikanı yeniləyə bilər.

Bu aspektdə Tehranı da unutmaq olmaz. İran Suriyada hərbi varlığını daha da genişləndirir. Üstəlik, onun İraqda da hərbi əməliyyatlar aparmaq niyyətinin olduğundan danışılır. Artıq Suriyada İsrail İrana məxsus hədəfləri havadan vurur. Rusiya isə buna elə də etiraz etmir. Deməli, ola bilsin ki, Rusiya İranı əvvəlki kimi müdafiə etmək fikrində deyil. Əgər belə bir fakt varsa, onda Suriyada hadisələr çox riskli bir mərhələyə qədəm qoya bilər. İranın "geosiyasi atəş hədəfi"nə alınması daha böyük miqyasda xaosun meydana gəlməsinə rəvac verəcək. Bu halda heç bir region dövləti üçün salamat qurtarmaq şansı qalmır. Çünki İran böyük dövlətdir və onun silkələnməsi bütün regiona ağır zərbələr vura bilər. Məhz bu səbəbdən Yaxın Şərqdə Rusiya-Türkiyə əməkdaşlığı və İranın bu prosesdə yeri və rolu məsələsi daha çox önəm kəsb etməyə başlayıb.

Beləliklə, Yaxın Şərq tədricən iki böyük "geosiyasi axın"ın məkanına çevrilir. İsraildəki seçkilər göstərir ki, Qərb bu istiqamətdə fəaliyyətini gücləndirəcək. Ekspertlərə görə, əslində, "ərəb NATO-su" ideyası da Donald Trampın yenidən seçilməsinə xidmət edir. Vaşinqtonu Yaxın Şərqdə uğur qazanan güc kimi göstərirlər. Deməli, indiki məntiqlə proseslər davam etsə, Yaxın Şərq ciddi təhlükələrlə dolu vəziyyətə düşə bilər.

Əlbəttə, məsələ yalnız həmin regionla məhdudlaşmaya bilər. Proses tədricən Qafqaza və Mərkəzi Asiyaya da yayıla bilər. Bu da həmin regionlarda yeni risk mənbələrinin yaranması, terror dalğasının güclənməsi deməkdir. Ermənilərin Dağlıq Qarabağda terror qrupları yaratdıqları haqqında yayılan informasiyalar bu baxımdan düşündürücüdür. Bu proses daha fəlakətli hadisələrin əsasını qoya bilər.

Bunlar indi Yaxın Şərqdə planlaşdırılan hadisələrin yaxın gələcəkdə geniş bir geosiyasi məkanda böyük fəlakətlərə səbəb ola biləcəyi qənaətinə gətirir. Meydanda olan oyunçular kifayət qədər güclüdürlər. Onlar böyük hərbi potensiala malikdirlər. Dağıdıcı silahları var. Ancaq, deyəsən, əsas keyfiyyətə, dialoq aparmaq qabiliyyətinə malik deyillər.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM