Ekspertlərin qənaətinə görə, Brüssel bir sıra geosiyasi məsələlərdə daha fəal və müstəqil mövqe tutmağa başlayır. Buna nümunə olaraq Avropa İttifaqının Böyük Britaniya və Rusiya siyasəti göstərilir. Lakin Brüsselin bu dövlətlərin hər biri istiqamətində mövqeyi fərqlidir. Böyük Britaniya ilə bağlı "Breksit" məsələsi aktualdırsa, Rusiya istiqamətində problemlər çoxdur. Londona münasibətdə Brüssel "ağrısız boşanma"nın yollarını axtarırsa, Moskva ilə daha ciddi və daha çox məsələlərdə fikir ayrılığı vardır. Söhbət Aİ-nin, ümumiyyətlə, Rusiya ilə əməkdaşlıq edib-etməməsindən gedirsə, Böyük Britaniya ilə "Breksit"dən sonra da sıx əməkdaşlıq üsullarından gedir. Yəni London amili Avropanın bütövlüyü məsələsidirsə, Rusiya ən yaxşı halda "mehriban qonşu" kimi Aİ-yə lazımdır. Bu mövqe kontekstində Aİ-nin Böyük Britaniya və Rusiya siyasətinin bəzi incəlikləri üzərində dayanmaq istərdik.
Consona iki cavab: "bekstop" problemi böyüyür
Anlaşılan odur ki, Avropa İttifaqı Rusiya istiqamətində siyasətinə yeni dinamika verir. Brüssel Moskva ilə aktual olan geosiyasi problemləri geniş və prinsipial mövqedən müzakirə edir. Burada maraqlı və gizli bir rəqabətin də şahidi oluruq. Fransa və Almaniya Rusiya məsələsində liderliyi ələ almaq uğrunda öz aralarında gizli mübarizə aparırlar. Lakin məsələ bununla məhdudlaşmır. Aİ Böyük Britaniya faktoruna London-Brüssel münasibətlərinin yeni dinamikası prizmasından baxmağa çalışır. Bununla Aİ-nin London və Moskva siyasəti arasında geosiyasi aspektdə müəyyən yeni əlaqələrin elementləri özünü göstərir. Bu məqamın çərçivəsində Brüsselin hər iki istiqamətdə yeritdiyi siyasətin məzmunu maraqlıdır.
Öncə Böyük Britaniya-Aİ münasibətlərinin ziddiyyətləri haqqında. Məlumdur ki, "Breksit" məsələsi bütövlükdə Avropa üçün ciddi problemlərdən birinə çevrilib. Tereza Meyin siyasi karyerası bu məsələyə görə xeyli ziyan gördü. İndi Boris Conson "Breksit"i bu il oktyabrın 31-dək birdəfəlik həll etməyi qarşısına qoyub. Lakin qarşıda ciddi bir maneə vardır. Brüssel-London münasibətlərində problem yaradan "bekstop" adlanan faktordur. İngiliscədən tərcümədə bu söz "əks-təsirli məhdudlaşdırıcı" mənasını verir və ya texnikada avtomobilin təkəri altında qoyulan alətdir ki, əks istiqamətdə onun hərəkətinə mane olsun. Siyasi termin kimi iki ölkə arasında sərhəd məsələlərinin tənzimlənməsində istifadə olunan məhdudlaşdırma kimi nəzərdən keçirilir. Konkret olaraq, "Breksit"lə bağlı "İrlandiya bekstop"u termini işlədilir.
Bu termin Şimali İrlandiya ilə İrlandiya arasında sərhəd tənzimlənməsinin "Breksit"lə əlaqəli qaydalarını əks etdirir. Belə ki, Brüssel arzulayır ki, Şimali İrlandiya ilə İrlandiya arasında "Breksit"dən sonra sərt məhdudlaşdırıcı sərhəd şərtləri olmasın və hər iki ölkənin vətəndaşları əvvəlki kimi sərbəst hərəkət edə bilsinlər. Məsələ onunla bağlıdır ki, "Breksit" Şimali İrlandiyanın Böyük Britaniya tərkibində qalmasını, İrlandiyanın isə Aİ-yə daxil olmasını nəzərdə tutur.
Deməli, faktiki olaraq, irlandlar fərqli siyasi-iqtisadi mühitdə yaşamalı olurlar. Həm də London "Breksit"dən sonra Aİ-yə qarşı müəyyən hüquqi addımlar atmağa hazırlaşır. O cümlədən "Breksit"dən sonra Aİ vətəndaşlarının ölkədə hərəkətinə məhdudiyyət qoyulacaq. İndi Brüssel "bekstop"un qalmasında israr edir. London isə bunu istəmir. Londonun ehtiyatlılığının səbəbi vardır. Məsələ ondan ibarətdir ki, əgər Şimali İrlandiya ilə İrlandiyanın sərhədində məhdudiyyətlər olacaqsa, onda irland radikalizmi və ekstremizmi yenidən baş qaldıracaq. Təbii ki, bu, Böyük Britaniya üçün yeni başağrısı, terror dalğasının güclənməsidir. Digər tərəfdən, əgər Brüsselin vurğuladığı şərtlər daxilində "bekstop" qalacaqsa, onda Aİ uzun illər Böyük Britaniyanın iqtisadi sisteminə, bazarlarına nəzarət edə biləcək. London da məhz bunu istəmir. B.Consonun dediklərindən aydın olur ki, oktyabrın 31-də "bekstop"la və ya onsuz ölkə Aİ-ni tərk edəcək. Ancaq indidən siyasi mübarizə həmin kontekstdə kifayət qədər intensivləşmiş məzmunda görünür.
Baş nazir B.Consonun Berlin və Paris səfərlərində bu məqam özünü daha qabarıq göstərdi. Belə ki, Aİ-nin bu iki böyük dövlətinin paytaxtlarında "bekstop"un taleyi həll edilmədi. Bundan öncə B.Conson Aİ rəhbərliyinə məktub yazaraq "bekstop" mexanizmini sazişdən çıxarmağı istəyib. Əks halda, Böyük Britaniya Aİ-dən saziş olmadan çıxacaq. Bu isə o deməkdir ki, London Şimali İrlandiya sərhədində "bekstop"u tanımayacaq. Əgər Brüssel daha israrlı olsa, London Şimali İrlandiya üzərindəki ticari suverenliyindən imtina etmək məcburiyyətində qalacaq. Cavabında Donald Tusk konkret mövqe tutub. O yazıb ki, "bekstop" İrlandiya adasında sərt sərhədin yaranmasına imkan verməməyin sığortasıdır. Bu, alternativ həll tapılana qədər belə olacaq. B.Conson Berlinə səfəri öncəsi bununla bağlı ifadə edib ki, D.Tuskun cavabı nikbinlik yaratmır. Ancaq London fəallığını azaltmaq fikrində deyil. Baş nazir istədiklərinə nail olacağına inandığını deyib. Konkret olaraq, ""bekstop"la bağlı nəsə etmək lazımdır. Bu formada sazişi parlamentdən keçirə bilməyəcəyik" kimi fikirlər ifadə edib.
"Breksit" və Solsberi olayları: London-Moskva-Brüssel xəttinin "qırılma nöqtələri"
Ancaq KİV-ə sızan məlumatlara görə, B.Conson Berlinlə hələlik dil tapa bilmir. Angela Merkelin artıq razılaşdırılmış şərtləri dəyişə bilməyəcəklərini dediyi məlum olub. A.Merkel "bekstop" məsələsinin "Breksit"dən sonra baş tutacağını arqument kimi gətirərək, indidən sazişdə hansısa dəyişiklik etməyin lazım gəlmədiyini deyib. Xatırladaq ki, B.Conson məhz "Breksit" öncəsi "bekstop" maddəsinin sazişdən çıxarılmasını tələb edir.
Buna baxmayaraq, iki avropalı lider Rusiyanın "Yeddilər" qrupuna (G7) dəvət edilməsi məsələsində ortaq mövqe nümayiş etdiriblər. A.Merkel və B.Conson Moskvanın bu quruma dəvətini erkən və əsassız sayıblar. Almaniya kanslerinin mövqeyini dəstəklədiyini deyən B.Conson "Skripal olayı"nı unutmadıqlarını bir daha təkrarlayıb. Bundan əlavə, Britaniyanın baş naziri Rusiyanın dünyanın müxtəlif regionlarında təxribatlar törətdiyini də fakt kimi gətirib. A.Merkel isə "Rusiyanın hələ çox iş görməli olduğunu" vurğulayıb. Bu sırada o, hər şeydən öncə, Kremlin Minsk sazişinin şərtlərinə əməl etməsinin vacibliyini deyib.
Bununla aydın olur ki, Aİ və Böyük Britaniya arasında "Breksit"lə bağlı fikir ayrılığı qalsa da, Rusiya məsələsində onlar ortaq mövqedən çıxış edirlər. Bu isə bütövlükdə Avropanın prinsipial geosiyasi məsələlərdə vahid mövqedən çıxış etmək imkanlarının qaldığını göstərir. Lakin Paris bu aspektdə, deyəsən, bir qədər fərqli mövqedədir. B.Consonun Paris səfərində bu, aydın hiss olundu.
Ümumiyyətlə, A.Merkel kimi Emmanuel Makron da "bekstop" məsələsində B.Consonu dəstəkləmir. Fransa Prezidenti "Breksit" barədə sazişə yenidən baxılmasını mümkün hesab etmir. Ancaq Rusiyanın G7-yə dəvət edilməsi məsələsini gündəmə gətirir. Əslində, bu həm də Donald Trampın mövqeyidir. Konkret olaraq, 2020-ci ildə G7-nin ABŞ-dakı sammitinə Vladimir Putini də dəvət etmək fikri mövcuddur. D.Tramp hesab edir ki, bundan G7 qazana bilər.
Böyük Britaniya və Almaniyada isə bu cür düşünmürlər. Mövqe fərqliliyinin arxasında nələr dayanır? Hər şeydən öncə, bir daha aydın olur ki, Vaşinqton Avropadan daha çox Amerikanı düşünür. D.Tramp Rusiyanı G7-yə qaytarmaqla sözsüz ki, qarşılığında müəyyən güzəştləri nəzərdə tutur. Lakin bunların nələrdən ibarət olduğu məlum deyil. Təxmin etmək olar ki, Vaşinqton bununla Rusiyanın Çinlə daha da yaxınlaşmasının qarşısını almağa çalışır. Fransa da eyni cür düşünə bilər. Paris üçün digər əhəmiyyətli məsələ Aİ-də liderliklə bağlıdır.
Ənənəvi olaraq Fransa Rusiya ilə daha çox ortaq hərəkət edib, nəinki Almaniya ilə. Bu baxımdan G7-də Rusiyanın iştirakı prinsipial geosiyasi məsələlərdə Paris və Moskvanın bir-birinə dəstək vermək imkanlarını artıracaq. Bu Fransanın Almaniya qarşısında mövqeyini gücləndirmiş olur. London və Berlin isə Rusiya məsələsində daha kəskin mövqe tutmaqla öz geosiyasi maraqlarını qoruyurlar. Onlar üçün Ukrayna məsələsi çox önəmlidir. Bundan başqa, Böyük Britaniya və Almaniya G7-də hansısa başqa ölkənin mövqelərinin güclənməsini istəmirlər.
Bunlar Brüsselin Böyük Britaniya və Rusiya siyasətinin tamamilə fərqli meyarlara əsaslandığını göstərir. Bu baxımdan Almaniyanın xarici işlər naziri Hayko Maasın Rusiyada həmkarı Serqey Lavrovla görüşdə kifayət qədər sərt danışması başa düşüləndir. Almaniyanın xarici işlər naziri demək olar ki, heç bir məsələdə S.Lavrovun mövqeyi ilə razılaşmayıb. Xüsusilə söz azadlığı məsələsində tərəflər bir-birini ciddi olaraq ittiham ediblər
Belə görünür ki, Avropa İttifaqı artıq daha ciddi səviyyədə müstəqil geosiyasi güc statusunda çıxış etməyə çalışır. Lakin bu proses təşkilat daxilində müəyyən ziddiyyətləri hələ aradan qaldırmayıb. Bu, Fransa ilə Almaniya arasında fikir ayrılığının olmasında da öz ifadəsini tapır. Yuxarıda vurğulanan məqamlar kontekstində ekspertlər üçün bir sual aktuallaşır: Avropa İttifaqı daxilində liderlik uğrunda Fransa və Almaniya arasında rəqabət güclənirmi? Bu, təşkilat daxilində inteqrasiya proseslərinə necə təsir edə bilər?
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM