X. N. İSMAYIL
Xəzər Universiteti
XX yüzillik ərəfəsində və XX yüzilliyin əvvəllərində ermənilərin törətdikləri hərbi cinayətlər (soyqırımı, etnik “təmizləmə” və b.) və siyasi terror fəaliyyətləri bir sıra dövlətlərin ərazisini sardığı və həmin bölgələrin xalqlarına yönəldiyi üçün sıradan bir təhlükə deyildir.
Öncəliklə qeyd edək ki, I Dünya Savaşında ermənilər könüllü birliklər halında ordularına qoşulduqları və ya himayəsinə sığındıqları böyük imperialist dövlətlərin (Rusiya, Fransa, Böyük Britaniya, ABŞ) dəstəyindən özlərinə əlverişli saydıqları hərbi-siyasi məqamlarda sui-istifadə edərək Osmanlı, İran, Qafqaz, Orta Asiya bölgələrində müsəlmanlara (əsasən türk xalqlarına), qismən də xristianlara və yəhudilərə qarşı soyqırımı törətmiş, “etnik təmizləmə” aparmış və siyasi terror aktları həyata keçirmişdilər. Bu qəbildən olan ən mühüm faktlara və tarixi qaynaqlardakı başqa bilgilərə dayanaraq XX yüzilliyin ilk qərinəsində ermənilərin torpaq iddialarını əsasən müəyyənləşdirməyə çalışaq. Osmanlı torpaqlarının bir qisminə (“Qərbi Ermənistan” adı ilə) iddia edən ermənilər (patriarxları Mkrtiç Xrimyan və Nerses Varjapetyanın şəxsində) hələ 1877-1878-ci illərdəki rus-türk savaşından sonra keçirilmiş Berlin Konfransından və 17 mart 1878-ci il tarixində İngiltərənin İstanbuldakı səfiri Loyarda (Van, Sivas, Diyarbəkir, Ki-likiya və b. nahiyələrə iddialarla), 13 apreldə İngiltərənin Xarici İşlər naziri Solsberiyə müraciətlərindən [1, s. 263-264] ciddi nəticə ala bilmədikləri üçün yuxarıda adı çəkilən imperialist dövlətlərin havadarlığı sayəsində silahlı terror mərhələsinə keçmişdilər. Məhz erməni millətçi, terrorçu partiyalarının (Armenakan, Hnçak, Daşnaksütyun) yaradılması və Serob Vardanyan, Andranik Ozanyan Torosi (Sasuntsi) və davamçılarının XIX yüzilliyin 80-ci illərindən başlayaraq I Dünya Savaşınadək aramsız olaraq yürütdükləri silahlı siyasi terror hərəkatı da həmin dönəmdə baş verməkdəydi [2].
1914-cü ildən başlayaraq Rusiya ordusuna yarımüstəqil şəkildə qatılmış erməni silahlı birlikləri tərəfindən Şərqi Anadolunun çox vilayət və yaşayış məntəqələrində türklərə qarşı törədilən hərbi cinayətlər (indiki anlamda: soyqırımı) ermənilərlə birgə hərbi birləşmələrdə xidmət göstərən bir sıra Rusiya hərbçiləri, o sıradan tanınmış rus, gürcü, ukraynalı zabitlər (podpolkovnik Tverdoxlebov [3, s.45-53], general Odişelidze [3, s.32-36], Türküstan Motoatıcı Alayından yüzbaşı vəkili Kazimir [3, s.32-40], istehkam zabiti, erməni əsilli Morozov [3, s.38] Aksirə dairəsi müfəttişi, hərbi həkim Xoroşşenko [3, s.149-150] və b.) tərəfindən də etiraf olunmuşdur.
Türk mənbələrinə görə, həmin dövrdə 200 000 nəfər erməni Müttəfiq Dövlətlərin ordularında Osmanlıya qarşı savaşa qatılmış, 60 000-lik erməni çətələri isə Anadolu kəndlərində və qəsəbələrində toplu qırğınlara girişərək 530 000 nəfər türk-müsəlmanı xunxarca (qaniçən –X.İ.) öldürmüşdü... İndi Anadolunun hər köşəsində ermənilər tərəfindən qətl edilmiş türklərə aid toplu məzarlar ortaya çıxmaqdadır [4, s.6]. 1992-ci ilədək ümumilikdə Qars və çevrəsindəki (Ərdahan, Ahılkələk, Aralıq, Arpaçay, Çıldır, Gölə, İqdır, Kağızman, Tuzluca və b. bölgələrdə) ön araşdırmalarda 62 toplu məzar təsbit olunmuşdur [5, s.34-36]...
Osmanlı tabeçiliyində olan indiki Suriya ərazilərinə köçürülmüş yüz minlərlə erməni Mudros Atəşkəsindən sonra öz əski yaşayış yerlərinə dönməyə başladığı zaman onların “başbilənləri” “Erməni Kilikiya Dövləti” yaratmaq niyyətilə Seyhan və Ceyhan çayları arasında yerləşən bütün ərazini “muxtar” elan edib Adanada Hakimiyyət Sarayını ələ aldılar. İşə müdaxilə edən fransız komandan veteran-terrorçu Damacyan və onun “hökumət”indən bu məzhəkəyə son qoymalarını qətiyyətlə tələb etdi. Fransız protektoratlığında “Erməni Kilikiya Dövləti” yaratmaq cəhdi qəti tələblərdən sonra yığışdırıldı. Ancaq fransızlar Kilikiyada (Çukurova –X.İ.) erməni dövlətçiliyi məcarasının qarşısını tam ala bilmədilər [6, s.128]. Fransızlar Çuxurova və ətraf bölgələri işğal edərkən 10 000-ə qədər ermənidən fransız əsgəri kimi istifadə etmişdi. Bununla yanaşı, erməni qaçqınlarından ümumi sayı 70 000 olan dəstələr təşkil edilmişdi ki, bunlardan da bölgədə mülki şəxslərə qarşı qırğınlarda istifadə olunurdu [7, s.81]. Arxiv sənədlərində Fransa ordusu sıralarına qatılmış erməni birliklərinin fransız əsgəri mundiri ilə Kilikiya bölgəsində türklərə qarşı soyqırımı törətdikləri arxiv sənədlərində dəfələrlə öz təsdiqini tapır [8, s. 57-59, 62, 65, 72, 74, 76, 93]... Əlbəttə, bütün bunlar təsadüfi deyildi: belə ki, ermənilərin Türkiyənin Şərq vilayətləri ilə yanaşı Cənub (Kilikiya) bölgəsinə də torpaq iddiaları Paris Sülh Konfransında da öz əksini tapmışdı [9, s.43].
I Dünya Savaşınadək ermənilərin gözaltı etdikləri torpaqların o biri payı isə, XVII yüzilliyin sonunda I Pyotra verdikləri layihədən və Rusiya-Osmanlı, Rusiya-İran savaşlarından sonra hissə-hissə məskunlaşdırıldıqları bölgələrdən də göründüyü kimi, Güney və Quzey Qafqaz idi. 5 dekabr 1917-ci ildə imzalanmış Ərzincan Barışı (daha sonra 3 mart 1918-ci il tarixli Brest-Litovsk Anlaşması) nəticəsində Rusiya qoşunları Ərzurum və Qarsdan çıxmalı oldu [1, s.394]. Erməni könüllü çətələri Türkiyə sərhədlərindən çəkilərək İqdır-Kərimarx-Eçmiədzin-İrəvan, İrəvan-Qəmərli-Vedibasar-Sədərək-Dərələyəz, İrəvan-Dərəçiçək-Nor Bayazit-Basarkeçər-Zəngəzur-Qarabağ yolları boyunca yerli (qərbi azərbaycanlı) əhalini qılıncdan keçirir, mülklərini talan edir, evlərini yandırırdılar [1, s.327]. ABŞ tədqiqatçıları Castin və Karolin Makkartilərin hesablamalarını görə, 1918-20-ci illər aralığında İrəvan quberniyasında 180 000 müsəlman, yaxud quberniya müsəlmanlarının üçdə ikisindən çoxu ya öldürülmüş, ya da didərgin salınmışdı [10, s.98]. Erməni müəllfi A.A. Lalayan “Daşnaksütyun” partiyasının əksinqilabi rolu” məqaləsində göstərir ki, “Daşnaksütyun” hakimiyyətdə olduğu otuz ay müddətində Ermənistanda türklərin sayı 77%, kürdlərin sayı 98%, yezidlərin sayı isə 40% azalmışdır [11, s.77].
Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli yığıncağının qərarına əsasən müsəlmanların qədim şəhəri İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi [12, v.51-52] Azərbaycan tərəfinin sülhlə bağlı gözlədiyi nəticəni vermədi. Ermənilər tarixi Qərbi Azərbaycanın bütün başqa bölgələrində də, o sıradan Göyçə mahalında [13: s.81], Naxçıvanda [14, s.64], Zəngibasarda [14, s.83], az-nlılara qarşı soyqırımı, etnik “təmizləmə” fəaliyyətləri yürütdülər.
Bölgədə erməni və müsəlmanların hərbi-siyasi güc balansının kəskin şəkildə öz xeyirlərinə olduğunu yaxşı başa düşən erməni liderləri Bakıda Bolşevik Rusiyasının hərbi birləşmələrinin tərkibinə qoşulmaqla Bakı və bitişik bölgələrin işğalı zamanı (burada Sovet Rusiyasının hakimiyyətinin bərqərar olması pərdəsi altında) 1918-ci ilin 31 Mart soyqırımı kimi yadda qalan faciələr törədərək Bakıda, Şamaxıda, Kürdəmir və Göyçay bölgəsində, Qubada, Salyanda, Lənkəranda və s. 30 min azərbaycanlını qırdılar [14, s.61]
Ermənilərin türk-müsəlman əhaliyə qarşı növbəti soyqırım aktları Gürcüstanda (Axalkələk [15, s.53; 3, s.149-150], Borçalı [16, s.146-148, 315-316], Qarayazı [17, s.131]), Şimali Qafqazda (Mahaçqala [18, v.103]), (İranın Müttəfiq Dövlətlər tərəfindən işğalından sui-istifadə edərək, assurilərlə birgə) Güney Azərbaycanın Urmiya, Xoy, Səlmas, Köhnəşəhər və s. yaşayış məntəqələrində [19, s. 144-146], Orta Asiyada (27 noyabr 1917-ci ildə Bütün Müsəlmanların IV Fövqəladə Qurultayında Türküstan müvəqqəti şurasının rəhbərliyi ilə yaradılmış Turkeston Muxtoriatini devirmə fonunda [20, s.84-85; 21, s.55-56; 22, s.105-108]) baş verməkdəydi.
İlkin hesablamaların nəticəsi olaraq Özbəkistan Milli Ensiklopediyasında dərc olunmuş məlumatlara görə, Fərqanə vadisindəki hadisələrdə daşnak qurbanlarının sayı 35 min nəfərdən artıq olmuşdur. Xalq arasında bilinən qurban sayları isə bu rəqəmin 150 min nəfəri keçdiyini göstərir [23].
Erməni millətçiləri, irqçiləri olan daşnakların düşüncələrinə yerləşdirdikləri “müqəddəs” bir hədəf (əski çağlarda guya özgür, möhtəşəm “hay” dövləti olmuş “Böyük Ermənistan”ın bərpası) uğrunda gizli-aşkar mübarizə apardıqları həryönlü şəkildə dəfələrlə təsdiq olunmuş bir gerçəklikdir.
Erməni qaynaqlarına istinadən çağdaş özbək araşdırmaçısı Şöhrət Barlas “Ermənistandan kənar Ermənistanlar” mövzusuna toxunaraq çeşidli ərazilərdə cəmi 35 Ermənistanın adını çəkir: o sıradan, Bizans Ermənistanı, yunan Ermənistanı, Mesopatamiya Ermənistanı, Şimali Ermənistan, Cənubi Ermənistan, Yustinian Ermənistanı, Gürcüstan Ermənistanı və b. [24, s.140-141].
Bakı qubernatoru Nakaşidzenin erməni siyasi terrorçuları tərəfindən öldürülməsi ilə bağlı Rusiya arxivində saxlanan bir sənəddə isə deyilir ki, Türkiyədə bölücülüklə bağlı üsyan və terrora əl atdıqdan sonra əzişdirilən erməni millətçilərinin düşüncələrinə görə, min il öncə mövcud olmuş müstəqil “Böyük Ermənistan”ın sərhədləri “Türkiyə Ermənistanı” və Qafqazdan başqa, Rusiya Türküstanının və İranın bir hissəsini də əhatə edirmiş [25, s.261]. Elmi ictimaiyyət üçün bu sənəddəki yenilik isə ermənilərin Orta Asiyanın bir qisminə gizli iddiasıdır ki, “üç dəniz arasındakı Ermənistan”ı “yetərsiz” sayaraq Xəzər dənizindən şərqə doğru yayılmağı nəzərdə tutur...
Ermənilərin növbəti soyqırım aktları xristianlara və yəhudilərə qarşı da yönəlmişdir. İngilislərin komandanlığı altında hərbi koalisiyada iştirak edən 12000 nəfərlik şotlandiyalı və yeni zelandiyalı əsgərlə “Cənub-Qərbi Qafqaz Hökuməti”nin devrilməsi və Qars bölgəsində işğalla erməni hökuməti qurulmasından [26, s.41-42] sonra, buradakı daşnak hökuməti yerli rus və yunanlara qarşı da 1919-1920-ci illərdə hərbi cinayətlər törətmişdir [27, v.14-15]. Qars Vilayətinin əhalisi sırasından 205 min müsəlman, 48 min yunan, 31 min rus ermənilər tərəfindən soyqırıma və etnik “təmizləmə”yə məruz qalmış, bu sakinlərdən yalnız bir qismi canını qurtarıb qaçqına çevrilmiş, yerdə qalanlar məhv edilmişdilər [27, v.14].
1918-ci ilin noyabrında isə ermənilər dövrün müasir silahları ilə, xüsusən də toplarla silahlanaraq Gürcüstana – Axalkələk və Axalsix bölgələrinə hücuma keçib, oradakı gürcüləri “təmizləyərək” (Axalkələk və Borçalıya da iddia etməklə) yeni etnik sərhədlərlə 1919-cu ilin yazında açılmalı olan Paris Sülh Konfrasına hazırlaşırdılar [28, s.101-102]. 1918-ci ilin yazında daşnaklar Axalkələkdə Xospiy kəndinin əhalisini, həm də Poladaşvili soyadlı gürcü ailəsini ucdantutma qırmışdılar [29, s.14-15]. O dönəmlərdə “Qafqaz poçtu” adlı ingilisdilli erməni qəzeti “... qabaqlar Tiflisin ermənilərə məxsus olmasından və yalnız millətçilik tədbirlərindən sonra şəhərin gürcü hökuməti əlinə keçməsindən” yazırdı [29, s. 27]... 1918-ci ilin dekabrında Alman hərbi missiyasının Gürcüstandan çəkilməsindən cəmi bir gün sonra Ermənistanın Gürcüstan torpaqlarına və özəlliklə də onun paytaxtı üzərinə torpaq iddiası ilə hücumu bu iddianın ötəri olmadığının növbəti bir sübutudur.
Ermənilərin Azərbaycanda (1918-ci ildə Qubada [30, s.23-25]), Türkiyədə (1916-cı ildə Ərzurumda, Həsənqalada... [31, s. 52-57, 391-394]), İranda (1918-ci ildə Urmiya və Köhnəşəhərdə [32, s.122, 129]) və Şərqi Avropada [30, s.38] yəhudilərə qarşı törətdiyi soyqırımı aktları onların 1918-ci ildə İstanbulda nəşr etdikləri “Böyük Ermənistan” xəritəsinə Suriya, Livan və b. [33] ilə yanaşı İsrail-Fələstin bölgəsini də salmalarının [34, s.69] təsadüfi olmadığını göstərir.
Ermənilərin törətdikləri soyqırımı silsilələrinə həryönlü diqqət yetirdikdən sonra, indi də ermənilərin torpaq iddialarının əks olunduğu tarixi sənədlərə diqqət yetirək.
Bu sənədlər sırasında ermənilərin müsəlmanlara (əsasən türk xalqlarına), xristianlara və hətta yəhudilərə qarşı torpaq iddiaları diqqəti cəlb edir.
1919-cu ilin yazında Parisdə erməni təmsilçilərinin müttəfiq böyük dövlətlərin qarşısına qoyduğu memorandumda sülh konfransına təqdim etmək üçün aşağıdakı geniş ərazi tələbləri qoyulmuşdu: Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəbistan səhralarınadək “yaradılmalı” olan “Böyük Ermənistan”. Onun da tərkibinə İrəvan quberniyası, Ərdəhanın quzeyi istisna olmaqla bütünlükdə Qars vilayəti, “Türkiyə Ermənistanı”nın 7 başqa vilayəti [Van, Baqeş, Diyarbəkir, Xarberd, Sebastia, Karin, Trapezund (Diyarbəkirin güney bölgəsi və Sebastianın qərb hissəsi istisna olmaqla)] və Kilikiyanın 4 sancağı (Maraş, Sis, Celal-Bereket, Adana Aleksandretto ilə), Yelizavetpol quberniyasının cənubi-qərb hissəsi və Tiflis quberniyasının cənub yarısı [9, s.43], yəni Loru, Başkeçid, Borçalı, Qarayazı da daxil “olmalı” idi.
14 may 1919-cu ildə Ermənistan və İstanbul üzərində Amerika mandatı haqda qərarnamə qəbul edilərkən bu mandat altındakı torpağa “Qara dənizdən Egey dənizinə qədər birləşmiş Türk, Fars və Rus Ermənistanının” daxil olacağı diqqətə alınmışdı [35]. (Təbii ki, bu “Türk, Fars və Rus Ermənistanı” ifadəsi Amerika mandatı haqda qərarnamə qəbul edilməsi üçün dəridən-qabıqdan çıxan erməni millətçiləri və onların təsirinə düşən ABŞ-dakı nüfuzlu ermənipərəst xristian dairələrin təlqini ilə rəsmi leksikonda işlədilmişdir. –X.İ.)
1918-ci ildə İstanbulda “Böyük Ermənistan”ın nəşr olunan fantastik xəritəsi guya tarixi xəritə idi. O xəritədə “Böyük Ermənistan”ın sərhədləri Qara dənizdən Xəzər dənizinədək (Batum, Axalsix, Msxeta, Tiflis də daxil olmaqla), Samsundan Aralıq dənizinə və Selevkiyanın quzey hissəsinədək çox böyük əraziləri əhatə edir. Həmin xəritədə Gürcüstana ensiz bir nahiyə ayrılmışdı [34, s.69]. Ermənilərin gürcüləri soyqırıma uğratmağa və etnik “təmizləməyə” yönələn fəaliyyəti “gələcək” “Böyük Ermənistan”ın ərazi parçalarını hazırlamaq məqsədindənmi qaynaqlanır görəsən?!.. –Təəssüf ki, bəli: 27 sentyabr 1993-cü il tarixində və gürcü qadınlarına, uşaqlarına qarşı hiyləgərcəsinə qırğın törətdikləri başqa günlərdə yaraqlı ermənilər qışqıraraq deyirmişlər: “Abxaziya sizin idi, indi oldu bizim –Abxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir.” [34, s.100].
XX yüzilliyin əvvəllərində Çarlıq Rusiyasının polis departamenti tərəfindən aşkar olunmuş ermənilərin Rusiyaya da qarşı gizli ərazi iddialarının heç də ötəri olmadığı günümüzün hadisələri ilə öz təsdiqini tapır [36].
XX əsrin başlanğıcında gürcü knyazı D. isə Çar Rusiyası dövrünün müəllifi İ.K.Kanadpev ilə dialoqu zamanı ermənilərin bu iddiaları ilə bağlı fikrini belə ifadə edirdi: “Bir sözlə, diyarın (Qafqazın –X.İ.) erməniləşməsi xeyli sürətlə gedir...
...İcazə verin, mən də öz növbəmdə bildirim: rus hökuməti maraqlıdırmı ki, bütün Qafqazda hakimiyyət dənizdən-dənizə, Rostovdan Trapezundadək (Trabzon –X.İ.) bir krallığı diriltmək fikrinə düşənlərə keçsin?” [37, s.80].
Bakı qubernatoru Nakaşidzenin erməni siyasi terrorçuları tərəfindən öldürülməsi ilə bağlı Rusiya arxivində saxlanan yuxarıda toxunduğumuz sənəddə isə erməni millətçilərinin düşüncələrinə görə, min il öncə mövcud olmuş “Böyük Ermənistan”ın sərhədləri “Türkiyə Ermənistanı” və Qafqazdan başqa, Rusiya Türküstanının və İranın bir hissəsini də içərisinə alırmış [25, s.261]. “Rusiya Türküstanı” dedikdə Qərbi Türküstan nəzərdə tutulur. Qərbi Türküstana aşığıdakı çağdaş türk dövlətlərinin əraziləri daxil idi: Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan.
Beləliklə, yuxarıda təqdim etdiyimiz tarixi hadisələrə və sənədlərə görə, ümumiləşdirmə apardıqda, ermənilərin aşkar və gizli torpaq iddiaları ən azı aşağıdakı əraziləri əhatə edir: Qars Vilayəti (Ərdahanın quzey hissəsi istisna olmaqla), bundan başqa Türkiyənin 7 əyaləti və Kilikyanın 4 bölgəsi [Türkiyə]; Naxçıvan və Zəngəzur, Qarabağ... (Yelizavetpol Quberniyasının cənub-qərb qisimləri – Quzey Azərbaycan), Güney Azərbaycanın Xoy-Səlmas-Urmiya və Köhnəşəhər bölgəsi və Xəzərin güneyi də daxil olmaqla ümumilikdə İranın quzeyi; Ahalkələk, Ahalsix, Borçalı (Tiflis Quberniyasının güney hissəsi – Gürcüstan), Qərbi Türküstanın bir hissəsi (Orta Asiya), Qara dənizin şərq sahilləri, bütünlüklə Qafqaz [o sıradan Şimali Qafqaz, Rostovadək (Rusiya)]...
Ədəbiyyat:
1.Məmmədov İsrafil. Tariximiz, torpağımız, taleyimiz. –Bakı: Adiloğlu, 2002. – 699 s.
2. http://www.rasmof.ru/ostavshijsya-nepobezhdennym-k-90-letiyu-so-dnya-konchiny-andranika-sasunskogo-istochnik-httpwww-nashasreda-ru , 14.11.2017
3. Azmi Süslü. Ruslara göre Ermenilerin Türklere yaptıkları mezalim. –Ankara: Ankara Üniversitesi Basımevi, 1987. – 155 s.
4. Ziya Zakir Acar. Görenlerin gözüyle Iğdırda Ermeni katliamı.–Ankara, 2007.– 92 s.
5. Kars Valiliyi ve Atatürk Universitesi Yayını NU: 675, “Yakın Tarihimizde Kars ve Doğu Anadolu Sempozyumu” (Kars-Subatan 17-21 Haziran 1991), Ankara, 1992. –457 s.
6. Эрих Файгл. Армянская мифомания. 2007, (ISBN 3-85002-583-7 ab 1.1.2007: ISBN 978-3-85002-583-6; издана в Турции.) – 168 с..
7. Nazim Qəhrəmanov. I Dünya Müharibəsində erməni amili. Bakı, "E.L." Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008. —204 s.
8. T.C. BAŞBAKANLIK DEVLET ARŞİVLERI GENEL MÜDÜRLÜĞÜ, Osmanlı Arşivleri Daire Başkanlığı, Yayın Nu: 34. Arşiv belgelerine göre Kafkaslar’da ve Anadolu’da Ermeni mezalimi [Armenian violense and massacre in the Caucasus and Anatolia based on archives], III (1919-1920)., Ankara, 1997, (XXXI+475) s., [belgeler № 17-19, 21-24, 31].
9. Oв. Качазнуни. Дашнакцутюн больше нечего делать! - Баку: Элм, 1990. –92 с.
10. Makkarti C., Makkarti K. Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik. – Bakı: "Səda" nəşriyyatı, 2011. – 192 s.
11. Cəmil Həsənov. “Ağ ləkə”lərin qara kölgəsi. – Bakı: Gənclik,1991. – 200 s.
12. ARDA , f. 970, siyahı 1, iş 1.
13. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. /Tərt. edəni: S.Əsədov – Bakı: Gənclik, 1995. – 464 s. , xəritə, fotoşək.
14. T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüyü Cümhuriyet Arşivi Daire Başkanlığı Yayın Nu:28. Azerbaycan belgelerinde Ermeni sorunu. 1918-1920. Ankara, 2001. – 682 s.
15. Sadık Feridunoğlu. Bitmeyen Ermeni sorunu. İstanbul, Media Press, 2002. – 126 s.
16. ...Arşiv belgelerine göre Kafkaslar’da ve Anadolu’da Ermeni mezalimi [Armenian violense and massacre in the Caucasus and Anatolia based on archives], IV (1920-1922)., Ankara, 1998, (X+349) sayfa., [belge №27].
17. Vahid Ömərli . Qarayazı: Gürcüstanda türklər. I hissə. –Bakı: Çaşıoğlu, 2001. –760 s.
18. ADA f.1061, siy.1, iş 99.
19. Dr. Cevat Heyet. Batı Azerbaycanda Hıristyan bir devletin kurulması planları ve Avrupalılarla Osmanlıların rolü (1918). “Varlıg” dergisi, Tehran, 2004, yaz buraxılışı.
20. Kahramon Rajabov. Farğona Vodiysidaqi istiklolçilik harakati: mohiyati va asosiy rivojlaniş boskiçlari [1918-1924 yillar]., Toşkent, Yangi nashr, 2015 – 240 bet.
21.Ш.А.Шамагдиев.Очерк истории гражданской войны в Ферганской долине.–Ташкент: Изд-во Академии Наук Узб.ССР, 1961.–388 с.
22. Т. Рыскулов. Революция и коренное население Туркестана (часть I. 1917-1918).–Ташкент, Узбекское Гос. Издательство, 1925.–218 с.
23. Зулфигар Ибрагимов. В Туркестане дашнаки убивали не за "Великую Армению". А просто чтобы убивать. – Http: // news.day.az/politics/573339.html
24. Шухрат Насырович Саламов (Shuhrat Barlas): Туркестан и Южный Кавказ XIX – XX вв. Дашнаки от Ферганы до Карабаха. – Tошкент: Янги аср авлоди, 2015. – 304 с.
25. Армянский вопрос на Кавказе (По материалам российских архивов и изданий). Санкт-Петербург, 2011, изд. «Академия исследования культуры», в 3-х томах., т.II, [документ №9: Из воспоминаний П.П.Шубинского «Убийство князя М.А.Накашидзе»], VIII+614 c.
26. Ziya Zakir Acar. Aras Türk Cumhuriyeti., İlkay Ofset, Ankara, 2013.– 78 s.
27. ADA. f. 28, siyahı 1, iş 171.
28. Преступления армянских террористических и бандитских формирований против человечества (ХIX – XXI вв.) , издательство «Элм», Баку, 2002. –396 с.
29. Şota Vadaçkoriya. “Gürcüstan siyasi fikrində gürcü-erməni münasibətləri məsələləri 1918-1920”., gürcücədən tərcümə, ISBN 9952-29-042-X, “MBM” MMC mətbəəsi, Bakı, 2006. – 80 s.
30. Ровшан Мустафаев «Танго смерти», Московский Офис Международной Аналитической Сети “R –Club”, Москва, 2008. –57 стр.
31. ...Arşiv Belgelerine Göre Kafkaslarda ve Anadoluda Ermeni Mezalimi (Armenian Violence And Massacre İn The Caucasus and Anatolia Based On Archives) I (1906-1918), Ankara – 1995, 642 s., [belge №3].
32. Həsən Səfəri. “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı”. – Bakı, “Araz” nəşriyyatı, 2016. – 204 s.
33. Зулфигар Ибрагимов. В Туркестане дашнаки убивали не за "великую Армению". А просто чтобы убивать. – интервью., 7:30, 23 апреля 2015, Day.Az – Http: // news.day.az/politics/573339.html
34. Бондо Арвеладзе, Теймураз Мибчуани. Армянский батальон имени Баграмяна и этночистка грузин в Абхазии. Перевод с грузинского. – Тбилиси, изд. «Универсал», 2009. – 110 с.
35. Архив полковника Хауза., Москва, 1944, т. 4, с.220 –см: [Cemil Hasanlı. Azerbaycan Cumhuriyeti: Türkiye yardımından Rusya işgaline kadar. 1918-1920, Azerbaycan Kültür Derneği Yayınları No: 48, Mars Matbaası, 1998, Ankara, 412 sayfa.], s.216
36. “Русский вестник”, №2, Москва, 1993. – Bax: [“Azərbaycan Diplomatiyası” jurnalı, Bakı, “Azərbaycan” nəşriyyatı, 1/1993. –81 s.], s. 70-73
37. И.К.Канадпевъ. Очерки Закавказской жизни. С.-Петербургъ. 1902.– Баку, Главная редакция Азерб. Сов. Энциклопедии, 1990. – 122 с.
Açar sözlər: “Böyük Ermənistan”, erməni, soyqırım, türk, azərbaycanlı, müsəlman, xristian, yəhudi, I Dünya Savaşı, Rusiya, İngiltərə, Ermənistan, Azərbaycan.
Ключевые слова: «Великая Армения», армянин., геноцид, турк, азербайджанец, мусульманин, христианин, еврей, Первая мировая война, Россия, Англия, Армения, Азербайджан.
Key words: "Great Armenia", Armenian, genocide, Turkish, Azerbaijanian, Muslim, Christian, Jewish, First World War Russia, England, Armenia, Azerbaijan.
Резюме
Х.Н.Исмаил
География территориальных претензий армян
в начале XX века
В статье исследуется военные преступления, которые в современном понятии указывается как геноцид, совершенный армянскими националистами в мундире солдата различных великих государств в начале ХХ столетия (главным образом, до 20-х лет) путем превышения своих полномочий во время присоединения к службе в виде полусамостоятельных объединений в их армии. Автор, впервые подойдя к проблеме самым широком географическом контексте (от Анатолии до Средней Азии), описывает геноцидную деятельность, совершенную армянскими националистами против мусульман, христиан и евреев, будучи в составе Российской, Французской армии в регионах Турции, Ирана, Кавказа, Средней Азии; в некоторых случаях воспользовавшись сотрудничеством с оккупационными силами Государств-союзников. В истореведении впервые автор, основываясь на обнаруженных им самим исторических документах, доказывает наличие у армян открытых или скрытых претензий на территории не только Турции, Ирана, Грузии, Азербайджана, а даже на территории России, Туркестана (Средняя Азия), Палестины, т. е. теперешний Израильский регион. В исследовании определяется география территориальных претензий армян в ХХ столетии.
Summary
Kh.N.İsmayil
Geography of Armenians territorial claims
in the beginning XX century
The article explores war crimes, which in the modern concept is indicated as genocide committed by Armenian nationalists in the uniform of a soldier of various great states in the early twentieth century (mainly up to 20 years) by exceeding their authority during joining the service in the form of semi-independent associations in their army.
The author, for the first time approaching the problem of the widest geographical context (from Anatolia to Central Asia), describes the genocidal activities committed by Armenian nationalists against Muslims, Christians and Jews, being part of the Russian, French army in the regions of Turkey, Iran, the Caucasus, Central Asia; in some cases, taking advantage of cooperation with the occupying forces of the Allied States. For the first time in the history studies, the author with historical documents found by him proves that Armenians have open or hidden claims in the territory of not only Turkey, Iran, Georgia, Azerbaijan, but even to Russia, Turkestan (Central Asia), Palestine, i.e. and the current Israeli region. The study determines the geography of the territorial claims of Armenians in the twentieth century.
"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM