"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

07:46 / 25.08.2019

Prezident İlham Əliyevin təşəbbüsü: enerji sferasında mühüm yenilik

Enerji siyasəti dünya üçün strateji əhəmiyyətli bir faktordur. Hazırda böyük dövlətlər enerji sahəsində üstünlüyü ələ almaq naminə ciddi mübarizə aparırlar. Son dövrlərdə bu mübarizə o dərəcədə intensivləşib ki, qlobal miqyaslı ciddi böhranların meydana gəlməsini daha çox məhz həmin faktorla əlaqələndirirlər. Konkret olaraq, ABŞ dünyanın enerjidaşıyıcıları ilə zəngin olan böyük dövlətlərilə kəskin rəqabətdədir. Bu kontekstdə Amerika daha çox Rusiya, Aİ, Səudiyyə Ərəbistanı, Venesuela, İran, Meksika və digər ölkələrin enerji siyasətinə ciddi təsir göstərməyə cəhd göstərir.

Vaşinqton başlıca olaraq neft və qazın qiymətini özünün maraqlarına uyğun tənzimləməyə çalışır. Bunun üçün o, "qaya qazı" (və ya "şist qaz") istehsalını artırır. Bu proses genişləndiyi halda dünya bazarında təbii qazın qiymətini Amerika müəyyən edəcək. Ekspertlər bu aspektdə iki vacib məqamı vurğulayırlar. Birincisi, dünya bazarında enerjidaşıyıcılarının qiyməti bazarın real tələbatına görə deyil, daha çox geosiyasi və siyasi faktorlara görə dəyişmə riski ilə üzləşib. İkincisi, belə bir şəraitdə müstəqil dövlətlərin öz milli təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmasına ehtiyac getdikcə artır.

Bu iki faktorun işığında bir tərəfdən, böyük dövlətlərin bir-biri ilə rəqabətində risk faktoru yüksəlir, digər tərəfdən, Azərbaycan kimi müstəqil siyasət yeridən dövlətlərin enerji siyasətinin yeni şəraitə daha çevik reaksiya verməsi zərurəti yaranır. Birinci məsələ ilə bağlı hazırda situasiya ürəkaçan deyil. ABŞ, Rusiya, Çin, İran və digər böyük dövlətlər enerji sahəsində nüfuz savaşlarını daha da intensivləşdirməklə yanaşı, silahlı qarşıdurmadan da çəkinmirlər. İndi enerji ilə bağlı üç məkanda – Yaxın Şərq, Venesuela və İranda vəziyyət gərgindir. Heç kəs təminat verə bilməz ki, buna bənzər proseslər digər ölkələrdə də başlamayacaq.

Bütün bunlar ekspertləri daha ehtiyatlı proqnozlar verməyə təhrik edir. Məsələn, ukraynalı ekspert Aleksandr Oxrimenko hesab edir ki, "hələlik OPEC dünya neft bazarında əsas oyunçudur və orada əsas rolu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri oynayır. Lakin dünya dəyişir. Əgər əvvəllər ABŞ neftin əsas alıcısı idisə, indi dünyada enerji resurslarının əsas satıcısına çevrilir. Faktiki olaraq, ABŞ OPEC ilə rəqabət aparır və gələcəkdə belə mürəkkəb şəraitdə OPEC-in dünya neft bazarında rolunun azalması istisna olunmur. Ona görə də mən hətta OPEC-in yeniləşməsini istisna etməzdim".

Bu kimi qiymətləndirmələr OPEC-ə üzv və qeyri-üzv ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi işığında daha əhəmiyyətli görünür. Ukraynalı ekspert də bunu Azərbaycan üçün müsbət hal hesab edir. Çünki onun qənaətinə görə, OPEC dünya neft bazarında əsas oyunçudur. Azərbaycan da "OPEC+" formatının təşəbbüskarı və iştirakçısıdır. Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında bu təşkilatın bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib. Bununla yanaşı, Müştərək Texniki Komissiyanın bazarın balanslaşdırılması üzrə tövsiyələri dinlənilib. Bu qurumun neft istehsalının azaldılmasına dair öhdəliklərə əməl etmə səviyyəsi də nəzərdən keçirilib.

Azərbaycan üçün bu cür müzakirələrin əhəmiyyətli tərəflərindən biri, bu formatın tətbiq edilməsi təşəbbüsünü hələ 2016-cı ildə Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda çıxışı zamanı irəli sürməsi ilə bağlıdır. Orada dövlət başçısı neft istehsal edən ölkələrin "OPEC+" formatında iclasının keçirilməsi tezisini irəli sürərək, bu formatın OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını keçirməyə imkan verəcəyini əsaslandırmış, o cümlədən enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini təşkil etmək şansının meydana gələcəyini ifadə etmişdi.

Davamlı inkişaf yolunda: milli təhlükəsizliyin təmini

Mütləq vurğulamaq lazımdır ki, o zaman İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması ilə bağlı məqamların da təhlilini vermişdi. Bütün bunların dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında mühüm rol oynadığını təcrübə göstərdi. Şübhəsiz ki, Azərbaycan Prezidentinin həmin prosesdə xidməti danılmazdır. Konkret desək, dövlət başçısının səmərəli təklifləri və irəli sürdüyü təşəbbüslər dünya enerji bazarında stabilləşməyə ciddi töhfə verdi.

Bakıda "OPEC+" əməkdaşlığı çərçivəsində tədbirin keçirilməsi yuxarıda vurğulanan məqamların işığında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan dünya üçün faydalı olan bu prosesin həm təşəbbüskarı, həm də fəal iştirakçısı kimi qlobal enerji təhlükəsizliyinə böyük töhfə verdiyini növbəti dəfə təsdiq etmiş oldu. Neftin qiymətinin dünya miqyasında real təklifə uyğun formalaşdırılması sağlam qlobal iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Bundan başqa, dünya üzrə davamlı inkişafın bərqərar olmasına da ciddi xidmət göstərir.

İndi məlumdur ki, qlobal səviyyədə davamlı inkişaf məsələsi BMT-nin 2030-cu ilə qədər strateji inkişaf konsepsiyasının əsas bəndlərindən birini təşkil edir. Deməli, Azərbaycan Prezidenti, faktiki olaraq, dünya əhalisinin ümumi rifahına təkan verən bir təşəbbüslə çıxış edib.

Bu məqamı ekspertlər bütövlükdə Azərbaycan dövlətçiliyinin mühüm əlamətlərindən biri kimi qiymətləndirirlər. Konkret desək, Azərbaycan müstəqil dövlət quruculuğu strategiyasında əməkdaşlığa, bərabərhüquqlu tərəfdaşlıq prinsipinə, ədalətliliyə və qarşılıqlı faydalı əlaqələrin qurulmasına üstünlük verir. Rəsmi Bakının xarici siyasətində barış və əməkdaşlıq motivi həlledici yer tutur. Etiraf etmək lazımdır ki, bu məqam müasir dövlətlər üçün olduqca böyük əhəmiyyət kəsb edir. Çünki dünyanın qarışıq mərhələsində real və səmimi əməkdaşlıq xəttini seçən dövlətlərin mövcudluğu çox əhəmiyyətlidir.

Məsələnin başqa vacib aspekti Azərbaycan rəhbərliyinin milli təhlükəsizliyin təmini üçün enerji siyasətindən maksimum dərəcədə istifadə etməsi ilə bağlıdır. Vaxtında və lazımi səviyyədə həssaslıqla OPEC-lə əməkdaşlıq düzgün strategiya seçiminin nəticəsidir. Bunun arxasında isə yalnız milli maraqların təmini və milli təhlükəsizlik məsələsinin həll edilməsi dayanır. Milli təhlükəsizlik hazırda müstəqilliyini əldə etmiş bütün ölkələr üçün vacib faktordur. Onun yerinə yetirilməsi üçün düzgün diplomatik və siyasi kurs müəyyən etmək gərəkdir. Azərbaycan rəhbərliyi bu vəzifənin öhdəsindən böyük uğurla gəlir.

Beləliklə, dünya enerji mühiti üçün strateji əhəmiyyəti olan növbəti tədbirlərdən birinin Bakıda keçirilməsi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinin əlamətidir. Azərbaycan, faktiki olaraq, dünya miqyasında enerji siyasətinin dinamikasına ciddi təsir göstərən ölkəyə çevrilib. Bu isə o deməkdir ki, ölkənin milli təhlükəsizliyi daha geniş aspektdə təmin olunur. Eyni zamanda, Azərbaycan regionun lider dövləti kimi bütün sferalarda söz sahibidir.

Şübhə yoxdur ki, bu gedişat regional münaqişələrin həllində Azərbaycanın rolu və çəkisinin daha da artmasına yeni təkan verir. Onun fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində forpost ölkənin qarşıya çıxardığı müxtəlif xarakterli təxribatların da ömrünün az olduğu qənaəti yaranır. Bütün dünya üçün böyük əhəmiyyəti olan bir ölkənin – Azərbaycanın haqq səsinin eşidilməsi sadəcə bir zərurətə çevrilib. Bunun bütün böyük dövlətlər tərəfindən dərk edilməsinin vacibliyi vurğulanmalıdır. Həmin mənada "OPEC+" formatı bütövlükdə dünya üçün mühüm bir müzakirə platforması kimi qiymətləndirilir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM