Mütəxəssislər dünya nizamının dəyişiklik zərurəti qarşısında qaldığını vurğulayırlar. Onlar hesab edirlər ki, artıq qlobal səviyyədə nizam qaydaları yenilənməlidir. Lakin bunun konkret olaraq hansı istiqamətdə və hansı şərtlər daxilində baş verməli olduğu barədə ortaq fikir yoxdur. Fərqli təkliflər və proqnozlar verilir, mümkün ssenarilərdən bəhs edilir. Real gedişatın necə olacağı haqqında konkret mövqe isə müşahidə edilmir. Bununla yanaşı, bir neçə nəzəri ssenarilər ifadə edilir. Onların geosiyasi analizi qlobal nizamın yeniləşmə dinamikası haqqında müəyyən təsəvvürlər əldə etməyə imkan verir. Həmin çərçivədə dünya nizamının dəyişməsi modelləri üzərində geniş dayanmağa ehtiyac görürük.
İki əsas ssenari: şanssız şanslılar
Maraqlıdır ki, dünyanın geosiyasi mənzərəsi haqqında tədqiqatçıların araşdırmaları davam edir, lakin ortaq bir yanaşma hələ də mövcud deyil. Sanki geosiyasi dinamika alimlərin tədqiqatlarının məntiqini və metodologiyasını qabaqlayır. Bu, özlüyündə paradoksal vəziyyətdir və bütövlükdə qlobal miqyasda riskləri, qeyri-müəyyənliyi və gözlənilməz hadisələri artırır. Ancaq hər nə olsa, reallıq bundan ibarətdir və görünür ki, yaxın illərdə vəziyyət köklü surətdə dəyişməyəcək.
Buna baxmayaraq, nəzəri olaraq geosiyasi konsepsiyalar çərçivəsində fərqli yanaşmalara cəhdlər də özünü göstərir. Bizim üçün daha maraqlı olanı müasir elmi yanaşmalarda mövcud olan metodologiyaları dünya sisteminin təhlilinə tətbiq etmək cəhdlərinin müşahidə edilməsidir. Bu baxımdan qlobal geosiyasi nizamın mümkün ssenariləri ilə bağlı analitik və proqnostik tezislərin formalaşdırılması da aktuallıq kəsb edir.
Ümumiyyətlə, müasir geosiyasi düzənlə əlaqəli bütün yanaşmalarda ortaq olan bir məqam mövcuddur: müasir dünya daha mürəkkəb bir sistem halına gəlib, proseslər ziddiyyətlər və qeyri-müəyyənliklərlə xarakterizə olunur, risklər və gözlənilməzlik artır. Bu ümumi xarakteristika fonunda daha konkret səviyyədə hazırda böyük güc kimi qəbul edilən dövlətlərdən hər birinin fərqli yanaşdığı qəbul edilir.
Belə çıxır ki, yalnız real geosiyasi proseslər mürəkkəb və ziddiyyətli təsəvvür edilmir, həm də böyük güclərin hazırkı dönəmdə yaranmış mənzərəyə münasibətlərində bir qeyri-müəyyənlik mövcuddur. Bəlkə də, proseslərin real qeyri-müəyyənliyindən bu məqam daha riskli görünür. Çünki problemi həll etmək üçün oyunçuların aydın və konkret mövqeyinin olması şərtdir.
Deməli, geniş aspektdə baxsaq, müasir qlobal geosiyasətin problemi yalnız real müstəvidə müşahidə edilən qeyri-müəyyənlikdə deyil, həm də bu mənzərəyə əsas oyunçuların yanaşmasında gözə çarpan qeyri-müəyyənlikdədir. Məsələnin konseptual həllinin başlanğıc nöqtəsinin və son nəticənin də bu prizmadan axtarılması elmi cəhətdən daha doğru olardı.
Rusiyalı alim İvan Timofeyevin bir məqaləsində həmin kontekstdə maraqlı təhlil aparılır (bax: Иван Тимофеев. Новая анархия? Сценарии динамики мирового порядка / РСМД, 2 avqust 2019). Müəllif müasir dünya sistemini bir neçə ssenari üzrə transformasiya etmək imkanlarını araşdırır. Onlar üzərində geniş dayanmaq fikrimiz yoxdur, çünki bizim öz yanaşmamız vardır. Lakin qlobal geosiyasətin ssenarilərinin analizi İ.Timofeyevin yazısında maraqlı formada verilib.
Dünya nizamının gələcəyi haqqında diskussiyaların iki əks nöqteyi-nəzərə bölündüyü vurğulanır. Birinci mövqeyə görə, "soyuq müharibə" bitəndən sonra dünya qəti olaraq liberal düzənə keçdi. Obrazlı olaraq, onu "qaydalara əsaslanan nizam" adlandırırlar. Lakin "qayda" dedikdə, Qərb standartlarına uyğun fəaliyyət nəzərdə tutulur. Bu mənada söhbət ümumdünya və ya bəşəri qaydalardan getmir, konkret olaraq Qərb ölkələrinin formalaşdırdığı meyarları bütün dünyaya aid olduğu kimi qəbul etdirməkdən gedir. Təbii ki, bu çərçivədə Qərbin üstünlüyü avtomatik qəbul edilir və dünyanı "birqütblü" adlandırmaq onlara sərf etmir. Əksinə, dünya qütbləri olmayan, hər bir ölkənin azad tərəqqi etmək şansına malik olduğu, universal qaydalarla qarşılıqlı münasibətlər qurulduğu sistem kimi təqdim edilir. Yekun olaraq, dünyanın sabitliyindən, qarşılıqlı asılılığından və inkişafından hamı qazanır (bax: əvvəlki mənbəyə).
Buna əks olan yanaşmaya görə isə liberal dünya nizamı qeyri-stabildir və böhran vəziyyətinə yaxındır. Bu yanaşmaya görə, dünya faktiki olaraq birqütblüdür, çünki ABŞ və müttəfiqlərinin hegemonluğuna əsaslanır (bax: əvvəlki mənbəyə). Ancaq bu model perspektivli sayılmır. Yeni güc mərkəzlərinin yaranması isə alternativlərin meydana gəldiyini ifadə edir. Buna görə də həmin yanaşmanın tərəfdarları çoxqütblü dünya modelini irəli sürürlər. Bu modelə görə, dünya bərabərhüquqlu tərəfdaşlar cəmiyyətidir, BMT başda olmaqla, beynəlxalq təşkilatların proseslərin tənzimlənməsində rolu böyükdür.
Qütblü dünya: qütbsüzlüyə doğru
Bunlardan başqa, mütəxəssislər ən azı daha iki yanaşmadan bəhs edirlər. Onlardan biri dünyanın qütbsüz olmasından ibarətdir. Bu model üçün xaotik və sürətlə dəyişən dünya, "hamının hamıya qarşı müharibəsi", ənənəvi institutların iflası xarakterikdir (bax: əvvəlki mənbəyə). Maraqlıdır ki, milli dövlətçiliyin də bu yanaşma çərçivəsində iflas etməkdə olduğu iddia edilir. Aydındır ki, bu yanaşmada dünyanın yeni balanslı vəziyyətə keçidi deyil, tamamilə xaosa düçar olması və ondan sonra prinsipial olaraq yeni nizamlı vəziyyətin meydana gəlməsi qəbul edilir. O da vurğulanır ki, həmin yanaşma akademik tədqiqatlar çərçivəsindən kənara çıxa bilməyib.
Nəhayət, sonuncu ssenari ondan ibarətdir ki, yeni ikiqütblü dünyanın formalaşması prosesi gedir. Lakin bu yanaşmanın başlıca sualı ikinci qütbün kim olmasında konkretliyin olmaması ilə bağlıdır. İkinci qütb rolunu oynaya biləcək güc hələ də dəqiq deyil. Namizədlər mövcuddur: Çin, Rusiya, Hindistan, Avropa İttifaqı, Yaponiya və s. Bunlar da qətiyyətlə ikinci qütb olmaqdan çox, ya liberal modelə uyğunlaşıblar (Avropa İttifaqı, Yaponiya və s.), ya da çoxqütblülükdən danışıblar (Rusiya, Çin, Hindistan və başqaları) (bax: əvvəlki mənbəyə). Bu zaman onlar bu cür mövqe tutduqlarına görə müəyyən dərəcədə "mükafatlarını" da alıblar. Deməli, dolayısı ilə birqütblü dünya modelinə xidmət ediblər. Bir sıra ekspertlər Çinlə bağlı məhz bu kontekstdə fikirlər irəli sürüblər.
Bunların fonunda daha maraqlısı ondan ibarətdir ki, ekspertlər dünyanı bu dərəcədə mürəkkəbləşdirən gücün alternativlər sırasında olmadığını, hazırda qlobal lider kimi qəbul edilən ABŞ-ın vəziyyəti qeyri-müəyyən etdiyini iddia edirlər. Yəni faktiki olaraq artıq formalaşmış postbipolyar dünyanı Amerika "qarışdırır". Bunu mütəxəssislər beynəlxalq münasibətlərdə "unikal mərhələ" adlandırırlar. Çünki qlobal liderin dünya nizamını transformasiya etdiyi məlumdur, lakin bunu hansı məqsədlə həyata keçirdiyi barədə konkret təsəvvürlər yoxdur. Vaşinqtonun məqsədi nədir: dünyada öz xeyrinə dəyişiklik etməkmi, yeni alternativləri qorxutmaqmı, yoxsa digərlərini sistem səhvləri etməyə təhrik edərək, ondan istifadə etməkmi? (bax: əvvəlki mənbəyə).
Bu müddəaların fonunda Donald Trampı "dağıdıcı fiqur" rolunda görənlər yanılırlar. Bir müddət sonra dünyanın öncəki düzənə qayıdacağı nəticəsi inandırıcı görünmür. Hansısa fundamental proseslər gedir. Onun əlaməti kimi, aşağıdakı tezis irəli sürülür: "...böyük oyunçular əvvəlki kimi deyillər: Çin köhnə nizam üçün çox böyükdür, Rusiya onun üçün son dərəcə inadkar və sərbəstdir, Avropa İttifaqı daha çox avtonomdur" (bax: əvvəlki mənbəyə).
Bu müqayisələrdən hansı geosiyasi nəticəni çıxarmaq olar? Belə təəssürat yaranır ki, qlobal geosiyasət hazırda konkret bir modelə uyğun gəlmir. Onu dünyanın böyük dövlətləri "silkələyib" köhnə nizamlılıqdan çıxarmağa çalışırlar. Bu zaman ABŞ, Rusiya, Çin və Avropa İttifaqı başlıca oyunçular təəssüratı bağışlayırlar. O halda qlobal geosiyasi mənzərənin dəyişmə dinamikasının həmin qüvvələr arasında münasibətlərin məzmunundan asılı olacağı qənaəti alınır. Bu isə tam qeyri-müəyyənlikdir. Çünki vurğulanan güclərin bir-birini tam məğlub etmək imkanları yoxdur, eyni zamanda, geri çəkilmək niyyətini də nümayiş etdirmirlər.
Bunlardan belə nəticəyə gələ bilərik ki, qlobal geosiyasətdə hansı modelin qalib gələcəyini proqnozlaşdırmaq xeyli çətindir və hətta indiki mərhələdə mümkün deyil. Görünür, hələ bir müddət dünya "idarəedilən xaos dəhlizi"ndə qalacaq. Ondan sonra təkqütblü, ikiqütblü və ya çoxqütblü dünya nizamının formalaşacağını zaman göstərəcək. Hətta heç bir qütbü olmayan, çox sayda aparıcı qüvvəsi olan bir dünya da yarana bilər. Əsas odur ki, yeni nizam hər bir xalqa və ölkəyə sülh, rifah və əmin-amanlıq gətirsin. Deyəsən, müasir dünyanın həll edilməyən başlıca məsələsi də elə bundan ibarətdir. Böyük oyunçular xalqların rifahını düşünmürlər. Bu düşüncəni necə dəyişməli? Bu sualı isə heç qoymurlar!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM