İlhamə Ömərova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Milli təhlükəsizlik milli dövlətin həyati əhəmiyyət kəsb edən mənafelərinin təmin olunmasına yönəlmiş strategiyadır. Milli təhlükəsizlik sistemi bir millət üçün təmin olunması zəruri olan əsas və həyati əhəmiyyətli maraqlarını, milli suverenliyini, dövlətin ərazi bütövlüyünü, əhalinin müdafiəsini təminat altına almalıdır. Milli təhlükəsizlik sistemi - vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün yaradılır [1].
Müasir dövrdə hər bir dövlətin milli təhlükəsizliyi onun daxili işi olmaqla yanaşı yerləşdiyi regionun xüsusiyyətləri ilə sıx bağlıdır. Belə ki, istənilən dövlətin öz milli təhlükəsizliyini təmin etmək məqsədilə yürütdüyü daxili xə xarici siyasət həmin regionun ümumilikdə və hər bir ölkənin ayrılıqda təhlükəsizliyinə bir başa, bəzi hallarda isə həlledici təsir göstərir. Bir çox hallarda bu amil region dövlətlərinin öz təhlükəsizliklərini təmin etmək məqsədilə yürüdəcəyi siyasi, hərbi, iqtisadi siyasət xəttini formalaşdıraraq bu istiqamətdə normaları, fəaliyyət genişliyini və məhdudlaşdırmaları müəyyənləşdirmiş olur.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin hazırladığı “Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasının Əsasları” keçmiş SSRİ ərazisində dezinteqrasiya proseslərinə son qoyulması məqsədilə MDB ölkələri ilə müsbət və davamlı şəkildə qarşılıqlı münasibətlərin təşkil edilməsi, Moskvanın prioritet hərbi-siyasi və iqtisadi maraqlarının təminatı, Rusiyanın “böyük dünya dövləti” olmaq mövqeyinin saxlanması məsələsi xarici siyasətin əsas məzmunu kimi elan edilmişdi. (18) Qəbul edilən sənəd öz mahiyyətinə görə Rusiyanın bütün bölgələrdə, xüsusilə “yaxın xaric” regionlarından biri hesab olunan Qafqazda da güclü strateji maraqların olmasını nümayiş etdirirdi. Moskva “yaxın çevrə” deyərək adlandırdığı keçmiş sovet respublikalarının öz nüfuz dairəsində olduğunu irəli sürərək, bu ölkələrə birbaşa və dolayısı yollarla müdaxilə etməklə geoiqtisadi, geosiyasi və hərbi-geostrateji maraqlarını qorumaq istəyində idi.
Müstəqilliyini əldə etmiş RF-nın Cənubi Qafqaza münasibətdə yürütdüyü siyasi xətt bütün bölgədə olduğu kimi Azərbaycandakı proseslərdə də mühüm amilə çevrilmişdi və iki ölkə arasında münasibətlərin vəziyyəti dövlət idarəçiliyinin formalaşmasına ciddi təsir göstərirdi.
AR-nın milli təhlükəsizliyinə qarşı yaranmış təhdidlərdə Rusiya faktorunun rolu həmişə iki dövlət arasında mövcud olmuş münasibətlərdən qaynaqlanmışdır. Müstəqilliyinin ilk illərində Azərbaycanın RF ilə münasibətləri olduqca “ağrılı” və problemli cərəyan edirdi. Azərbaycan ağır hərbi, ictimai-siyasi, sosial-iqtisadi durumla üzləşmişdi. Vəziyyətin ilk səbəbi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı idi. Müstəqillik əldə edilərkən respublika DQ probleminin davam etdiyi ağır 4-cü ilini yaşayırdı. Vahid komandanlığa tabe olan milli ordunun olmaması, Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi hücumlar nəticəsində böyük sayda ağır sosial vəziyyətdə olan köçkünlər ordusunun yaranması vəziyyəti xüsusi ilə gərginləşdirirdi. Keçmiş ittifaq respublikaları ilə əksər iqtisadi əlaqələr kəsilmiş, Qarabağ siyasətinə etiraz məqsədilə keçirilən uzunmüddətli mitinq və tətillər Azərbaycanın sənaye obyektlərini iflic vəziyyətə salmışdı. Bir çox avadanlıqların sıradan çıxması və ittifaqın digər respublikalarından yenilərinin əldə edilməsinin mümkünsüzlüyü səbəbindən əksər müəssisələrdə istehsal dayanmış, işsizlik artmışdı. RF ilə münasibətlərdə vəziyyəti gərginləşdirən əsas amil Azərbaycanda Moskvanın maraqlarına xidmət edəcək siyasi kurs həyata keçirilmirdi. Həmçinin, 1991-93-cü illərdə Azərbaycanda hakimiyyətdə olmuş komandaların dövlət idarəçiliyi sistemi və rəhbərlik edən şəxslər B.Yeltsinin “demokratlar” komandası tərəfindən siyasi müttəfiq kimi qəbul olunmurdu. Beynəlxalq aləmdə özlərini demokrat kimi təqdim edən yeni Rusiya rəhbərliyi A.Mütəllibovu M.Qorbaçovun komandasının üzvü və onun siyasi qərarlarının icraçısı, eyni zamanda siyasi cəhətdən etibarsız tərəfdaş hesab edirdi. Belə ki, 1991-ci il avqustun 18-dən 22-dək SSRİ-nin qorunub saxlanılmasına yönəlmiş sonuncu cəhd - Rusiyada dövlət çevrilişi etmiş Dövlət Fövqəladə Vəziyyət Komitəsini AR adından A.Mütəllibovun açıq şəkildə dəstəkləməsi faktoru mühüm rol oynamışdı. Azərbaycan rəhbərliyi ölkənin və xalqın milli təhlükəsizlik maraqları deyil, öz siyasi hakimiyyət maraqları naminə nəinki B.Yeltsin komandasının mübarizə apardığı, o cümlədən, ABŞ və Qərb dövlətlərinin qəbul etmədiyi bu qurumu dəstəkləməsi nəticəsiz ötüşə bilməzdi. (17,səh.94-97) Qeyd etmək lazımdır ki, DFVK-nə münasibətdə Azərbaycan rəhbərliyindən fərqli olaraq, Ermənistan liderləri gözləmə mövqeyi tutdu və bu quruma qarşı bəyanatlar etməklə həm yeni Rusiya rəhbərliyinin nəzərində, həm də beynəlxalq aləmdə öz imicini yaxşılaşdırmış oldu. Azərbaycan rəhbərliyinin bu addımı Rusiya və Qərbdə keçmiş kommunist rejiminin tərəfdarı imici qazandığına görə tənqid edilməsi həm cəbhədə, həm də beynəlxalq arenada ermənilərin daha da fəallaşmasına güclü təkan oldu. Nəticədə, 1991-ci ilin sentyabr ayında Rusiyanın hərbi dəstək, Qərb dövlətlərinin isə fəal şəkildə siyasi dəstək verdiyi Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun yaradıldığını elan etdi. (2,səh.55)
A.Mütəllibov rəhbərlikdə olduğu müddətdə Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə qoşulması və Moskvanın maraqlarına cavab verən siyasi qərarları qəbul etmək istiqamətində fəal çalışmaları yaranmış gərgin vəziyyətlə və müxalifətlə mübarizədə real addımlar atmaq iqtidarında olmadığını göstərdi.
Azərbaycanda 1992-ci ildə hakimiyyətə gəlmiş yeni qüvvələr Rusiya rəhbərliyi tərəfindən Türkiyə və qərbpərəst dairələrin təsiri altında olan siyasi qüvvə kimi qəbul edilirdi. Yeni hakimiyyətin açıq şəkildə Azərbaycan üçün Türkiyə və Avroatlantik məkana inteqrasiya siyasətini prioritet elan etməsi, RF və onun formalaşdırmağa çalışdığı MDB kimi siyasi birliklərdən uzaqlaşma cəhdləri münasibətlərə xüsusilə mənfi təsir göstərirdi. Azərbaycan Xalq Çəbhəsi müxalifətdə olarkən Moskvanın MDB ilə bağlı təkliflərinə qarşı barışmaz mövqeli çağırışları ilə tanınsalar da (9) bu quruma qoşulmanın ölkənin milli maraqlarına zidd olduğunu ictimaiyyət və siyasi qüvvələr qarşısında əsaslandıra bilmədilər.
Rusiya - Ermənistan münasibətlərinin strateji partnyorluq və hərbi - siyasi müttəfiqlik səviyyəsinə yüksəlməsi fonunda Moskva - Bakı münasibətləri getdikcə gərginləşirdi, bu sonrakı mərhələlərdə baş vermiş hərbi əməliyyatların nəticələrinə birbaşa təsir göstərdi. Müxtəlif tarixi dönəmlərdə Moskva öz mövqeyini qorumaq məqsədilə Rusiya İmperiyası məkanında ənənəvi separatizm mərkəzlərindən yararlanmış, o cümlədən, Qafqazda uzun müddət etnik separatizm meyillərindən istifadə edərək region ölkələrini təsir dairəsində saxlamaq siyasətini yürütmüşdür. Bu məqsədlə Azərbaycanı bir neçə qondarma dövlətə parçalamaqla idarəolunmaz vəziyyətə salmaq, qonşu dövlətlərlə sərhədlərində vəziyyətin gərginləşməsinə nail olmaqla əraziyə RF-nin hərbi qüvvələrinin qaytarılmasına zəmin yaratmaq, ərazisinə nəzarət edə bilməyən Bakının xarici və daxili siyasətinə, o cümlədən perspektivdə gözlənilən enerji resursları ilə bağlı siyasətinə həlledici təsir etmək imkanları qazanmaq idi.
1993-cü ilin martında ləzgilərin kompakt yaşadığı şimal bölgələrində vəziyyət gərginləşdirildi. Azərbaycanın ərazi bütövlüyünü təhdid edən siyasi qərarlar qəbul edilirdi. (16.Səh.90-102) 1993-cü ilin iyul - avqust aylarında isə Azərbaycanın cənub bölgəsində digər separatçılıq hərəkatı vəziyyəti gərginləşdirilərək 06 avqust 1993-cü ildə referendumla “Talış Muğan Respublikası” nın yaradılması haqda əsassız qərar qəbul edildi.(7,səh.177)
DQ münaqişəsində olduğu kimi, bu münaqişə ocaqlarında da hadisələr ilkin olaraq dinc nümayiş və ictimai-mədəni tələblərlə başlasa da, tezliklə daxili və xarici destruktiv qüvvələrin köməyi və yaxından iştirakı ilə genişmiqyaslı silahlı münaqişə ocağına çevrilməsi gözlənilirdi. Bu isə faktiki olaraq həmin bölgələr üzərində nəzarəti itirməkdə olan Azərbaycan dövlətini ya “reallıqla barışmağa”, ya da DQ ilə yanaşı ikinci, hətta üçüncü cəbhəni açmağa məcbur etməli idi. Hadisələrin hər iki senari üzrə inkişafı Azərbaycanın məğlubiyyəti, Ermənistanın bölgədə əsas dövlətə çevrilməsi, regionun isə faktiki olaraq beynəlxalq aləm üçün uzun müddətli itirilməsi ilə nəticələnməli idi. Havadarlarının köməyi ilə tarixən ərazi mübahisələrində həmişə üstünlük əldə etmiş ermənilər, DQ münaqişənin ilk illərində qələbələr əldə edəcəkləri fikrində idilər. Eyni zamanda bir neçə milli separatizm ocaqlarının yaranması Ermənistanın, guya azsaylı xalqların Azərbaycanda azad, tarixi və mədəniyyəti assimilyasıyaya uğramadan, tam hüquqlu və birgə yaşamasının mümkün olmaması barədə uydurma təbliğatına əsas yaradacaqdı.
Lakin, Rusiya rəhbərliyi 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin timsalında yeni rəhbərliyin Moskvanın bütün şərtlərini qəbul edəcəyinə nail ola bilmədi. Belə ki, müstəqilliyini yeni əldə etmiş ölkənin tarixinin ən kritik durumunda xalqın tələbi ilə bütün məsuliyyəti öz üzərinə götürmüş H.Əliyev respublikada vəziyyətin ağır olmasına baxmayaraq, Moskvanın Azərbaycan dövlətinin milli və dövlət maraqlarına zidd olan heç bir tələbini qəbul etmədi.
H.Əliyev 05 sentyabr 1993-cü ildə Moskvaya rəsmi səfər öncəsi bəyan etdi ki, müstəqilliyin əldə edilməsi Rusiya ilə siyasi, iqtisadi, mədəni və sırf insani əlaqələrin kəsilməsi üçün əsas vermir. İki ölkə arasında olan hazırki munasibətlərin ciddi korrektə edilməsinə ehtiyac vardır və hətta mən əminəm ki, onlara daha yüksək status verilməlidir. Bu hər şeydən əvvəl təsərrüfatlararası əlaqələrin kəsilməsi səbəbindən ciddi cətinliklərlə üzləşmiş respublikamızın marağındadır.
H.Əliyevin siyasi gedişləri Rusiyanın məlum dairələrinin və hərbi elitasının öz qüvvələrini regiona nüfuz etdirməyin planını alt-üst etmişdi. H.Əliyev istər XC tərəfdarları ilə, istərsə 1993-cü ilin Gəncə hadisələrindən sonra S.Hüseynov ilə yaranmış fikir ayrılıqlarını çox ustalıqla həll edərək kənar qüvvələrin müdaxiləsi üçün fürsət yaratmamışdı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri (3,səh.153-154) zamanı da Heydər Əliyev qonşu dövlətlərin Azərbaycanın daxili işlərinə qarışmalarına imkan vermədi.
Rusiya hərbi dairələr DQ münaqişəsi ilə bağlı təcili şəkildə atəşkəs barədə danışıqlara başlamaq təşəbbüsü ilə çıxış etdi. Məqsəd münaqişəni Ermənistanın üstün olduğu hərbi durumda konservləşdirmək, digər beynəlxalq güclərin prosesə daxil olmasına yol verməməklə onu monopoliyada saxlamaq, hər iki respublikaya təsir göstərmək imkanı əldə edərək onların gələcək siyasətini nəzarətdə saxlamaq idi.
Ölkənin yeni rəhbəri prezident H.Əliyevin həyata keçirdiyi fövqəladə tədbirlər nəticəsində respublikadakı daxili vəziyyət stabilləşdi. Barışmaz müxalifət neytrallaşdırıldı. Cəmiyyətdə baş verən parcalanmaların qarşısı alındı, ayrı-ayrı siyasi qrupların qanunsuz hərbi dəstələri zərərsizləşdirildi. Talış-Muğan separatçı hərəkatı neytrallaşdırıldı, ləzgilərin yaşadığı bölgələrdə sabitlik təmin edildi, Respublikanın milli mənsubiyyətə görə parçalanmasınin qarşısı alımdı Cəmiyyətdə və orduda təslimçilik tendensiyası və əhval ruhiyyəsinin qarşısı alındı. Xarici işğala qarşı mübarizə ideyası ətrafinda ümummilli konsensus yaradılmasına nail olundu. Respublikanın beynəlxalq təcriddən çıxması prosesi başladı. Azərbaycanın MDB-yə və onun Kollektiv Təhlükəsizlik Təşkilatına qoşulması respublikanın hərbi, siyasi sahədə sərbəst manevr etmək imkanlarını genişləndirdi.(4,səh.505-506) Təcrübəli siyasətçi Azərbaycanın real müstəqilliyinin balanslaşdırılmış xarici siyasət yeritməklə hərbi təcavüzün dəf edilməsi, siyasi sabitlik, sabit hakimiyyətin formalaşdırılması, iqtisadi böhrandan çıxış milli təhlükəsizlik strategiyasının qurulacağı təqdirdə mövcud olacağını bilirdi. Məhz bu istiqamətdə H.Əliyev əsas yeri regionun həlledici güç mərkəzi olan RF-na ayırmışdı.
H.Əliyev iki ölkə arasında dövlətlərarası münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün ardıcıl addımlar atırdı. Nəticədə, Azərbaycan Rusiyanın ali rəhbərliyində müharibədə atəşkəsə, dövlət çevrilişlərinə cəhd, terrorçuluq, separatçılığın qarşısının alınması, konfliktlər nəticəsində Ermənistan və Qarabağ bölgəsindən olan qacqın və köçkünlərin problemləri, neft-qaz layihələri kimi strateji əhəmiyyət kəsb edən məsələlərin həllində tədricən müsbət nəticələrə və davamlı siyasi sabitliyə nail oldu.
İki dövlət arasında ən mühüm məsələlərdən biri də Azərbaycanın neft-qaz yataqlarının işlənilməsi və enerji ehtiyatlarının nəqli sahəsində qarşılıqlı anlaşmanı, mənfəəti təmin edəcək razılaşmanın əldə edilməsi idi. Bu məsələnin RF ilə yanaşı ABŞ, Qərb və İİR-nin siyasi mərkəzləri tərəfindən diqqətdə saxlanması müxtəlif istiqamətdən rəsmi Bakıya təzyiqləri artırırdı. Belə ki, Moskva əsəs ixrac kəmərlərinin Rusiya ərazisindən, Tehran (İİR) vasitəsilə, ABŞ və Avropanın bəzi dairələri isə hətta Ermənistan ərazisindən çəkilməsi istiqamətində müzakirələr aparırdı. (6,səh.28-32) H. Əliyev bu məsələdə Rusiyanın hakim dairələri ilə ortaq məxrəc tapmağı bacardı və Azərbaycanın strateji seçimini əsaslandıraraq həyata keçirdi. Bu mövqe Azərbaycanın neft və qaz ixrac kəmərlərinin şaxələndirilməsini, regionun heç bir dövlətindən asılılığının yaranmamasını tələb edirdi.
AR öz mövqeyini konkret addımlarla təsdiqləyərək “Əsrin müqaviləsi”ndə və növbəti neft kontraktlarında Rusiyanın “LUKoyl” neft şirkətinə müvafiq payın ayrılması ilə bərabər ölkə neftinin Bakı-Qroznı-Tixoresk-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Moskvada 18 yanvar 1996-cı ildə qəbul edilən qərar, (15,səh.33) Rusiyanın digər şirkətlərinin əməkdaşlığa dəvət olunması Azərbaycanın bu ölkə ilə qarşılıqlı-faydalı prinsiplər əsasında mehriban qonşuluq münasibətlərini genişləndirmək əzminin təzahürü idi.
Moskva və Bakıda Xəzər dənizi məsələlərinə dair Azərbaycan ilə Rusiya arasında 1996-98-ci illərdə birgə bəyanatlar, protokollar imzalandı. .(5 səh.384-385)
Rusiya - Azərbaycan münasibətlərində uzun müddət gərginliyə səbəb olmuş və beynəlxalq miqyasda təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən problemlərdən biri də Qəbələ RLS-i aparılmış danışıqlarla 10 il müddətinə RF-na icarəyə verilməsi razılığını əldə etdi. Qeyd etmək lazımdır ki, sonrakı illərdə rəsmi Bakı ümumiyyətlə stansiyanın fəaliyyətinin dayandırılmasına nail ola bildi.
1997-ci Prezident H.Əliyevin Moskvaya ilk rəsmi dövlət səfəri və keçirdiyi çoxsaylı görüşlər Rusiyanın mövqeyində ciddi korrektələrə səbəb oldu. İmzalanan sənədlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq qarşılıqlı əlaqələrini yüksək səviyyəyə qaldırmaq üçün geniş hüquqi baza yaratmış oldu.
Qeyd etmək lazımdır ki, bu müqavilə imzalansa da, Rusiya rəsmi dairələri əməkdaşlıq barədə bəyanatlar səsləndirsələr də bir çox məsələlərin həllində Moskva ilə ortaq məxrəc tapmaqda daim çətinliklər yaranırdı. Çünki, Rusiyanın rəsmi dairələri ilk növbədə Moskvanın geostrateji maraqlarının təmin olunmasını, Azərbaycanın regionda Rusiyanın hərbi maraqlarını təhlükəyə atacaq mümkün addımları, xüsusilə Türkiyə və NATO ilə münasibətlər və hərbi əməkdaşlığı ən önəmli məsələ kimi tələb edirdi. Müdrik dövlət xadimi H. Əliyev keçirdiyi çoxsaylı görüşlərdə Rusiyanın istər siyasi, istərsə də hərbi dairələrini Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının, müdafiə strategiyasının və ordu quruculuğu sahəsindəki fəaliyyətinin yalnız öz milli maraqlarına əsaslandığına və Rusiyanın dövlət təhlükəsizliyinə və regionda maraqları olan dünyanın digər güc mərkəzləri ilə mübarizədə geostrateji maraqlarına xələl gətirməyəcəyinə inandıra bildi. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti bu siyasi xəttinə daim sadiq qalaraq öz hərbi qüdrətini artırmaqla yanaşı, regionu dünyanın aparıcı güc mərkəzlərinin mübarizə və çəkişmə meydanına çevrilməsinə imkan vermədi. Belə ki, rəsmi Bakı MDB-nin KTMT-na qoşulmamaqla yanaşı, bəzi postsovet respublikaları kimi NATO-ya daxil olmaq niyyətinin də olmadığını bəyan etdi. Azərbaycanın tutduğu bu mövqe, Rusiya rəhbərliyini Bakının hərbi sahədə yeritdiyi siyasi xətti qəbul etdi. İlkin qarşılıqlı münasibətlərdə etimadın yaranması nəticəsində tədricən iki ölkə arasındakı etimadsızlıq mühiti və “soyuq müharibə” praqmatik əlaqələrlə əvəz olunmağa başladı.
Görkəmli dövlət xadimi dövlət müstəqilliyinin təmini və demokratik cəmiyyət quruculuğunun reallaşması prosesinə möhkəm ideoloji mövqe - Azərbaycançılıq ideologiyası - seçdi ki həm qlobal səviyyənin aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm də cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə müstəqil dövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək imkanı yarandı.
Beləliklə, AR-nda milli təhlükəsizliyin formalaşdırılmasının əsasını dövlətin effektiv fəaliyyətinə təsir göstərən daxili və xarici kompleks faktorların düzgün qiymətləndirilməsi təşkil etdi. Dövlətin milli təhlükəsizliyinə təhdid kimi çıxış edən mənbələrin müəyyənləşdirilməsi və neytrallaşdırılması öz effektivliyini təsdiq etdi.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası
2. Əhmədov Elçin, Ermənistanin Azərbaycana təcavüzü. Etnik təmizləmə, soyqırım, terror, işğal. Bakı – 2015,səh 55.
3. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir., üçüncü kitab, dekabr,1994 – iyun, 1995. Bakı – 1997. Azərnəşr. (242 səhifə), səh.153-154 Azərbaycan: Oktyabr 1994 - Mart 1995. Qəsd. Bakı, 1995, səh.
4. Qasimli Musa, Azərbaycan Respublikasinin xarici siyasəti (1991-2003). Bakı – 2015. (664 səhifə) Səh.505-506;
5. Qasimli Musa, Azərbaycan Respublikasinin diplomatiya tarixi (1991-2003). Bakı – 2015. (648 səhifə) Səh. 384-385
6. Xəlilov Qədir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ekoloi təhlükəsizliyinin beynəlxalq hüquq və dövlətdaxili qanunvericilik problemləri. Bakı, “Elm və təhsil”, 2009. – 390 s. Monoqrafiya. Səh.28-32.;
7. Mehdiyev Ramiz “Azərbaycan Respublikası1991-2001.” Bakı 2001. səh. 177, səh. 79 (279 səhifə)
8. Məmmədov Novruz Xarici siyasət: realliqlar və gələcəyə baxiş Baki – 2013, 264s. səh 111-113
9. MDB haqqında Saziş Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. / 7 oktyabr 1992-ci il/ - http://www.e-qanun.az/framework/7797
10. Paşayev Ataxan “XIX-XX əsrlərdə Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları”. Bakı 2011. 327 səhifə (s.290)
11. Süleymanov E, Süleymanov V., Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012. səh. 56-57
Rus dilində
12. Аббасбейли А.Н. Внешняя политика Российской Федерации в ХХI веке. Баку, Элм, 2005 (s.324).
13. Александров M.В. Битва за Кавказ 2004 - 2008 Борьба Института стран СНГ за национальные интересы России на Южном Кавказе МОСКВА «Институт стран СНГ» 2010. (680 səhifə)*
14. Крюгер Хейко «Нагорно-Карабахский конфликт» Правовой анализ, Ваку, 2012 ( s.144-145)
15. Чернявский Станислав. Россия и Азербайджан: Особенности и основные направления межгосударственного сотрудничества в постсоветский период. Кавказ глобализация. Том 4 выпуск 1-2 2010. ст.33.
16. Рзаев Камал Таги оглы, Правда и ложь о Карабахской войне, Ба к у — 1997, 128 səhifə.Səh.90-102 http://ebooks.azlibnet.az/book/13nat200715.pdf
17. Согрин В. «Политическая история современной России 1985-1994. от Горбачева до Ельцина», Москва, 1994 г. Səh. 94-97. (196 с.)
18. Конституция Российской Федерации от 12.12.1993 // Сайт Консультант http://www.consultant.ru/popular/cons/
Ключевые слова: Азербайджан, национальная безопасность, стратегическое взаимодействие, Россия, угроза, независимость, стратегия, концепция.
Key words: Azerbaijan, national security, strategic alliance, Russian threat, independence, strategy, conception.
РЕЗЮМЕ
Ильхама Омарова
Российской фактор в достижении
военно-политической и экономической стабильности в Азербайджанской Республике
В статье, в контексте всех происходящих в регионе событий, освещается процесс становления и развития в Азербайджанской Республике системы национальной безопасности, после распада СССР.
В контексте отношений с Российской Федерацией, особое место уделяется процессам произошедших в 1991-1997 годах в результате Армяно-Азербайджанского Нагорно-Карабахского конфликта, оккупации азербайджанских земель. Исследуется проведение в жизнь политической линии, военных, дипломатических и экономических мер в этом вопросе.
Показаны изменения происходящие не только в республике, но и во всем регионе после прихода к власти общенационального лидера Гейдара Алиева, ставшего реальным гарантом независимости Азербайджана. Также нашло свое отражение создание, строительство и стратегия национальной безопасности в процессе отношений с Российской Федерацией.
Summary
Ilhama Omarova
Russian factor in achieving military-political and economic stability in the Republic of Azerbaijan
İn the article the establishment of national security system in the Republic of Azerbaijan which gained its independence after the demise of USSR and formation process in the country and as a whole, in the context ongoing events in the region are analysed.
Particularly, the emerge of Armenia-Azerbaijan the Nagorno-Karabakh conflict in the years of 1991-1997 and its becoming strained, inmilitary, diplomatic and economic fields that Azerbaijan faced real threats against the state independence after the occupation of its territories, the political like realized in the context of realtion ship with the Russian Federation forms the “principal line” of the look into the research. In the article the alternation of occurring flow of events not only in the republic, but also in the entire region after nationwide leader Heydar Alyev`s return to power and the activity for ensuring Azerbaijan`s real independence, the moments of increasing relations with the Russian Federation to the level of in the process of building the national security strategy of the country have been reflected.
"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM