Samirə Allahverdiyeva
Qərbi Kaspi Universiteti
O dövlətlər sabit və dinamik inkişaf edir ki, onlar düşünülmüş strategiya sərgiləyir. Hər bir müstəqil dövlətin öz idarə konsepsiyası, inkişaf prioritetləri vardır. İstər kommersiya və finans, neft və istərsə də qeyri-neft sektorunda dünya dövlətləri öz strategiyalarını sərgiləməyə, möhkəmləndirməyə çalışırlar.
Danılmaz faktdır ki, hər bir ölkənin tarixində enişlər və yoxuşlar mütləqdir ki, olub. Təbii ki, bu halın baş verməsinə təkan verən bir sıra səbəbləri vardır. Düzgün maliyyə sisteminin olmaması, real qanunların icra olunmaması, neft və qeyri-neft strategiyasının düzgün sistemləşdirilməməsi və s.. Düşünürəm ki, enişlərin çox halda baş verməsi dövlətin bir sektorla maliyyələşməsindən irəli gəlir. Məsələn dünya təcrübəsi göstərir ki, əgər bir dövlət yalnız neft sektoru ilə inkişafayönəlik siyasət yürüdürsə, o halda neftin ucuzlaşması, dəyərsizləşməsi həmin ölkənin sürətli şəkildə itgilərinin artmasına səbəb olmuşdur. Bu səbəbdən də yalnız bir sahənin inkişaf etdirilməsi, bir istiqamətdə iqtisadiyyatın idarəedilməsi düzgün siyasət sayıla bilməz.
Dünya dövlətlərinin inkişaf prioritetlərinə nəzər salsaq daha çox qeyri- neft sektorları ilə özünü formalaşdıran ölkələrin güclü olması və daha az riskə sahib olmalarını açıq şəkildə müşahidə edə bilərik.
Dünyada baş verən proseslər heç bir ölkəyə təsirsiz ötüşə bilməz, çünki hər bir dövlət ayrılıqda dünyanın bir hissəsi, tərkibidir. Ona görə də qloballaşan dünyada baş verən hər bir hadisə bütün dövlətlərə bu və ya digər formada təsirini göstərir. Bu da əlbətdəki təbiidir.
Dünya dövlətlərində baş verən devalivasiyalar dünyanın bir parçası olan Azərbaycana da təsirsiz ötüşə bilməz. Bu gün yalnız neft sektoru ilə deyil, qeyri-neft sektorunun da inkişaf etdirilməsi ilə dünya gündəmində ön yerlərdə olan Azərbaycan öz inkişafı istiqamətində yeni addımlar sərgilədiyi hər birimizə agahdır. Qeyri-neft sektoru kimi, Kənd təsərrüfatı, elm-təhsil, yeni innovasiyalar, incəsənətin inkişaf etdirilməsi və s. bu kimi bir sıra istiqamətlərdə aparılan işlər Azərbaycanın neft sektoruna olan asılılığını əlbətdəki dəfələrlə azaldır.
2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon ABŞ dolları dəyərində mal ixrac olunmuşdur, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın 138 milyon ABŞ dolları və ya 13% artımın göstəricisidir. 2018-ci ilin sentyabr ayının göstəricilərinə nəzər salsaq görərik ki, Türkiyəyə 2017-ci ildə 27.5 milyon dollar həcmində ixrac edilmişdirsə 2018-ci ilin sentyabr ayında bu rəqəm 27.1 milyon dollar, Rusiyaya 2017-ci ildə 15.9 milyon dollar həcmində ixrac etdiyimiz halda 2018- ci ildə 25.7 milyon dollar, İsveçrəyə 2017-ci ildə 14.1 milyon dollar olduğu təqdirdə 2018-ci ildə 13 milyon dollar həcmində ixrac, Gürcüstana 2017-ci ildə 7.9 milyon dollar olduğu təqdirdə 2018-ci ildə 8.9 milyon dollar, Qazağıstana 2017-ci ildə 2.4 milyon dollar olduğu halda 2018-ci ildə bu rəqəm 3.8 milyon dollar olaraq eniş və qalxışlarla müşahidə olunmuşdur.
2018-ci illə 2017-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi arasında etdiyimiz ixrac prosesinə də ümumi olaraq nəzər salsaq görərik ki, son iki il ərzində ixrac prosesi ən çox həyata keçirilən ölkələr Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, Qazağıstan olaraq sıralanır. Lakin müqayisəli şəkildə nəzər salsaq müşahidə edəcik ki, ümumi məbləğdə xeyli artım və azalma vardır.Bunu müqayisəli şəkildə qeyd etdiyim Cədvəl №1-də də aydın şəkildə görmək mümkündür.
Cədvəl №1
2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru
üzrə 5 əsas ixrac ölkəsi
(2017-ci ilin eyni dövrü ilə müqayisədə, milyon ABŞ dolları ilə)
Respublikamızda həyata keçirilən düşünülmüş siyasət nəticəsində qeyri-neft sektorundan gələn gəlir və ixracın artması istiqamətində dəyişilməsi sürətli şəkildə dəyişilir. 2017-ci il ərzində qeyri- neft sektoru üzrə yanvar - sentyabr ayında ixracdan əldə edilmiş gəlir 1 milyard 69 milyon ABŞ dolları olmuşdur. 2017-ci illə 2016-cı il arasındakı ixrac məbləğinin fərqinə baxsaq görərik ki, 25 faiz artım olmuşdur. 2017-ci illə 2018-ci ilin müvafiq müddəti arasında isə 13 faiz artım müşahidə olunmuşdur. Əlbətdəki bu da böyük göstəricidir. 2017-ci ildə ən çox ixracat Rusiya Federasiyasına edilmişdir. Bu göstərici 2016-cı ildə də belə idi. 2018-ci ildə də qeyri neft sektoru üzrə ixracat edilən ölkələr arasında Rusiya öz birinciliyini qoruyub saxlamaqdadır. Qeyri-neft sektoru üzrə ixracat göstəricilərinin 2017 və 2018-ci illərin yanvar-oktyabr ayları ərzində olan göstəricilərin aydın şəkildə Cədvəl-2də qeyd etmişəm. Cədvəl 2-dən aydın şəkildə bu zaman kəsimində hansı əmtəələrin və nə qədər miqdarda, həmçinin, hansı aylar ərzində ümumi göstəricilərini aydın şəkildə müşahidə etmək olar.
Cədvəl 2
2017 və 2018-ci ilin 9 ayında ixrac olunan əsas
qeyri-neft mallarının siyahısı
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
İxracatın önəmli olması ilə yanaşı digər sahələrin də inkişaf etdirilməsi dövlətin daha da möhkəmlənməsinə, risklərinin azaldılmasına yardımcı olan əsas amillərdən biridir. Daha əvvəldə qeyd etdiyim kimi, dövlətin biristiqamətli inkişafı həmin dövlətin devalivasiya riskini çoxaldır. Bu səbəbdən də gəlir sahələrini gücləndirmək məqsədi ilə bir çox sahələrin inkişaf etdirilməsi önəmli faktorlardandır.
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilmişdir. Danılmazdır ki, bir çox dövlətlərin əsas gəlir mənbəyi elə turizmin adı ilə bağlıdır. Son illərdə Azərbaycanda da turizmin inkişaf etdirilməsi, bu sahədə yüksək işlərin görülməsi təqdirəlaiqdir. Müxtəlif dünya dövlətləri səviyyəsində təşkil edilən yarışların, formların və s. keçirilməsinə ev sahibliyi etməsi artıq Azərbaycanın Dünyada tanınması, güvən qazanmasının baris nümunəsidir. Elə bu səbəbdəndir ki, artıq son illərdə xarici qonaqlarımızın sayı kifayət qədər çoxalmışdır.
Turizmin inkişaf etdirilməsi istər dövlətlərarası əlaqələrin gücləndirilməsində, münasibətlərin sıxlaşmasında, istərsə də yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və s. baxımından da çox önəmli amillərdəndir. Bu səbəbdən də bu sahədə güclü işlərin icrasına, müxtəlif tədbirlərin təşkilinə böyük əmək sərf olunur. Dövlətin tanınması, güvən qazanması üçün keçirilən yarışların, görüşlərin çox böyük əhəmiyyəti vardır. Belə ki, yarışlara gələn və gəlməyən hər kəs bu barədə məlumatlanır və bu da təbii ki, çox yaxşı reklam növüdür. Son dövrlərdə elə bu səbəbdəndir ki, Azərbaycana turist axını durmadan artır.
2018-ci ilin yanvar-oktyabr ayları üçün Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən qeyd etmək istərdim ki, dünyanın 194-ölkəsindən turistlər qonağımız olmuşdur. Gələn turistlərin sayı 2 milyon 420,4 min və ya ötən illə müqayisə etsək 6.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələn turistlər fərqli ölkələr üzrə faiz göstəricilərə bölünür. Bunu əyani şəkildə göstərmək üçün Qrafik-1-ə nəzər yetirək.
Qrafik-№1
Respublikamıza gələn turistlərin bu ilə olan göstəricilərinin 65,5 faizi kişilər, 34,5 faizi isə qadınlara aiddir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi isə oktyabr ayında ölkəyə gəlib. Turistlər fərqli nəqliyyat vasitələrindən istifadə edərək Azərbaycana qonaq gəlmişdir. Statistik göstəricilərə baxsaq görərik ki, əcnəbilər və vətəndaşlığı olmayan turistlərin 56.5 faizi dəmir yolu və avtomobil, 42.5 faizi hava, 1faizi isə su nəqliyyatından istifadə etmişdir.
Azərbaycana səfər edən turistlərin olduğu kimi Azərbaycandan da digər dövlətlərə gedən kifayət qədər vətəndaşımız vardır. Cari ilin yanvar-oktyabr ayları ərzində xarici dövlətlərə gedən vətəndaşlarımızın sayı 4 milyon nəfər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16.2 faiz artaraq 4 milyon 14.6 min nəfər təşkil etmişdir. Xarici dövlətlərə səfər edən vətəndaşlarımız 80.8 faizi dəmir yolu və avtomobil vasitəsi ilə, 18.4 faizi hava, 0.8 faizi isə su nəqliyyatı vasitəsi ilə səfər etmişdirlər.
Qeyri-neft sektorunun bu və ya digər sahələrdə inkişafı əlbətdəki dövlətin inkişafına, büdcəsinə çox əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Neft sektorundan asılılıqdan azad olmuş ölkələr hər zaman bir addım öndədir deyə düşünürəm. Qeyri-neft sektorunun kifayət qədər geniş qolları vardır ki, hər bir dövlət də öz inkişafına uyğun olan sahəni prioritet götürə bilər. İstər təhsil, istər ixracat, istər turizm və istərsə də digər qeyri-neft sektoru sahələri hər biri dövlətin inkişafında əhəmiyyətli faktorlardan biridir. Bu səbəbdən də düşünürəm ki, düzgün istiqamətdə işlərin aparılması üçün həm də savadlı kadrların yetişdirilməsi çox əhəmiyyətlidir. Çünki, düzgün araşdırmaların və araşdırmalara uyğun işlərin tətbiq edilməsi üçün bu çox vacib faktordur.
Yazımı Ümummilli lider Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: ”Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahələrdə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümümiyyətlə, dünyada daha da yüksəlmək üçün bu yeganə bir yoldur”.
ƏDƏBİYYAT:
1. İbad Abbasov, Təbriz Əliyev “Qeyri-Neft Sənayesinin İqtisadiyyatı”. Bakı, 2017, səh. 463-478.
2. Allahverdiyev H, Qafarov K, Əhmədov Ə. Milli İqtisadiyyatın Dövlət Tənzimlənməsi. Bakı ADİU, 2017, s. 215
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları.
4. Azərbaycanın statistik Göstəriciləri. Bakı,“DSK”, 2015, 814 s; 2016-824 s
5. Azərbaycanın xarici ticarəti. Bakı, 2016, “DSK”, 2015, 258 s. 2016-232 s
6. http://iqtisadiislahat.org/export
Açar sözlər: qeyri-neft sektoru, inkişaf prioritetləri, xarici ticarət, ixrac icmalı.
Ключевые слова: не нефтяной сектор, приоритеты развития, внешняя торговля, резюме экспорта
Keywords: the non-oil sector, development priorities, foreign trade, export summary
РЕЗЮМЕ
Основной целью исследования является изучения причин зависимости от нефтяного сектора Азербайджанской Республики и поиски путей решения этой проблемы, а также планирование конкретных действий по определению приоритетов развития не нефтяного сектора. С этой целью я сопоставила все преимущества, приоритеты развития и наблюдавшиеся в разные периоды перемены показателей в не нефтяном секторе. Задачи, выявленные в результате конфронтации, создают необходимость приложения усилий по ускорению принятия эффективных мер для их решения. Обнародованные в результате исследований последние изменения показателей в разные периоды, в разных областях в не нефтяном секторе, создали условия для определения лучших направлений развития. Оценены благоприятные условия и уточнения необходимости их реализации. Ограничения при исследовании: Потребность в более подробном политическом и экономическом исследованиях. Практическая значимость исследования: тщательное исследование процессов, способствующих прогрессу, стимулирует осуществление новых действий в указанном направлении. Это в свою очередь создает стимул для повышения научных и практических знаний специалистов в этой области. Научная новизна и оригинальность исследования: визуализация диеты, которая проводилась на протяжении многих лет, ясным образом, заключается в исследовании новых суждений.
SUMMARY
The main objective of the research is to investigate the causes of dependence on the oil sector of the Republic of Azerbaijan and to plan specific actions to identify priorities for non-oil sector development. For this reason, I have come across the advantages of the non-oil sector, development priorities, and variables that change over time. As a result of these confrontations, efforts should be made to speed up the implementation of positive work by drawing conclusions. As a result of the research, it has been studied in recent years that in the non-oil sector, in which areas of different sectors have been improved, the direction of better development has been studied. The timely assessment and execution of which was made possible. Research restrictions: a more detailed political, economic inquiry. The practical significance of the research: a thorough investigation of progressive processes and stimulation of new jobs in these areas. This is the stimulation of increasing the scientific and practical knowledge of specialists in this area. Scientific novelty and originality of the research: the visualization of the diet that has taken place over the years, in a clear way, is to investigate new judgments.
"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM