Azərbaycan Respublİkasında Ombudsman İnstİtutu İlə qeyrİ-hökumət təşkİlatlarının əməkdaşlığı

09:15 / 24.05.2019

Nuran Məmmədli
Bakı Dövlət Universiteti

Müasir şəraitdə hüquqi dövlətin mühüm əlamətlərindən sayılan Ombudsman təsisatı bir çox inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi respublikamızda da insan hüquqlarının daha dolğun və səmərəli təmin edilməsi məqsədilə yaradılmışdır. İnsan hüquq və azadlıqlarına hörmət, demokratiya bir-birini şərtləndirən və bir-biri ilə üzvi sürətdə bağlı olan proseslərdir.Müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən ən əsas göstəricilərdən biri insan hüquqları haqqında müxtəlif iqtisadi və sosial sistemlərin olmağı, mədəniyyətlərin və idealogiyalarının mövcudluğudur. Dövlətləri demokratik, hüquqi dövlət kimi xarakterizə edən ən mühüm amillərdən biri insan hüquqlarına hörmətdir. Müstəqil dövlət olan Azərbaycan Respublikasında dövlətin ali məqsədi kimi insan hüquqlarının konstitusion təminatlarının yaradılması, insanın bütün hüquq və azadlıqlarının təmin olunması müəyyən edilmişdir.Ombudsman (İnsan hüquqları üzrə müvəkkil) təsisatının yaradılması bu məqsədin həyata keçirilməsi prosesinin ən uğurlu hissəsidir. Müstəqil olduqdan sonra Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri vətəndaş cəmiyyətinin formalaşmasının və hüquqi dövlət quruculuğunun yaradılmasını sürətləndirmək idi.Bu da özlüyündə dünyada ümumqəbul olunmuş universal dəyərləri yerinə yetirməyi,bu dəyərləri reallaşdırmaq üçün həyat tərzinə və dövlət idarəçiliyinə çevirməyi tələb edirdi.Avropa məkanına inteqrasiya etmək həmin dövlətlərin vətəndaş cəmiyyətinə keçidi kimi mürəkkəb prosesi həyata keçirməsini sürətləndirir və asanlaşdırır.Çünki cəmiyyətlərin özündə yeni ictimai prinsipləri qəbul edib onları vətəndaş cəmiyyəti prinsiplərinə çevirmək elə də asan deyil, çünki buna müxtəlif maneələr yaranır,bəzi qüvvələr yeniliyə qarşı çıxır,bununla da ziddiyyətlər yaranır. Ona görə də bu prosesi Avropa qurumları ilə əməkdaşlıq edərək ardıcıl və məntiqli islahatlar keçirərək aparmaq böyük fayda verir.Bu təşkilatlara daxil olaraq, elə məhz onların yardımı ilə də bu prosesi keçmək hər bir cəmiyyət üçün çətin tarixi dəyişikləri daha asan və təhlükəsiz edir.
Vətəndaş cəmiyyəti-dövlətə, legitim hakimiyyətə bir növ qarşı duran sahədir.Dövlət insanların şəxsi həyatına açıq, demokratik cəmiyyətdə qarışmır, onların nə ilə mübarizə aparmalı olduqlarını, məhz nə ilə məşğul olmasını müəyyənləşdirmir.İnsanların çoxtərəfli maraqları həyat fəaliyyətinin bütün sahələrində onların birgə fəaliyyəti, assosiasiyaları,birlikləri vasitəsilə realizə olunur.Vətəndaş cəmiyyəti dövlət strukturlarından asılı olmayan geniş üfüqi münasibətlər, əlaqələrlə səciyyələnir. İnsanların hüquq və azadlıqlarının böyük hissəsi,maraqları məhz onlarda öz əksini tapır. İnsanın və dövlətin vəzifəsi – “oyun qaydaları” (konstitusiya, qanun, vergi, hüquq) haqqında razılığa gəlmək, vətəndaş cəmiyyətinin vəzifəsi isə bu qaydaların pozulmasına yol verməməkdir.[6,89] Müasir şəraitdə demokratik cəmiyyətlərdə qeyri-dövlət, qeyri-hökumət təşkilatlarının say çoxluğu nəzərə çarpır. Bu qeyri-hökumət təşkilatlarından bir hissəsi insanların hüquqlarının müdafiəsi məqsədinə xidmət edir,insanlar və hakimiyyət arasında bir növ müdafiə rolunu oynayır.Qeyri-hökumət təşkilatlarının bəzən həmin geniş şəbəkəsini “üçüncü sektor” adlandırırlar. Öz mövqeyini çatdıra bilməyənlərin səsini qeyri-hökumət təşkilatları təmsil etməlidir. Qeyri-hökumət təşkilatları üçün səciyyəvi cəhət ondan ibarətdir ki, onların nisbi müstəqilliyi mövcuddur və dövlətin onların işinə müdaxilə etməsindən azaddırlar. Qeyri-hökumət təşkilatlarının hansı problemi həll etməli olması, hansı işlərlə məşğul olmasını dövlət müəyyənləşdirmir. Dövlət həm də qeyri-hökumət təşkilatlarının problemi necə həll etmələrinə də müdaxilə etməməlidir. Bu azadlıq qeyri-hökumət təşkilatlarının səmərəli fəaliyyətinin mühüm şərtidir. Əgər cəmiyyətdə dövlət hakimiyyətindən demək olar ki, müdafiə olunmuş və ya dövlətin özünə bərabər tərəf kimi çıxış etdiyi əlaqələr sahəsi mövcuddursa, həmin sahələr vətəndaş cəmiyyəti adlanır. Bunu da qeyd etmək lazımdır ki, müxtəlif nəzəri konsepsiyalarda “vətəndaş cəmiyyəti” termini fərqli mənalar kəsb edə bilir. Vətəndaş cəmiyyəti cəmiyyətə bütövlükdə xas olan ictimai münasibətlərin bütün müxtəlifliyini (iqtisadi, siyasi, mədəni və s.) əhatə edir. Vətəndaş cəmiyyətinin özünü tənzimləmə qabiliyyətində, dövlət hakimiyyətinin müdaxiləsindən nisbi müxtariyyətə malik olması onun əsas səciyyəvi cəhətidir.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində atılan addımlar və bunun üçün həyata keçirilən ardıcıl fəaliyyət bir neçə istiqamətdədir.Bu yolda atılan başlıca addım Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyası və Avropa standartında olan müxtəlif qanunların qəbuludur. Bununla bərabər, Avropada olan bir çox yeni təsisatların Azərbaycanda da yaradılması çox vacibdir.Avropa ölkələrində mülki cəmiyyətin yaranmasında böyük rola malik olan və dünyada üçüncü sektor adı qazanan qeyri hökümət təşkilatlarının (QHT-lər) inkişafı bu sahədə böyük uğur qazandırır.Azərbaycan dövləti də QHT-lərin inkişafına böyük önəm verir və hər zaman onların fəaliyyətini dəstəkləyir. Azərbaycanda QHT-lər müxtəlif sahələrdə formalaşır, ancaq onların daha böyükləri və fəalları mülki cəmiyyət proseslərinin tənzimlənməsi və insan haqları sahəsində cəmlənib. Ümumilikdə ölkəmizdə hüquqi cəmiyyət quruculuğu və vətəndaş haqlarının qorunması üçün çox böyük uğur qeyd olunan sahələrdə çalışan QHT- lərin fəaliyyətinə daha böyük irəliləyiş olan Azərbaycanda Ombudsman institutunun yaradılmasıdır. Bu addım həmin sahədə çalışan QHT-lərin fəaliyyətinə yeni inkişaf mərhələsi vermiş oldu. İnsan haqlarının qorunmasına daha yaxşı yardım etmək üçün Azərbaycanda insan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı və regionlarda onun mərkəzləri yaradılmışdır. Bunlar onu göstərir ki, ölkədə vətəndaş cəmiyyətinin qurulması istiqamətində görülən işlər heç zaman dayanmadı. 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”Konstitusiya Qanunu qəbul edildi və 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasında ilk Ombudsman seçildi. [10,s.215]Artıq 28 oktyabr 2002-ci il tarixdən isə Ombudsman Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmiş və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş dövlət və yerli özünüidarə orqanları, eyni zamanda, vəzifəli şəxslər tərəfindən pozulan hüquqları və azadlıqlarının bərpası istiqamətində geniş fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətini tənzimləyən normativ-hüquqi aktın olması, müvəkkilə onun səlahiyyətlərində olan vəzifələrin həyata keçirilməsində geniş təminatların verilməsi insan və vətəndaş hüquqlarının müdafiəsini dövlətin ali məqsədi kimi bir daha təsdiqləmişdir.
Respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda olduğunu göstərən ən mühüm amillərdən biri Azərbaycanda bu institutun təsis olunması və səmərəli fəaliyyətidir. Azərbaycan dövlətinin ali məqsədini insan və vətəndaş,onun hüquq və azadlıqlarının ali dəyərlər olması və bu dəyərlərin qorunması təşkil edir. Respublikamız insan hüquq və azadlıqlarını təmin etməyi qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edərək hüquqi, demokratik dövlət qurmağı özünün ən mühüm məqsədlərindən biri elan etmişdir. Ombudsman qeyri-hökumət təşkilatları ilə yarandığı vaxtdan faydalı əməkdaşlıq əlaqələri qurmuşdur.2003-cü ilin aprel ayında bu əməkdaşlığı rasional və ardıcıl qurmaq üçün Ombudsmanın yanında müstəqil Ekspertlər Şurası yaradıldı. Ekspertlər Şurasının tərkibinə dövlət qurumları ilə bərabər, iqtidar və müxalifət yönlü qeyri-hökümət təşkilatları, təcrübəli mütəxəssislər da daxil edildi. Bütün bunlar Ombudsman İnstitunun qeyri-hökumət təşkilatlarına marağının və onların fəaliyyətinə qiymətinin nəticəsidir. Şuranın fəaliyyəti ölkəmizdə insan hüquqlarının əsas istiqamətlərinin vəziyyəti, ölkədaxili qanunların təkmilləşdirilməsi, qanunvericiliyin, beynəlxalq konvensiyaların, həyata keçirilməsinə yönəlmişdir. Təsisatın ictimaiyyətlə əlaqələrində Ombudsman yanında yaradılmış bu müstəqil Ekspertlər şurası ilə birgə fəaliyyət mühüm yer tutur. Bu şura həmin istiqamətdə müxtəlif məsələlərin və onların həlli yollarının araşdırılmasına ictimaiyyətin cəlb edilməsi , ölkəmizdə insan haqlarının təmin edilməsinin inkişafı, təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, Ombudsmana onun fəaliyyətində kömək göstərilməsi məqsədi ilə yaradılmışdır [1,s.128.]Qeyd edək ki, müstəqil Ekspertlər Şurası könüllülük əsasında Ombudsman yanında ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur. Bu qurum ilk Ombudsman tərəfindən formalaşdırılıb və onun səlahiyyət müddətində də fəaliyyət göstərməlidir. Şura insan hüquqları sahəsində təcrübəsi olan QHT nümayəndələrindən formalaşıb və Ombudsman tərəfindən təsdiq olunub. Şura Ombudsmanın təsdiq etdiyi əsasnamə əsasında da fəaliyyət göstərir. Şura üzvləri vaxtaşırı görüşlər,seminarlar keçirirlər, təkliflər verir, bu müstəqil qurumun işinin daha da təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparırlar. Şurada vətəndaşların bütün sosial,mədəni sahələri üzrə bütün hüquqları sistem qrupu və hüquqi maarifləndirmə qrupları üzrə işləyən ekspertlər birləşdirilib. müstəqil Ekspertlər Şurası insan hüquqları sahəsində qeyri-hökümət təşkilatlarının səylərini və dövlət qurumlarının fəaliyyətini birləşdirməkdə, çətinlikləri birgə dəf etməkdə yardımçı rolunu oynayır. Ekspert Şurası üçün çox böyük rolu və əhəmiyyətli rolu QHT-lərlə əməkdaşlıq oynadı. Ötən illər ərzində birgə səylər və həyata keçirdikləri birgə tədbirlər nəticəsində cəmiyyətimiz üçün böyük uğurlar əldə edilib. Dövlət və vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu şəraitində əsas kimi çıxış edir, vətəndaş dövlət qarşısında necə məsuliyyət daşıyırsa, dövlət də nəinki cəmiyyət qarşısında, hətta, hər bir vətəndaş qarşısında məsuliyyət daşıyır. Heydər Əliyevin dediyi kimi, hüquqi dövlətdə xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
Ombudsmanın QHT-lərlə əlaqələri təkcə bunlarla kifayətlənmir o,eləcə də aparatın əməkdaşları İnsan hüquqları üzrə işləyən QHT-lərin təşkil etdikləri müxtəlif tədbirlərdə iştirak edir, öz mülahizələrini söyləyir, mövzu barədə təkliflər verir. O, Azərbaycan Milli QHT Formunun IV qurultayında, Beynəlxalq Avrasiya mətbuat Fondunun keçirdiyi “Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemləri beynəlxalq təşkilatların və KİV-lərin gündəliyində” mövzusunda konfransında, “Lider qadınlar” İctimai Birliyinin “Qadınlar və KİV-lər” mövzusunda təşkil etdiyi dəyirmi masada, Bakı İnsan Hüquqları məktəbinin keçirdiyi “vətəndaşların səsvermə hüquq” mövzusunda keçirilən seminarda, “Ümidi gələcək” gənclər Təşkilatının BMT-nin Qaçqınlar üçün İnkişaf fondu ilə birlikdə keçirdiyi “Gənclik və sülh” müsabiqəsində müxtəlif təkliflərlə çıxış edib. [3,s.88]
Ombudsman fəaliyyətə başladığı ilk vaxtlardan KİV-lərlə də səmərəli əməkdaşlıq edir, belə ki,o, öz fəaliyyətinin ən mühüm məqamlarını ictimaiyyətin nəzərinə daimi olaraq çatdırır. Ombudsman təsisatında jurnalistlərlə səmərəli əməkdaşlığa xüsusi üstünlük verilir və mass-media nümayəndələrinin diqqəti də eyni şəkildə daim təsisatın çoxşaxəli fəaliyyətinə yönəldilir. Xatırladaq ki, Beynəlxalq İnsan hüquqları günü münasibətilə “İnsan hüquqlarının müdafiəsi” mövzusunda müsabiqələr keçirilib. Əvvəlcədən mətbuatda bu barədə elan verilib, jurnalistlər müsabiqəyə cəlb ediliblər. Yazıları qəzetlərdə dərc olunmuş altı ən yaxşı məqalə müəllifı sayılıb, sertifikatlara və pul mükafatlarına layiq görülüblər. BMT-nin Beynəlxalq Sülh günü münasibəti ilə isə Ombudsman Aparatında BMT-nin Azərbaycan ofisinin ictimai əlaqələr və mətbuat departamenti ilə birlikdə keçirilmiş tədbirdə Ombudsman Elmira Süleymanovanın təşəbbüsçüsü və redaktoru olduğu “Sülh mədəniyyəti təhsili”- gender perspektivindən adlı kitab təqdim olunub. [3,s.92]
Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə mexanizmlərindən biri də Ombudsman təsisatıdır. Demokratik cəmiyyətin tarixi sınaqlardan keçmiş ən mühüm atributlarından biri Ombudsman və ya İnsan hüquqları sahəsində xalq müdafiəçisi təsisatıdır. İnsan hüquqları üzrə Ombudsman institutu hər şeydən əvvəl dünya təcrübəsində, icra hakimiyyətinin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsinin amili kimi qiymətləndirilir. dövlət, yerli özünüidarə orqanları və vəzifəli şəxslərin insan hüquq və azadlıqlarına riayət etmələri üzərində nəzarəti həyata keçirməyə səlahiyyət Ombudsmana verilmişdir, lakin o, onların qəbul etdiyi qərarları dəyişdirmək hüququna malik şəx deyil.
Hazırda dünyanın 100-ə yaxın ölkəsində fəaliyyət göstərən bu qurumun təxminən 300 yaşı var. Ayrı-ayrı ölkələrdə Ombudsman təsisatını müxtəlif cür adlandırırlar:Parlament müvəkkili, İnsan hüquqları müvəkkili və s. Ölkələrin spesifik xüsusiyyətlərinə baxmayaraq, Ombudsman bir əsas funksiyanı yerinə yetirir-insan hüquqlarının qorunmasını [8,s.65].Ombudsmanın vəzifəsi dövlət orqanlarına münasibətdə vətəndaşların hüquqlarını qorumaqdan ibarətdir.Ölkədəki insan hüquqlarının qorunmasının hansı səviyyədə olmağı həmin ölkədəki əhalinin və dövlət qulluqçularının insan hüquqları haqqında nə qədər informasiyalı olmasından, öz peşə səlahiyyətləri haqqında nə dərəcədə müvafiq məlumat almasından, hüquqi maariflənmənin düzgün qaydada həyata keçirilməsindən çox asılıdır. Hüquqi maarifçilik və informasiyalılığın artırılması prosesi isə birbaşa QHT-lərin həyata keçirməli olduğu fəaliyyət sahəsidir.
Dövlətin demokratikliyini göstərən ən əsas şərtlərdən biri hər hansı bir şəxsin pozulan hüquqlarının və azadlıqlarının bərpa edilməsidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi dövlət quruculuğu sahəsində çox mühüm addımlar atınışdır. Bunlardan biri dəAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun qəbul olunması olmuşdur. Müvəkkil və qeyri-hökumət təşkilatları arasında insan hüquqlarının bərpası ilə əlaqədar əhəmiyyətli işlər görülmüşdür. Qeyri-hökumət təşkilatları pozulmuş insan hüquqları ilə bağlı onlara müraciət etdikdə,onlar bu şikayətləri insan hüquqları üzrə müvəkkilə göndərir. Qeyri-hökumət təşkilatlarına belə bir hüquq Qanunvericilikdə verilmişdir [10,s.215].Qeyri-hökumət təşkilatları insan hüquqları üzrə müvəkkillə bunu nəzərə alaraq, sıx əməkdaşlıq edir, müvəkkil isə ona ünvanlanmış şikayətləri qanunauygun şəkildə araşdıraraq həll edir.Hər hansı vətəndaşın hüquqlarının pozulması kütləvi informasiya vasitələrində işıqlandırılması, müvəkkilə həmin məsələni daha dəqiq araşdırmağa imkan yaradır. Müvəkkilin gördüyü işlərin, keçirdiyi görüşlərin kütləvi informasiya vasitələrində nümayiş etldirilməsi onlar arasında olan qarşılıqlı əlaqəyə bariz nümunədir.
Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini sürətləndirir.Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən dövlət orqanları, vətəndaş cəmiyyəti və QHT-lər ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verir. Eyni zamanda, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi (Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi), qadın hüquqları üzrə resurs mərkəzi (Azərbaycan Qadın və İnkişaf Mərkəzi), ahılların hüquqları üzrə resurs mərkəzi (Ahılların Resurs Mərkəzi) fəaliyyət göstərir. Hər bir resurs mərkəzi öz fəaliyyətini müvafiq istiqamətdə qurmuşdur.[3,s.85]
Ombudsman müxtəlif qrup əhalinin hüquqlarının müdafiəsi sahəsində göstərdiyi faəliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə ixtisaslaşmış xüsusi müşavirlər təyin etmişdir. Həmin müşavirlər isə eyni zamanda öz fəaliyyətlərini qurarkən müvafiq istiqamət üzrə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq edirlər. Bundan başqa, Ombudsmanın təşəbbüsü ilə 2013-cü ilin fevral ayından aidiyyəti dövlət qurumları və QHT nümayəndələrindən ibarət tərkibdə yaradılmış Biznes və İnsan hüquqları sahəsində işçi qrupu fəaliyyət göstərir.


Ədəbİyyat:
1. Ağayev O. Yeni idarəetmə mexanizminin sosial aspektləri.Azərbaycan cəmiyyəti trasformasiya şəraitində.B.,”TS” firmasının mətbəəsi,2001,159 s.
2. Azərbaycan Respublikası Konstitusiyası.Bakı 2005,33 səh.
3. Bağırov Ş. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri Bakı 2008,123 s.
4. Əfəndiyev M.Siyasi elmin əsasları.Monoqrafiya.Bakı: Siyasət nəşriyyatı, 2008, 638 s.
5. Əliyev H. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar ,müsahibələr, məktublar, məruzələr,müraciətlər,fərmanlar./Bakı:Azərbaycan iyirmi birinci kitab iyul, 1999 -sentyabr, 1999,Bakı,Azərnəşr 2007,480 səh.
6. Hacıbəyli Ə.Qeyri-hökumət təşkilatları: Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlar.B.,”Patronat-S” şirkəti,2001.144 s.
7. Hüseynov R. Hüquqi dövlət və vətəndaş cəmiyyəti.Bakı 2017,71 səh.
8. İbadov N.S. Müqayisəli Politologiya.Bakı 2010,221 səh.
9. Mehdiyev R. Azərbaycan:qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları vəgələcəyin perspektivləri/ -Bakı: XXI-YNE, 2005. -464 s.
10. Z. A. Əsgərov, E. H. Nəsirov, M. İsmayılov Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları : Bakı 2005,376 s.

Açar sözlər: Ombudsman,qeyri-hökumət təşkilatları,vətəndaş cəmiyyəti,hüquqi dövlət,insan hüquqları
Ключевые слова: Омбудсман,неправительственные организации,гражданское общество,правовое государство,права человека
Key words: Ombudsman,non-governmental organizations,civil society,legal state, human rights.

Сотрудничество института омбудсмена и неправительственных организаций в Азербайджанской Республике.
Маммедли Нуран Натиг
докторант, Бакинский Государственный Университет
Институт омбудсмена, который является одним из важных атрибутов правового государства, создан в нашей стране, как и во многих развитых демократических странах. Создание этого института в Азербайджане является одним из важнейших факторов, свидетельствующих о том, что правовое государство и гражданское общество находятся в процессе развития.. В статье изложен ряд предложений о сотрудничестве Омбудсмена с неправительственными организациями, которые являются основой гражданского общества и дальнейшего развития этих партнерских отношений.

Cooperation of the Institute of Ombudsman and тon-пovernmental щrganizations in the Republic of Azerbaijan.
Mammedli Nuran Natig
PhD, Baku State University
The Ombudsman Institute, which is one of the important attributes of the legal state, has been established in our country as in many developed democratic countries. Establishment of this institution in Azerbaijan is one of the most important factors that demonstrate that the legal state and the civil society are on the way..The article outlines a number of proposals for the Ombudsman's cooperation with non-governmental organizations that are the foundation of civil society and further development of these partnerships.

 

 

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM