ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir

08:08 / 16.05.2019

Vaşinqton administrasiyasının xarici siyasi kursunda yeni meyillərin meydana gəldiyi barədə təhlili yazılar tez-tez dərc olunur. Bu məsələ mütəlif aspektlərdən analiz edilir. Belə bir fikir yaranır ki, hazırda ABŞ rəhbərliyi vahid mövqedən çıxış edə bilmir, bu isə dünya siyasi arenasında ciddi problemlərə səbəb olur. Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.

Pompeo və Bolton: iki "qırğı"nın bir hədəfi

Ekspertlər Amerikanın xarici siyasətini təhlil edərkən daha çox ziddiyyətlərdən bəhs edirlər. D.Trampın Prezident seçilməsindən sonra dünyanın ən qüdrətli dövlətinin atdığı addımlarda uyğunluqdan çox, vahid mövqeni ifadə etməyən və qeyri-ardıcıl prosesin əlamətləri gözə çarpır. Bu qənaət həmin mövzuya həsr edilmiş analitik yazılarda çox müxtəlif əsaslara görə əldə edilir. Burada C.Nayın "Amerikanın yumşaq gücü"nü xarakterizə edən zaman gəldiyi nəzəri qənaətlərdən tutmuş "realpolitik"ə qədər geniş çalarlı yanaşmalar mövcuddur (bax: məs., Joseph S.Nye. American Soft Power in the Age of Trump / "Project Syndicate", 6 may 2019). Məhz onların ümumi mənzərəsi belə bir tezisi irəli sürməyə imkan verir: ABŞ-ın xarici siyasəti məqsəd və məzmunca ikiləşməyə doğru gedir!

Bunun səbəbi kimi D.Trampın komandasında vahid mövqenin olmaması göstərilir. Belə ki, Amerika rəhbərliyində "qırğılar" adlandırılan və çox sərt siyasi kursun tərəfdarı olan kadrlar üstünlük təşkil edirlər. İlk sırada M.Pompeonun və C.Boltonun adı çəkilir. Xarici siyasətdə özünü göstərən sərtləşmə həmin kadrlarla əlaqələndirilir. Belə bir fikir ifadə edilir ki, D.Tramp, əslində, başqa ölkələrə hərbi müdaxilənin tərəfdarı deyil. Onun İraqdan, Suriyadan və Əfqanıstandan amerikan əsgərlərini çıxarmaqla bağlı verdiyi vədləri xatırladırlar. Doğrudan da, D.Tramp bu istiqamətdə addımlar atmağa cəhd göstərir. Lakin son anda hansısa qüvvə prosesin reallaşmasına mane olur.

Suriyada məhz belə oldu. Türkiyə Prezidenti R.T.Ərdoğanla telefon danışığında D.Tramp Suriyadan əsgərləri çıxaracağını vəd etdi. Ancaq ətrafdan ona güclü təzyiqlər oldu və fikrini hələlik həyata keçirməyib. Əksinə, yayılan informasiyalara görə, amerikalılar bir qədər başqa statusda Suriyada radikal qruplara yardım edirlər. İndi onlar qondarma dövlət qurmaqla məşğuldurlar.

İraqda da eyni vəziyyətdir. Vaşinqtonun bu ölkədən çəkilmək niyyəti yoxdur. Əksinə, İraqa indi qonşu ərazilərə hərbi nəzarət etmək məkanı kimi baxırlar. ABŞ-ın rəhbərliyi məhz İraqa gizli səfərlər edir, orada hərbçilərlə görüşür və faktiki olaraq, Yaxın Şərqin böyük bir ərazisinə nəzarətin məsuliyyətini onların daşıdığını ifadə edirlər. Əfqanıstanda analoji vəziyyət mövcuddur. Burada da Amerikanın hərbi qüvvələri ölkədəki vəziyyətə nəzarəti əldən vermək fikrində deyillər. Terrorla mübarizə adı altında müxtəlif üsullarla burada möhkəmlənməkdədirlər. Belə görünür ki, D.Tramp Əfqanıstandan da əsgərlərin çıxarılmasını reallaşdıra bilməyəcək.

Bütün bunlara son vaxtlar Venesuela və Sudan ətrafında yaranmış gərginlik də əlavə olunub. Daha çox Venesuela məsələsi Amerikanın xarici siyasətinin predmetinə çevrilib. Venesuelada hakimiyyət dəyişikliyinin baş tutmamasında D.Trampın M.Pompeonu və C.Boltonu günahlandırdığı bildirilir. Amerika Prezidenti isə C.Boltonun aqressivliyini cilovlamağa çalışdığından yazıb. Bu fikri əsas tutaraq, ekspertlər hesab edirlər ki, Vaşinqtonun siyasi kursunda ikiləşmə meydana gəlir. Yəni, artıq D.Tramp ətrafındakı "qırğılar"dan şikayətçidir.

Nəhayət, İran və Şimali Koreya məsələsində də fikir ayrılığından bəhs edilir. C.Bolton bir neçə gün öncə bəyanat vermişdi ki, Fars körfəzinə əlavə hərbi qüvvə göndərirlər və İran hər hansı addım atsa, "amansızcasına cavab veriləcək". "Amansızcasına" ifadəsi güzəşt etmədən və dərhal İrana hərbi zərbə endirilməsini nəzərdə tutur. Eyni ifadələri bir neçə ay öncə D.Tramp Şimali Koreya ilə bağlı da işlətmişdi. Onda ABŞ-ın dövlət başçısı Koreyanı xalq və dövlət kimi yer üzündən silə biləcəklərini demişdi. Bu da KİV-lərin etirazına səbəb olmuşdu. Lakin məhz bu cür çıxışdan sonra Şimali Koreya Amerika ilə danışıqlara başladı. İran isə bunu etmir. Onun fonunda sanki Vaşinqtonda "qırğılar"ın mövqeyi möhkəmlənir.

Dünya siyasəti: yeni risklər və xaosa rəvac verən amillər

Bununla yanaşı, yenə də Venesuela məsələsi "qırğılar"ın kefini pozur. Çünki D.Tramp Venesuelada Prezident N.Maduronun gücünü amerikalıların düzgün hesablamadığı qənaətinə gəlib. Konkret olaraq, "qırğılar"ın Prezidentə yanlış və şişirdilmiş məlumat verdiyi ifadə edilir. Onlar Venesuelada çox qısa bir zamanda hakimiyyəti dəyişə biləcəkləri haqqında D.Trampa danışıb onu inandırdılar. Hadisələr isə tamamilə başqa mənzərəni ortaya qoydu. Müxalifətin lideri hakimiyyət dəyişikliyinin baş tutmadığını etiraf edib və Vaşinqtondan yardım istəyib. Bununla Amerika hərbi müdaxilə edib-etməmək arasında seçim etməyə məhkum olub. Bunu reallaşdırmaq asan deyil. Çünki Venesuelaya hərbi yardım göstərən başqa böyük dövlətlər var.

İndi amerikalılar ehtiyat edirlər ki, İran daha çətin rəqib ola bilər. Çünki Tehran ballistik raketlərə belə malikdir. Onların xüsusi hazırlanmış hərbi kontingenti mövcuddur və bir neçə ildir ki, Yaxın Şərqdə odun-alovun içindədirlər. Buna baxmayaraq, C.Boltonun aqressiv bəyanatları və İranı hədələməsi də faktdır. Deməli, iki böyük dövlət hansısa bir nöqtədə toqquşa bilər. Məhz bu məqamda Amerikanın Suriya, Əfqanıstan, İraq və Venesueladan sonra İran məsələsində uğur əldə edə bilməməsi onun beynəlxalq imicinə zərbə ola bilər. Bu isə bumeranq effekti ilə Vaşinqtonun siyasi kursunda ciddi problemlər meydana gətirə bilər. Türkiyə ilə münasibətlərin də qeyri-müəyyənliyə düşməsi fonunda bu, kifayət qədər riskli görünür.

Əslində, Vaşinqtonun xarici siyasətində vahid mövqenin olmadığını təsdiqləyən ən açıq nümunələrdən biri Amerikanın strateji müttəfiq adlandırdığı Türkiyəyə olan münasibətdir. Faktdır ki, son illər Türkiyə istiqamətində ABŞ rəhbərliyi ziddiyyətli addımlar atır. Bir tərəfdən Ankaranın strateji əhəmiyyətindən bəhs edir, digər tərəfdən isə həm Türkiyəyə qarşı olan terror qruplarına dəstək verir, həm də onu hərbi baxımdan müdafiəsiz buraxmağa istiqamətlənmiş addımlar atır. Konkret olaraq, Amerika Suriya və İraqda yuva salmış PKK, PYD/YPG terror qruplaşmalarını silahlandırır.

Eyni zamanda, Türkiyənin özünün hava hücumundan müdafiə sisteminin yaradılmasına ciddi şəkildə mane olmağa çalışır. ABŞ özünün istehsal etdiyi "Patriot" raket sistemlərini Ankaraya verməkdən imtina etdi. Əvəzində, Türkiyə Rusiyadan "S-400" raket komplekslərini aldı. Ancaq bu barədə müqavilə imzalanan kimi, Vaşinqton əks-hücuma keçdi. Onun addımlarından aydın olur ki, təzyiqlə Türkiyəni fikrindən döndərmək niyyətindədir. Lakin Türkiyə birmənalı şəkildə böyük dövlət olduğunu və suveren addımlar atdığını sübut etdi. Konkret olaraq, Ankara "S-400"-lərlə bağlı fikrini dəyişməyəcək. Bunu, deyəsən, amerikalılar anlamağa başlayıblar. İndi Vaşinqton Ankaraya dalbadal öz raket sistemlərini təklif edir. Çalışır ki, Türkiyənin özü bu cür sistemlər istehsal edə bilmək səviyyəsinə yüksəlməsin. Ekspertlər isə əmindirlər ki, Ankaranı heç kimsə mövqeyindən döndərə bilməyəcək. Bununla Türkiyə istiqamətinin ABŞ-ın xarici siyasətində möhkəm bir faktora çevrildiyini qəbul etmək lazım gəldiyi aydın olur.

Deyilənləri eyni məntiqi sapa düzdükdə, ekspertlərin gəldikləri qənaətin xeyli əsası olduğunu görürük. Doğrudan da, Vaşinqton xarici siyasətdə ardıcıl və ədalətli görünmür. Bu sahədə çalışanlar arasında fikir ayrılığı getdikcə daha qabarıq surətdə özünü göstərir. Bütün prinsipial məsələlərdə Amerikanın atdığı addımlar meydana əlavə çətinliklər çıxarır.

Bu, Avropada, Afrikada, Latın Amerikasında, Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə özünü göstərir. Belə çıxır ki, məsələ Amerika üçün ciddi məzmun kəsb etməyə başlayıb. Yaxın Şərqdə müəyyən siyasi qüvvələrin maraqlarına uyğun siyasət yeritmək, yalnız gizli dairələrdə rəğbət oyada bilər, lakin bu, Amerikanın dünyanın ən qüdrətli dövləti imicinə ciddi zərbədir. Əsrlərdir, dünya miqyasında fəaliyyət göstərib, ədalətli mövqe tutmağa çalışan bir ölkənin indi hansısa məhdud dairələrin təsiri altında olması liderliyə başucalığı gətirmir. Hətta həmin dairənin adı "qırğı" olsa belə! Bizcə, Amerikanın xarici siyasətində ikiləşmə yaradan bu faktorun zərəri getdikcə daha çox ola bilər.//Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM