İnformasiya müharibəsi dövründə, təbii ki, müəyyən məqsədlər naminə hansısa fikri ictimai şüura yeritmək cəhdləri ola bilər. Böyük dövlətlərlə bağlı bu aspektdə absurd fikirlərin səsləndirilməsi də mümkündür. Lakin indiki həssas geosiyasi məqamda ictimai rəyin manipulyasiyasının fəsadları istisna deyil. Bu baxımdan, erməni ekspertlərin ortaya atdıqları bəzi iddiaların arxasında hansı təhlükəli nüansların dayandığını anlamağın faydası vardır. Bütövlükdə, informasiya müharibəsində inandırıcı görünmək üçün həm nüfuzlu şəxslərin adından istifadə edilir, həm də yayılan informasiyalara gizlilik donu geydirilməyə cəhd edilir. O da məlumdur ki, bu prosesdə yalanlar gec və ya tez ifşa olunur. Ancaq o da həqiqətdir ki, bir çox hallarda ictimai rəy məqsədli şəkildə yanlış istiqamətlərə yönləndirilir. Bütün bunları nəzərə alaraq, biz bir məqamın üzərində geniş dayanmağa ehtiyac duyduq.
Arxa qapıdan giriş: Boltonun kimliyi haqqında dolaşıq fikirlər
Amerikanın Cənubi Qafqaz siyasəti çox maraqlı və diqqət cəlb edəndir. Dünyanın ən güclü ölkəsinin regionla bağlı mövqeyinin əsas cəhətləri həmişə ekspertlər üçün maraqlı təhlil predmeti olub. Xüsusilə, hazırkı mərhələdə qlobal geosiyasi proseslərin mürəkkəb və ziddiyyətli məqamları başqa regionlara olduğu kimi, Cənubi Qafqaza da öz təsirini göstərir. Bunun fonunda Vaşinqtonun siyasi kursunun Qafqazla bağlı hissəsi bizim üçün daha da aktuallaşır.
Ekspertlər Yaxın Şərq və Cənubi Qafqaz istiqamətində ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun fəal işlədiyini ifadə edirlər. Erməni ekspertlər də bu mövzuya bir sıra hallarda maraq göstərirlər. Onlardan birinin yazısında C.Boltonun Cənubi Qafqazla bağlı mövqeyinin şərhi diqqətimizi çəkdi. Yervand Bozoyan cəhd edir ki, ABŞ Prezidentinin müşavirinin siyasətçi və diplomat kimi kimliyini açsın.
Erməni ekspert C.Boltonu qatı antiirançı və Türkiyə tərəfdarı kimi təqdim edir. Hesab edir ki, C.Bolton Cənubi Qafqazda əsas geosiyasi güc kimi Türkiyə-Azərbaycan cütlüyünü görür. Bu gücdən istifadə edərək Vaşinqton İrana qarşı daha sərt mövqe tuta bilər. Eyni zamanda, Amerikanın Ermənistandan istədiyi İranla sərhədlərin bağlanmasıdır. Güclü Azərbaycan və güclü Türkiyəni Ermənistan da qəbul etməlidir. Çünki İrəvanın başqa yolu yoxdur. Əgər bunu qəbul etməsə, Dağlıq Qarabağdan Ermənistan dərhal çıxmalı olacaq və hətta Ermənistanın özü bir dövlət olaraq mövcud olmaya da bilər.
Bunlardan başqa, Nikol Paşinyan Qarabağ klanını məhv etməli və reallığı erməni cəmiyyətinə anlatmalıdır. Lakin N.Paşinyanın bunun öhdəsindən gəlib-gəlməyəcəyi məlum deyil. Bu da təbii ki, Ermənistan rəhbərliyinin hələ də qeyri-müəyyən vəziyyətdə qalması deməkdir. Buna baxmayaraq, Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq, cəmiyyətdə antitürk əhval-ruhiyyəsini dəyişmək gərəkdir. Çünki Türkiyə Cənubi Qafqazda əsas geosiyasi gücdür. N.Paşinyan da cəmiyyətdə bu istiqamətdə rəyi dəyişdirmək üçün lazımdır.
Əlavə olaraq, Meğri rayonu ilə Dağlıq Qarabağda bir rayonu dəyişməklə Ermənistanın İranla sərhədini kəsmək olar. Guya, Bakı və Ankara buna razıdır. Gürcüstana gəldikdə isə, C.Bolton bu ölkəni Rusiyanın cənubunda maneə kimi görür. Gürcüstandan İrana qarşı hərbi əməliyyatlarda da istifadə etmək olar.
Bu qısa xülasədən aydın görünür ki, C.Boltonun siyasətçi və diplomat kimi müəyyən obrazını yaratmağa cəhd edilir. Onun tərcümeyi-halından da müəyyən fraqmentlər gətirilir və C.Bolton müharibə tərəfdarı kimi göstərilir. Ayrıca, C.Bolton hesab edir ki, İran, Şimali Koreya və Kuba ilə danışıqlar aparmağın mənası yoxdur – onlar yalnız vurulmalıdırlar. O, Rusiya və onun müttəfiqlərini də "ikinci şər oxu" kimi qəbul edir və nəyin bahasına olur-olsun, onlar məhv olunmalıdırlar.
Nəhayət, erməni ekspert məqalədə C.Boltonun bir qatı yəhudi tərəfdarı olduğunu da vurğulayır. O, 2010-cu ildə "İsrailin dostları" adlı təşəbbüs qrupu yaradıb. Bu qrup "hər yerdə, hər zaman İsrailin maraqlarını təmin etməyi" əsas vəzifə hesab edir.
Beləliklə, C.Boltonun həm İsrail, həm Türkiyənin maraqlarını müdafiə edən siyasətçi-diplomat obrazı yaradılır. C.Bolton "hər yerdə İsrailin maraqlarını müdafiə edir", həm də Türkiyəni "ABŞ-ın ən etibarlı müttəfiqi" sayır. Sonra belə göstərilir ki, C.Bolton şəxsən istərdi ki, Cənubi Qafqaz tamamilə Türkiyə-Azərbaycan cütlüyünün aparıcılığı ilə idarə edilsin, regionun digər dövlətləri bu iki türk dövlətinin ritminə uyğun təkamül yolu seçsinlər. Təbii ki, belə olan halda, İran və Rusiya arxa plana atılır.
Azərbaycan-Türkiyə cütlüyü: İran və Rusiyaya qarşı qoyma cəhdi
Erməni ekspertlərin ənənəvi olaraq antitürkiyə və antiazərbaycan mövqedə olduqlarını nəzərə alsaq, Y.Bozoyanın da bütün bunları yaxşı niyyətlə yazmadığını deyə bilərik. Onu maraqlandıran, əslində, məsələnin başqa tərəfidir. Digər yazılardan da görünür ki, bütövlükdə, erməni ekspert dairələri hər fürsətdə Azərbaycan və Türkiyə ilə bağlı real faktları təhrif edərək, onları günahkar çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Burada da eyni ssenaridir.
Yəni, məsələ ondan ibarətdir ki, ermənilər apardıqları informasiya müharibəsi vasitəsilə çalışırlar ki, Azərbaycan və Türkiyənin regionda Rusiya və İrana qarşı "gizli fəaliyyətdə" olduğu ictimai rəyə yeridilsin. Buna görə də C.Boltonla bu ölkələr bir sıra məsələlərdə ortaq fəaliyyətdə təqdim edilirlər. Hazırda bu "ortaqlıq" İranı parçalamaq istiqamətində "daha da dərinləşir"! Burada, necə deyərlər, stop!
Deməli, çətin vəziyyətdə olan İranın regionda əsas "düşmənləri" Türkiyə-Azərbaycan cütlüyüdür! İran şübhə etməsin ki, bu "ciddi faktordur", çünki Vaşinqtonun "qırğıları" da bu türk ölkələrinin hegemon olmasına çalışırlar. Görünür, burada Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktubların obyektivliyini də şübhə altına almaq kimi iyrənc bir cəhd vardır.
Türkiyə məsələsinə gəldikdə isə, getdikcə aydın olur ki, bu dövlətin inkişafının qarşısını kimsə ala bilməyəcək. Bu da digər regionlarla yanaşı, Cənubi Qafqazda da geosiyasi aspektdə qüvvələr nisbətini dəyişə bilər. Daha güclü Türkiyə faktını hətta İrəvan belə qəbul etməli olacaq. Bu halda ən yaxşı üsullardan biri Rusiyanın qısqanclığını yaratmaqdan ibarətdir. Təbii ki, Kremlin tarixi təcrübəsi çox böyükdür və hər ucuz fikrə aldanmaz. Lakin cəmiyyətdə müəyyən kəsimlərin rəyinə təsir etmək mümkündür.
Beləliklə, mənzərə aydındır: getdikcə daha da dərinləşən və genişlənən Türkiyə-Rusiya, Türkiyə-İran, Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək üçün müxtəlif ssenarilər uydurur, hətta qatı İsrail tərəfdarını qatı Türkiyə tərəfdarı kimi də təqdim etməkdən belə çəkinmirlər. Reallıqda bu iki istiqamət birləşə bilməz. Səbəbi o qədər aydındır ki, təkrar deməyə elə də ehtiyac yoxdur.
Dünyada hansı böyük dövlətin böyük bir ərazidə güclü türk dövlətlərinin meydana gəlməsinə müsbət yanaşdığını bilmirik. Bundan başqa, Azərbaycanı Türkiyənin "Qafqazdakı davamı" kimi qələmə vermək də tam yanlışlıqdır. Çünki Azərbaycan müstəqil dövlət kimi özündən başqa kimsəni təmsil etmir. Ölkənin xarici siyasəti tamamilə milli maraqlar üzərində qurulub və buna tam müstəqil siyasi kursa üstünlük verməklə nail olunur.
Bununla yanaşı, Azərbaycan Türkiyə ilə ən yaxın əməkdaşlıq xəttini seçib. Çünki dövlət olaraq regionda Azərbaycanın maraqlarına daha yaxın mövqeni Türkiyə tutur. Azərbaycan bu təbii müttəfiqlikdən niyə imtina etməlidir? Bütün dünya dövlətləri bir-biri ilə səmimi əməkdaşlığa can atdığı bir mərhələdə Bakı və Ankara hansı səbəblərdən bir yerdə olmasınlar? Bu suallara heç kəs mənfi cavab verə bilməz.
Buna görə də, Azərbaycan-Türkiyə əməkdaşlığında kimlərəsə qarşı hansısa mənfi çalar axtarmaq absurd bir məşğuliyyətdir. Bu əməkdaşlığın təməlində maraqların yaxınlığı və real geosiyasi mənzərə dayanır. Yəni, Bakı və Ankaranın kimlərəsə qarşı birləşmək kimi bir planı yoxdur və olmayacaq da.
Əlbəttə, burada Türkiyə və Azərbaycanın Amerika ilə əlaqələrinin daha sağlam müstəviyə keçməkdə olması da bizə dost olmaq istəməyən bir sıra dairələri narahat edir. Xüsusilə, Osakoda Tramp-Ərdoğan danışıqlarında əldə olunan nəticələr və D.Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktublar həmin dairələrdə narahatlığı artırıb. Çünki bunların fonunda Ermənistanın heç bir real addımı gözə dəymir və o, daha aciz vəziyyətə düşür.
Burada Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsini də unutmaq olmaz. İki ölkənin prezidentlərinin çox yaxşı münasibətdə olması və buna rəğmən, Vladimir Putinin N.Paşinyanla elə də isti münasibətdə olmaması Rusiya cəbhəsində də İrəvanın problemlərinin olduğuna işarə edir.
Bütün bunlardan qarşı tərəfin informasiya müharibəsindən primitiv üsulla istifadə etməyə çalışdığı aydın olur. Əlbəttə, C.Bolton ABŞ kimi qüdrətli bir dövlətin rəsmisi olaraq ciddi planlar qura bilər. Lakin şübhə yoxdur ki, C.Bolton hər şeydən öncə Amerikanın maraqları üçün çalışır. Digər məqamlar ikinci dərəcəlidir və tam olaraq bu faktordan asılıdır. Bunu hər kəs bilir.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM