Növbəti primitivlik: vizasız gediş-gəlişin ermənisayağı "analizi"

11:10 / 31.07.2019

Dünya qloballaşır. Bir-birindən coğrafi olaraq çox-çox uzaqda yerləşən ölkələr arasında belə vətəndaşların sərbəst hərəkət etməsi istiqamətində addımlar atılır. Avropa İttifaqında məlum Şengen zonası mövcuddur. MDB daxilində vizasız gediş-gəliş vardır. Çoxlu sayda dövlətlər ikitərəfli qaydada vizasız gediş-gəliş tətbiq edirlər. Və bu proses getdikcə genişlənir. Bir neçə gün öncə Azərbaycan rəhbərliyi Türkiyə vətəndaşlarına qardaş ölkədə bir ay müddətində vizasız qalmaq hüququnun verilməsi barədə tarixi qərar qəbul etdi. Bütün normal insanlar bunu çox müsbət qarşıladılar. Lakin Ermənistan KİV-i və ekspertləri bunu sözün həqiqi mənasında çox bəsit şəkildə şərh edib qərəzli və məntiqsiz izahları ilə özlərini gülüş hədəfinə çevirdilər. Bir qədər geniş aspektdə yanaşdıqda isə, ermənilərin hansı səbəblərdən bu cür səviyyəsiz və qeyri-sivil düşündüklərinin səbəbləri aydın olur. Məhz bu kontekstdə Ermənistan KİV-də vizasız rejimlə bağlı ifadə edilən "fikirlər"in təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Qloballaşma: rəsmi İrəvanın bu prosesə əks reaksiyası

Dünyada gedən qloballaşma prosesinin əlamətlərindən biri insanların hərəkət sərbəstliyinin təmin edilməsidir. Avropa İttifaqının yeni strateji planında da bu məqam əks olunub. Dünyanın istənilən ölkəsinin vətəndaşı maneəsiz olaraq hərəkət etmək hüququna malik olmalıdır. Yəni qlobal səviyyədə gedən proseslər bu məsələdə şəffaflığın təmin edilməsini zəruri edir. Bu baxımdan müxtəlif dövlətlər arasında vizasız gediş-gəlişin reallaşdırılması bütün hallarda müsbət addım sayılır.

Həmin bağlılıqda MDB ölkələri arasında, Avrasiya İqtisadi İttifaqında, Aİ-nin daxilində və bir sıra kənar dövlətlərin vətəndaşları üçün vizasız gediş-gəlişin olması müsbət hal kimi qiymətləndirilir. Gürcüstan vətəndaşları Türkiyəyə və Aİ ölkələrinə vizasız səfər edə bilirlər. Rusiya dünyanın bir sıra dövlətləri ilə viza rejiminin aradan qaldırılması istiqamətində işlər aparır. Bu yaxınlarda Vladimir Putin bəyan etdi ki, Türkiyənin müəyyən qrup vətəndaşları da Rusiyaya üç ay vizasız giriş edə bilərlər.

Cənubi Qafqazda Azərbaycan vətəndaşları Gürcüstana vizasız gedə bilir, eyni ilə Ermənistan vətəndaşları da Gürcüstana vizasız səfər edirlər. İran birtərəfli qaydada Azərbaycan vətəndaşlarının ölkəyə vizasız səfər etməsinə imkan yaradıb. Bir sıra səbəblərə görə Azərbaycan eyni qaydanı Türkiyə və İran vətəndaşlarına tətbiq edə bilmirdi. Yəni dünyada müşahidə edilən proseslər aspektində istənilən halda viza rejiminin aradan qaldırılmasının insanlara fayda verdiyini deyə bilərik.

Azərbaycan Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimini ləğv edib. Əslində, bu qərar Rusiyanın məlum qərarından sonra verilib. Belə aydın olur ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları vizasız böyük bir geosiyasi məkanda sərbəst hərəkət edə biləcəklər. Burada Gürcüstan vətəndaşlarının Rusiyaya getməsi istisnadır, hələlik viza məsələsi qalır. Lakin bir Türkiyə vətəndaşı Gürcüstana, oradan Rusiya və ya Azərbaycana vizasız səfər edə bilər. Türkiyə vətəndaşları İran və İraqa da vizasız səfər edə bilirlər. Aydın olur ki, ortada ala qarğa kimi qalan ancaq Ermənistandır.

Məsələnin maraqlı tərəfi də məhz bu məqamla bağlıdır. Belə ki, Ermənistan mətbuatı Azərbaycanın Türkiyə vətəndaşları ilə bağlı qərarını elə mənasız və qərəzli kontekstdə qiymətləndirməyə çalışırlar ki, ümumiyyətlə, ermənilərin müasir dünyadan çox geridə qaldığı təəssüratı yaranır. Onlar gah İranın müqavimətinin qırılmasından bəhs edir, gah Naxçıvanla bağlı ağılsız və məntiqsiz iddialar ortaya atır, gah da Azərbaycanın Türkiyə vətəndaşlarına vizanı ləğv etməsini hansısa mifik "fobiya" əlaməti sayırlar.

Doğrudan da, bu sonuncu "erməni arqumenti" primitivliyi və antisivilliyi ilə bütün başqa faktorları arxada qoyur. Təsəvvür edin, bir ölkə başqa bir ölkənin vətəndaşlarının öz ərazisinə girişini vizasız etdiyi haqqında qərar qəbul edir, kimsə burada fobiya axtarır. Əsl fobiya bu cür düşünənlərin beyinlərində və emosiyalarındadır. Soyqırımı xəstəliyinə tutulanlar adi insani haqları belə tanımaq istəmirlər. Onlar onu da anlamırlar ki, Türkiyə vətəndaşları içərisində erməni əsilli olanlar da vardır. Onlar Azərbaycana vizasız səfər edəndə, hansı fobiyanın daşıyıcıları olacaqlar?

İnsan haqları: Ermənistan öz vətəndaşlarının hüquqlarını kobudcasına pozur!

Əlbəttə, bu cür gülünc və ibtidai dövr iradları haqqında danışmamaq da olardı. Lakin məsələ ondan ibarətdir ki, ermənilərin hətta bu kimi absurd iradlarına belə beynəlxalq təşkilatlar etiraz etmirlər. Onlar bir tərəfdən vahid dünyadan danışır, digər tərəfdən isə hansısa bir ölkə mediasının antiinsani fəaliyyətinə reaksiya vermirlər.

İndi erməni mətbuatı və ekspertləri ciddi-cəhdlə çalışırlar ki, İranın Azərbaycanın qəbul etdiyi qərardan narazı qaldığı təəssüratını yaratsınlar. Bunun üçün bəzən absurd məntiq ortaya qoymağa da cəhdlər edilir. Məsələn, Xəzər dənizində batmış bir İran tankeri ilə Türkiyə vətəndaşlarının vizasız gediş-gəlişinin tətbiqi arasında "dahiyanə əlaqə tapıblar". Bəzən düşünürsən ki, insan nə qədər kor və ya qərəzli ola bilər? Bir qədər geniş aspektdə yanaşdıqda isə, erməni xislətinin cılızlığının səbəbini anlamaq olur.

Məsələ ondan ibarətdir ki, regionda Ermənistan qədər tənha ikinci ölkə yoxdur. Moskva onun başında əkib, ayağında biçir. İran Qərb faktoruna görə İrəvanla elə də real yaxınlaşa bilmir. Türkiyə ilə Ermənistanın münasibəti məlumdur. Gürcüstanla əlaqələr mövcuddur, lakin onun tam inkişafı yenə də Ermənistanın qərəzli münasibəti ucbatından baş vermir. Onda ümumi mənzərə necə görünür?

Cənubi Qafqazda ancaq Ermənistan vətəndaşları ən az hərəkət sərbəstliyinə malikdirlər. Bunun əksinə olaraq, digər ölkələr arasında getdikcə daha sərbəst hərəkət rejimi bərqərar olunur. Deməli, Ermənistanın ağızdolusu danışdığı insan haqları sahəsində ciddi probleminin olduğu beynəlxalq hüquq çərçivəsində öz təsdiqini tapır. Konkret olaraq, Ermənistan hakimiyyəti birbaşa öz vətəndaşlarının haqlarını tapdalayır, onların hüquqlarını pozur. Sadə vətəndaşın nə günahı var ki, ona Azərbaycan və ya Türkiyəyə getməyi qadağan edirlər? Sadə erməni insan kimi bütün ölkələrə səfər etmək hüququna malik olmalıdır. Lakin rəsmi İrəvan Azərbaycana qarşı təcavüzkar siyasət yeritdiyindən, bu imkandan Ermənistan vətəndaşları məhrumdurlar. Deməli, Ermənistan hakimiyyətinin siyasəti ilk növbədə öz vətəndaşlarının hüquqlarının pozulmasına gətirib çıxarır.

Görünür, bunları İrəvanda da anlayır və bu səbəbdən normal halda müsbət hadisə olan viza rejiminin ləğvini müxtəlif süni geosiyasi faktorlara bağlamağa çalışırlar. Lakin bu istiqamətdə nə qədər addım atırlarsa, bir o qədər də gülünc vəziyyətə düşürlər. Hazırda Ermənistan cəmiyyəti hər tərəfdən təcrid olunmuş durumdadır. İran istiqamətində məhdudiyyətlər Amerika faktoruna görədir, Rusiya ilə ortaq sərhəd yoxdur, Gürcüstan-Rusiya münasibətləri də normal deyil, Azərbaycana yollar tam bağlıdır, Türkiyə ilə isə vətəndaşların gediş-gəlişi mövcuddur, lakin rəsmi səviyyədə maneələr İrəvan tərəfdən yaradılır. Bu yaxınlarda Türkiyədən mal gətirən erməniləri yenə həbs edib, onları incidiblər. Bu da "erməni tolerantlığı" və "erməni demokratiyası"! Əslində, onlar öz nifrətlərində boğulmaqda davam edirlər!

Bu reallıqlar onu göstərir ki, Ermənistan rəhbərliyi getdikcə daha çox məsələlərdə vətəndaşlarına normal izah verə bilmir. Nikol Paşinyanın "məxməri inqilab" "qoğalı" da bitmək üzrədir. İndi ancaq söz qalıb, arxasında heç bir konkret iş dayanmır. Ermənistanda sosial-iqtisadi irəliləyişi göstərən fakt və ya proses yoxdur. Bu səbəbdəndir ki, bütün dünya tərəfindən normal və hətta müsbət qarşılanan vizasız gediş-gəlişin tətbiqindən də qərəzli siyasi nəticələr çıxarmağa çalışırlar.

Digər tərəfdən, son zamanlar Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı təxribatçı davranışları onların reallıq hissini tamamilə itirdiklərinin göstəricilərindəndir. İşğal etdikləri Azərbaycan torpaqlarından silahlı qüvvələrini çəkmək əvəzinə Ermənistan rəsmiləri Dağlıq Qarabağa yeni yollar çəkmək haqqında bəyanatlar verir. İşğalçı əvvəlcədən beynəlxalq hüququ pozandır, ancaq həmsədrlər bu kimi təxribatlara niyə reaksiya vermir, böyük sualdır. Çünki əgər söhbət münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etməkdən gedirsə, bu qaydanı pozanlara dərhal xəbərdarlıq edilməli və bunun qarşısı alınmalıdır. Yox, əgər məqsəd beynəlxalq hüquq normaları adı altında Azərbaycanın fikrini yayındırmaq və paralel olaraq təcavüzkara yeni imkanlar yaratmaqdırsa, bunun da hesabı verilməlidir. Hansısa dairələr düşünürlərsə ki, müharibə yolu – "yox", danışıqlar – "hə" kimi ümumi ifadələrlə məsələni sonsuza qədər uzada bilərlər, həyatlarının ən böyük səhvini edirlər.

Çünki ermənilər və onların havadarları prosesləri dalana aparırlar. Onlar müharibə istəyir və onu alacaqlar. Azərbaycan Ordusu zərbələri ilə erməni təcavüzünü cəhənnəmə vasil edəndə, Ermənistana kimsə kömək edə bilməyəcək!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM