Xəyalə İSMAYILOVA,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı
Avropa dövlətləri ilə, xüsusən Almaniya Federativ Respublikası (AFR)kimi inkişaf etmiş, nüfuzlu ölkə ilə yeni münasibətlər sisteminin qurulması sahəsində həyata keçirilən məqsədyönlü siyasət müstəqil Azərbaycan diplomatiyasının fəaliyyətində mühüm bir istiqamət kimi xüsusi yer tutur. II dünya müharibəsindən sonra qısa dövr ərzində siyasi, iqtisadi-sosial və mədəni inkişafa nail olan, dünyanın qabaqcıl dövlətinə çevrilmiş və istər beynəlxalq, istərsə də regional məsələlərdə mövqeyinin nəzərə alınması səviyyəsinədək yüksəlmişdi. Belə bir dövlətlə münasibətlərin yaradılması, əməkdaşlıq edilməsi üçün istiqamətlərin müəyyən edilməsi, qarşılıqlı əlverişli əlaqələr yaratmaq gənc respublikamız üçün zərurətdən formalaşan durum idi. Məhz bu tələbatı dərk edən ölkəmizin rəhbərliyi Almaniya ilə regional və beynəlxalq münasibətlər üzrə ikitərəfli əməkdaşlığa xüsusi yer ayırmaq qərarını qəbul etmişdi. Almaniya-Azərbaycan arasında daha sıx münasibətlər qurmaq niyyəti ilə atılan addımlar, federal respublikaya rəsmi səfərlər, burada keçirilən görüşlər, aparılan danışıqlar, fəal diplomatik gedişlər bunları bir daha sübut edirdi [2,137].
1993-cü ildən etibarən federal respublika və ölkəmiz arasında qarşılıqlı münasibətlərdə yaxınlıq özünü göstərməyə başlamışdı ki, 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev AFR Bundestaqının Cənubi Qafqaz üzrə komissiyasının sədri Villi Vimeri qəbul etdi. Görüşün məqsədi ikitərəfli əlaqələrin inkişafı üçün hüquqi bazanın yaradılması və bu sahədə danışıqların aparılması idi [9, 20].Almaniya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə təsir edən faktorlardan biri kimi parlamentlərarası əlaqələr idi ki, qarşılıqlı səfərlər zamanı bu amilə də ciddi fikir verilirdi. Məlum olduğu kimi 1992-1993-cü illər ərzində Azərbaycana Hans Jozef Fogelin başçılığı altında Bundestaq nümayəndələrinin, 1993-cü ilin martında Almaniya-Qafqaz parlament qrupunun nümayəndəsi Ditrix Şperlinqin, dekabrında alman Bundestaqının üzvü və Almaniya-Qafqaz parlament qrupunun sədri V.Vimmerin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ başlandı [9, 25].1993-cü ilin iyun ayının 25-də Avropa İttifaqını (Aİ) və Almaniyanı ölkəmizdə təmsil edən səfir Tomas Terstege Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edildi. Danışıqlar zamanı T.Terstege Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində sülh və danışıqlar yoluna üstünlük verdiyini, Aİ-nin də həmin mövqedə durduğunu bir daha vurğuladı. Ölkə başçısı Heydər Əliyev isə Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha səfirin nəzərinə çatdırdı ki, bu da Almaniya ilə gələcək əlaqələrin daha da yaxşılaşmasına gətirib çıxardı. Təsadüfi deyil ki, görüşdən az sonra Almaniya Azərbaycandakı qaçqınlara və müharibə bölgələrində həlak olanların ailələrinə humanitar yardım qismində 2 milyon dollar məbləğində ərzaq göndərmişdi. 10 sentyabr 1993-cü ildə Heydər Əliyev tərəfindən Almaniyanın “Doyçe Bank” idarə heyəti qəbul edilmiş, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın yaradılması məqsədi ilə müqavilə və sazişlərin hazırlanması, siyasi, iqtisadi və maliyyə əməkdaşlığı haqqında məsələlər geniş müzakirə olunmuşdu [3].
1994-cü ilin martında Almaniya xarici işlər naziri Şərqi Avropa və MDB ölkələri Siyasi İdarəsinin direktor müavini Ernst Yorq fon Ştudnis Azərbaycanda işgüzar səfərdə olmuş, respublikanın hökumət və parlament rəsmiləri ilə görüşmüşdü. Görüş zamanı tərəflər arasında əməkdaşlığın prinsipləri ətraflı şəkildə müzakirə olunaraq qəbul edilmiş və bu prinsiplər aşağıdakı kimi müəyyənləşdirilmişdi:
- Azərbaycan Respublikası SSRİ-nin varisi olduğu üçün SSRİ Almaniya arasında imzalanmış beynəlxalq müqavilə və sazişlər yeniləri ilə əvəz olunanadək öz qüvvəsini saxlayacaqdı;
- Azərbaycan-Almaniya arasında əlaqələr beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında qurulacaqdı;
- Azərbaycan və Almaniya mövcud milli qanunvericiliyə əsaslanaraq təşkilati cinayətkarlığa, beynəlxalq terrorizmə və narkocinayətkarlığa qarşı birgə mübarizə aparacaq, nəzarət olunmayan miqrasiya proseslərinin, habelə nüvə materialları və qiymətli mədəniyyət əşyalarınının alqı-satqısı ilə bağlı qaçaqmalçılığın qarşısını alacaqdı;
- Tərəflər hərbi qəbirlərin mühafizəsini öz üzərinə götürmüş təşkilatlarla qarşılıqlı saziş əsasında əməkdaşlıq edəcəkdi;
- İki ölkə razılaşdı ki, alman mənşəli Azərbaycan vətəndaşlarının (bunların sayı üç mindən çoxdur), Azərbaycan mənşəli alman vətəndaşlarının dil, din, mədəniyyət və milli ənənələrini yaşatmaq azadlıqları qanunla qorunacaqdı[9, 26].
Qəbul edilmiş prinsiplər Azərbaycan-Almaniya əlaqələrinin getdikcə dərinləşməsinə imkan yaratdı ki, nəticədə federal
respublikanın simasında Azərbaycan yeni strateji tərəfdaş qazanmaq imkanı qazandı. Belə ki, 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən 49-cu sessiyasında Azərbaycan Prezidenti Heydər Əliyev Almaniyanın xarici işlər naziri Klaus Kinkellə görüşmüş, bunun nəticəsi olaraq K.Kinkel ATƏT-in Budapeşt sammitində zərurət yarandıqda iştirakçı dövlətlər tərəfindən ATƏM-in adından BMT-yə müraciət edə bilməsi barədə təklif irəli sürmüşdü [8,217]. Bununla da ATƏM-in BMT əməkdaşlığı haqqında qətnamə qəbul edilmişdi ki, bu da Azərbaycana ATƏM-in adından birbaşa BMT-yə müraciət etmək imkanı verirdi.
Alman parlament üzvlərinin 1995-ci ilin avqust-noyabr aylarında səfərləri respublikamızda parlament quruculuğunun təkmilləşməsinə, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbuluna böyük təsir göstərmişdi. Səfər Almaniyanın demokratik ənənələrinin öyrənilməsinə, insan hüquq və azadlıqlarının mənimsənilməsinə, parlamentlərarası əlaqələrin genişlənməsinə böyük imkanlar açmışdı. Görüşlər zamanı Bundestaqın Almaniya-Qafqaz parlamentlərarası qrupunun və ATƏT-in parlament fraksiyasının üzvləri Ermənistan-Azərbaycan münaqişəsindəAzərbaycanı dəstəklədiklərini,zor gücünə sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü, münaqişənin nəticələrinin aradan qaldırılması, müharibə zamanı viran edilmiş kənd və şəhərlərin bərpası ilə bağlı konkret öhdəliklər götürməyə hazır olduqlarını bildirmişdilər və qısa müddət ərzində bunlar müvafiq sazişlərlə rəsmiləşdirilmişdi [8,220].
Eyni zamanda Almaniya İqtisadi İnkişaf naziri Karl Diter Şprangerin başçılığı ilə alman nümayəndələyinin 1995-ci ildə səfəri zamanı iqtisadi əməkdaşlıq sahəsindəki münasibətlərdə ilkin addımlar atıldı. K.D.Şpranger Azərbaycan qaçqınlarına 5 milyon marka, demokratik islahatlara18 milyon marka, Almaniya-Azərbaycan arasındakı birgə iqtisadi layihələrinin maliyyələşdirilməsi üçün 13 milyon marka ayrılacağını qeyd etdi. 1995-ci ilin mayında beynəlxalq uçuş zolağı olan binanın açılışı iqtisadi əməkdaşlıq sahəsində birgə layihələrin nəticəsi oldu, xüsusilə, “Virtgen” və “Siemens” kimi alman şirkətləri Bakı hava limanının müasir təchizatlarla təminində iştirak etdilər [1,159].
İkitərəfli münasibətlərin inkişafına 22 dekabr 1995-ci ildə xarici işlər naziri K.Kinkelin Azərbaycana etdiyi səfər xüsusi təsir göstərdi. K.Kinkel danışıqlar zamanı Almaniyanın Qafqaz regionuna böyük əhəmiyyət verdiyini, Azərbaycanın çətin anlarında ona kömək etmək niyyətində olduqlarını, həmçinin Almaniyanın Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişafına dəstək verəcəyini qeyd etdi [6,103]. Görüş zamanı dövlət başçısı Heydər Əliyev Azərbaycanla bağlı məsələlərə beynəlxalq təşkilatlar çərçivəsində baxılarkən, xüsusilə də Aİ tərəfindən köməkliyin göstərilməsinin mümkünlüyünə diqqət ayırarkən Almaniyanın müsbət mövqe tutduğunu və alman bank və maliyyə mərkəzlərinin nümayəndələrini ölkəmizlə əməkdaşlığa dəvət etdiyini və onlar tərəfindən sərmayələrin qoyulması məqsədilə əlverişli şərait yaradılacağını vurğulamışdı[5, 5-ci k.,205].
Cənubi Qafqazda gedən proseslərdə Almaniyanın rolu və ikitərəfli əlaqələrin əhəmiyyəti barədə Azərbaycan Prezidenti Heydər Əliyev 1 iyul 1996-cı ildə Almaniya Federativ Respublikasına rəsmi səfərə yola düşərkən müsahibəsində qeyd etmişdi: “Almaniya təkcə Azərbaycana deyil, ümumiyyətlə, regionumuza, keçmiş Sovet İttifaqına mənsub olmuş ölkələrə böyük diqqət yetirir, onların barəsində çox prinsipial mövqe tutur. Xüsusən Ermənistan-Azərbaycan münaqişəsində də Almaniyanın mövqeyi birmənalıdır. Belə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qəti şəkildə elan ediblər, məsələnin ədalətlə həll olunmasına tərəfdardırlar” [5, 7-ci k., 12].
Almaniya-Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək nöqtəsi alman hökumətinin dəvəti ilə Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixlərində Federal Respublikaya rəsmi səfəri oldu. Bu görüş iki ölkə arasında uzunmüddətli əlaqələrin dərinləşməsinə gətirib çıxardı və ikitərəfli əlaqələrin yaxın perspektivləri üçün böyük imkanlar açdı[5, 7-ci k.,14]. Görüş zamanı regionda sülh, iqtisadi əməkdaşlıq, xarici investisiyalar üçün münasib imkanların yaradılması haqqında müzakirələr aparıldı. Heydər Əliyev səfər zamanı AFR prezidenti Roman Hersoq, kansler Helmut Kol, vitse-president Antye Folmer, xarici işlər naziri Klaus Kinkel, əsas partiyalardan olan Xristian-Sosialist İttifaqı, Sosial Demokrat Partiyası, Azad Demokrat partiyasının rəhbərliyi,Almaniyadakı Azərbaycan cəmiyyətlərinin sədrləri, Azərbaycan diasporunun nümayəndələri, Almaniya-Azərbaycan Forumu İdarə heyətinin üzvləri, maliyyə-ticari, iqtisadi qurumların başçıları və mədəniyyət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirdi[7, 45]. Danışıqlar zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticari və mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, maliyyə münasibətlərinin daha da sürətləndirilməsi əsas müzakirə mövzuları olmuşdu. Keçirilən görüşlər güclü iqtisadi potensiala malik alman sərmayədarlarının ölkəmizdə biznes qurmaq imkanlarını stimullaşdırmağa, iki ölkə arasında maliyyə-bank münasibətlərinin formalaşdırıl-masına istiqamətlənmişdi.
Səfər zamanı alman rəhbərləri Azərbaycana üç istiqamətdə dəstək verməyə hazır olduqlarını qeyd etdilər:
- Azərbaycanın Avropaya inteqrasiyasının dəstəklənməsi;
- Azərbaycanda Avropa modelinə uyğun dövlət quruculuğunun möhkəmləndirilməsinə yardım göstərilməsi;
- Ermənistan-Azərbaycan münaqişəsinin həllinə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı şərti ilə nail olmaq [3].
Səfər əsnasında Bonnda Heydər Əliyevin AFR prezidenti Roman Hersoq və kansler H.Kol ilə görüşü zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinə dair müzakirələr aparılmışdı. R.Hersoq qeyd etmişdi: “Almaniyanın simasında Azərbaycan etibarlı dost və vəkil əldə etmişdir” [9,21]. K.Kinkel isə “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etmək üçün bütün imkanlara sahib olduğunu”vurğulamışdı [9, 22].2 İyul 1996-cı ildə Heydər Əliyev Bundestaqın sədr müavini A.Folmer, Bundestaqın vitse-prezidenti, bu orqanın Almaniya-Qafqaz Parlament qrupunun sədri və qrupun üzvləri ilə görüşərək ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran bir çox məsələlərini müzakirə etmişdi.
3 iyul 1996-cı ildə Almaniya İqtisadiyyatının Şərq Komitəsi və Almaniya Sənaye-Ticarət Palataları Birliyinin təşkilatçılığı ilə Köln şəhərində keçirilmiş tədbirdə Heydər Əliyev Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirmiş, ölkəmizin iqtisadiyyatının potensial imkanları, maddi sərvətləri və beynəlxalq biznes üçün yaradılan şərait haqqında geniş nitq söyləmiş, alman iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət etmişdi. Bununla yanaşı, həmin gün Bonnda Azərbaycan Prezidenti Avropa Yenidənqurma və İnkişaf Bankının, “Simens” şirkətinin vitse-prezidentləri ilə görüşlər keçirmişdi [3].
4 iyul 1996-cı il tarixdə Heydər Əliyev avtomobil istehsalçısı olan “Mersedes-Benz” şirkətinin istehsal mərkəzində həmin şirkət rəhbərləri ilə Baden-Vürtemberq şəhərində keçirilən görüşlərdə buradakı istehsal prosesi ilə tanış olmuşdu[7,47]. Avropaya iqtisadi inteqrasiya siyasətinin bir tərkib hissəsi kimi xarakterizə olunan bu səfər Azərbaycan Respublikasına beynəlxalq kreditlərin və xarici investisiya qoyuluşlarının cəlb edilməsində əhəmiyyətli rol oynamışdı. Həmin səfərin məntiqi nəticəsi olaraq hazırda Almaniyanın “Simens”, “Ferrosstal”, “Tissen”, “Alkatel”, “İnterselekt”, “Mersedes Benz” və s. şirkətləri Azərbaycanda uğurlu biznes fəaliyyəti həyata keçirirlər.
Səfərin gedişində Almaniya-Azərbaycan arasında tərəfdaşlığın perpektivləri, ölkəmizin dünya siyasətindəki yeri və əhəmiyyətinin artması, o cümlədən, Almaniyanın Qafqazda geostrateji maraqları, TEMPUS, TACİS və TRASEKA proqramları üzrə əməkdaşlığın genişləndirilməsi, “Böyük İpək yolunun” gələcəyi, Azərbaycanla bağlı aqrar proqramlarda iştirak, Azərbaycanın Avropaya inteqrasiya proseslərində Federal Respublikanın rolu, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və bu istiqamətdə ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi kimi məsələlər araşdırılmış, iki ölkə arasında dialoqun daha da möhkəmləndirilməsi qərara alınmışdı.
O cümlədən 6 fevral 1997-ci ildə prezident Heydər Əliyev Almaniya XİN-in mədəniyyət şöbəsinin müavini Horst Vinkelmanın, 7 dekabr 1997-ci ildə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dövlət katibi Herdl Viqxardın, 27 aprel 2000-ci ildə AFR Bundestaqının xarici əlaqələr komissiyasının sədri Hans Ulrix Klozenin başçılıq etdikləri nümayəndə heyətlərin qəbul etmiş və ikitərəfli əlaqələrə dair müzakirələr aparılmışdı [4].
20-21 may 2001-ci ildə Almaniyanın xarici işlər naziri Yoşka Fişerin Azərbaycana səfəri zamanı ölkə başçısı Heydər Əliyev Y.Fişer, Almaniya Bundestaqının sədrinin müavini A.Follmer və nümayəndə heyəti ilə görüş keçirmişdi. Y.Fişer respublikamıza səfəri zamanı onun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində xeyli iş adamlarının olduğunu, AFR-in bundan sonra da Azərbaycana sərmayələr qoymağa və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün öz fəaliyyətini artırmağa hazır olduğunu bildirmişdi. Heydər Əliyev iki ölkə arasında əlaqələrin qədim tarixə malik olduğunu, XX əsrin əvvəllərində “Siemens” şirkətinin Azərbaycanda gördüyü işlər və hazırda Almaniyanın respublikamıza sərmayələr qoymasında ölkəmizin maraqlı olduğunu bir daha vurğulamışdı[5, 34-cü k.,142-143].
9 iyul 2002-ci ildə Heydər Əliyev AFR-in Dövlət Katibi Aksel Gerlaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdi. Görüş zamanı Almaniya-Azərbaycan arasında iqtisadi, ticari əlaqələr barədə söhbət aparılmış, A.Gerlax tərəfindən Azərbaycanın şimal-cənub və şərq-qərb arasında körpü rolunu oynayan bir ölkə kimi əlverişli mövqe tutduğu, iqtisadi sahədə əlaqələrin genişləndirilməsinin vacibliyi bildirilmişdi [5, 39-cu k., 379-380].
Beləliklə, Azərbaycan müstəqillik əldə edildikdən sonra ölkələrarası həyata keçirilmiş qarşılıqlı səfərlər əgər bir tərəfdən ikitərəfli münasibətlərin inkişafına xidmət edirdisə, digər bir tərəfdən isə Respublikamızın dünya siyasi arenasına çıxmasına geniş imkanlar yaradırdı. Belə ki, bu dövr çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Almaniyaya 1996-cı ildə rəsmi səfəri münasibətlərin formalaşmasında dönüş nöqtəsi olmaqla, gələcək qarşılıqlı əlaqələrin inkişafında möhkəm bünövrənin qurulmasına öz töhfəsini verdi. 1993-2003-cü illərdəki ikitərəfli səfərlər və görüşlər Almaniya-Azərbaycan arasında əməkdaşlığı daha da dərinləşdirdi, qarşılıqlı münasibətlərin siyasi və iqtisadi məqamlarının inkişafına səbəb oldu və zəngin hüquqi-normativ bazanın yaradılmasına gətirib çıxardı.
ƏDƏBİYYAT
1. Abbasov Ç. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolları. Bakı: Elm, 2005, 252 s. 1
2. Azərbaycan Respublikası 1991-2001 / R.Mehdiyevin redaktəsi ilə. Bakı: XXI-Yeni Nəşrlər Evi, 2001, 280 s.
3. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının vitse - kansleri, xarici işlər naziri Yoşka Fişeri, Bundestaqın sədr müavini Antye Follmeri və onları müşayiət edən nümayəndə heyətini qəbul edərkən söhbətindən” (Prezident sarayı, 21 may 2001) sənədinə tarixi arayış / www.library.aliyev-heritage.org/az/687645.html
4. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyətinin xronologiyası //files.preslib.az/projects/toplu/v2/f2_5.pdf
5. Əliyev H. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. Bakı: Azərnəşr, beşinci kitab, 1998, 500s.; yeddinci kitab, 1998, 520 s.; otuz dördüncü kitab, 2011, 488 s.; otuzdoqquzuncu kitab, 2012, 486 s. 27
6. Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991-1996-cı illər). Bakı: Elm, 2000, 368 s.
7. Həsənzadə N., Şahməmmədov Ş., Sadıxov O. Azərbaycan-Almaniya: Res-publikamız Avropa ölkələri ailəsində öz mövqeyini möhkəmləndirir : Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri. Bakı : Şərq-Qərb, 1996, 95 s.
8. Hüseynova H. Azərbaycan inteqrasiya prosesləri sistemində. Bakı: Hərbi nəşriyyat, 1998, 280 s.
9. Зейналова С.М. Азербайджано-Германcкие отношения в контексте интеграции Азербайджана в Европейское сообщество. Баку: Мутарджим, 2008, 76 с.
Ключевые слова: визиты глав государств, двусторонние обсуждении, посещения в июле 1996 года, значимость встреч между официальными представителями, политического и экономического развития, встречи представителей министерств иностранных дел.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM