"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

09:31 / 26.05.2019

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 10 illiyi tədbirləri çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə sammit təşkil edilib. Bu proqramın reallaşması məsələsi heç də asan həll edilmir. Meydana geosiyasi xarakterli bir sıra mürəkkəb məsələlər çıxır. Proqramın özündə də müəyyən məsələlər tam aydın deyil. Bundan başqa, Ermənistan həmin proqram çərçivəsində Aİ ölkələrini aldadıb. Bu, müsbət qarşılanmayıb. Azərbaycan isə assosiativ üzvlüyün çatışmayan cəhətlərini konkret faktlarla sübut edərək, öz əməkdaşlıq variantını hazırlayıb. Brüssel bu təklifi qəbul edib. Hazırda danışıqlar yekunlaşmaq mərhələsindədir. Bütün bunların fonunda sammitdə qəbul edilmiş sənəd ətrafında erməni tərəfi və onun havadarları növbəti qarayaxma kampaniyasını işə salmağa çalışıb. Guya Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyib və bu səbəbdən yekun sənədə rəsmi Bakı veto qoyub. Ancaq reallıq tamamilə fərqlidir. Bu kontekstdə "Şərq tərəfdaşlığı" ilə bağlı keçirilən tədbirin geosiyasi məqamları üzərində geniş dayanmaq qərarına gəldik.

Aİ-Azərbaycan: uğurlu əməkdaşlığa kölgə salanlar

Belçikanın paytaxtında "Şərq tərəfdaşlığı" proqramının 10 illik yubiley sammiti keçirilib. Bu hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də Brüsseldə işgüzar səfərdə olub. KİV yubiley tədbirini və Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıb. Ancaq "Şərq tərəfdaşlığı"nın yekun sənədi ilə bağlı insanlarda çaşqınlıq yaradan informasiyalar da yayılıb. Həmin informasiyalar əsas olaraq Azərbaycana aiddir. Sual olunur: proqramda altı dövlət (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) iştirak edir, lakin niyə ancaq Azərbaycanla bağlı müəyyən dolaşıqlıq yaratmağa cəhd göstərilir? Sanki orada iştirak edən ölkələrin hamısı üçün əlverişli bir vəziyyət mövcuddur, yalnız Azərbaycanın problemləri var.

Əlbəttə, sağlam məntiq bu suala asan cavab verə bilər. Eyni zamanda, Aİ-Azərbaycan münasibətlərinin təcrübəsi də çox məqamları aydın göstərir. Buna baxmayaraq, kütləvi informasiya vasitələrində tələsik analizlər aparılır, yanlış nəticələr çıxarılır, bununla da bizə dost olmaq istəməyənlərin dəyirmanına su tökülür.

Belə ki, Azərbaycan "Şərq tərəfdaşlığı" proqramına daxil olan yeganə dövlətdir ki, özünün təklif etdiyi proqram üzrə Aİ kimi nəhəng bir təşkilatla əlaqələrinin strateji məzmununu ifadə edə bilib. Bu, çox böyük siyasi-diplomatik nailiyyətdir. Onun memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Baxmayaraq ki, "Şərq tərəfdaşlığı" təşəbbüs olaraq 2009-cu ildə dövriyyəyə buraxılıb, Azərbaycan rəhbərliyi kifayət qədər qısa müddətdə onun mahiyyətinə varıb, digər üzvlərin "hurrey" deyib imza atdığı assosiativ üzvlüyü qəbul etmədi. Əvəzində, ölkənin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünün təmin edilməsi prosesinə daha uyğun əməkdaşlıq modeli təklif etdi. Və Brüssel həm bütövlükdə yanaşmasındakı yanlışlığı anladı, həm də Azərbaycanla danışıqlar aparmağa razı oldu.

Həmin prosesin indiki durumuna görə, razılaşmanın 90 faizi başa çatıb. Tərəflər qalan kiçik hissəni də yekunlaşdırmağa böyük ümid edirlər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu kontekstdə nikbin fikir bildirərək, "İnşaallah" deyir. Adi gözlə belə görmək mümkündür ki, Azərbaycan həmin proqram çərçivəsində ən ümidli, səmərəli, milli maraqların gözlənildiyi bir mövqedədir. İndi bunun fonunda başqalarının pozisiyasına baxaq.

Məsələn, Ermənistanın bu proqramda iştirakı nə səviyyədədir? İrəvan boş səs-küydən və təxribatçı bəyanatlardan başqa, Brüsselə heç nə təklif edə bilməyib. Üstəlik, Aİ son illər demək olar ki, hər fürsətdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən müddəaları sənədlərə salır. Bundan əvvəlki sammitdə bu məqam aydın ifadə olunub. Son olaraq "Vışeqrad qrupu"nun xarici işlər nazirləri və "Şərq tərəfdaşlığı" ölkələrinin Bratislavada keçirilmiş görüşündən sonra verilən bəyanatda proqrama daxil olan ölkələrin ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə tanınıb.

Başqa nümunələri də vurğulamaq olar. Ancaq bu məsələ artıq Aİ ilə Azərbaycan arasında ola biləcək problem deyil. Məsələnin başlıca tərəfi Azərbaycana qarşı informasiya təxribatının davam etməsidir. Ermənistan proqram çərçivəsində heç bir müsbət iş görə bilmədiyinə görə, indi də Azərbaycana qarşı yalan-böhtan dolu işlər görməyə çalışır. Xüsusilə Bakının Aİ ilə sağlam prinsiplər əsasında əməkdaşlığa çox yaxınlaşdığından Ermənistan və havadarları pis vəziyyətə düşüblər.

Erməni təxribatı: qorxaqlıq və paxıllıqdan doğan yalanlar

Odur ki, növbəti yalanları Aİ-nin guya Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ilə bağlı oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Brüsseldə apardığı müzakirələrin məzmunu da erməni informasiya təxribatının tam puç olduğunu nümayiş etdirir. Azərbaycanın dövlət başçısı ilə görüşdə Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk ifadə edib ki, Azərbaycan təşkilatın "etibarlı və məsuliyyətli tərəfdaşıdır". Aİ həm də Azərbaycanın regionda oynadığı rolu yüksək qiymətləndirir. Prezident İlham Əliyevin "Şərq tərəfdaşlığı" dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdəki çıxışı bu baxımdan çox maraqlı olub.

Azərbaycanın Aİ-yə üzv ölkələrlə sıx əlaqələr saxladığını dövlət başçısı xüsusi vurğulayıb. Belə ki, təşkilatın doqquz üzvü ilə ölkəmiz strateji tərəfdaşdır. Bundan başqa, Prezident ifadə edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu təşkilatın üzv dövlətləri Azərbaycana böyük sərmayələr qoyurlar. Prezident İlham Əliyev onu da ifadə edib ki, torpaqlarımızın 20 faizini Ermənistan işğal edib. Lakin bu məsələ 25 ildən artıqdır ki, həllini tapmayıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə beynəlxalq hüquq normaları çərçivəsində həll oluna bilər. Bu baxımdan Brüsseldə keçən il paraflanmış "Tərəfdaşlığın prioritetləri" əhəmiyyət daşıyır. Bunlar onu göstərir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bütün bunlara baxmayaraq, əks tərəf Azərbaycanla Aİ arasına nifaq salmağa cəhd etməkdən çəkinmir. Yubiley sammitində belə qərara gəlinib ki, ancaq Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin adından qısa sənəd hazırlansın. Həmin sənədin 3-cü bəndində "Şərq tərəfdaşlığı" ilə bağlı hazırlanmış əvvəlki sənədlərdə təsbit edilən müddəalara sadiqlik və onların yerinə yetirilməsi üçün əzmlilik ifadə olunur (bax: Eastern Partnership foreign ministers' meeting: Chair's conclusions on the occasion of the Eastern Partnership 10th Anniversary / Consilium.europa.eu, 13 may 2019).

Ekspertlər izah edirlər ki, bunu sənədin qısa olması və bütün iştirakçıların marağının nəzərə alınması üçün ediblər. Sammit başlayanda, iştirakçıların imzaları ilə sənədin hazırlanması nəzərdə tutulubmuş. Ancaq sonradan daha yığcam forma seçilib. Burada başqa hansısa məqam axtarmaq məntiqsizlikdir. Məsələ ondan ibarətdir ki, Moldova, Ukrayna və Gürcüstanın da ərazi bütövlüyü pozulub. Onlarla əlaqəli də sənəddə konkret fikir bildirilməyib. Ancaq yuxarıda vurğuladığımız qeyd göstərir ki, bütün iştirakçıların ərazi bütövlüyünün təmin edilməsi məsələsi Aİ üçün aktuallığını saxlamaqdadır.

Əslində, bu kimi təxribatlar böyük siyasət apara bilməyən Ermənistan rəhbərliyi üçün nəsə ifadə edə bilər. Reallıq ondan ibarətdir ki, nə etsə də, işğalçı Azərbaycan ərazilərini tərk etməli olacaq və bunun qarşısını heç bir beynəlxalq təşkilat kəsə bilməz. Bunu indi Ermənistanda da yaxşı anlamağa başlayıblar. Son günlər orada cəmiyyətin bir-birinə qarışması və Nikol Paşinyanın yenidən təhlükələrdən bəhs etməsi təsadüfi görünmür. Erməni cəmiyyəti torpaqları əsl sahiblərinə qaytarmaqdan başqa çıxış yolu olmadığını dərk etməkdədir. Buna görə də Ermənistanın siyasi səhnəsində qarışıqlıq artır.

Beləliklə, obyektiv yanaşdıqda, görünür ki, "Şərq tərəfdaşlığı" ilə bağlı keçirilən sammitdə Azərbaycan mövqeyini kifayət qədər konkret qoyub. Aİ də bunu qəbul edib. İndi əməkdaşlıqla bağlı sənədin başa çatması gözlənilir. Bu tarixi hadisəyə sevinənlərlə yanaşı, qısqananlar, qorxanlar və paxıllıq çəkənlər də olur. Bu səbəbdən Azərbaycan KİV-ləri təmkinli və dövlətçi mövqedən münasibət bildirməlidir. Əks halda, düşmənin informasiya təxribatının qurbanına çevrilənlər ola bilir. Təcrübə göstərir ki, bu kimi situasiyalarda təxribatçı gec və ya tez ifşa olunur. "Şərq tərəfdaşlığı"nın yubiley sammiti ilə bağlı yayılan yalan informasiyalar da Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni ikitərəfli müqavilə imzalanandan sonra tarixin zibilliyinə atılmış olacaq.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM