"İyunun 20-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşü keçiriləcək. Təbii ki, bu görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, son dövrdə təmas xəttində Ermənistan tərəfi bir çox təxribatlara əl atıb: "İki hərbçimizin şəhid olması və bundan savayı Ermənistan silahlı qüvvələrinin helikopter avantürası və s. Onlar məqsədlərinə çatmasa da belə hər halda Azərbaycan Silahlı Qüvvələrinə məxsus helikopteri hədəfə almışdılar. Bütün bunlar fonunda eyni zamanda Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan əsgərini qətlə yetirmiş erməni əsgərini mükafatlandırması onların çirkin niyyətindən xəbər verir. Bütün bu sadaladığımız heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını buxovlayan və münaqişənin həlli istiqamətində danışıqlar prosesinin baş tutmamasına istiqamətlənmiş addımlardır. Hər halda bütün bu reallıqlar fonunda danışıqların keçirilməsi ilə bağlı məkan və zaman seçilib. Məsələyə bu məntiqlə yanaşdıqda nikbin olmaq üçün elə ciddi əsaslar yoxdur. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan xüsusilə də belə danışıqlar öncəsi təxribatlara, hərbi insidentlərə imza atır. Nəticədə isə ya danışıqlar baş tutmur, yox əgər danışıqlar baş tutsa da danışıqlar prosesində nəticə etibarilə fundamental, substantiv məsələlər deyil, daha çox ikincidərəcəli məsələlər diqqətdə saxlanılır. Belə olan vəziyyətdə hər dəfə də işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması deyil, atəşkəsin yenidən bərpası kimi məsələlər daha çox müzakirə predmetinə çevrilir. Təbii ki, bu da Ermənistanın dəfələrlə sınaqdan çıxardığı bir taktikadır.
Amma hər halda bu son insident yəni onların helikopter avantürası bu qənaətə gəlməyə əsas verir ki, Ermənistan rəhbərliyi deyəsən olduqca mürəkkəb daxili situasiya ilə üz-üzə qalıb. Paşinyan artıq ona dəstək verən küçənin də etimadını itirməyə başlayıb. Belə olan vəziyyətdə o həm də xəyanətdə ittiham olunur. “Qarabağ klanı”, onun rəhbərliyi, keçmiş prezidentlər – Koçaryan və Sarkisyan onu Ermənistana xəyanətdə ittiham edirlər. Bu vəziyyətdə "Qarabağ kartı" yenidən aktuallaşır və iyun ayının 5-də Paşinyan açıq mətnlə Qarabağ klanını qoşunların təmas xəttində və sərhəddə xəyanətə imza atmağa hazırlaşmaqda ittiham etdi. Bütün bunları nəzərə alsaq hesab edirəm ki, son dövrdə təmas xəttində olan gərginlik Ermənistandakı öz daxili gərginliyin ifadəsidir. Bu reallıqlar fonunda şəxsən Ermənistan diplomatiyası münaqişənin həlli ilə bağlı Vaşinqtonda hər hansı bir pozitiv, konstruktiv addıma imza atacağı ehtimalı kifayət qədər aşağı vəziyyətdədir”.
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM