XX ƏSRİN 60–80-Cİ İLLƏRİNDƏ AZƏRBAYCAN SSR-TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ

14:18 / 25.08.2014

Əsədov Kamran
Bakı Dövlət Universiteti, Azərbaycan Tarixi Kafedrasının müəllimi

Artıq 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan 116 dövlətdən 70-i onunla müxtəlif sahələrdə diplomatik əlaqələrin yaradılmasında iştirak edirdi. Diplomatik əlaqələr sistemində mədəni əlaqələr əsas şərtlərdən idi. Azərbaycanın tarixində, məhz indi, yəni müstəqil dövlətçilik şəraitində tam sərbəst və tələb olunan demokratik prinsiplər əsasında mədəni siyasət irəli sürüldü. Bu siyasətin formalaşdırılmasında, sözsüz ki, keçmiş sovet təcrübəsinin mütərəqqi cəhətləri və müasir dünya ölkələrinin bu sahədəki səmərəli xüsusiyyətlərindən müntəzəm şəkildə istifadə olundu. Əsas məqsəd xarici ölkələrlə qarşılıqlı mədəni anlaşma və qarşılıqlı əməkdaşlıq münasibətlərini möhkəmləndirməkdən, onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurmaqdan ibarətdir. Bu tələbdən doğan prinsiplər Azərbaycan Respublikası Konstitusiyası, Mədəniyyət haqqında Qanun, Azərbaycan Respublikasının xarici siyasəti və digər hüquqi, normativ aktlarında öz əksini tapdı.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Respublikası dövlət və hökumət orqanları beynəlxalq mədəni əlaqələrin qurulması və inkişafını, məhz bu qanunvericilik aktları əsasında həyata keçirməklə bu sahədə geniş şəbəkəli iş mexanizminə nail olmuşdu. Hazırda Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında həm keyfiyyət, həm də kəmiyyət əmsallarına görə irəliləyişlər aydın şəkildə hiss olunmaqdadır. Müstəqil Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin təşkili sistemində dövlət və hökumət qurumlarından əlavə, beynəlxalq təşkilat, ictimai-sosial institutlar və ayrı-ayrı insanların şəxsi fəaliyyəti mühüm yer tutur. Dövlət və hökumət xəttilə beynəlxalq mədəni əlaqələr Prezident Aparatının müvafiq şöbələri, səfirlik və konsulluqlar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir. Beynəlxalq təşkilatlar xəttilə bu sahədə əsas iş YUNESKO, Avropa Şurası, İSESKO, Türksoy, MDB-nin Mədəni Əməkdaşlıq Şurası, GUAM və digər qurumlarla mədəni əlaqələrdə öz təzahürünü tapır. İctimai-sosial institutlar sistemində "Vətən" cəmiyyəti və müxtəlif ölkələr üzrə çoxsaylı dostluq cəmiyyətləri, mədəniyyət mərkəzləri, şirkət və ofislərin fəaliyyətini göstərmək olar.
Beynəlxalq mədəni əlaqələrin təşkilində ayrı-ayrı insanların fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, tarixin ilk vaxtlarından başlayaraq beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında aparıcı istiqamət kimi təzahür edən fərdi fəaliyyət bu sahədə hazırda sonuncu pilləni təşkil edir ki, bu da tarixi inkişaf prosesinin məntiqinə tam uyğundur. Azərbaycan Respublikası tək-tək beynəlxalq mədəni tədbirlər və qastrollardan başqa uzunmüddətli birgə layihələrə geniş yer ayıran mədəni əməkdaşlıq istiqamətinə üstünlük verir.
Hazırkı mərhələdə müstəqil Azərbaycan dövlətinin Avropa və Yaxın Şərq ilə ikitərəfli sosial-iqtisadi və mədəni əlaqələri xeyli genişlənib. Bu əlaqələrin genişlənməsində ümummilli liderimiz, H. Əliyevin misilsiz xidmətləri vardır. Heydər Əliyev öz hakimiyyəti dövründə “bir millət, iki dövlət” adlandırdığı qardaş Türkiyə ilə mədəni əlaqələrin yaradılmasına xüsusi önəm vermişdir. Uzun illər boyu Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmamışdır. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duymuşdur.
Azərbaycan – Türkiyə mədəni əlaqələrinin inkişafında 1964-72-ci illərdə Sovet İttifaqı ilə Türkiyə arasında bağlanan mədəni-elmi saziş xüsusi rol oynamışdır.Türkiyə– Azərbaycan mədəni əlaqələri 1973-cü ildə Nəsiminin yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirdə yeni mərhələyə qədəm qoydu. Bu səfərdə Türk nümayəndələri Azərbaycanın mədəni həyatı ilə daha yaxından tanış oldular. Hətta, türk şairi Fazil Hüsnü Dağlarca Bakıya, Göygölə şerlər həsr etdi(1).
Sovet hakimiyyəti illərində Azərbaycanla Türkiyənin birbaşa mədəni əlaqələri 1987-ci ildə baş tutdu. Belə ki, 1987-ci ilin iyulunda Azərbaycan Respublikasının Mədəniyyət Naziri Zakir Bağırov Türkiyənin Mədəniyyət Naziri Məsud Yılmazla Ankarada görüşdü və bu görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu.
Ermənistanın Azərbaycan ərazisinə təcavüzü zamanı qardaş Türkiyə Dövləti ilə Azərbaycan arasında əlaqələr daha da genişləndi. 1990-cı ilin yanvar ayında Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu ilə Türkiyənin Mədəniyyət Naziri N. K. Zeybək arasında mədəni əməkdaşlıq haqqında saziş imzalandı. Elə bu sazişə əsasən 1990-cı ildə Türkiyədə Azərbaycanın mədəniyyət günləri keçirildi. Həmin vaxt Türkiyə əhalisi Azərbaycanın bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaxından görüşmək imkanı əldə etdi. Bu əlaqələrin reallaşmasında «Vətən» cəmiyyətinin, xüsusilə həmin cəmiyyətin sədri Elçin Əfəndiyevin xüsusi xidmətləri olmuşdur.
Ən maraqlısı odur ki, Sovet İttifaqının rəhbər orqanlarında böyük vəzifələrdə çalışan ermənilər Türkiyə ilə Azərbaycanın mədəni əlaqələrinin genişlənməsinə hər vəchlə mane olmağa çalışırdılar. Onlar imperiya rəhbərlərinə belə fikir aşılamağa çalışırdılar ki, Azərbaycanın qardaş ölkə ilə əlaqələr yaratması Türkiyəyə meylin güclənməsinə səbəb ola bilər. Ancaq ermənilərin Azərbaycana qarşı düşmən münasibətləri aşkarlandıqdan sonra xalqımızda Türkiyəyə olan meyl doğrudan da gücləndi. (Bu səbəbdən də 1988-ci ilin əvvəllərindən başlayaraq Bakının küçə və əyləncə yerlərində Türk mahnıları eşidilməyə başladı). 1988-ci ildə Azərbaycanın incəsənət xadimləri Türkiyənin Izmir şəhərində Bakı günləri təşkil etdilər. Azərbaycanın incəsənət xadimləri türk tamaşaçıları qarşısında bir çox konsert proqramları ilə çıxışlar etdilər. Bundan sonra türk tamaşaçılarının da Azərbaycan musiqisinə marağı artdı [2]. Bu hadisə hər iki dövlətdə ayrı-ayrı şəhərlərin qardaşla şmasının və mədəni əlaqələrinin genişləndirilməsinin əsasını qoydu. Belə ki, Gəncə və Naxçıvan şəhərləri ilə Bursa şəhəri arasında da qardaşlıq əlaqələri yaradıldı. Bursa şəhəri ilə Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri dostluq və mədəni əlaqələri inkişaf etdirmək haqqında xüsusi müqavilə imzalandı və həyata keçiriləcək mədəni- kulturoloji tədbirlər planı hazırlandı [3].
Artıq 1990-cı ildən başlayaraq Azərbaycan – Türkiyə mədəni əlaqələri sürətlə inkişaf etməyə başladı. Bu dövrdə Türkiyənin mədəni aləmində Azərbaycan klassik ədəbiyyatına böyük maraq göstərildi. Həmçinin, türk ictimaiyyəti müasir yazarlarımızla da tanış olmaq imkanı əldə etdi. Türkiyədə Azərbaycan poeziyası və nəsri antologiyası nəşr olundu. Görkəmli türk şairi və jurnalisti Yusel Feyzioğlu Səməd Vurğunun şerlərini çap etdirdi [4].
Ankarada milli folklor tədqiqatları nəşriyyatları və başqa nəşriyyatlar «Azərbaycan Respublikası», «Azərbaycan xalçaları», «Aşıq Ələsgər» adlı kitabları türk oxucularına təqdim etdilər. Azərbaycan və Türkiyə aşıq poeziyasının inkişafına böyük təsir göstərən Qaracaoğlanın ədəbi irsi Azərbaycan şairi və alimi mərhum Rəfiq Zəka Xəndan tərəfindən araşdırılmışdır.
«Qaracaoğlanın xatirəsinə həsr olunmuş musiqi və poeziya bayramı» təntənəsində iştirak etmək üçün Respublikamızın görkəmli musiqi və poeziya ustaları türk aşığının vətəni Adana şəhərində oldular. Azərbaycan nümayəndə heyətinə 40 nəfər musiqi və folklor ustaları daxil idilər. Onlar 1990-cı il noyabrın 25-də başlayıb davam edən beynəlxalq mədəniyyət və incəsənət həftəsində iştirak etdilər [5].
Bu tədbirdən sonra Azərbaycan-Türkiyə aşıqları arasında qarşılıqlı əlaqələr genişləndi. Türkiyənin bir çox şəhərlərində qədim xalq sənətini qoruyub yaşadan sənətkarların ictimaiyyətlə görüşləri təşkil olundu. 1990-cı ildə Türk filosofu, sufi şair Yunis İmrənin 700 illik yubileyi münasibəti ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi mərhum Hüseyn Arifin rəhbərliyi ilə bir qrup aşıq sənətçilərimiz Əskişəhərdə, Ankarada və Mələkkədə çıxışlar etdilər. Həmin vaxt «Şairlər şöləni» adlı poeziya bayramında həm aşıqlarımız, həm də bir çox şairlərimiz iştirak etdilər. Bu təntənəli mədəni- kulturoloji tədbirlər zamanı Azərbaycan və Türkiyə sənətkarları arasında yaradıcılıq əlaqələrini inkişaf etdirdiyinə görə şair Hüseyn Arif «Kamal Atatürk Qızıl medalına» layiq görülmüşdür [6].
Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməmişlər. Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.İ. Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoymuşdur. Həmin operada German rolunu Lütfiyar İmanov ifa etmişdir.
Maestro Niyazinin Türkiyə ilə əlaqələri daha çox olmuşdur. O, burada P.İ. Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim etmişdir. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl drijorlarından biri kimi qiymətləndirmişlər [7].
Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdir. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanmışdır. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdir. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin Istanbul, Ankara və Izmir şəhərlərində çox uğurlu çıxışlar etmişlər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazmışlar.

 

ədəbİyyat

1 . Abdullayev M. Azərbaycan – Türkiyə əlaqələri. Bakı, Mütərcim, 1998, s.56, 112s.
2. «Kommunist» qəzeti, 1988, 9 aprel.
3. Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında, s.75, Bakı 1992
4 . «Kommunist» qəzeti, 1989, 13 dekabr.
5 . «Bakinskiy raboçiy» qəzeti, 1990, 2 iyun
7 . Kurbanov V. Iskusstvo Azerbaydcana za rubecom. Baku, s. 127-128


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM