Naibə Əhmədova
Tarix üzrə fəlsəfə doktoru, dosent
(Abbasqulu ağa Bakıxanovun 225 illik yubileyi münasibətilə)
Görkəmli mütəfəkkir A.A.Bakıxanov tarix sahəsində xüsusi dərin təhsil almadığı halda şəxsi mütaliəsi əsasında əldə etdiyi biliklərə istinad edərək öz tarixi baxışlarını belə ifadə edir: “Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir.... Tarix hökmsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar.... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldirvə elmə əsaslanan bir əməl möhkəm və payıdarolar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq, yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır. Çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxətlif xalqlarla saxlanılan əlaqənin xeyir və zərərini ona məlum edər” (3,s.10). A.A.Bakıxanov “Gülüstani – İrəm” əsərinin yazılması ilə əlaqədar bildirir: “Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə... müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım” (3,s.11). Müəllif əvvəlcədən əsərdə nöqsanlara yol verilmiş ola biləcəyini nəzərə alıb yazır ki, “oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həmlə edib, onun islah və təkmilinə çalışarlar....” (3,s.11).
“Əxbar kitabları və asari – ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş – gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarixi kitabları da, bu məsələləri layiqlə izah etmir” (3,s.11).
A.Bakıxanov hadisələri tədqiq etmək üçün öz elmi metodunu belə anladır: “.... bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir – birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricən diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr və asari – ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və başqaları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişarələrəistinad və əqli ehtimallara müraciət etdim” (3,s.11).
Müəllifin yazdıqlarından bəlli olur ki, o, rus tarix elmindən dövrünün tarixi tədqiqatlar prinsipini və metodlarını dərindən mənimsəmişdir. Həmin metod və prinsiplər öz aktuallığını indi də saxlamaqdadır.
O, yazdığı kitabı bir müqəddimə, beş fəsil və bir nəticəyə böldüyünü qeyd edir. Müəllif yazır ki, “bu əsər bir tarix kitabı olaraq tanındı. 1257 = 1841/42-ci illərdə kitab tamamlandı. Onun adını “Gülüstani – İrəm”qoydum ” (3).
1841-ci ildə A.Bakıxanov Azərbaycan tarixinə dair “Gülüstani – İrəm”(3) əsərini işləyib başa çatdırmışdı. XIX əsrdə Azərbaycanda yerli tarixcilər və salnaməçilərin bütöv bir nəsli yetişmiş və onlardan hər biri Vətən tarixşünaslığının inkişafına öz töhfəsini vermişdir. Lakin təkzibolunmaz həqiqətdir ki, XIX əsrin I yarısında Azərbaycan tarixi üzrə ən mükəmməl əsəri Abbasqulu ağa Bakıxanov yazmışdır. O, Azərbaycan tarixşünaslığına yeni nəfəs gətirmiş, Avropa və Rusiya tarixşünaslığının o zamankı ənənələrindən bacarıqla bəhrələnərək tarixşünaslıqda zəngin qaynaqlara, mötəbər mənbələrə əsaslanan, yeni tarixnəvislik məktəbinin bünövrəsini qoymuşdur (1,s.58). Akademik Z.M.Bünyadov “Gülüstani-İrəm” əsərinin 1991-ci il nəşrinin ön sözündə yazırdı ki, XIX əsrin I yarısının görkəmli tarixçisi, filoloqu, şairi, filosofu və ensiklopediyaçı alimi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”i (Azərbaycan tarixşünaslığında) akademik planlı ilk monoqrafik tədqiqatdır.
A.Bakıxanovun dünyagörüşünün, o cümlədən də elmi dünyagörüşünün zənginləşib formalaşmasında həyatının Tiflis dövrü böyük rol oynamışdır. Qafqazdakı rus qoşunları baş komandanın dəftərxanasında çalışan, bir çox Şərq dillərini mükəmməl bilən A.Bakıxanov hələ rus-qacar, rus-osmanlı, müharibələrinin gedişində rusların işğal etdikləri müsəlman şəhərlərində ələ keçirilmiş məscid, məqbərə kitabxanalarının, o cümlədən Batumun Cümə məscidinin kitabxanasının, Ərdəbildəki çox məşhur Şeyx Səfi kitabxanasının siyahılarını tərtib edərkən Şərq və Qərb qaynaqları ilə tanış olmuş, həmin məxəzlərdən dürlü-dürlü məlumatlar əxz etmişdir (1,s.58). Fəaliyyətinin Tiflis dövründə Qafqaz adminstrasiyasının hərbi və siyasi xadimləri, Tiflisə baş çəkən Avropa səyyahları və elm adamları ilə görüşlər, Qafqaz, Ön Asiya və Avropa ölkələrinə səyahətlər bu istedadlı şəxsiyyətin formalaşmasında mühüm rol oynamışdır. A.Bakıxanov özü də yazırdı ki, dövlət xadimləri, elmi və sənəti ilə məşhur olan adamlardan bütün görüb – eşitdiklərindən fayda götürməyə çalışmış, ən sonda isə belə bir nəticəyə gəlmişdir ki, xalqın rifahı ancaq elmdədir.
Azərbaycan elmi ictimaiyyətinin yekdil fikrincə, onun elmi yaradıcılığının zirvəsi “Gülüstani-İrəm”dir. XIX əsrin I yarısında Rusiyanın hərbi-siyasi xadimləri yanında ciddi nüfuza malik olan, görkəmli tədqiqatçı İ.Yenikolopovun fikrincə A.S.Qriboyedovun Şərq üzrə müəllimlərindən olan A.Bakıxanov bu əsəri yaratmazdan öncə tədqiq edilən bölgə üzrə materialları külli miqdarda müxtəlif dilli qədim və orta əsr qaynaqlarından istifadə etmiş, çoxsaylı sinxron tədqiqatlarla tanış olmuşdur. Akademik Z.M.Bünyadov yazırdı ki, bu da Bakıxanovun dövrü üçün elmdə igidlik idi, çünki ona qədər heç bir şərq tədqiqatçısı belə erudisiyaya malik deyildi (1,s.59). H.Həsənov yazır: Cənubi Qafqazın şərq hissəsində məskunlaşmış xalqların tarixinə aid olan “Gülüstani-İrəm” ilk məxəzlər əsasında müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında “Mənim uzun illər zəhmətimin məhsuludur” (1) deyə qeyd edirdi Müəllif bu əsərini yazarkən dəfələrlə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, qədim faktlardan, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, yaşlı insanların nağıl və rəvayətlərindən, səyyahların səyahətnamələrindən, gürcü və ləzgi salnamələrindən, digər şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir (1,s.60).
“A.Bakıxanov çox zəhmətlə tədqiqat işi apararaq, Azərbaycanın keçmişinə dair tarixçilərin, coğrafiyaşünasların, səyyahların əsərlərində və digər materiallarda pərakəndə halda olan çoxlu məlumat toplamışdı. Bakıxanov antik və Şərq dillərində olan hədsiz mənbələrdən istifadə etmiş, Herodot, Strabon, Plutarx, Ammian Marselli, Təbəri, Rəşidəddin, Həmdullah Qəzvini və bir çox digər tarixçilərin əsərini öyrənmişdi. Bakıxanov hələ 1828-ci ildə Cənubi Azərbaycanda olarkən, Ərdəbildə rus komandanlığının əlinə keçən zəngin Şərq əlyazmaları kitabxanasını tədqiq etməklə məşğul olmuşdu. Bu kitabxana sonralar Tiflisə köçürülmüş və burada Bakıxanov Qriboyedovla birlikdə həmin əlyazmaları ilə tanış olmaqda davam etmiş və onların kataloqunu tərtib etmişdi. Bakıxanovun bu qiymətli elmi işi “Tiflisskiye vedomosti”nin səhifələrində işıqlandırılmış və alimin həm də “Dərbəndnanə” əsərinin rus dilinə tərcüməsi üzərində işlədiyi qeyd olunmuşdu. Bakıxanovun şəxsi kitabxanası da Şərq əlyazmaları cəhətdən çox zəngin idi. Böyük rus şərqşünası İ.Berezin göstərirdi ki, həmin kitabxanadaonun 253 qiymətli əlyazması vardı. Şərq tarixinə dair əlyazması halında olan mənbələri öyrənməsi Bakıxanova “Gülüstani – İrəm”üzərində işləməkdə çox böyük kömək etmişdi.
Qeyd etmək lazımdır ki, müəllif Azərbaycan və Dağıstanın uzaq keçmişi haqqında məlumat əxz etdiyi mənbələrə tənqidi yanaşırdı. Məsələn, həmin ölkələr haqqında antik və şərq müəlliflərinin verdikləri məlumatı A.Bakıxanov qeyri-qənaətbəxş hesab edirdi. O, maddi və mənəvi mədəniyyət, dil, toponimika abidələrinin kompleksli surətdə tədqiq edilməsinin zəruri olduğunu təkidlə qeyd edirdi. Bakıxanov yazırdı: “Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı geniş bir surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır”(3,s.29).
A.Bakıxanov erməni tarixçilərinin əsərlərindən və gürcü mənbələrindən də istifadə edirdi. Görünür, A.Bakıxanov Moisey Xorenskinin V əsrdə yazılmış “Ermənistan tarixi ” kitabına və erməni tarixçisi Çamçyanın qələmindən çıxan və 1785-1787-ci illərdə Venesiyada nəşr edilən üç cildlik Ermənistan tarixinə də bələd imiş. Belə fərz edilir ki, Bakıxanov erməni mənbələrindən öz dostu X.Abovyanın köməyi ilə istifadə etmişdir (6,s.195-199).
A.Bakıxanov rus tarixşünaslığına, o cümlədən Karamzinin “İstoriya qosudarstva Rossiyskoqo” əsərinə də bələd idi. O, Qərbi Avropa alimlərinin bəzi əsərlərindən də istifadə etmişdi. A.Bakıxanovun özünün yazdığı kimi, “Gülüstani – İrəm””... uzun illər davam edən məşəqqətli zəhmətin ... barı” idi.
Ədəbİyyat:
1. Abbasqulu ağa Bakıxanov baxış müstəvisində. Bakı, Elm və təhsil, 2016, 184 səh.
2. Ağayan P. A.Bakıxanov. Bakı,1948
3. Bakıxanov A. Gülüstani – İrəm. Bakı,1951, 252 s.
4. Hüseynov H.N. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, 2006, 543s.
5. İstoriçeski vestnik. №11-12, 1888
6. Yerevanlı Ə.Y. Erməni–Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. Yerevan, 1958
Açar sözlər: tarixşünaslıq, şərq dillərinin bilicisi, Gülüstani – İrəm, vətənpərvər maarifçi, çarizm
Ключевые слова: историография, знаток восточных языков, Гюлистани – Ирем, патриотический просветитель, царизм
Key words: historiography, expert on oriental languages, Gulustani-İram, patriotic enlightener, tsarizm
Резюме
Н.Ахмедова
Абаскули Ага Бакиханов: история и историография
В XIX веке целое поколение краеведов и летописцев было подготовлено в Азербайджане и каждый из них внес свой вклад в развитие отечественной историографии. Но невероятно, что в первой половине XIX века Аббасгулу Ага Бакиханов написал самую выдающуюся работу по истории Азербайджана. Его «Гулистан-ирам» является первым монографическим исследованием академически спланированной в азербайджанской историографии. Эта работа дала новое дыхание азербайджанской историографии и использовала богатые традиции европейской и российской историографии, а также заложила основы историографии на основе богатых исторических источников.
Summary
N.Ahmedova
Abaskuli Aga Bakikhanov: history and historiography
In the XIX century, a whole generation of ethnographers and chroniclers was prepared in Azerbaijan and each of them contributed to the development of national historiography. But it is incredible that in the first half of the XIX century Abbasgulu Aga Bakikhanov wrote the most outstanding work on the history of Azerbaijan. His “Gulistani-Iram” is the first monographic study academically planned in Azerbaijani historiography. This work gave a new breath to Azerbaijani historiography and used the rich traditions of European and Russian historiography, as well as laid the foundations of historiography based on rich historical sources.
"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM