“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər

19:30 / 19.08.2019

“Newtimes.az” portalında “Suriya düyünü”: təhlükəsizlik zonası və risklər” sərlövhəli məqalə dərc edilib. Strategiya.az məqaləni təqdim edir.

Yaxın Şərqin hazırda ən həssas problemi olan Suriya məsələsinin həllinin sonu görünmür. Son zamanlar ekspertlər əsas olaraq üzərində ABŞ və Türkiyənin işlədiyi təhlükəsizlik zonasının yaradılması şansından bəhs edirlər. Tərəflər artıq bir sıra məsələlərdə ortaq mövqeyə gəliblər. Hətta yaxın günlərdə birgə fəaliyyət mərkəzinin işə başlaması da gözlənilir. Lakin bununla problemin həll ediləcəyini gözləmək doğru olmazdı. Ankara və Vaşinqton təhlükəsizlik zonası ilə bağlı prinsipial punktlarda razılığa gələ bilmirlər. Əsas maneə Suriyadakı terror qruplarını Amerikanın müdafiə etməsi ilə bağlıdır. Konkret olaraq kürdlərin radikal təşkilatları olan PYD/YPG-ni Vaşinqton müdafiə etməkdədir. Türkiyə isə terrorçuların Fərat çayının şərq sahilindən uzaqlaşdırılacaqlarını qətiyyətlə ifadə edir. Bu proseslərə bütövlükdə geosiyasi dinamika çərçivəsində yanaşdıqda, maraqlı mənzərə alınır. Həmin aspektdə “Suriya düyünü”nün həll edilməsinin geosiyasi konteksti üzərində geniş dayanmaq istərdik.

Növbəti mərhələ: Vaşinqton və Ankara ortaq mövqeyə gələ biləcəklərmi?

Suriya məsələsinin həllinin yeni mərhələyə qədəm qoyduğu haqqında fikirlər səslənir. Bu dəfə hadisələrin mərkəzində Türkiyə vardır. Ankaranın Suriya ilə bağlı rolu həm ABŞ, həm də Rusiya üçün daha da yüksəlib. Səbəbi konkretdir: Türkiyə Suriyada maraqlarının təmin olunması məsələsini çox kəskin və qəti qoyub! Onun buna haqqı varmı? Bizcə, tam haqqı vardır. Çünki dünyanın ən uzaq guşələrindən gəlib, Suriyada maraq axtaranlar özlərini hakimi-mütləq kimi aparmağa çalışırlarsa, onda Türkiyə və İran kimi Suriyaya qonşu olan dövlətlər də öz tələblərini dilə gətirə bilərlər.

Ankaranın ümumi geosiyasi maraqlardan başqa, təhlükəsizliklə bağlı qayğıları da vardır. Məsələ ondan ibarətdir ki, Suriya və İraqda fəaliyyət göstərən radikal terror qrupları hər kəsdən öncə Türkiyəyə qarşı işlər görürlər. Hətta türk dövlətçiliyinin ilk etapda ən azından zəiflədilməsi və sonradan tamamilə aradan qaldırılması istiqamətində absurd planlar qururlar. Daha doğrusu, onların havadarları belə planları ortaya atıb Yaxın Şərqdəki xalqları bir-birinə düşmən etməyə çalışırlar. Strateji məqsəd də aydındır: ümumiyyətlə, müsəlman ölkələrində dövlətçiliyi zəiflətmək.

Bu müddəaların işığında Türkiyənin Suriyada fəallaşması tamamilə normal və məntiqi görünür. Ankara tələb edir ki, Fərat çayının şərq hissəsində olan terror qrupları oradan çıxarılsın, 32 kilometrlik təhlükəsizlik zonası yaradılsın, öz evlərini tərk etmiş suriyalılar (onların sayı 4 milyona yaxındır) yurdlarına qayıtsınlar, yerlərdə əhalinin üstünlük təşkil edən etnik qrupları idarəçiliyi həyata keçirsinlər və təhlükəsizlik zonasına Türkiyə nəzarət etsin.

Təhlükəsizlik zonası Suriyanın şimalında Türkiyə-Suriya sərhədi boyu yaradılmalıdır. Daha doğrusu, bunu Ankara istəyir. Amerika isə həm təhlükəsizlik zonasının uzunluğunu məhdudlaşdırmağa cəhd edir, həm də enini azaltmaq fikrinə düşüb. Son danışıqlarda Vaşinqtonla Ankara təhlükəsizlik zonasının uzunluğu haqqında razılığa gəliblər. Təhlükəsiz bölgənın eni və oraya nəzarətlə bağlı isə fikir ayrılığı qalır.

Vaşinqtonun son təklifinə görə, Türkiyə ancaq 5 kilometr enində təhlükəsizlik zonasına tam nəzarət edə bilər. Orada terror qruplarından kimsə olmamalıdır. Ancaq türk əsgəri yaşayış məntəqələrinə daxil ola bilməz. Yaşayış məntəqələrinə yerli özünüidarə orqanları nəzarət etməlidir. Bundan sonrakı 9 kilometrlik məkanda YPG/SDQ ağır silahlar saxlaya bilməz. Onlar orada ancaq yüngül silahlarla mövcud ola bilərlər. Türkiyə həmin zolağa daxil olmaq hüququna malik deyil. ABŞ əsgərləri isə 9 kilometrlik zonada hökmranlıq edə bilərlər.

Nəhayət, bundan sonrakı 14 kilometrdə Türkiyə, ümumiyyətlə, heç bir formada mövcud olmamalıdır. Oraya tam olaraq PYD/YPG və Amerika hərbçiləri nəzarət edə bilərlər. Terror qrupu həmin zonada ağır silahlarını da saxlaya bilər. Bununla yanaşı, son razılaşmada Türkiyə insansız hava aparatları ilə vurğulanan əraziyə havadan nəzarət edə bilər. Bu nəzarət əsas olaraq kəşfiyyat xarakterli ola bilər.

Türkiyə mətbuatında dərc edilən məlumatlara görə, Amerika ilə Türkiyə arasında təhlükəsizlik zonası ilə bağlı aparılan danışıqların ümumi məzmunu bu cürdür. Lakin diplomatik mənbələr vəziyyətin hələ də qeyri-müəyyən olduğunu vurğulayırlar. Doğrudan da, hələ cavabı məlum olmayan geosiyasi suallar çoxdur. Onların sırasında Dəməşqin bu sövdələşməyə münasibəti əsas yerlərdən birini tutur. Bəşər Əsəd artıq ABŞ-Türkiyə razılaşmasını qətiyyətlə rədd etdiklərini bəyan edib. Suriya Xarici İşlər Nazirliyindən də analoji açıqlama verilib.

Qeyri-müəyyənlikdən xilas yolu: axtarışlarda ziddiyyətli məqamlar

Moskvanın da bu razılaşmadan tam razı qalmadığı məlumdur. Bir çox ekspertlərin rəyinə görə, Kreml Suriyadakı kürdlərlə gizli razılığa gələ bilər. Bununla bağlı müəyyən manevrlərin olduğu haqqında da informasiyalar yayılır. Lakin konkret olaraq ortada bir dəyişiklik yoxdur. İdlib istiqamətində isə B.Əsəd, Rusiya və İran güclərinin fəallaşdıqları barədə informasiyalar mövcuddur. Maraqlıdır ki, artıq bir neçə aydır həmin istiqamətdə onlar ciddi bir uğur əldə edə bilmirlər. Əksinə, bölgədəki müqavimət dəstələri Dəməşqə və himayədarlarına ağır zərbələr endirirlər. Bunlar onu göstərir ki, məsələ heç də Türkiyə ilə bağlı deyil. İdlibdə olan mötədil müxalifət var gücü ilə müdafiə olunur.

Bunlarla yanaşı, ABŞ-la Türkiyə arasında Suriyanın şimalında təhlükəsizlik dəhlizinin təşkili və ona nəzarətlə bağlı ciddi mövqe fərqliliyi hələ də qalır. Vaşinqton geosiyasi maraqlarını əsas tutaraq terror qruplaşmasına dəstəyini çəkmir. İndi seçdiyi taktikada isə həm radikallara yardım etmək, həm də Türkiyəyə müəyyən güzəştə getmək üsulu hiss olunur. Yəni ümid edilir ki, Ankara bu tələyə düşəcək və Amerika terrorçularla Türkiyə dövləti arasında diplomatik manevrlərlə hər ikisini idarə edə biləcək. Ancaq Türkiyə rəhbərliyi tam açıqlığı ilə bəyan edir ki, bu cür fırıldaqlar keçməz. Məsələ qətidir: terror qrupları o ərazilərdən qeyd-şərtsiz çıxmalıdırlar. Vaşinqton Türkiyə ilə birgə hərəkət etməsə, Ankara təkbaşına bunu edəcək. Qarşısına amerikan əsgərləri çıxsa, onları da əzib keçəcək.

Təbii ki, bu ssenari heç arzuedilən deyil. Çünki ABŞ və Türkiyə NATO-da müttəfiqdirlər və ayrıca Amerika dünyanın ən güclü hərbi potensialına malikdir. Lakin Türkiyə üçün məsələ ölüm-qalım məsələsidir. Artıq təhlükəsizliklə bağlı "qırmızı xəttə" çatılıb. Ankaranın geri çəkilməyə məkanı yoxdur. Buna görədir ki, Türkiyə ordusu Suriya sərhədində qüvvələrini cəmləşdirməyə davam edir. Müdafiə naziri Hulusi Akarın verdiyi informasiyaya görə, artıq tələb olunan qüvvələrin 85 faizi lazım olan yerə yerləşdirilib. Deməli, Ankara məsələyə son dərəcə ciddi yanaşır.

Ankaranın təkidli olmasının səbəblərindən biri Yaxın Şərqdə yeni geosiyasi düzənin formalaşması ilə əlaqəlidir. Artıq ekspertlər də vurğulayırlar ki, prosesin silahlı toqquşma mərhələsi arxada qalır. Bundan sonra məsələlərin siyasi həllinə üstünlük verilməlidir. O cümlədən Suriyanın yeni konstitusiyası hazırlanıb qəbul edilməlidir. Böyük dövlətlər masada əllərini gücləndirməyə çalışırlar. Amerikanın planları isə uzaq hədəflərlə bağlıdır. Vaşinqton Yaxın Şərqdə özünə sadiq radikal qrupları saxlamaqla yerli dövlətlərə təsir rıçaqlarına malik olmağa cəhd edir. Ancaq düşündürücü odur ki, Vaşinqton yerli hakimiyyətlərlə deyil, qanunsuz qruplarla işləməyə üstünlük verir. Bu da ondan xəbər verir ki, regionda hələ uzun müddət təhlükələr və risklər qala bilər.

Bütün bunların fonunda Türkiyənin “terror dəhlizi”ni parçalaması region dövlətlərinin də marağına uyğun görünür. Bu prosesdə Ankaraya dəstək verilməlidir. Eyni zamanda, çox şeyin Türkiyə və Suriya hökumətlərinin münasibətlərindən asılı olacağı da hiss edilir. Həmin aspektdə ekspertlər Rusiya, İran və Türkiyə rəhbərlərinin növbəti görüşünə böyük maraq göstərirlər. Həmin görüşdən sonra Türkiyə, Rusiya, Fransa və Almaniya Suriya problemini müzakirə etməlidirlər. Deməli, məsələnin diplomatik yolla həlli istiqamətində yaxın zamanlarda irəliləyişin olması mümkündür.

Yuxarıda vurğulanan faktlar göstərir ki, “Suriya düyünü”nün açılması perspektivi hələlik aydın deyil. Meydanda güclü oyunçular manevrlərini davam etdirirlər. İndiki mərhələdə bütün diqqətlər ABŞ-Türkiyə münasibətlərinə istiqamətlənib. Əgər Ankara ilə Vaşinqton bütün məsələlərdə razılığa gələ bilsələr, problemin həlli sürətlənəcək. Əks halda, qeyri-müəyyənlik daha da artacaq. Ekspertlərin rəyinə görə, ABŞ və Türkiyənin bütün məsələlər üzrə ortaq mövqeyə gəlməsi ehtimalı çox azdır. Bu səbəbdən də “Suriya düyünü”nün daha da dolaşa biləcəyi proqnozlaşdırılır.

Bütün hallarda artıq Suriya ilə bağlı vəziyyətin yeni geosiyasi ölçülər kəsb etməyə başladığını vurğulamaq olar. Ola bilsin ki, bu, sonuncu mərhələdir. Lakin onun qeyri-müəyyənliyi azaldacağına dəlalət edən gedişat gözə dəymir. Bu səbəbdən hələlik “Suriya düyünü” “Qordi düyünü” təsiri bağışlayır!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM