Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

09:36 / 19.08.2019

Xəzər hövzəsinin qlobal geosiyasət üçün əhəmiyyəti haqqında ekspertlərin fikirləri mövcuddur. Bu məkanda hövzənin təhlükəsizliyi ilə paralel olaraq əməkdaşlıq məsələsinin də həllinin vacibliyi vurğulanır. 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra qarşılıqlı faydalı əməkdaşlıq imkanları da artdı. Həmin aspektdə Xəzər İqtisadi Forumu bir əməkdaşlıq formatı kimi maraq doğurur. Türkmənistanda keçirilən Birinci İqtisadi Forumda Xəzəryanı ölkələrin yüksək səviyyəli təmsilçiləri ilə yanaşı, bir sıra dövlətlərdən qonaqlar da iştirak ediblər. Bu onu göstərir ki, belə əməkdaşlıq formatı qlobal səviyyədə ciddi dəstək qazana bilər. Forumda səsləndirilən fikirlərin prizmasından bu tezis kifayət qədər inandırıcı görünür. Həmin çərçivədə Xəzər İqtisadi Forumunun geosiyasi, iqtisadi və təhlükəsizliyin təmini aspektlərində təhlili üzərində geniş dayanmaq istərdik.

Qlobal təhlükəsizlik və regional inteqrasiya: qarşılıqlı əlaqələr

Regional inteqrasiya müasir tarixi mərhələdə qlobal təhlükəsizliyin mühüm elementlərindən biri kimi qəbul edilir. Dünya qloballaşdıqca onun altsistemləri olan müxtəlif regionlarda dayanıqlı inkişafı, sabitliyi və təhlükəsizliyi təmin edən proseslərin təşviqinə də ehtiyac artır. Məlumdur ki, Xəzər hövzəsi bir sıra səbəblərdən dünya üçün böyük əhəmiyyətə malikdir. Xəzər regionu siyasi, geosiyasi, iqtisadi, enerji və mədəni faktorlara görə, əsrlərdir ki, diqqət mərkəzində olub. XXI əsrin başlanğıcında isə Xəzər hövzəsinin əhəmiyyəti daha da artıb.

Onun üç mühüm aspekti vardır. Birincisi, Xəzər regionu enerji ehtiyatları ilə zəngindir. Hətta o dərəcədə ki, dünyanın enerji təhlükəsizliyinə çox ciddi təsir göstərir. İkincisi, çağdaş geosiyasi gerçəklik ondan ibarətdir ki, böyük güclər Xəzər uğrunda aktiv mübarizə aparırlar. Üçüncüsü, Xəzəryanı müstəqil dövlətlərin əməkdaşlıq modelinin hüquqi əsası yeni formalaşır. Bu üç faktor Xəzər məsələsini bir çox aspektlərdə həm ekspertlər, həm siyasilər, həm də işgüzar dairələr üçün olduqca əhəmiyyətli edir.

Qeyd etdiyimiz məqamların işığında Xəzər İqtisadi Forumunun müxtəlif aspektlərdə əhəmiyyəti aydın görünür. Birinci forum avqustun 11-12-də Türkmənistanda baş tutub. Forumda Azərbaycanın Baş Naziri Novruz Məmmədov, Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin iştirak ediblər. Qonaq qismində isə Bolqarıstanı Baş Nazir Boyko Borisov və Özbəkistanı Baş Nazir Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri təmsil ediblər. Bunlarla yanaşı, tədbirə Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri də qatılıblar.

Birinci Xəzər İqtisadi Forumunda müzakirəyə müxtəlif məsələlər çıxarılıb. Onların sırasında ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal rolu kimi strateji əhəmiyyətli məsələlər də olub. Həmin bağlılıqda Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən sahələrdə (məsələn, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və s. sferalar üzrə) investisiya cəlbediciliyi müzakirə olunub.

Bunlardan başqa, forum çərçivəsində beynəlxalq konfrans və sərgi təşkil edilib, biznes adamlarının görüşü olub. Deməli, faktiki olaraq, Xəzər İqtisadi Forumu tam formatda ciddi müzakirələrin aparıldığı tədbir kimi təşkil edilib. Bu, iştirakçı dövlətlərin həmin istiqamətdə qarşıya qoyulan məqsədlərə ciddi yanaşdıqlarını və onun perspektivinə inandıqlarını göstərir. Həmin tezisi Xəzər hövzəsində əməkdaşlıq məsələsinə ümumi yanaşmanı ifadə edən və forumda səslənən fikirlərin məzmunu da təsdiq edir.

Birinci Xəzər İqtisadi Forumunun açılışında çıxış edən Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev həmin bağlılıqda maraqlı fikirlər səsləndirib. O vurğulayıb ki, forumun xüsusi bir vəzifəsi mövcuddur. Bu aspektdə "Xəzər beşliyi çərçivəsində yüksək səviyyəli əməkdaşlıq sisteminin işgüzar və ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin effektiv və müasir mexanizmi ilə tamamlanması, mühüm siyasi qərarların konkret qarşılıqlı faydalı layihələrlə gücləndirilməsi" xüsusi əhəmiyyət kəs edir.

Fikirlərinə davam edən D.Medvedev Xəzərin hüquqi statusu haqqında konvensiyanın imzalanmasını Xəzəryanı ölkələrin qarşılıqlı qərarlarının həll edilməsi üçün əsas faktorlardan biri kimi qiymətləndirib. Neft və qaz isə Xəzəryanı ölkələr üçün geostrateji əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, Rusiyanın Baş Naziri "müasir iqtisadiyyatda təkcə neft və qaz hasilatı ilə kifayətlənməməyi, rəqəmsal texnologiya, əmtəə və xidmətlərin sərbəst hərəkətinin, xalis energetika, rasional təbiətdən istifadənin əhəmiyyətini" ayrıca vurğulayıb. Eyni zamanda, Xəzəryanı dövlətlər bu tendensiyalardan kənarda qalmamalıdırlar.

Azərbaycan və Xəzəryanı dövlətlər: yeni səviyyədə əməkdaşlığa doğru

Vurğulanan fikirlərin işığında Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun Xəzər İqtisadi Forumundakı çıxışında ifadə etdiyi fikirlər olduqca maraqlıdır. Novruz Məmmədov vurğulayıb ki, "Azərbaycan Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü alqışlayır. ...Bu forum Xəzəryanı ölkələr arasında əməkdaşlığın fəallaşdırılmasının yeni formatı olacaq".

Bu tezis Azərbaycan rəhbərliyinin regional əməkdaşlığa yanaşmasının məntiqinə, məzmununa və məqsədlərinə tam uyğundur. Rəsmi Bakı göstərir ki, Xəzər İqtisadi Forumuna davamlı, qarşılıqlı faydalı, perspektivli və uzunmüddətli əməkdaşlıq formatı kimi yanaşır. Bu, həm Azərbaycan hakimiyyətinin Xəzəryanı dövlətlərin əməkdaşlığında çox maraqlı olduğunu, həm də ciddi siyasi iradə ilə bu prosesdə iştirak etmək əzmində olduğunu əks etdirir. Bir sözlə, Azərbaycan mahiyyətcə sülhsevər, demokratik, əməkdaşlığa tam açıq olan dövlətdir.

Azərbaycanın Baş Naziri fikirlərinə davam edərək, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Xəzər regionunun iqtisadi inkişafı məsələsinin daha da aktuallaşdığını vurğulayıb. Xəzər İqtisadi Forumu həmin kontekstdə böyük əhəmiyyət kəsb edir. Forum ticarət, nəqliyyat, investisiya və turizm sahələrində əməkdaşlığa əlavə təkan verəcək. Bu baxımdan forum çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin keçirilməsi də mühüm hadisədir. Çünki "...belə sərgilərin keçirilməsi Xəzəryanı ölkələrin biznes dairələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə və regionda informasiya kontentinin yaxşılaşmasına şərait yaradacaq, sahibkarlar arasında bilavasitə görüşlərin keçirilməsi isə regionun ümumən firavanlaşması işində mühüm rol oynayacaq".

Novruz Məmmədov tədbir iştirakçılarının diqqətinə mühüm bir məqamı da çatdırıb. Baş Nazir Azərbaycanın Xəzəryanı dövlətlərin də daxil olduğu proqramların, müxtəlif xarakterli transmilli layihələrin, logistik xidmətlərin həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edib. Konkret olaraq, "2019-cu ilin birinci yarısında Xəzəryanı dövlətlərlə Azərbaycanın ticarət dövriyyəsi əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 28 faizdən çox artıb. Eyni dövrdə ölkəmizin xarici ticarət dövriyyəsində Xəzəryanı dövlətlərin payı 11 faizdən çox olub".

Bu xüsusda Novruz Məmmədov beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafının təmin edilməsinin region iqtisadiyyatının effektivliyinin artırılmasında mühüm rol oynadığını da ifadə edib. O cümlədən "nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətlərimizin iqtisadi imkanlarını genişləndirir, onların əhəmiyyətini artırır".

Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq layihələrinin həyata keçirilməsi çərçivəsində çox fəal əməkdaşlıq edir. Məsələn, "2018-ci ildə "Şərq-Qərb" marşrutu üzrə ölkəmizin ərazisindən keçməklə, ümumi çəkisi 9 milyon tondan çox olan tranzit yüklər daşınıb. Qeyri-neft məhsullarının tranzitində daha güclü artım müşahidə olunub. Bu artım 49 faizə bərabərdir. "Şimal-Cənub" marşrutu üzrə yüklərin tranzitinin həcmində 8 dəfə artım qeydə alınıb. Bu rəqəmlər bir daha göstərir ki, tranzit yolların genişlənməsi davam edir, ticarət dövriyyəsi artır, bu da son nəticədə bütövlükdə regionun firavanlaşmasına doğru aparır".

Beləliklə, Xəzər İqtisadi Forumu çox ciddi əhəmiyyəti olan əməkdaşlıq formatıdır. Və Azərbaycan bu kimi addımlara yüksək qiymət verir. Eyni zamanda, ölkə rəhbərliyi həmin istiqamətdə fəal addımlar atır, qarşılıqlı hörmətə və etimada əsaslanan hər bir əməkdaşlıq formatına tam açıqdır. Bu kontekstdə Azərbaycanın kifayət qədər təcrübəsi və hazırlığı mövcuddur. Baş Nazir Novruz Məmmədovun Birinci Xəzər İqtisadi Forumundakı çıxışı da bunu təsdiq edən faktlardandır.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM