KAMAL İBRAHİMOV
İqtisad üzrə fəlsəfə doktoru
Qlobal çağırışlar kontekstində cəmiyyətin və iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı sosial-iqtisadi proseslərin təhlüküsizliyinin və səmərəliliyinin təmin edilməsilə bilavasitə bağlıdır. Dövlət bu məqsədlə müxtəlif sosial təyinatlı tədbirlər reallaşdırır və dövlət tənzimlənməsi mexanizmləri vasitəsilə sosial siyasət yürüdür, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi tədbirləri görür. Bu proseslərdə maksimum səmərəliliyə nail olmaq, sosial-iqtisadi proseslərdə ortaya çıxan müxtəlif risklərdən və təhlükələrdən dəyən zərərləri azaltmaq, bunlarla bağlı təsirli tədbirlər görmək dövlətin strateji vəzifələrindən hesab olunur [1]. Dünya təcrübəsində bu vəzifələrin öhdəsindən gəlməkdə sığorta fəaliyyəti strateji fəaliyyət istiqamətlərindən və dövlət siyasəti mexanizmlərindən hesab edilir [2, s. 58]. Hesab edirk ki, sığorta fəaliyyəti müsair dövrdə sosial təhlükəsizliyin və iqtisadi proseslərin daha etibarlı, fasiləsiz şəkildə təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən fəaliyyət sahələrindəndir. Sığorta fəaliyyəti dövlətin sosial-iqtisadi siyasətinin daha səmərəli təşkilində, əhalinin sosial risklərdən qorunmasında, yaşayış səviyyəsinin tarazlaşdırılmasında, cəmiyyətin həyat tərzinin sağlamlaşdırılmasında, sosial-iqtisadi problemlərin yumşaldılmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, sığorta xidmətlərinin göstərilməsi hesabına və müxtəlif istiqamətlərdə sığorta təminatının formalaşdırdığı etibarlı mühitin sayəsində sosial-iqtisadi təyinatlı sığorta xidmətləri cəmiyyətdə daha dinamik inkişafın getməsinə, insanların əhvali-ruhiyyəsinə müsbət təsir göstərməsinə, onların sosial-iqtisadi fəallığının artmasına əlavə imkanlar formalaşdırılır. Sığorta vasitəsilə insanlar öz həyat səviyyələrini yaxşılaşdırmaq və təmin etmək üçün pul vəsaitlərinin toplanmasına, fondların yaradılmasına, həmin vəsaitlərin səmərəli şəkildə bölüşdürülməsinə, pul-maliyyə resurslarından investisiya xarakterli layihələrdə istifadə olunmasına şərait yaranır [3; 4]. Dövlət özünün sosial-iqtisadi siyasətində sığorta mexanizmlərindən və alətlərindən fəal istifadə etməklə, əhalinin həyat şəraitinin sabitliyini təmin edir və insanların cəmiyyətdə və iqtisadi inkişaf proseslərində səmərəli fəaliyyətinə şəraiti daha da yaxşılaşdırır [5].
Qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində sığorta fəaliyyətinin səmərəli təşkili və sığorta şirkətlərinin fəallığı nəticəsində sığorta sosial xərclərin əhəmiyyətli hissəsini qarşılamaqla cəmiyyət və ayrı-ayrı insanlar üçün çox mühüm funksiyaların öhdəsindən gəlir. Bu isə, öz növbəsində, insanların əmlak və pul vəsaitlərini qorumağa, sosial güvənliliyini artırmağa və, ümumilkdə, ölkədə sosial gərginliyin əhəmiyyətli səviyyədə azalmasına imkan verir [6]. Sosial məsələlər, sosial-iqtisadi problemlərin əhatəsi real şəraitdə əhalinin həyat səviyyəsinin təmin edilməsi üzrə sistemə daxil olan bir çox sahələri, o cümlədən əmək, istehlak, məişət, təhsil, mədəniyyət, incəsənət, istirahət, sağlamlığın qorunması, sosial təminat, sosial müdafiə və s. sahələri əhatə edir. Məlum olduğu kimi bu sahələr hər biri sığorta fəaliyyətinin mühüm fəaliyyət subyektləri kimi diqqət çəkirlər və praktikada realaşdırılan sığorta xidmətlərinin əksəriyyəti məhz bu sahələrə aiddirlər. Ölkənin iqtisadi təhlükəsizlik indikatorları içərisində sosial sahələrin və yuxarıda qeyd olunan fəaliyyət istiqamətlərinin təhlükəsizliyinin təmin edilməsi strateji xarakter daşıyır [7]. Bu amillər baxımından dövlət və cəmiyyət sığorta mexanizmlərinə və alətlərinə ciddi önəm verməklə, cəmiyyətin və dövlətin əsasını təşkil edən sosial-iqtisadi sistemi, ilk növbədə, öz vətəndaşlarını - insanları müxtəlif risklərdən və zərərlərdən qorumaqla, cəmiyyətdə və iqtisadi proseslərdə fasiləsiz inkişafı təmin edirlər. Bundan əlavə, həyat sığortasının müxtəlif növlərinin, o cümlədən, tibbi sığorta vasitəsilə insanların sağlamlığı qorunur, uzunömürlülük təmin edilir və əhali ilə dövlət arasında qarşılıq etimad mühiti formalaşdırılır [8].
Sığorta fəaliyyətinin çoxfunksiyalılıq xüsusiyyətləri və xidmətlərinin strukturunun genişliyi, bu xidmətlərin multiplikativ təsirinin yüksək olması sosial-iqtisadi proseslərin səmərəli formada intensivləşməsinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, sosial-iqtisadi problemlərin həllində yeni mexanizmlərin işlənib hazırlanmasına, yeni iş yerlərinin yaradılmasına, əmək şəraiti ilə bağlı daha təsirli tədbirlərin görülməsinə, əmək mühafizəsinin gücləndirilməsinə, bədbəxt hadisələrdən ortaya çıxan zərərlərin azaldılmasına əlverişli şərait yaradılır və potensial formalaşdırılır. Belə ki, sığorta fəaliyyəti və sığorta mexanizmləri təkcə sosial-iqtisadi proseslərdəki təhlükələrdən təminatçı rolunda çıxış etmir, eyni zamanda ümumi yanaşdıqda sığorta xidmətləri əhalinin həyat səviyyəsi və yaşayış indikatorları üzrə çoxlu sayda rast gəlinən risklərdə qorunmaqda əhəmiyyətli rol oynayır və bunlarla bağlı itkilərin bölüşdürülməsini təmin edir [9]. Bazar iqtisadiyyatı şəraitində sığorta fəaliyyətinin sosial aspektlərinə, onun sosial məzmununa, yığım və bölüşdürücü, investisiya funksiyalarına, multiplikativ təsir xüsusiyyətlərinə daha ciddi önəm vacibdir. Belə ki, bu amillər baxımından sığorta fəaliyyəti üzrə məqsədli investisiyaların yatırılması problemlərinə də xüsusi diqqət verilməlidir. Həyat sığortalarından əldə olunan vəsaitlərdən maksimum səmərəli istifadə olunması, toplanmış maliyyə resurslarından istifadənin genişləndirilməsi hesabına sığorta şirkətlərinin maliyyə sabitliyinə müsbət təsirin göstərilməsi sığorta şirkətlərinin manevr imkanlarını genişləndirməyə, onların sosial-iqtisadi fəaliyyət proseslərində daha fəal iştirak etməyə, ölkənin sosial-iqtisadi inkişafında, əhalinin yaşayış səviyyəsinin yüksəlməsində, digər makroiqtisadi problemlərin həll edilməsində sığortanın səmərəli rolunun təmin etməyə imkan verər [10; 11]. Sığorta xidmətlərinin səviyyəsinin sığorta bazarındakı tələblərə uyğun şəkildə genişləndirilməsi, təkrar sığorta fəaliyyətinin səmərəli təşkili, sığorta şirkətinin kapitallaşmasında öz vəsaitlərinin artması strategiyasına əməl olunması son nəticədə sığorta şirkətinin dayanıqlılığını daha da yüksəldə bilər və sığortalılar qarşısında olan öhdəliklərinin vaxtında və tələb olunan həcmdə ödənilməsində problemlər yaranmaz, həm də şirkətin gəlirlilik və rentabellik proqnozları səviyyəsində fəaliyyət göstərmək potensialı yaranar. Eyni zamanda, sosial-iqtisadi prioritetlərin reallaşdırılmasında sığorta bazarı mühüm funksiyalara malikdir [12]. Sığorta fəaliyyəti sosial-iqtisadi inkişaf proseslərinin tənizmlənməsində önəmli rol oynayır və bununla bağlı çox mühüm funksiyaları yerinə yetirir. Belə ki, sığorta fəaliyyətinin təşkili hesabına sosial-iqtisadi proseslərdə ortaya çıxa biləcək idarəetmə və əməliyyat risklərindən maksimum dərəcə sığortalanma, həmin əməliyyatların cəlbediciliyini və davamlı şəkildə həcminin artırılmasını təmin edilməklə bərabər, bu proses iştirakçılarının maraqlarının qorunması da reallaşdırılır [13; 14; 15; 16]. Digər tərəfdən, sığortanın, onun fəaliyyəti ilə bağlı proseslərin mahiyyətinin dövlət tərəfindən ciddi şəkildə qiymətləndirilməsi, tənzimlənməsi, müvafiq qanunvericilik bazasının yaradılması vacib məsələlərdəndir. Sığorta fəaliyyəti üzrə inkişaf proseslərinə müdaxilə edilərkən, onun sosial-iqtisadi məzmununun dəyərlərinin obyektiv qiymətləndirilməsinə və sosial-iqtisadi qanunauyğunluqlarına önəm verilməlidir [17].
Sığorta fəaliyyətinin sosial-iqtisadi təyinatlı funksiyalarının səmərəliliyinin yüksəldilməsində onun əsas mexanizmlərinin daha məhsuldar istiqamətlərdə təkmilləşdirilməsinə strateji yanaşma təmin olunmalıdır. Bu halda fəaliyyət mexanizmlərinin və alətlərinin müəyyənləşdirilməsində sosial-iqtisadi inkişaf xüsusiyyətlərini əsas götürmək daha məqsədəuyğun hesab oluna bilər [18].
Qeyd edək ki, sığorta sosial-iqtisadi inkişaf proseslərində xəbərdaredici xüsusiyyəti hesabına, bu proseslərdə yarana biləcək risklərin, gözlənilən təhlükələrin, xoşagəlməz halların yaxınlaşmasını və fəsadları barədə xəbərdalıq edir, bununla da insanları və hüquqi şəxsləri gözlənilən zərərlərdən əsasən sığortalayır. Sığorta fəaliyyəti sosial sahədə cəmləşən subyektlərinin və milli iqtisadiyyatda yer alan müxtəlif sosial-iqtisadi fəaliyyət sahələrinin üzləşdikləri risklərin mənfi nəticələrinin və təsirinin aşağı salınması üçün əlavə tədbirlərin vacibliyini önə çıxaran faydalı fəaliyyət sahəsi kimi qiymətləndirilməlidir [19]. Bu problemlər üzrə, dünya təcrübəsindən yanaşsaq, sığorta fəaliyyəti özünün çoxfunksiyalı və multiplikativ təsir dairəsi hesabına sosial-iqtisadi inkişaf proseslərinin, həmçinin cəmiyyətin, insanların həyati proseslərinin daha çox dayanıqlı olmasına və təhlükəsizliyinə faydalı töhvələr verir. Həmin proseslərdə sığorta fəaliyyəti riskləri və onun mənfi nəticələrini sosial-iqtisadi subyektlər və fiziki şəxslər arasında səmərəli şəkildə bölüşdürmək potensialına malikdir [20].
Qeyd olunan amillər baxımından, sığorta fəaliyyətinin qlobal təhlükələrin artdığı bir dövrdə maksimum dayanıqlı və möhkəm mexanizmlər əsasında inkişafının təmin edilməsi, tənizmlənməsi də vacib şərtlərdəndir. Dövlət sığorta fəaliyyətinin səmərəliliyinin, fəaliyyət mexanizmlərinin işləkliyinin təmin edilməsi üzrə öz siyasətini mövcud problemlər və qlobal sığorta fəaliyyəti çağırışlarına uyğun şəkildə qurmalı, problemlərin tənzimlənməsinə səy göstərməlidir [21]. Tədqiqatçı Z.R.Rəcəbovaya görə, bunun üçün sığorta fəaliyyətinin sosial-iqtisadi və təşkilati əsaslarının təkmilləşdirilməsi və sığorta təşkilatlarının fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir [22].
Qlobal sosial-iqtisadi çağırışlar və sığorta səmtləri əsas götürülməklə, sğorta fəaliyyətinin, ümumilikdə sığorta bazarının mobilliyinin, səmərəliliyinin təmin edilməsi problemlərinə daha çox diqqətin yönəldilməsini vacib hesab edirik. Sosial-iqtisadi sığorta xidmətlərinin çeşidi və keyfiyyətinin geniş olması, etibarlılığı cəmiyyətin və iqtisadiyyatın daha geniş fəaliyyətini və iri layihələrə cəsarətlə qoşulmalarını, riskli layihələrdə tərəflərin maraqlarının qorunmasını, bir sözlə, cəmiyyətin və iqtisadi fəaliyyətin güvənliliyini artırır. Amma, bunlarla belə, sığorta bazarının müasir inkişaf aspektləri və mövcud mexanizmləri köklü islahatların aparılmasını və təkmilləşdirmələrin intensivləşdirilməsini tələb edir. Sosial-iqtisadi inkişaf üçün zəruri olan investisiya potensialının formalaşdırılması, investisiya-innovasiya fəaliyyətinin gücləndirilməsi, ilk növbədə, sığorta alətlərinin və mexanizmlərinin maksimum səmərəli olmasını şərtləndirir. Bu baxımdan, son illərdə müşahidə olunan ən önəmli tendensiyalardan biri sığorta kompaniyalarının təmərküzləşməsi prosesləri və kapitalın iri sığorta kompaniyalarının sərəncamına doğru axması proseslərinin sürətlənməsidir. Belə ki, sığorta kapitalı əsasən transmilli sığorta kompaniyalarında təmərküzləşməkdə davam edir. Təəssüf ki, bununla belə dünyada sosial-iqtisadi təyinatlı sığorta ödənişlərinin həcminin azalması tendensiyasını da qeyd etmək lazım gəlir. Məsələn, dünyanın ən iri kapital və sığorta bazarlarından olan Avropa bazarında son illərdə sığorta ödənişlərinin həcmi məcmu sığorta kapitalının 38-40 % səviyyəsində olmuşdur. Bu göstərici Şimali Amerika və Asiyanın sığorta bazarlarında 30-31 % səviyyəsində təşkil etmişdir [23]. Bunlarla yanaşı, sığorta bazarlarında kütləvi şəkildə sığorta kompaniyalarının və cəmiyyətlərinin birləşməsi prosesləri, daha doğrusu bir-birini “udması” prosesləri də sürətlənməkdədir. Nəticədə, müxtəlif sığorta kompaniyaları bank və maliyyə kapitalına malik digər maliyyə qurumları ilə birləşərək transmilli maliyyə qruplarına çevrilməkdədirlər [24].
Şəkil 1-də sığorta fəaliyyətinin sosial-iqtisadi əhəmiyyətini şərtləndirən amillərin blok-sxemini vermişik.
Şəkil 1. Sığorta fəaliyyətinin sosial-iqtisadi əhəmiyyətini şərtləndirən amillərin blok-sxemi (müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 1-də verilmiş sığorta fəaliyyətinin sosial-iqtisadi əhəmiyyətini şərtləndirən amillərdən baxsaq, qeyd etmək mümkündür ki, sığorta fəaliyyəti və ümumilikdə, sığorta sistemi ölkənin sosial təhlükəsizliyinin strateji tərkib komponenti kimi çıxış edir.
Qeyd edək ki, Azərbaycanda sığorta sisteminin və sığorta fəaliyyətinin sosial-iqtisadi proseslərdə rolunun yüksəldilməsinə ciddi zərurət vardır. Prezident İlham Əliyev "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunarkən, bildirmişdir: "Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük" [25]. Bu baxımdan, sığorta fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması vacib şərtlərdəndir.
Beləliklə, səmərəli və çevik, həmçinin əlçatan sığorta xidmətləri cəmiyyətdə sosial tarazlığın formalaşmasına və möhkəmlənməsinə ciddi töhvələr verə bilər. Bundan əlavə, fikrimizcə, qlobal çağırışlar kontekstində sığorta fəaliyyəti aparılan sosial-iqtisadi məzmunlu dövlət siyasətinin və onun reallaşdırılması ilə bağlı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə əlavə stimullar vermək potensialına malikdir. Bu amillər baxımından, yaxın perspektivdə ölkəmizdə sığorta sosial institut kimi əhalinin sosial rifahının yaxşılaşdırmasında, insanların əmək proseslərində və həyatlarındakı qarşılaşa biləcəkləri risklərdən, təhlükələrdən qorunmasında strateji təminatçısı funksiyasını yerinə yetirmək potensialına malik fəaliyyət sahələrində biri kimi xüsusi diqqət mərkəzində saxlanılmalıdır və s.
ƏDƏBİYYAT:
1. Колесников Ю. А. Социально-экономическое значение страхования // Социология власти. 2006. №2. - https://cyberleninka.ru/article/n/sotsialno-ekonomicheskoe-znachenie-strahovaniya.
2. Алексеева О.В. Страхование как механизм обеспечения социальной безопасности и экономических интересов россиян. Дисс. канд. соц. наук., Новочеркасск, 2007, 178 с.
3. Социально-экономические аспекты страхования ответственности при осуществлении профессиональной деятельности - http://librisum.com/halfin/mensh03.htm.
4. Общественно-экономические условия развития страхования - https://pravo.studio/kreditovanie/obschestvenno-ekonomicheskie-usloviya-46242.html.
5. Соколова Е.Н. Значение и место страхования жизни в реализации социально-экономической политики государства // Вестник РЭА им. Г.В. Плеханова. 2006. №3, C.63-71.
6. Социально-экономическая сущность страхования и его значение - https://socstrah24.ru/ekon-i-soc-neobh/.
7. Тугарин С.С. Социально-экономические аспекты рынка страховых услуг в системе экономической безопасности России. Дисс. канд. экон. наук. Москва, 2007, 196 с.
8. Роль личного страхования в организации социальной защиты - https://hr-portal.ru/article/rol-lichnogo-strahovaniya-v-organizacii-socialnoy-zashchity.
9. Кабирова Алина Салаватовна Влияние социально-экономического развития региона на страховой рынок // СИСП. 2013. №6 (26), C.46-54.
10. Тихомиров А.П. Социокультурные основания управления страховой деятельностью в современной России. Дисс.канд.соц.наук. Москва, 2006, 174 с.
11. Косарев Ю.А. Система социального страхования // Социальный мир. — 2001.-№ 11.-С. 8-11.
12. Социально-экономическое содержание страхового рынка - https://finlit.online/strahovoe-delo-finansi/sotsialno-ekonomicheskoe-soderjanie-strahovogo-18631.html
13. Анализ тенденций развития мирового рынка страхования. http://na5bal.narod.ru.
14. Тенденции и перспективы развития мирового страхового хозяйства. http://helpiks.org.
15. Глобализация мирового страхового рынка: причины, формы и тенденции. http://lib.sale.
16. Основные тенденции развития мирового страхового рынка. https://textbook.news.
17. Briggs S. Daunting Obstacles Confront Insurers in China II Best's Review/Life-Health Insurance Edition.- 1996.- Vol. 97.- № 5.- P. 50-59.
18. Hamilton, J. The Duty of Disclosure in Insurance Law The Effectiveness of Self-Regulation// Australian Business Law Review.- 1995.- Vol. 23.- № 5.- P.359-367
19. Фогельсон Ю. Б. Введение в страховое право / Ю.Б. Фогельсон. -М.: Издательство БЕК, 2004. 312 с.
20. Турбина К.Е. Тенденции развития мирового рынка страхования / К.Е. Турбина. — М.: Анкил, 2000. - 320 с.
21. Юргенс И. О проблеме регулирования страхования в России // Страховое дело. 2000. - № 9. - С. 24-28.
22. Раджабова З.Р. Организационно-экономические основы повышения эффективности управления в современных условиях. Дисс. канд. экон. наук. Махачкала, 2009, 148 с.
23. Романова А.А., Улыбина Л.К. Состояние и перспективы развития мирового страхового рынка. http://eee-region.ru.
24. Юлдашев, Р.Т. Организационно - экономические основы страхового бизнеса / Р.Т. Юлдашев // М.: АНКИЛ. 2002. - 247 с.
25. İlham Əliyev: "Azərbaycanda sığorta sahəsində boşluqlar var". 28 Mart 2019. - https://www.bbc.com/azeri/international-47716400.
Açar sözlər: sığorta fəaliyyəti, sığorta şirkətləri, qlobal sığorta çağırışları, sığortanın sosial-iqtisadi əhəmiyyəti, sığorta fəaliyyətinin təkmilləşdirilməsi, sığortanın inkişaf perspektivləri.
Ключевые слова: страховая деятельность, страховые компании, глобальные страховые вызовы, социально-экономическая значимость страхования, совершенствование страховой деятельности, перспективы развития страхования.
Key words: insurance activity, insurance companies, global insurance challenges, social and economic importance of insurance, improvement of insurance activity, prospect of development of insurance.
РЕЗЮМЕ
СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ АСПЕКТЫ СТРАХОВОЙ ДЕЯТЕЛЬНОСТИ В КОНТЕКСТЕ ГЛОБАЛЬНЫХ ВЫЗОВОВ
В статье исследованы социально-экономические аспекты страховой деятельности в контексте глобальных вызовов. С этой целью анализирована сущность и значимость социально-экономических аспектов страховой деятельности. Рассмотрена важность расширения страховой деятельности социально-экономических процессов по укреплению социальной безопасности граждан и субъектов экономической деятельности. Дана блок-схема основных факторов, обуславливающих социально-экономическую значимость страховой деятельности. Обобщена и обоснована необходимость повышения роли страховой деятельности в Азербайджане в ближайшей перспективе в контексте глобальных страховых вызовов.
SUMMARY
SOCIAL AND ECONOMIC ASPECTS OF INSURANCE ACTIVITY IN THE CONTEXT OF GLOBAL CHALLENGES
Social and economic aspects of insurance activity in the context of global challenges are investigated in the article. The essence and the importance of social and economic aspects of insurance activity is analyzed for this purpose. Importance of expansion of insurance activities of social and economic processes for strengthening of social safety of citizens and subjects of economic activity is considered too. The flowchart of the major factors causing the social and economic importance of insurance activity is given. Need of increase in a role of insurance activity in Azerbaijan in the short term in the context of global insurance challenges is generalized in the end of the article.
"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM