Müasir dövrdə  Azərbaycan Respublikasında dövlət qulluğu  sistemində  islahatlar

15:20 / 08.06.2019

Həsənov Murtəza, Azərbaycan    Respublikasının    Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasının “Dövlət   Qulluğu və  kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru 

 

             Dövlətin, onun idarəetmə aparatının fəaliyyəti müasir dövlətin xüsusi institutu olan dövlət qulluğu tərəfindən həyata keçirilir. Dövlət qulluğu institutunun fəaliyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi dövlət idarəetmə islahatlarının ən vacib istiqamətlərindən biridir. Dövlət qulluğu institutu həm də islahatların strategiya və taktikasının reallasdırılmasında xüsusi rol oynayan ən mühüm dövlət mexanizmlərindən biridir ki, cəmiyyətin bütün sistemlərinin (siyasi, iqtisadi, sosial, mədəni, elmi) fəaliyyətinin səmərəliliyi, son nəticədə isə hər bir vətəndaşın hüquq və azadlıqlarının real təmin olunması həlledici dərəcədə məhz bu mexanizmdən asılıdır.

Azərbaycan Respublikasında dövlət qulluğu qədim köklərə malikdir. Əsrlərboyu torpaqlarımızda müxtəlif dövlətlər, hər bir dövlətin isə öz idarəçilik ənənələri olub. İlk dəfə kadrlar sistemli şəkildə Azərbaycan Xalq Cümhuriyyətində hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin erkən süqutu bu prosesin inkişafını ləngitməyib. Sovet dövründə isə dövlət qulluğu sistemi ağır mərhələlərdən keçib.

Azərbaycan XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etməklə dünya dövlətləri sırasında özünə layiq yer tutdu. Yeni yaranmış dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. 1995-ci ildə ümumxalq referendumunda ölkə Prezidenti Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və beləliklə ölkənin gələcək inkişafı üçün müasir dünya tələblərinə cavab verən demokratik, sivil, hüquqi dövlətin əsası qoyuldu.

Milli qanunvericilikdə “dövlət qulluğu" termini ilk dəfə olaraq 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hüqüqi cəhətdən təsbit olundu. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi tənzımləmənin başlıca prinsiplərini formalaşdıran və təsbit edən bütün respublika qanunvericiliyinin əsası olan, ali hüquqi qüvvəyə malik aktdir. Hər bir dövlətin qanunvericilik sıstemi ilk növbədə onun konstitusiyasına əsaslanır. Konstitusiya ümumən məcburi əhəmiyyətə malik olub, başqa normativ aktlar üzərində üstün hüquqi qüvvəyə və müstəqil təsir qüvvəsinə malikdir. Konstitusiya bir növ vətəndaşla dövlət arasında bağlanan və onun fəaliyyətini nizamlayan ictimai müqavilənin mətni kimi çıxış edir. Onun normaları heç bir qanunla dəyişdirilə bilməz. Ədəbiyyatda göstərildiyi kimi, Konstitusiya ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü, maraqlarını əhatə edən daha vaciblərini tənzimləyir.

Azərbaycan Respublikasının Konstitusiyası müasir sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyyətin üç hissəyə bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə, Azərbaycanda dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verildi. 1996-cı ildə respublika Prezidentinin sərəncamı ilə təşkil edilmiş Hüquqi İslahat Komissiyasının səyləri ilə müstəqil dövlətin öz qanunvericilik bazasının yaradılması prosesi başlandı, komissiya üzvlərinin qarşısında qoyulmuş başlıca məqsəd - Azərbaycanda Avropa və dünya ölkələrinin hüquq sisteminə tam uyğun olan sisteminin yaradılması məqsədi qoyuldu. Zaman göstərdi ki, Hüquqi İslahat Komissiyası və onun bütün üzvləri həqiqətən də bu məqsədə nail olmaq üçün yüksək səylə işləmişlər.

Dövlət qulluğu institutunun islahatlarının məqsədi əslində peşəkar, yüksək ixtisaslı, stabil və nüfuzlu dövlət qulluğunun yaradılmasından ibarətdir. Azərbaycanda dövlət institutu kimi dövlət qulluğunun əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

Ø  konstitusiyalı quruluşun qorunması, açıq vətəndaş cəmiyyətinin qurulması üçün şəraitin yaradılması, insan və vətəndaş haqlarının və azadlıqlarının müdafiəsi;

Ø  cəmiyyətə və dövlət orqanlarmın siyasi rəhbərliyinə peşəkar idarəetmə xidmətləri göstərmək yolu ilə dövlət orqanlarının səlahiyyətlərinə uyğun səmərəli fəaliyyətin təmin edilməsi.

Dövlət qulluğu sahəsində islahatların başlıca məqsədi dövlət qulluğu sistemini hazır qərarların icrasını kor-koranə yerinə yetirən totalitar alətdən hökumətin siyasi funksiyalarının yerinə yetirilməsini təmin edən və cəmiyyətin maraqlarına xidmət edən demoktatik tipli instituta çevirməkdən ibarətdir. Bu məqsədə nail olmaq əslində peşəkar, yüksək ixtisaslı və nüfuzlu dövlət qulluğunun yaradılmasını, onun siyasi neytrallağının təmin olunmasını, dövlət idarəetmə sistemində kadr ehtiyatlarından istifadənin təkmilləşdirilməsi, dövlət qulluqçularının işinin etik dəyərlərə və demokratik cəmiyyət standartlarına əsaslanan yeni prinsip və prosedurlarının tətbiq olunmasını tələb edir. Bu baxımdan dövlət qulluğu islahatlarının başlıca vəzifəsi aşağıdakılardan ibarətdir:

Ø  dövlət qulluğunun normativ-hüquqi təminatının yaradılması;

Ø  dövlət qulluğu sisteminin idarə olunmasının yaxşılaşdırılması;

Ø  dövlət qulluğu vəzifələrinin mövcud təsnifatının təkmilləşdirilməsi;

Ø  dövlət qulluqçularının hüquqi müdafiəsinin və siyasi neytrallığının təmin edilməsi;

Ø  dövlət qulluqçularının stimullaşdırılması və motivasiyasının gücləndirilməsi;

Ø  dövlət qulluğuna qəbul və qulluqda irəliləmə sisteminin təkmilləşdirilməsi;

Ø  dövlət qulluqçularının və dövlət kadr ehtiyatlarının peşəkar təhsil və ixtisasartırma sisteminin yaradılması;

Ø  dövlət qulluğu sistemində korrupsiya ilə mübarizə;

Ø  dövlət qulluğu islahatlarının elmi təminatı və s.

İslahatlar baxımından dövlət qulluğunun funkiyalarının dəqiq müəyyənləşdirilməsi böyük əməmiyyət kəsb edir ki, bunlara aşağıdakıları aid etmək olar:

Ø  dövlət qulluğunun çoxsaylı strukturlarının və institutlarının işlənib hazırlanması, istifadə olunması və daim təkmilləşdirilməsi;

Ø  dövlət qulluğunun növləri və səviyyələri üzrə dövlət aparatı heyətinin statistik uçotunun, kəmiyyət və keyfiyyət təhlillərinin aparılması;

Ø  dövlət qulluğunda işin dəqiq, rasional və səmərəli qaydalarının müəyyənləşdirilməsi və tətbiqi;

Ø  dövlət aparatına, həmçinin dövlət qulluğunun səviyyə və növlərinə çəkilən maddi-maliyyə xərclərinin əsalandırılması və onun istifadəsinə nəzarətin təşkili;

Ø  dövlət quruculuğu, dövlət qulluğu sahəsində elmi tədqiqatların təşkili və əlaqələndirilməsi, analitik-informasiya şəbəkəsinin yaradılması;

Ø  Azərbaycanda dövlət qulluğunun səmərəli fəaliyyətinin metodiki, informasiya və idarəetmə baxımından təminatının yaradılması.

29 dekabr 1998-ci ildə ümumilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında dövlət sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması dövlət idarəetməsində səmərəliliyin artırılması, cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin təkmilləşdirilməsi üçün mühim addım idi. Bu fərmandan başlayaraq bir çox fərman və sərəncamlar imzalanmış, eləcə də bir sıra qanunlar qəbul olmuşdır.

Qəbul edilmiş mühüm normativ-hüquqi aktlardan biri də 21 iyul 2000-ci il tarixdə qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, insanın, sıravi vətəndaşın rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin geniş bir təbəqəsini təşkil edən dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bağlı bütün məsələləri tənzimləyir. Bu qanun Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlamışdır. Qanunda xüsusilə dövlət qulluğu sahəsində dövlətlə məmurlar arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı bir çox məsələlər tənzimlənir.

Dövlət idarəetmə sisteminin islahatları konsepsiyasının layihəsində peşəkar dövlət qulluğu institutunun formalaşdırılması ən vacib məsələlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu məqsədlə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanaraq 21 iyul 2000-ci il tarixdə qəbul olunmuş və 2001-ci ilin sentyabr ayından qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 3 dekabr 2002-ci il, 24 iyun 2009-cu il, 20 aprel 2012-ci il, 11 aprel 2016-cı il tarixli Qanunları ilə ona dəyişikliklər edilmişdir.

"Dövlət qulluğu haqqında" qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratmışdır. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma təlabatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratmışdır. Qanun funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulma qaydalarından asılı olaraq dövlət qulluğu vəzifələrini siyasi, inzibati və yardımçı vəzifələrə bölür, inzibati və yardımçı vəzifələrin təsnifatını müəyyənləşdirir. Qanunda dövlət qulluğunun cəmiyyət qarşısında cavabdehliyini və cəmiyyətə xidmət göstərməyə yönümlülüyünü, şəffaflığını, peşəkarlığını, etikliyini təmin edən prinsiplər müəyyənləşdirilmişdir.

"Dövlət qulluğu haqqında" qanunda kadrlarla iş prosesinin mühüm məsələləri də öz əksini tapdı, kadr siyasətinin əsas istiqamətləri, kadrların komplektləşdirilməsinin prinsipləri və üsulları təsbit olundu. Qanun qəbul edildikdən sonra 2001-2005-ci illər ərzində onun icra mexanizmi yaradıldı, dövlət qulluğunun bir çox məsələlərinin hüquqi cəhətdən tənzimlənməsi üçün müvafiq normativ hüquqi aktlar qəbul olundu.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” 22 iyun 2001-ci il tarixli qanun dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün, onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən etdi.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması, rəsmiləşdirilməsi qaydalarını və ixtisas dərəcələrinə görə ödənilən əlavə haqqların məbləğlərini müəyyən etdi.

2002-ci il 29 mart tarixli Qanunla Azərbaycan Respublikasının “Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamə təsdiq olundu. Vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və palnlaşdırılması işinin həyata keçirilməsi və s. Şuranın funksiyalarına aid edildi.

Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin həllini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu İdarəetmə Şurası təşkil olunmuş və fəaliyyətə başlamışdır. Şuranın tərkibi bərabər sayda (hər biri altı nəfər təyin etməklə) ölkə Prezidenti, Milli Məclis və Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir. Belə bir müstəqil orqanın yaradılması dövlət qulluğuna qəbul, qulluqda irəliləmə, dövlət qulluqçularının attestasiyası, onların maddi təminat və nizam-intizam məsələlərinin həlli zamanı istifadə olunan müxtəlif proseduraların səmərəliliyini, şəffaflığını və obyektivliyini təmin etməkdə çox mühüm rol oynamalıdır.

Dövlət Qulluğunu İdarəetmə Şurasının həyata keçirdiyi əsas funksiyalar bunlardır:

Ø  vahid dövtət kadr siyasətinin formalaşmasında iştirak;

Ø  dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;

Ø  dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;

Ø  dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ-hüquqi aktların və metodiki göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

Ø  dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodiki işinin əlaqələndirilməsi;

Ø  qanunda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətinə baxılması;

Ø  dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması; 

Ø  dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;

Ø  dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlıqda iştirak.

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinə onun tərkibindən üzvlərinin sadə səs çoxluğu ilə seçilən sədr rəhbərlik edir. O, Şuranın işini təşkil edir.

Əsasnamənin 3.6 maddəsinə görə Şuranın qərarının məcburiliyi dövlət qulluqçuları üçün müvafıq olaraq Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri və Konstitusiya Məhkəməsinin sədri tərəfındən təmin olunur.

2002-ci ilin mart ayından Avropa Ittifaqının Azərbaycanda dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə "TACİS" layihəsi fəaliyyətə başlamışdır ki, onun da məqsədi aşağıdakılardan ibarətdir:

Ø  "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun icra olunması strategiyasının işlənib hazırlanmasına;

Ø  İşə qəbul, sınaq və daha yüksək vəzifəyə təyin olunmağa dair daha ətraflı təlimatın işlənib hazırlanmasına;

Ø  Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təşkilinə;

Ø  Dövlət qulluqçularının mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasına yardım göstərmək.

Bunlardan əlavə həmin dövrdə "Dövlət qulluqçularının icbari sığortası haqqında" 30 aprel 2002-ci il tarixli qanun, "Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi barədə" 31 may 2002-ci il tarixli qanun, "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" 31 may 2002-ci il tarixli qanun, "Vətənə xidmətə görə ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə" 7 noyabr 2003-cü il tarixli qanun, "Dövlət qulluğunda fərqlənməyə görə medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə" 7 noyabr 2003-cü il tarixli qanun qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli fərmanı ilə "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" təsdiq edilmişdir. 2003-cü ilin avqustunda inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq olunduqdan sonra qanunun icrasına dair intensiv müzakirələr başlandı. Layihənin köməkliyi ilə strategiyalar proqramı hazırlandı və Dövlət Qulluğunu İdarəetmə Şurasının birinci iclasında müzakirəyə çıxarıldı. Proqramda dövlət qulluğu sahəsindəki problemli məsələlər, islahatların əsas məzmunu barədə faydalı xülasə əks olunurdu.

Qanunun icra strategiyası ilk növbədə qanunun və müvafiq normativ aktların bilavasitə icrası zamanı üzə çıxan qeyri-müəyyənliklərin aşkar olunmasını, müvafıq tövsiyyələr və dəyişikliklər barədə təkliflərin 2004-cü ilin sentyabr ayınadək MM-ə təqdim olunmasını nəzərdə tuturdu. 2003-cü ilin sentyabrından etibarən dövlət qulluğuna dair problemli məsələlər Prezident Administrasiyasının layihə tərəfindən yaradılmış şəbəkə ilə keçirdiyi müntəzəm seminarlarda tədqiq olundu.

2004-cü ilin yanvarında dövlət qulluğu məsələləri ilə bağlı iki işçi qrupu təsis olundu. Birinci işçi qrup qanundakı ziddiyyətləri və boşluqları, mübahisəli məsələləri nəzərdən keçirərək qanunu işlək vəziyyətə gətirmək üçün ətraflı hesabat tərtib edərək Prezidentin Administrasiyasına təqdim etdi. İkinci işçi qrup dövlət qulluğuna qəbul sistemindəki boşluqları, sistemin məntiqi ardıcıllığı məsələlərini təhlil etdi və qanuna müvafıq dəyişikliklərin edilməsinə və dövlət qulluğuna qəbul prosesini tənzimləyən üç fərmanın vahid fərmanla əvəzlənməsinə dair təklif irəli sürdü. Bunun üçünsə təbii olaraq yeni işə qəbul sisteminin bəzi nazirliklərdə pilot layihə çərçivəsində sınaqdan keçirilməsi zərurəti meydana çıxdı. Beləliklə, dövlət qulluğuna qəbulla bağlı yeni qaydalar pilot layihə çərçivəsində 2004-cü ildə Xarici İşlər Nazirliyində sınaqdan keçirildi.

Bunlardan əlavə həmin dövrdə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı, “Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı, “3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən vəsiqənin təsvirinin və nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli fərmanı, 23 oktyabr 2003-cü il tarixli Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə fərmanı, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 1 iyul 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu, 24 iyun 2009-cu il tarixli “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə fərmanı və s. kimi normativ-hüquqi aktlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı.

Komissiya dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiyası və sosial müdafiəsi sahəsində və bu sahədə yaranan digər məsələlər barəsində respublika qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətinvhəyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komissiyanın funksiyaları aşağıdakılardan ibarətdir:

Ø  dövlət qulluğunun təkmilləşdirilməsinə dair proqramların və digər sənədlərin hazırlanmasının və həyata keçirilməsinin təşkili;

Ø  dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət;

Ø  dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqələrin keçirilməsi qaydalarının hazırlanması və təsdiqlənməsi, müsabiqələrin düzgün və şəffaf keçirilməsinə nəzarət etmək;

Ø  təlim tələbatlarını müəyyənləşdirmək və dövlət qulluqçularının təlim strategiyasını hazırlamaq;

Ø  dövlət qulluqçularının hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması məsələləri üzrə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək;

Ø  dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək və müvafıq normativ-hüquqi aktların layihəsini hazırlamaq;

Ø  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını cəlb etməklə dövlət qulluğu sahəsində olan problemlərə dair tədqiqatlar aparmaq;

Ø  müsahibənin keçirilməsi qaydasını müəyyənləşdirmək, dövlət qulluğu haqqında qanunvericiliyin pozulması ilə qəbul edilmiş dövlət orqanlarının qərarlarının ləğvinə dair təklif vermək və s.

Azərbaycan Respublikası Prezidentinə tabe olan Komissiya öz vəzifə və funksiyalarını həyata keçirərkən digər dövlət orqanları, ictimai, beynəlxalq və digər təşkilatlarla yanaşı, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası ilə də qarşılıqlı fəaliyyət göstərir.

Dövlət qulluğu sahəsində kadrların seçilməsi və yerləşdirilməsi xüsusi yanaşma və diqqət tələb edir. Peşəkar, müasir dünyagörüşlü və yüksək təhsilli kadrların dövlət qulluğuna cəlb edilməsinin səmərəli yolu vakant dövlət qulluğu vəzifələri barədə ictimaiyyətə dolğun məlumat verilməsi, həmin vəzifələrə qəbulun müsabiqə və şəffaflıq əsasinda mərkəzləşdirilmiş qaydada keçirilməsi və ən əsası isə bu sahədə aparılan dövlət siyasətinə ictimai etimadın artırılmasıdır.

Dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin təmin edilməsi Komissiyanın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

Komissiya öz fəaliyyətində qabaqcıl ölkələrin dövlət qulluğu və kadrların idarə edilməsi sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanın dövlət idarəçiliyi sistemində tətbiqi məsələlərinə xüsusi yer ayırır. Bu məqsədlə Avropa Şurası, BMT-nin İnkişaf Proqramı, Avropa Birliyinin TACIS proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəlikləri ilə işgüzar əlaqələr qurulmuşdur. BMT-nin İnkişaf Proqramı ilə birgə “Dövlət qulluğunda islahatlar vasitəsilə yaxşı idarəçiliyin təşkili Iayihəsi” həyata keçirilmişdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində “İnstitusional islahatlar və yaxşı idarəçilik” üzrə işçi qrupunda Komissiya Azərbaycanı təmsil etmişdir.

Komissiya fəaliyyət göstərərkən Azərbaycan Respublikasının Konastitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və öz əsasnaməsini rəhbər tutur.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 532 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları” təsdiq edildi. Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa, dövlət qulluğu və kadrlarla iş sahəsinə aid olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlandı. Bu qaydalarla dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işi tənzimlənməyə başlandı.

Beləliklə, ehtiyat kadrların formalaşdırılması dövlət orqanlarının kadr siyasətinin tərkib hissəsi kimi qəbul olundu. Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilməyə başlandı. Ehtiyat kadrların formalaşdırılmasında məqsəd - müvafıq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda siyahıya daxil edilmiş namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdim edilməsini təmin etməkdən ibarətdir.

31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun qəbul olundu. Qanuna əsasən, dövlət qulluqçuları üçün etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər müəyyən edildi. Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilən qanunun məqsədləri aşağıdakılardan ibarət oldu:

Ø  dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

Ø  dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

Ø  dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

Ø  dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

Ø  dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması; 

Ø  dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Dövlət qulluqçularının əlavə peşə təhsilinə cəlb edilməsi, təcrübə keçməsi, yenidən hazırlanması. və ixtisasartırması üçün dövlət sifarişinin hazırlanması Nazirlər Kabinetinin 19 mart 2009-cu ildə qəbul etdiyi “Dövlət qulluqçularının əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları” ilə müəyyən olundu. Bu qaydalar 2010-cu il yanvarın 1-dən qüvvəyə mindi. Qaydaların tətbiqini təşkil etmək məqsədi ilə 220-dən artıq dövlət orqanında qulluq keçən dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı öyrənildi. Həm mərkəzi, həm yerli icra hakimiyyəti orqanlarını, həm də məhkəmə orqanlarını əhatə edən sorğuların nəticələri təhlil edildi, dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı ümumiləşdirilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edildi.

2009-cu il 24 iyun tarixli Fərmanla "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" təsdiq olundu. Yeni qaydalara əsasən, dövlət qulluğuna qəbulla bağlı test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarının və inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla keçid ballarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edildi.

Artıq test imtanında namizədlərin dünyagörüşü, yəni dünyanın, əsasən də, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərinin yoxlanılması nəzərdə tutuldu. B. Xəlilovun qeyd etdiyi kimi, bu yenilikdə əsas məqsəd ondan ibarətdir ki, dövlət qulluğuna dövlətini sevən, onun tarixini, coğrafiyasını bilən, bu gün baş verən prosesləri izləyən və onları təhlil edə bilənlər gəlsin.

Qaydalar qəbul olunduqdan sonra müsabiqədən keçid balları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla fərqləndirildi. Belə ki, əvvəllər test imtahanında bütün inzibati vəzifələr üçün eyni keçid balı müəyyənləşdirilmişdi. Qaydalara əsasən, inzibati vəzifələrin təsnifatları üzrə keçid balları fərqləndirildi.

Komissiya sədrinin 2009-cu il l oktyabr tarixli əmri ilə təsdiq edilən "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları"-na uyğun olaraq Komissiya tərəfindən test imtahanı zamam namizədlərin dünyanın əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik biliklərinin yoxlanılması məqsədi ilə ümumiləşdirilimiş proqramlar və metodiki vəsaitlər hazırlandı.

Azərbaycan Respublikasinin Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2009-cu il 29 iyun tarixli əmri ilə "Müsahibənin nəticəsindən narazı qalan şəxslərin apellyasiya şikayətinə baxılması Qaydaları" təsdiq edildi. Qaydalar dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması məqsədi ilə keçirilən müsahibənin nəticəsindən narazı qalan şəxslərin (namizədlərin və ya müsahibə komissiyasının üzvlərinin) apellyasiya komissiyasına şikayət verməsi,  apellyasiya şikayətinə baxılması və qərar qəbul edilməsi qaydalarını müəyyən etdi. Müəyyən olundu ki, namizəd müsahibənin nəticəsi Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən və ya daxili müsahibənin nəticəsi barədə arayış ona verildiyi gündən 5 iş günü müddətində apellyasiya komissiyasına şikayət verə bilər.

Həmçinin 24 iyun 2009-cu il tarixli “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə fərmanı, 01 iyul 2011-ci il tarixli “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə fərmanı və s. kimi normativ-hüquqi aktların müasir dövlət qulluğunun formalaşmasında mühüm rolu olmuşdur.

Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətinin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə demək olar bütün dövlət idarəçiliyi orqanlarda elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün ardıcıl addımlar atılmaqdadır. Azərbaycan dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. Belə ki, 2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət almış və elektron xidmətlərin istifadəsi dövlət orqanlarının işinin effektivliyinin və şəffaflığın yüksəldilməsi ilə yanaşı, vətəndaşların da məmnunluğunu da artırmışdır.

Azərbaycan Respublikasında “elektron hökumət”lə bağlı ideya ilkin olaraq “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində ifadə olunub. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) məhz bu mühüm strategiyanın həyata keçirilməsi üçün yaradıldı. Belə ki, nazirlik “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası”nın həyata keçirilməsi istiqamətində 2005-2008-ci illər və 2010-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət proqramlarını reallaşdırıb. Bu proqramlar informasiya cəmiyyətinin formalaşdırılması və elektron hökumət quruculuğu istiqamətində mühüm addım olmaqla, Azərbaycanda dövlət qulluğu sistemində innovasiyaların tətbiqi baxımından olduqca əhəmiyyətli idi.

 “Dövlət qulluğu haqqinda” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 20 aprel 2012-ci il tarixli qanunla dövlət orqanlarının kateqoriyalarında dövlət qulluğu vəzifələrinin təsnifatında, ixtisas dərəcələrində dəyişiklik edildi. Bu isə öz növbəsində kadr işində müvafıq dəyişikliklərin edilməsi zərurətini doğurdu.

Belə ki, qanuna əsasən, dövlət orqanlarının kateqoriyaları dəyişdirildi. Əvvəllər 7 kateqoriya olan dövlət orqanları 5 kateqoriya üzrə təsnifləşdirildi. Dövlət orqanlarının kateqoriyasına yeni bir kateqoriya əlavə olundu - “Ali kateqoriya dövlət orqanları”. Bu kateqoriyaya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı - Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aid edildi.

Əvvəllər 9 təsnifatdan ibarət olan inzibati vəzifələrin 7 təsnifatı müəyyən olundu. İnzibati vəzifələrin təsnifatına yeni bir təsnifat daxil edildi - İnzibati vəzifələrin ali təsnifatı. Ali təsnifat inzibati vəzifələrə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi aid edildi.

Müvafiq olaraq yardımçı vəzifələrin də təsnifatında dəyişiklik edildi. Onların təsnifatına da yeni bir təsnifat Ali kateqoriya dövlət orqanlarında texniki vəzifələri tutan şəxslərin vəzifələri (yardımçı vəzifələrin birinci təsnifatı) daxil edildi. Yardımçı vəzifələrin 4 təsnifatı müəyyən olundu.

Qanunda edilən dəyişikliklər müvafiq olaraq kadr işində (heyətin qəbul qaydalarında, ixtisas dərəcələrinin verilməsində və s.) edilən dəyişikliklərdə öz əksini tapdı. Belə ki, əvvəllər VI-IX təsnifat inzibati vəzifələr müsabiqə yolu ilə tutulurdusa indi müvafiq olaraq, V– VII təsnifatlara uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması isə müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi dövlət qulluğunun qarşısında duran vəzifələrdən biridir. Bu səbəbdən də idarəetmədə aparılan islahatlar prosesində dövlət orqanlarınıri fəaliyyətində şəffaflığın artırılması daim diqqət mərkəzindədir.

Dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları fiziki və hüquqi şəxslərin dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən narazı qalmasına, vətəndaş məmnunluğunun təmin olunmamasma və nəticədə dövlət qulluğunun nüfuzunun zədələnməsinə səbəb ola bilən mühüm təzahürlərdəndir.

Vətəndaşlara xidmətlərin göstərilməsi proseşində bürokratik süründürməçilik, süni inzibati maneələrin yaradılması dövlət qulluğunun nüfuzunu zədələməklə yanaşı, “vətəndaş-dövlət qulluqçusu münasibətlərində inzibati mübahisələrə də yol aça bilər.

Əhalinin dövlət aparatına olan münasibəti dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətin keyfiyyətindən, rahatlığından və müəssərliyindən birbaşa asılıdır. Buna görə də cəmiyyətdə mövcud olan sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət qulluğu, idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, əhalinin dövlətə və dövlət qulluğuna inamının artırılması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək islahatlar prosesində mühüm məqamlardan biridir.

Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfındən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.

Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Respublikamızda bu yönümdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsirıin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zərruriliyi nəzərə alınaraq yaradılmışdır.

Agentliyin yaradılması vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafi, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müəssər olması, dövlət qulluğürıun müsbət imicinin artırılması üçün tədricən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyərlərin, təşkilati mədəniyyətin fəaliyyət üslubunun formalaşdırılması yönümündə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən “Asan xidmət"in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin - “rəqabət” prinsipinin tətbiqinə başlanılmışdır. İdarəetmədə rəqabət prinsipi vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur.

Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Harvard Universitetinin professoru Andrey Şleyfer və Robert Vişni haqlı olaraq yazırlar ki korrupsiya ilə mübarizədə rəqabətdən istifadə edilməsi müsbət nəticələrə, korrupsiya hallarının azalmasına gətirib çıxara bilər. Həqiqətən də əgər eyni xidmətləri göstərmək hüququna bir neçə dövlət orqanı eyni zamanda malik olarsa dövlət orqanları arasında sağlam rəqabət mühiti yaranar ki, bu da korrupsiya hallarının qarşısını almaqla yanaşı, dövlət orqanlarının fəaliyyətində çevikliyin, şəffaflığın təmin olunmasının təzahürü kimi vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsinə və büdcə vəsaitlərinə qənaət olunmasna real zəmin ola bilər. İdarəetmədə rəqabət resurslardan da daha rasional istifadəyə kömək edə bilər. Belə ki, eyni xidmətləri göstərən qurumlardan hansı daha yaxşı göstəricilərə nail olarsa, vətəndaş məmnunluğunu daha yüksək səviyyədə təmin edərsə, büdcə vəsaitlərinin də həmin quruma yönəldilməsinə, həmçmın bürokratik aparata daha real nəzarətin təmin olunmasına nail olmaq olar.

İslahatlar dövlət idarəetməsinin ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasına, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadənin təmininə də səbəb olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmiş, Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Dövlət qulluğuna şəffaf seçim və irəliləyiş qaydası fəaliyyət göstərir, ehtiyat kadrların formalaşdırılmasında, əlavə peşə təhsilinin təşkilində və ümumilikdə dövlət orqanlarının fəaliyyətində, xidmətlərin təqdim olunmasında şəffaflığın təmin olunması zəruri əhəmiyyət kəsb edir Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Pespublikasi Prezidentinin 11 aprel 2016-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmiş və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilmişdir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nizamnaməsini rəhbər tutur.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 (bir) milyon manatdır.

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi Mər-kəz tərəfindən inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə həyata keçirilir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

Ø  AA qrupu;

Ø  AB qrupu;

Ø  AC qrupu.

2. B növü - inzibati icraçı vəzifələr üzrə:

Ø  BA qrupu;

Ø  BB qrupu.

Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vəzifə altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra - portal) yerləşdirilir. Test imtahanı Mərkəzin qərarı ilə kağız daşıyıcılarda və ya kompyuter vasitəsilə aparılır.

Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahanına ən azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahanında iştirakla bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirir. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilmişdir .

Cədvəl 1. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları

Vəzifə qrupu
Vəzifə alt qrupu
Alt qrupa daxil olan vəzifələr
Keçid balı (%-lə)
AA
AA1
İnzibati vəzifələrin 1-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri
85
AA2
İnzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri, Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru
80
AA3
İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

Şöbə müdirinin müavini, dövlət orqanının rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif Şurasının katibi
75
AA4
İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini
70
AB
AB1
İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

Şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri
85
AB2
İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

Şöbə müdirinin müavini, dövlət orqanının rəhbərinin müşaviri, köməkçisi, regional bölmələrin rəhbərinin müavini
80
AB3
İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Şöbə müdiri, sektor müdiri
75
AB4
İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Şöbə müdirinin müavini
70
AC
AC1
İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Yerli bölmələrin rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri
80
AC2
İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Şöbə müdiri, sektor müdiri, yerli bplmələrin rəhbərləri
75
AC3
İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri
70
AC4
İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

Sektor müdiri
65
BA
BA1
İnzibati vəzifələrin 4-cı təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi
85
BA2
İnzibati vəzifələrin 4-ci təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi
80
BA3
İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi
75
BA4
İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi
70
BB
BB1
İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi
80
BB2
İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi
75
BB3
İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi
70
BB4
İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi
65
Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün aşağıdakı qiymətlər müəyyənləşdirilmişdir:

 

Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal Mərkəz tərəfindən müəyyən edilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Cədvəl 1-də öz əksini tapmışdır.

Test imtahanınm nəticələri haqqında məlumat Mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanmrn nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.

Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

Ø  ali təhsil haqqında sənədin surəti;

Ø  əmək kitabçasının surəti (olduğu halda).

Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir:

Ø  iş yerinin ünvanı;

Ø  inzibati vəzifənin təsnifatı;

Ø  vəzifə maaşı;

Ø  vakant vəzifə üzrə qulluq funksiyaları;

Ø  təhsilə, təcrübəyə, xüsusi biliklərə və peşə bacarığına dair tələblər;

Ø  tələb olunan sertifikat.

Namizəd müsahibədə iştirak üçün elan verildiyi gündən 30 gün ərzində portal vasitəsilə müvafiq dövlət orqanına electron müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə formalaşdırılır. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictiamiyyət, kütləvi infirmasiya vasitələri iştirakı ilə keçirilir. Müsahibələrin keçirildiyi yer və vaxt barədə məlumat namizədlərə müsahibənin keçirilməsinə ən azı 5 gün qalmış Mərkəzin portalı və dövlət orqanının internet saytı vasitəsilə verilir. Müsahibə hər bir namizədlə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır.

Müsahibədə iştirak etmiş namizədin vakant vəzifəyə uyğunluğu “bilik səviyyəsi”, “peşə hazırlığı”, “ümumi dünyagörüşü” və “vakant vəzifə üçün zəruri olan keyfiyyətlər” kimi meyarlar əsasında qiymətləndirilir. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal ilə 2-dir. Müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və müsahibənin nəticələri Mərkəzin portalında və dövlət orqanının internet səhifəsində yerləşdirilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqim olunur. Vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə həmin dövlət orqanında analoji vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifəyə təyin edilirlər.

Namizəd müsahibənin nəticəsindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. İnzibati qaydada mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, Apelyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına verilə bilər.

Dövlət idarəçiliyinin səmərəliliyin artırılması və daim inkişaf etdirilməsi üçün islahatların davamlı olması zəruri olan bir prosesdir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  23 noyabr 2018-ci ildə sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya hazırlanmışdır. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiyanın icrası 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.

Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. Qiymətləndirmə və nəzarət sistemində də müvafiq dəyişikliklər edilir, ictimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik ön plana keçir.

                   Dövlət idarəçiliyinin əsasını insanlar - səriştəli və peşəkar idarəetmə işçilərindən ibarət dövlət qulluqçuları təşkil edir. Buna görə də dövlət idarəetməsinin mərkəzi problemi idarəetmə kadrlarından ibarət olur ki, onların da səriştəliliyi, bacarığı və peşəkarlığı dövlət idarəetməsinin səmərəliliyinə təsir göstərir. Azərbaycanda demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlıdır. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, ləyaqətli, açıq, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərin dövlət qulluğuna cəlb olunması tələb olunur.

Beləliklə, dövlət qulluğu institutunun formalaşdırılmasının başlıca məqsədi dövlətin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olmaqdan, bazar iqtisadiyyatının formalaşdırılması prosesinə və iqtisadi tərəqqiyə yardım etməkdən, göstərilən dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən, dövlət resurslarından istifadəni rasionallaşdırmaqdan ibarətdir. Azərbaycanda dövlət qulluğu institutu ölkənin tarixi, mədəni, milli və digər xüsusiyyətlərini və bu sahədə dünya təcrübəsini nəzərə almaqla vahid bir sistem kimi formalaşdırılır.

Dövlət qulluğu institutunun səmərəli fəaliyyətini həyata keçirilməsi, dövlət orqanlarında xidmətlərin vətəndaşlara şəffaf, keyfiyyətli, rahat və effektiv şəkildə göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün daima yeniliklər tətbiq etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Cəmiyyət daim inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün daim islahatlar aparmaq lazımdır. İslahatların həyata keçirilməsi heç bir zaman dayanmır, əksinə ardıcıl olaraq həyata keçirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM