Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni dinamika alıb. Onun ardınca Avstriyanın prezidenti Aleksander Van der Bellen Soçiyə gedib. Onun Rusiya prezidenti ilə söhbətində əsas məsələ yenə də İran olub. Brüsselin bu məsələ ilə bağlı konkret təklifləri vardır. Ancaq Vladimir Putin fərqli düşündüyünü ifadə edib. Bununla həm Avropanın İranla bağlı narahatlığı, həm də Rusiyanın özünü başlıca geosiyasi güc kimi aparmağa başlaması ekspertlərin diqqətindən yayınmayıb. Bu bağlılıqda yaranmış vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük.
Vaşinqtondan sonra Brüssel: Soçidəki görüşlər
Amerikanın İranla bağlı son dövrlərdə atdığı sərt addımların qlobal və regional geosiyasi proseslərə təsirinin əlamətləri artıq hiss edilir. Ekspertlər hesab edirdilər ki, bu təsirlər başlıca olaraq gərginləşmə istiqamətində olacaq. Görünür, onlar haqlı imişlər. Bu məsələ ətrafında böyük geosiyasi güclərin yeni səviyyədə manevrləri start götürüb. O cümlədən Avropa İttifaqı Rusiya ilə İran problemi ətrafında müzakirələrə başlayıb. Avstriya prezidentinin Soçidə Vladimir Putinlə görüşməsi və orada birbaşa İranla əlaqədar fikir mübadiləsi aparması bunun konkret əlamətlərindəndir.
Soçidə Avstriya prezidentinin əməkdaşlıqla bağlı təklifinə Rusiyanın dövlət başçısı diplomatik ibarələrlə cavab verib ki, İranın əvəzinə qərar qəbul edə bilməz və Rusiya "yanğınsöndürən deyil ki, hər yerdə hər şeyə vaxtında müdaxilə edə bilsin". Yəni İran elə məsələdir ki, öncə qlobal miqyasda böyük dövlətlər onun barəsində ortaq fikrə gəlməlidirlər. Və Rusiya heç zaman Tehrana güc tətbiq etməklə və ya təzyiq göstərməklə onu Vaşinqtonun iradəsini qəbul etməyə məcbur edə bilməz.
Rusiya, ümumiyyətlə, İrana münasibətdə bu formatı məqbul hesab etmir. V.Putin həm M.Pompeoya, həm də Avstriya prezidentinə Kremlin problemə öz baxışı olduğunu çatdırıb. Moskva müstəqil və əsas geosiyasi oyunçulardan biri kimi, maraqlarının təmin olunduğu formata razı ola bilər. Bu səbəbdən istər Amerika, istərsə də Aİ öncə bütövlükdə dünyaya baxışlardakı incəlikləri araşdırıb, ortaq nəticəyə gəlib, ümumi qərara gəlsələr, həmin əsasda hərəkət edib, İran məsələsini həll etmək olar.
Bununla Qərb siyasi xadimlərinin Soçiyə dalbadal gəlmələrinin başlıca səbəbi aydın olur. Onlar İran məsələsində Kremllə ortaq mövqeyə gəlməyi hədəfləyiblər. Bu isə nəinki İranın, hətta bütün Yaxın Şərqin siyasi taleyini həll etmək deməkdir. Hələlik tərəflərin heç bir ortaq fəaliyyət planı yoxdur. Lakin aydın olur ki, ABŞ-ın öz mövqeyi var və Aİ də həmin mövqe ilə razı deyil. Belə ki, Avropa açıq bəyan edir ki, İranla nüvə sazişi qalmalıdır və bu, xilas yoludur. Əks halda, Yaxın Şərqlə yanaşı, Avropada da sabitliyə ciddi təhlükələr meydana gələ bilər. O cümlədən İranın ballistik nüvə raketlərinə sahib olması ciddi geosiyasi gərginlik yarada bilər (qərblilərin məntiqi ilə).
Moskva isə həm İranın nüvə planlarına təmkinlə yanaşır, həm də avropalıların nə istədiklərini yaxşı bilir. Bu da İran məsələsində böyük dövlətlərin ortaq fəaliyyəti ehtimalını çox aşağı salır. Lakin yenə də müxtəlif səviyyələrdən Rusiya ilə Aİ-nin birgə fəaliyyət göstərməsinə çağırışlar eşidilir (bax: məs., Андрей Кортунов, Мишель Дюкло. Иран на Ближнем Востоке: часть проблемы или часть решения? / РСМД, 13 may 2019).
Həmin bağlılıqda ekspertlər hesab edirlər ki, İranı "aldanmış kəvakib" vəziyyətinə salmaq kimsənin xeyrinə deyil. Bunun siyasi, tarixi, geosiyasi və mədəni səbəblərini göstərməyə çalışırlar. İdeya bundan ibarətdir ki, İran tarixən Yaxın Şərqlə sıx bağlı olub və onu indi oradan kənarda tutmaq mümkün deyildir. Vaşinqtonun bu istiqamətdə addımlar atması isə bütövlükdə regionu və dünyanı təhlükəyə atır. Belə ki, Yaxın Şərqdə kifayət qədər gücə malik olan İran bir çox yerlərdə dağıdıcı fəaliyyət göstərə bilər. Deməli, Avropa və Rusiya məsələnin bu tərəfinə diqqət yetirməlidirlər. Konkret olaraq, İran regionun əhəmiyyətli dövlətlərindən biri kimi qəbul edilməli və Yaxın Şərqdə onun geosiyasi rolu müəyyənləşməlidir. Müəyyənləşmə altında ekspertlər hər şeydən öncə İranın regiondakı təsirlərinin sərhədlərinin qoyulmasını nəzərdə tuturlar. Bunun adi dildə ifadəsi ondan ibarətdir ki, Avropa, Rusiya və Çin İranın müasir mərhələdə geosiyasi rolunu müəyyənləşdirib, onu nəzarət altında saxlamağı təmin etməlidirlər (bax: əvvəlki mənbəyə).
Tehran üçün üç addım: Yaxın Şərqin "geosiyasi ağaları"
Bunun üçün ilkin addım nüvə sazişini xilas etməkdən ibarət olmalıdır. Çünki Tehranın nüvə silahına malik olması böyük dövlətlər üçün təhlükədir. Nüvə istiqamətində tədqiqatların dayandırılması isə həm İranın aqressivliyinin qarşısını alar, həm də onu Avropa, Rusiya və Çinlə əməkdaşlığa açıq saxlayar.
İkinci addım kimi İranın Suriyadakı rolu ilə bağlı qarşılıqlı anlaşma əldə etmək düşünülə bilər. Bu məsələyə ekspertlər ciddi əhəmiyyət verirlər. Tehranın Suriyadan tamamilə sıxışdırılması mümkün deyil. Moskva bu addıma heç getməz də. Çünki İran regionun yeganə dövlətidir ki, Dəməşq onun ölkədə hərbi mövcudluğuna razıdır. İran həm də Rusiyanın orada müttəfiqi, Astana prosesinin iştirakçısıdır. Tehran Bəşər Əsəd ordusuna indi də böyük kömək edir. Əslində, ekspertlərin fikrinə görə, həmin ordu sıralarında İrandan olan hərbçilər üstünlük təşkil edirlər.
Bütün bunların fonunda İranı Suriyadan geosiyasi və hərbi qüvvə olaraq necə ata bilərlər? Amerika və İsrail məhz buna çalışırlar. Nəticədə, regionda gərginlik daha da çoxalır. Təbii ki, Avropanın bu cür düşünməsi təəccüblü deyil. Ancaq əsas məsələ yenə də İranın Suriyadakı varlığının məzmun və miqyasının kim tərəfindən müəyyənləşdirilməsindədir. Avropa arzulayır ki, bu məsələdə də ip Aİ ilə Rusiyanın əlində olsun. Tehran üçün kənardan sərhəd müəyyənləşdirsinlər və o, ona sözsüz əməl etsin. İranın belə bir mövqeni qəbul etməsi mümkünsüz görünür.
Üçüncü addım kimi İranın regionun gələcək təhlükəsizlik sistemində yeri və rolunu müəyyənləşdirmək nəzərdə tutulur (bax: əvvəlki mənbəyə). Bu bənd daha çətin, lakin ən əhəmiyyətli hesab edilir. İranı hər hansı bir şəkildə Yaxın Şərqin gələcək təhlükəsizlik sistemində nəzərdə tutmaq, faktiki olaraq, bu sistemi yaratmamaq deməkdir. Heç bir arqument bu tezisi dəyişə bilməz. Bunun tarixi, siyasi, geosiyasi və hərbi səbəbləri vardır.
Ancaq hesab edilir ki, İranın da daxil olduğu "inklüziv kollektiv təhlükəsizlik sistemi"nin hətta 3-5 ilə yaranması çox çətindir. Buna baxmayaraq, "Rusiya və Avropanın belə bir sistemə ortaq baxışının olması mühüm nailiyyət və həm Tehran, həm də onun regiondakı rəqibləri üçün aydın siqnal olardı" (bax: əvvəlki mənbəyə). Görünür, bu mesajda əsas məqam ABŞ-la İran arasındakı münaqişənin Yaxın Şərqin taleyində həlledici olmaya da bilməsindən ibarətdir. Bu kontekstdə Avropa ilə Rusiya İranla region dövlətləri arasında etibarlığı artıra biləcək incə addımlar ata bilərlər. Konkret deyilsə, Avropa Rusiyanı öz yanına çəkib, Vaşinqtonun planlarını pozmağı təklif edir.
Bütün bunlar təbii ki, maraqlı olduğu qədər də düşündürücüdür. Çünki hiss olunur ki, İran məsələsi ətrafında bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin yenidən formatlaşdırılması prosesi meydana gəlir. Burada görünən başlıca məqam ondan ibarətdir ki, regionun taleyini yerli xalqların və dövlətlərin deyil, kənarda olan böyük geosiyasi güclərin müəyyənləşdirməsinin vacibliyi kursu seçilib. Bu baxımdan kənar qüvvənin Amerika, Aİ, Rusiya və ya Çin olmasının elə bir əhəmiyyəti yoxdur. Yanaşmanın fəlsəfəsi İkinci dünya müharibəsindən sonrakı ab-havanın saxlandığına dəlalət edir. Supergüclər indi də özlərini yeni müharibənin qalibləri kimi aparmağa çalışır və bu mövqedən çıxış edərək dünyanın istənilən regionunda özlərinə uyğun bölgü aparmağı düşünürlər.
Məsələn, onlar istəyirlər ki, regionun geosiyasi düzəni "belə olsun", İranın oradakı rolu "elə olsun", filan dövlətlər də filanlarla "barışsın" və s. Bu göstərişi verənlər də növbəti dəfə dünyanın aparıcı kəsimi kimi qalsınlar və bir neçə ildən sonra hər şey yenidən başlasın: dünyanı yenidən bölmək üçün müsəlmanların canına daraşsınlar!
Şübhə yoxdur ki, bu cür düşüncə bəşəri deyil və milyonlarla insanın yeni fəlakətlərə sürüklənməsinə yol açır. Yaxın Şərqin taleyini regionda yerləşən dövlətlər və orada yaşayan xalqlar müəyyən etməlidirlər. Kənardakılar müdaxilə etməməlidirlər. Suriya necə dövlət olacaq və ya İraqda hansı quruluş seçiləcək, İranda hansı silahlar istehsal olunacaq kimi məsələlər həmin dövlətlərin daxili işləridir!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM