Azərbaycan paytaxtında general T.Volters ilə general V.Gerasimov arasında aparılan danışıqlar ekspertlərin bir neçə aspektdə marağına səbəb olub. Dünyanın iki çox böyük hərbi gücünün Bakıda qlobal əhəmiyyətli məsələləri müzakirə etməsi adi hadisə deyil. Bu baxımdan ekspertlər ABŞ və Rusiyanın görüş yeri kimi məhz Bakını seçməsinin səbəbləri ilə bağlı müxtəlif analizlər aparırlar. Aydın olur ki, burada bir sıra faktorlar rol oynayır. Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlər əldə etməkdədir. Beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycanın sabit ölkə və etibarlı tərəfdaş olması da dünya tərəfindən qəbul edilir. Bütün bunların fonunda Amerika və Rusiyanın mühüm məsələləri Bakıda müzakirə etmələri normal görünür. Həmin kontekstdə iki generalın Bakı görüşünün geosiyasi təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.
Bakı vacib beynəlxalq məsələlərin müzakirə məkanıdır
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı general Tod Volters ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun növbəti görüşünün Bakıda keçirilməsi müəyyən mənada yaxşı bir ənənənin davamıdır. Artıq dördüncü dəfədir ki, bu növ görüşlər keçirilir. Tərəflərin məhz Bakını müzakirə yeri kimi seçməsi də təsadüfi sayılmır. Bu o deməkdir ki, ABŞ və Rusiya üçün ən uyğun məkan Azərbaycandır. Səbəbi haqqında müxtəlif fikirlər deyilir. Onların hər biri əhəmiyyətlidir. Çünki söhbət müstəqil dövlət quruculuğu kursuna dünyada olan münasibətdən gedir. Şübhə yoxdur ki, Amerika və Rusiya kimi qüdrətli dövlətlər danışıqlar üçün təsadüfi yer seçməzlər. Onlar daha çox inandıqları, əmin olduqları, etibarlı saydıqları ölkədə danışıqlar apararlar.
Cənubi Qafqazda məhz Azərbaycanın müzakirə məkanı kimi seçilməsi böyük məna daşıyır. Hər şeydən öncə, Azərbaycan müstəqil və dinamik inkişaf edən, daxili sabitliyə nail olmuş bir dövlətdir. Uzun müddətdir ki, Azərbaycan regionda bu sabitlik səviyyəsinə görə digər ölkələrdən fərqlənir. Daxili sabitlik sürətli islahatlarla müşayiət olunur. Bu iki faktor Azərbaycanı Cənubi Qafqazın geosiyasi qovşağına çevirib. Bunun əlamətləri əsasən beynəlxalq layihələrdə, irimiqyaslı tədbirlərdə və davamlı inkişafda özünü göstərir.
Beynəlxalq layihələr də başlıca olaraq enerji təhlükəsizliyi, regional və qlobal əməkdaşlıq, nəqliyyat dəhlizlərinin formalaşması və mədəniyyətlərarası dialoqun təşkili ilə əlaqəlidir. Bu, faktiki olaraq, Azərbaycanı bütün istiqamətlərdə Cənubi Qafqazın lider dövləti mövqeyinə çıxarıb. Hazırda burada istənilən mövzuda yüksək səviyyəli müzakirələr təşkil etmək mümkündür.
Nüfuzlu beynəlxalq tədbirlər kimi Azərbaycan sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşkili ilə bağlı çox vacib mövzularda müzakirələr təşkil edir. İndi bütün dünya Bakı Beynəlxalq Humanitar Forumundan, "Bakı prosesi"ndən və başqa yeni tədbirlərdən bəhs edir. Hər kəs bilir ki, bu möhtəşəm layihələrin və uğurla təşkil edilən tədbirlərin təşəbbüskarı Azərbaycan rəhbərliyidir. Bunlara beynəlxalq idman yarışlarının təşkilini də əlavə etmək gərəkdir. Azərbaycan hər kəsə sübut edib ki, bu növ tədbirləri də yüksək səviyyədə keçirə bilir.
Nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın oynadığı aktiv rol ayrıca mövzudur. İndi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Bu, yalnız yük daşımaq imkanı deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların dialoqunu, ünsiyyətini təşkil etmək deməkdir. Dünyanın onlarla ölkəsinin nümayəndələri bu dəhlizlər vasitəsilə təmasda olur və səmərəli fəaliyyət göstərirlər. Deməli, Azərbaycan çox sayda ölkələrin səmərəli və qarşılıqlı faydalı əməkdaşlığını ən yüksək səviyyədə təşkil edə bilir.
Bütün bunlarla yanaşı, Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın yeni formatları ilə bağlı ən çox təşəbbüs irəli sürən ölkədir. Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqla ilgili təklif və təşəbbüsləri artıq özünün yüksək səmərəsini göstərib. Bu baxımdan Bakının Rusiya-İran-Azərbaycan əməkdaşlıq formatını böyük uğurla reallaşdırması ekspertlərin diqqətini daha çox çəkib. Çünki tarixən Azərbaycan Rusiya və İranda imperiya dövründə onların tərkibində olub. İndi isə müstəqil dövlət kimi bu iki böyük dövlətin əməkdaşlığına yeni təkan verir. Bu mənada İlham Əliyevin əməkdaşlıq formatı təklifi son dərəcə böyük maraq doğurur və Azərbaycan dövlətinə etibarlılıq qazandırır.
Geosiyasi kontekst: perspektivli proses
Əlbəttə, söhbət əməkdaşlıqdan düşərkən Türkiyə və Qərb istiqamətini unutmaq olmaz. Türkiyə Azərbaycana ən yaxın, qardaş dövlətdir. Onunla əməkdaşlıq avtomatik və aksiomatik bir işdir. Ancaq məsələ eyni zamanda müstəqil dövlət kimi qarşılıqlı faydalı və etibarlı əlaqələrin yaradılmasından gedir. Azərbaycan bu istiqamətdə də bir sıra müstəqil dövlətlər üçün səciyyəvi olan "böyük-kiçik qardaş" sindromunu aşmış ölkədir. İndi onun Türkiyə ilə sabit, bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan münasibətləri mövcuddur. Deməli, Azərbaycan özünün çox güclü qardaşı ilə belə əməkdaşlığını müstəqil dövlət kimi konstruktiv müstəvidə qura bilir.
Bu baxımdan Bakının dünyanın ən inkişaf etmiş hissəsi olan Qərb dövlətləri ilə münasibətləri çox maraqlıdır. Bu istiqamətdə Azərbaycan rəhbərliyinin yüksək nailiyyətlər əldə etdiyi danılmaz faktdır. İki məqam üzərində dayanaq. Əvvəla, Azərbaycan-ABŞ əlaqələri müasir beynəlxalq hüquq və konstruktiv əməkdaşlıq şərtlərinə tam uyğun inkişaf edir. Amerika Prezidentinin İlham Əliyevə ünvanladığı məktublarda həmin məqam aydın olaraq öz ifadəsini tapıb.
Donald Tramp Azərbaycanın etibarlı, perspektivli tərəfdaş olduğunu dəfələrlə vurğulayıb, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri ayrıca qeyd edib, əlavə olaraq, daha geniş geosiyasi məkanda bu missiyanı reallaşdıra biləcəyini ifadə edib. Bu onu göstərir ki, Vaşinqton Azərbaycanın etibarlı, sabit və perspektivli müstəqil dövlət olduğunu, beynəlxalq təhlükəsizliyə qiymətli töhfələr verdiyini etiraf edir. Bu kontekstdə Azərbaycan Prezidentinin bir fikri çox maraqlıdır. İlham Əliyev ifadə edib: "Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik".
Nəhayət, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri formalaşıb. Bu, təhlükəsizlik məsələlərini, beynəlxalq terrorla mübarizəni, enerji layihələrini əhatə edir. Brüssel Azərbaycana perspektivli tərəfdaş kimi baxır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun regiona son səfəri zamanı ifadə etdiyi fikirlər bunu bir daha təsdiq edir.
Beləliklə, dünyanın iki böyük hərbi gücünün vacib və aktual qlobal məsələləri Bakıda müzakirə etməyə qərar verməsi səbəbsiz deyil. Azərbaycan bütün parametrlərinə görə bu cür yüksək səviyyəli müzakirələrə uyğun bir məkandır. Amerika və Rusiya generallarının Bakıda rəsmi şəxslərlə görüşləri zamanı ifadə etdikləri fikirlər bir daha sübut edir ki, bu dövlətlərin hərbi, təhlükəsizlik və müdafiə sahələrində Bakı ilə əməkdaşlığa maraqları az deyil. Hər iki ölkə bundan sonra da Azərbaycanla həmin istiqamətdə əlaqələri gücləndirmək niyyətindədir.
T.Volterslə V.Gerasimovun Bakıda Suriya, Əfqanıstan ixtilaflarını, beynəlxalq terror, qaçaqmalçılıq və digər aktual məsələlərlə bağlı apardıqları müzakirələr göstərir ki, tərəflər hazırda bütün dünya üçün əhəmiyyətli problemlərin nəzərdən keçirilməsində maraqlıdırlar. Bakı görüşü ayrıca göstərdi ki, hələ Vaşinqton və Moskva ortaq mövqeyə gələ bilmirlər. Lakin qlobal miqyasda aktual olan və dünyanın təhlükəsizliyi üçün əhəmiyyət daşıyan məsələlərin Bakıda müzakirə edilməsi konkret məna daşıyır.
Beləliklə, ABŞ və Rusiyanın Bakıda yüksək səviyyədə müzakirələr aparması Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha da artdığını nümayiş etdirir. Qərb və Rusiya üçün önəmli olan hərbi-müdafiə xarakterli mövzuların Azərbaycan paytaxtında müzakirə edilməsi həm də regional münaqişələrin ədalətli həlli üçün bir şansı ifadə edir. Bu cür görüşlərdə Azərbaycanın məsələyə münasibəti haqqında daha dolğun informasiyalar alan generallar, əlbəttə, həqiqəti bilməklə daha qətiyyətli mövqe tuta bilərlər. Xüsusilə onlar digər məsələlərlə yanaşı, həm də separatizm və terrorla mübarizəni də müzakirə edirlər.
Bunlar onu göstərir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq nüfuzunu sürətlə yüksəldir və daha etibarlı tərəfdaş kimi qəbul edilir. Bu keyfiyyətdə Azərbaycanın müxtəlif beynəlxalq proseslərdə iştirakı daha intensiv xarakter alır. Bu prosesin yeni səviyyəyə yüksəlməsi, əlbəttə, regionda bir sıra çətinliklərin aradan qaldırılmasına yardım edəcəkdir. İki generalın Bakıdakı son görüşünə bu prizmadan baxdıqda, onun növbəti mərhələnin başlanğıcı olduğu qənaəti yaranır. Yəni ABŞ-Rusiya münasibətlərində konstruktiv bir mərhələ başlaya bilər.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM