TURAL ŞİRİN
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Son illərin yeniliyi kimi Avropa Şurasının Parlament Assambleyası (AŞPA) hibrid müharibəyə həssaslıqla yanaşmağa başlamışdır və bununla əlaqədar olaraq 2217 saylı qətnamə qəbul etmişdir.(1) Qətnamədə hibrid müharibəylə bağlı narahatlıq səsləndirilirdi. Sənəddə qeyd edilirdi ki, AŞPA hibrid müharibə təhlükəsi formalarını və bu zaman tətbiq olunacaq hüquq normalarını müəyyənləşdirmək məqsədilə üzv dövlətləri yaxından əməkdaşlığa çağırır. Onu da qeyd edək ki, hibrid müharibə bir çox nəhəng dövlətləri də narahat etməyə başlamışdır. Artıq bu, siyasi arenada dəfələrlə qeyd olunur, diqqətlər o istiqamətə yönəldilirdi. Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin MDB-nin xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşündə Qərbin xüsusi xidmət orqanlarının regionda hibrid müharibə apardığını artıq bildirmişdir. (2)
Hibrid Müharibə termini transformasiya dönəmində sivilizasiyaların yeni termininə çevrilmişdir. Hibrid müharibənin nə olduğuna dair elə bir terminoloji izahat yoxdur. Müxtəlif ədəbiyyatlarda buna müxtəlif anlamlar yükləməyə çalışmışlar. Latın dilindən gələn bu sözun “Oxford Dictionary” izahatı iki fərqli maddənin birləşməsindən əmələ gələn bir maddə kimi göstərilmişdir.
Əgər biz hibrid müharibəni analiz edəcəyiksə adından da göründüyü kimi ən azı iki fərqli mübarizə üsulunun varlığını qəbul etməliyik. Hibrid müharibəni assimetrik müharibə üsulu kimi də xarakterizə edirlər. İrəli sürülən fikirləri təhlil etməklə belə bir qənaətə gəlmək olar ki, hibrid müharibə düşmənə hər vəchlə qalib gəlmək üçün istifadə edilən metod və üsulların birləşdirilmiş, hamarlanmış və eləcə də gizlədilmiş formasıdır. Məqsəd düşmən tərəfi zorla boyun əydirməkdir. Əslində klassik döyüş taktıkalarında da buna rast gəlmək olar.
Ancaq bunu siyasi ədəbiyyata ilk dəfə Robert Uolker 1998-ci ildə yazdığı “Hibrid Müharibə” tezisi ilə gətirmişdir. Onun sələfləri sonradan bu terminə dəfələrlə müraciət etmişlər.
Rober Walker xarakterizə etdiyi kimi hibrid müharibə özündə bir neçə mübarizə formalarının elementlərini birləşdirir və bura siyasi, iqtisadi vasitələrin tətbiqini nəzərdə tutur.
Müəllif hibrid müharibəni xüsusi və ənənəvi müharibə arasında mövcud olan və hər ikisini əhatə edən müharibə kimi qələmə verir.
Hibrid Müharibə
Ənənəvi müharibə növü xüsusidən fiziki və siyasi risk dərəcəsinə görə, dost dəstəyindən asılı olmadan operativ davranma qaydasına, əməliyyat üsullarına, məşğulluq dərəcəsinə və eləcə də kəşfiyyatdan asıllığına görə fərqlənir. Xüsusi isə hərbi, siyasi, iqtisadi və ya psixoloji məqsədlərə yönəlmiş qeyri-ənənəvi hərbi vasitələrlə nail olmaq üçün hazırlanmış, təlim keçmiş və təchizatlı hərbi və paramilitar qüvvələr tərəfindən rədd edilən və siyasi həssas ərazilərdə aparılmış əməliyyatlardır. Hibrid müharibə növü də bu ikisi arasında orta mövqe tutur. (8)
Amerika Hərbi qərargahında çalışan General Filip Bridlov görə hibrid müharibə əslində əvvəllər istifadə olunan üsulların yeni taktikada işlənməsidir. (2)
Bir digər siyasi araşdırmaçı Franks Hoffman göstərir ki, hibrid müharibə özündə kibermühit, iqtisadiyyat, qeyri-nizami taktika və metodlar və terror fəaliyyətlərini, cinayətkarlığı əhatə edən fenomendir. Frank Hoffmanın strategiyası «istənilən siyasi effektləri və nəticələrini təmin etmək üçün düşmənə qarşı rəqabət üstünlüyü yaratmaqdır». (6)
V.S. Kotlyar hibrid müharibə ifadəsinin iki əsas kontekstdə verir:
1) insanların şuuraltına daxil olaraq manipulyasiya etmə, kibercinayət, müxtəliv növ təxribatlar, diversiya, müxtəlif iqtisadi və maliyyə əməliyyatları, sabotaj, şantaj, müxtəlif psixoloji yöntəmlər, təhlükəsizlik xidmətlərinin və hərbi qurumların xidmətlərindən sui istifadəsi
2) hər hansı bir dövlətdə mövcud rejimi və ya onun siyasətini radikal şəkildə dəyişdirmək üçün irimiqyaslı təxribat əməliyyatlarının həyata keçirilməsi.(2)
Hüquqi baxımdan demək olar ki, hibrid müharibə öyrənilməmişdir. Türkiyənin ehtiyatda olan general-mayoru Dr. Fahri Erenel bu müharibənın hüquqa dayanmadığını qeyd edir. Müharibədə hansi tərəf daha çox səbr göstərirsə, o tərəfin də qalib oldugunu vurğulayırdı. Dünya dövlətləri təhlükəsizliklərini qorumaq üçün daim arayış içindədilər., terror qruplaşmaları da stabil dayanmırlar. İŞİD və bənzəri terrorist qruplaşmalar həm silah-sursata həm də insan resursuna malikdirlər. Ancaq buna baxmayaraq öz niyyətlərini həyata keçirmək üçün müxtəlif hiylələrə yol atırlar. Dövlətlər Cenevrə Hərb hüququna sadıq qalacaqlarına and içsələr də hibrid müharibənin şərtlərini heç kim gözləmir.(3) Çünki hibrid müharibə legitim deyil və hüquqa dayanmır.
Göründüyü kimi, hibrid müharibələr mürəkkəb struktura və mexanizmə malik olan savaş üsuludur. Düşmən tərəf aşkarda müharibə apara bilmədiyi üçün gizli və daha təhlükəli vasitələrə əl atmağa çalışır. Əslində bu müharibənin getdiyini müəyyən etmək də bəzən çox çətin olur. Kütlələrin psixologiyası öyrənilir, şuuraltına müəyyən informasiyalar yeridilir və sonra adi manipulyativ alətlə qurbanın öz vətəninin və dövlətinin əleyhinə işləməsinə məcbur edilir. Bu hibrid müharibənin ən təhlükəli fazasıdır. Bir növ siyasi və əxlaqi sərhədi olmayan qaydasız döyüşə də bənzədilir.
Hibrid müharibənin formalaşmasına aparan yol
Tarixə nəzər yetirsək görərik ki, hibrid müharibə modelinin formalaşması uzun bir zaman almışdır. Onun tarixi formalaşma mərhələsinə polkovnik Dr. Tomas Hammes “Daş və sapan: 21 yüzillikdə baş verən müharibələr üzərinə” kitabında xarakterizə edərək dördüncü nəsil müharibə növünə aid etmişdir.
Dördüncü nəsil müharibənin xarakteristikası :
• qeyri dövlət aktyorlarının dövlət aktyorlarına qarşı müxalifliyi
• Terrorçu və partizan taktikalardan aktiv şəkildə istifadəsi
• düşmən mədəniyyətinə qarşı birbaşa təcavüz
• Bütün səviyyələrdə psixoloji mübarizədən geniş istifadə etmək, iqtisadi və siyasi təzyiqləri təmin etmək
• taktiki vəziyyətlərdə xüsusi döyüşçülərdən istifadə etmək - girovlar, muzdurlar
• Üçüncü tərəfin, qeyri-dövlət təşkilatları və aktyorlarının, kommersiya təşkilatlarının və fərdi şəxslərin öz məqsədləri üçün istifadəsi
• beynəlxalq çərçivənin istifadə edilməsi (4)
Bu nəsil döyüşlərdə siyasi hədəflərə çatmaq üçün konvensiyonal (ənənəvi) texnikalar, partizan hərəkatlar, xalq hərəkatı, üsyanlar konsorsium şəklində istifadə olunur.
Tarix 18-ci əsrdən bəri gəlib keçmiş bütün müharibə taktıkalarını analiz edərkən döyüşlərin konvensiyonal (ənənəvi) (fransızcadan keçmə siyasi termindir) və ya simmetrik(düzənli) olduğunu ortaya qoyur. Qərb həmişə möhkəm və daimi, nizamlı orduya sahib olmuşdur. Orduları da həmişə konvensiyonal, möhkəm təlim keçmiş hissələr kimi göstərilirdi və bu indi də belədir. Bəzi hallarda qeyri-nizamlı ordulara da rast gəlinirdi və bu hal adətən müharibədə məğlubiyyətə gətirib çıxardırdı. Ancaq nizamsızlığı tək ordu sıralarında yox həm də müharibə gedişatında və kənarda gedən proseslərdə də axtarmaq lazımdır. Siyasi, iqtisadi və psixoloji nizamsızlıq müharibənin gedişatına bir xeyli təsir buraxdığı məlumdur. Güc balansı müharibənin gedişatında dəyişə bilər və zəif tərəf bu zaman yeni doktrin və qruplaşmalar fikirləşmək məcburiyyətində qalar. Araya prosesin siyasi, iqtisadi, psixoloji, kiber tərəfləri də daxil olsa hibrid müharibənin təməlini qoya bilər.
Ümumilikdə, hibrid müharibənin həyata keçməsi mərhələli şəkildə baş verən bir prosesdir:
• Hədəf ölkənin daxili və xarici təhülukəsizliyinin zəif tərəflərinin müəyyənləşdirilməsi
• Hədəf olacaq obyektin yerli xüsusiyyətlərini nəzərə alaraq ona qarşı hibrid təhditlər kompleksinin formalaşdırılması
• Əhalinin kollektiv idarəetməsinin əsas sahələrinə ardıcıl və dağıdıcı zərbənin endirilməsi-inzibati idarəetmə, mədəni-ideoloji sahənin idarəolunması, sosial-iqtisadi sahənin idarəolunması- bütün bu sahələrə təsir etmək. Dövlət administrasiyasında hərbi təhlükəsizlik ən önəmli sahədir. Bu sahənin zəif yerlərinin müəyyən olunması
• Hibrid müharibənin strategiyasının həyata keçirilməsində xüsusi təsirlərin nəzərə alınması
• Sonrakı mərhələdə xaricdən maliyyə və silah təchizatı ilə yerli üsyançıların və separatçıların köməyi ilə dövlət müəssisələrinin, iqtisadi, mədəni və hərbi hissələrinin işğalı nəzərdə tutulur. Xüsusi hərbi əməliyyat, sanksiya və informasiya -komunnikasiya şəbəkəsinin təzyiqi bura əlavə edilməlidir. Həmçinin zərbə vuran başqa bir bənd - Beşinci koloniyanın da rolunu qeyd etmək lazımdır
• ultimatumla hədəf dövlətin təslim olunmasını tələb etmək (9)
• Hibrid müharibəni digər klassik müharibədən ayıran başlıca səbəb konflikt tərəflərin müəyyən olunmasıdır ki, bu başlanğıc etapda bəlli olmur
• Hibrid müharibədən hərbi əməliyyatları gizlətmək mümkün deyil, bir neçə cəbhənin eyni anda fəaliyyət göstərdiyini başa düşmək lazımdır
• Hibrid müharibənin də sonlandırılması üçün uzun zaman lazımdır, əlverişli şəraitin hazırlanması üçün bütün metodlar işə düşməlidir (5,163)
Ancaq bütün bunlara baxmayaraq klassik müharibə və hibrid müharibəylə bəzi oxşar xüsusiyyətləri də görmək olar:
• qadağan edilmiş silahlardan istifadə, silahlı qarşıdurma
• propaqandanın aktiv istifadə olunması, informasiya müharibəsi və düşmənin silahlı qüvvələrinə qarşı və eləcə də xalqın xüsusi ruh halına psixoloji təzyiqi
• xüsusi əməliyyat qüvvələrindən istifadə edilməsi, eləcə də terrorist və separatçı qüvvələrin cəlb olunması
• əməliyyatlar operativ və taktiki aparılır
• müasir müharibələr də elan edilməmiş başlaya bilər. Məsələn ABŞ özü axırıncı dəfə 1942-ci ildə Bolqarıstana, Macarıstana və Ruminiyaya müharibə elan etmişdir. (5,164)
Dr Conson müharibənin təbiətini incələyərək üç əsas faktoru önəmli saymışdır: Fiziki, psixoloji, konseptual əsasları.
1. Fiziki faktor - adından da göründüyü kimi insanlar tərəfindən yaradılır və müharibə də istifadə olunur.
2. İkinci faktor burda psixolojidir: inam, özünü həsr etmək, ruhən bağlanmaq və s. Conson tədqiqatı nəticəsində o qənaətə gəlmişdir ki, döyüş ehtirası insanın elə bir ruhi halıdır ki, onun qarşısını heç bir şeylə almaq və qarşı qoymaq mümkün deyil. Tarixdə çox belə hadisələr olmuşdur ki, say azlığına və silah çatışmazlığına baxmayaraq müharibəni inamı və döyüş əzmi yüksək olan tərəf udmuşdur.
3. Üçüncu faktor daha mürəkkəbdir. Burda planlar, taktikalar, stratejik üsullar, hiylələr əsas rol oynayır və görüldüyü kimi insan beyninin bilavasitə məhsuludur.
Bu ünsürləri biz Amerika İnqilabında da gördük. İngilislər fiziki və konseptual əsaslara görə inqilabçılardan üstün idilər. Lakin psixoloji faktora görə geriləyirdilər. İngilis komandanlığında böyük şübhə və ruh düşüklüyü vardı, elə bu da gedişata təsir etdi. Bütün bu funksiyalar hibrid müharibənin incə taktikalarına daxil edilmişdir.(7,1-7)
Daha sonra Conson qeyd edir ki, siyasi-iqtisadi informasiya və hərbi gücləri bir araya gətirib strateji yolla istənilən düşməni məglub etmək olar. Həmçinin Conson onu da bildirir ki, tarix müharibənin xarakterinin dəyişdiyini göstərir, amma ümumilikdə məgzi dəyişmir. (7,1-7) Müharibənin mahiyyəti və mənası dəyişir, ancaq üstün maraqlar olduğu kimi qalır. Karl fon Klauzevitsin bir formulu var : “Hər hansı bir müharibənin məqsədi qalib üçün əlverişli şəraitdə sülhə nail olmaqdır.” Müharibə hansı formatda olursa olsun onun mahiyyəti yənə olduğu kimi qalır.
Hibrid müharibənin bir məqsədi var: qarşıya qoyulmuş siyasi məqsədə, xüsusilə dövlətlərarası münasibətlərdə öz iradəsinin qəbul etdirilməsinə nail olmaq. müharibə elan etmədən hədəf ölkənin hakimiyyətini devirmek və öz məqsədlərinə uyğun hakimiyyət qurmaqdır və ya milli maraqlara uyğun gələn məqsədə çatmaqdır.
Ədəbiyyat
1. ABŞ Hibrid müharibə ilə bağlı qətnamə qəbul edib, https://ordu.az/az/news/133107
2. “Hibrid müharibədə informasiya hücumları” Strateji təhlil jurnalı, avqust, 2018
3. Hibrid Savaş içindəyiz, https://www.memurlar.net/haber/636566/
4. The Changing Face of War : Into the Fourth Generation // Marine Corps Gazette.-October 1989
5. Hybrid War: Nature and basic strategies, http://www.desecuritate.uph.edu.pl/images/De_Securitate_12_Andrewskij.pdf
6. Octavian Manea, The Strategy of Hybrid Warfare, Small Wars Journal
7. Robert Jhonson, Hibrit Tehdidin Tarihsel Evrimi, Svaşın Degişen Modeli: Hibrit Savaş, Milli Savunma Universiteti yayın evi, 2018
8. Walker, Robert G. , SPEC FI: United Statest Marine Corps and Special Operations, Calhoun: The NPS Institutional Archive DSpace Repository, 1998
9. http://www.nationaldefense.ru/includes/periodics/maintheme/2017/1016/154222573/detail.shtml. Гибридная война – новый вызов национальной безопасности России
Açar sözlər: Hibrid müharibə, Hibrid müharibənin hədəfləri, Kiber aləm, Globallaşma, texnoloji innovasiya, dördüncü sənaye inqilabı.
Keywords: Hybrid War, Targets of Hybrid War, Cyber World, Globalization, Technological Innovation, Fourth Industrial Revolution.
Ключевые слова: гибридная война, цели гибридных войн, кибермир, глобализация, технологические инновации, четвертая промышленная революция.
Summary
Tural Shirin
Changing World Order: The “Hybrid War” Concept
War is a social phenomenon that has transformed into a trace of people throughout history. With the advent of humanity, the strategy, tactics and weapons used in the war have always been changed. International actors-competitors have been interested in using new, constantly changing methods. In modern times, humanity is trying to abandon the war culture in the search for peaceful and secure forms of life. The reality, in fact, demonstrates that the advanced countries of the world have invented new and dangerous types of warfare and this danger has led to a more dangerous phase of war, exceeding the psychological, moral and political boundaries. The hybrid war is one of such dangers.
Резюме
Турал Ширин
Изменяющийся мировой порядок:
концепция гибридной войны
Война - это социальное явление, которое на протяжении всей истории превратилось в след людей. С появлением человечества стратегия, тактика и оружие, использованные в войне, всегда менялись. Международные актеры были заинтересованы в использовании новых, постоянно меняющихся методов. В наше время человечество пытается отказаться от военной культуры в поисках мирных и безопасных форм жизни. Реальность фактически демонстрирует, что развитые страны мира изобрели новые и опасные виды войн, и эта опасность привела к более опасной фазе войны, превосходящей психологические, моральные и политические границы. Гибридная война - одна из таких опасностей.
"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM