Rusiyanın Vladivostok şəhərində sentyabrın 4-6-da Şərq İqtisadi Forumunun növbəti tədbiri keçirilib. Dünyanın 60-dan çox ölkəsinin nümayəndələrinin dəvət olunduğu yubiley forumunda 440-dan artıq şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri iştirak ediblər. Forum iştirakçıları geniş müzakirələr aparıblar, çox sayda müqavilələr imzalanıb. Rusiyanın Uzaq Şərq əyalətlərinin inkişafı baxımından vacib olan sazişlər əldə edilib. Mütəxəssislər də Foruma böyük maraq göstəriblər. Ekspertlərin əksəriyyəti bu tədbiri qlobal geosiyasi dinamika kontekstində təhlil etməyə çalışırlar. Belə görünür ki, söhbət alternativ beynəlxalq siyasi modeldən gedir. Hətta bu prosesin bir sıra geosiyasi cizgilərini də təsvir etməyə cəhdlər edilir. Bu prosesdə aparıcı rol oynaya biləcək güclərin adları çəkilir. Bütün bunların fonunda Şərq İqtisadi Forumunun geosiyasi kontekstdə proqnostik analizinə ehtiyac görürük.
Alternativ axtarışı: Moskvanın fəallığında növbəti mərhələ
Müasir dövrdə beynəlxalq miqyaslı müxtəlif forumlar tez-tez keçirilir. Lakin onların heç də hamısı yaddaqalan olmur. Bir sıra tədbirlər isə böyük maraq doğurur və ekspertlərin diqqətini cəlb edir. Məsələn, "Bakı Prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və bir çox başqa tədbirlər daim diqqət mərkəzində olur. Bu ilin sentyabrın əvvəllərində Rusiyanın ev sahibliyi ilə Vladivostokda keçirilən Şərq İqtisadi Forumu da dünyanın müxtəlif "beyin mərkəzləri"nin marağına səbəb oldu. O, beynəlxalq statuslu tədbirdir. Əsas məqsədi Rusiyanın Uzaq Şərq regionuna xarici sərmayələri stimullaşdırmaq və Asiya-Sakit okean regionunda iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Bunlardan başqa, orada Uzaq Şərqə aid olan daxili məsələlər də müzakirə olunur.
Sonuncu, 5-ci yubiley forumu Vladivostok şəhərində keçirilib. Tədbirdə 270 saziş imzalanıb. Ekspertlər bu rəqəmi kifayət qədər əhəmiyyətli hesab edirlər. Çünki bu, Rusiyanın geosiyasi güc kimi cəlbedicilik dərəcəsini göstərir. Digər tərəfdən, rəqəmlərlə yanaşı, tədbirdə iştirak edən dövlətlərin Asiya qitəsində oynadığı rola da baxmaq lazımdır. Burada Çin, Yaponiya, Hindistan, Malayziya, Sinqapur, Cənubi Koreya və s. kimi inkişaf etmiş ölkələrin nümayəndələri iştirak ediblər. Bu səbəbdən də ekspertlər foruma daha çox qlobal geosiyasi kontekstdə qiymət verməyə çalışırlar.
Görünür, burada mövzunun Rusiyanın Uzaq Şərq regionu ilə bağlı olmasının da təsiri vardır. Məsələ ondan ibarətdir ki, artıq bir neçə ildir ki, müxtəlif dairələrdə həmin regionun Rusiyadan ayrıla biləcəyi ilə bağlı söhbətlər gəzir. Hətta bu regionda yerləşən əyalətlərdən birinin qubernatoru Vladimir Putinlə görüşdə ağzından qaçırıb ki, "regionun Rusiyadan uzaqlaşmaması üçün..." müəyyən addımlar atmaq lazımdır. V.Putin buna kəskin reaksiya verərək, sərt şəkildə "bunu ancaq axmaqlar deyə bilər" kimi cümlə işlədib. Deməli, Moskva mövzunun həssaslığından narahatdır.
Bu məsələdə konkret olaraq Çinin adı çəkilir. Çinlilərin Rusiyanın Uzaq Şərqini demoqrafik olaraq zəbt etdiyi bildirilir. Bundan başqa, Çin həmin regiona külli miqdarda sərmayə yatırıb. Bu proses indi də davam edir. Təsadüfi deyil ki, Şərq İqtisadi Forumuna ən çox nümayəndə heyəti bir qayda olaraq Çindən gəlir. Bu dəfə də istisna olmadı. Lakin Uzaq Şərq mövzusu geosiyasi aspektdə Rusiya və dünya üçün yalnız bu məqamlarla məhdudlaşmır. Yaponiya ilə Rusiya arasında Kuril adaları ilə bağlı kəskin ziddiyyətlər mövcuddur. Tokio həmin adalara iddiasını davam etdirir, Moskva isə bir qarış torpağın belə verilməyəcəyini bəyan edir. Hətta V.Putin Vladivostokda bu məsələ ilə bağlı verilən suala obrazlı: "Papaşa hamısını yığıb götürüb və bununla iş bitib... Xalqlar atası" deyə, cavab verib. Yəni İosif Stalinin aldığı əraziləri kimsə geri qaytara bilməz. 5-ci Şərq İqtisadi Forumunda da V.Putinlə Şinzo Abe arasında həmin mövzuya dair gərgin müzakirələr aparılıb.
Bütün bunlarla yanaşı, Uzaq Şərqdə ABŞ-Çin qarşıdurmasının mövcud olduğu sirr deyil. Orada dənizdə faktiki olaraq Amerika, qitədə isə Çin hakimdir. Bu istiqamətdə rəqabət tez-tez qarşıdurmaya çevrilir. Ekspertlər Hindistan-Çin münasibətlərində də ziddiyyətli məqamların və kəsişən geosiyasi maraqların olduğunu ifadə edirlər. Belə ki, Cammu və Kəşmirdə, Himalay dağlarında iki ölkənin toqquşduğu məqamlar vardır. Geosiyasi maraqlarda da Dehli ilə Pekinin rəqabəti ciddidir.
Yeni dünya nizamı: Asiya aparıcı mövqeyə çıxa bilərmi
Bütün bunlar Şərq İqtisadi Forumunda Rusiyanın mövqelərini gücləndirirmi? Bu suala birmənalı cavab vermək çətindir, ancaq Moskvanın incə manevrlər etməyə çalışdığı aydın görünür. Bu sırada 5-ci forumda Hindistanın baş naziri Narendra Modinin iştirakı və V.Putinlə geniş müzakirələr aparması maraq doğurub. Qərb ekspertləri bu məqamı Rusiyanın Çinlə Hindistan arasında manevr edərək, yeni dünya nizamı yaratmaq cəhdi kimi təqdim etməyə çalışırlar (bax: məs., Томас Грэм. Поворот России на Восток: перечень причин и следствий / Valdaiclub.com, 9 sentyabr 2019).
Belə göstərilir ki, Hindistanın Rusiya ilə ciddi fikir ayrılığı yoxdur. Əksinə, iki ölkə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Ənənəvi olaraq Hindistan Rusiya ilə yaxın olub. Hazırda Rusiya və Hindistan üçün Çinin yüksəlişi eyni dərəcədə təhlükəlidir. Belə ki, Çinin büdcəsi Rusiyanın büdcəsindən 6-8 dəfə çoxdur. Texnoloji inkişaf baxımından da Çin Rusiyanı xeyli qabaqlayır.
Pekinin maliyyə imkanları bütövlükdə Rusiyanın maliyyə imkanlarından bir neçə dəfə çoxdur. Bundan başqa, Çinin iqtisadi potensialı da Rusiyanı qabaqlayır. Konkret olaraq iqtisadi inkişaf tempinə görə Pekin Moskvanı xeyli arxada qoyub. Belə çıxır ki, Çinin daxil olduğu hər hansı regional təşkilatda Rusiyadan güclü mövqeyə sahib olacaq.
Belə olan halda Rusiya üçün ən yaxşı variant regionun digər böyük güclərinin də iştirak etdiyi geniş tərkibli təşkilat, məsələn, G7-yə bənzər bir təşkilat yaratmaqdır. Bu səbəbdəndir ki, V.Putin məhz Vladivostokda belə bir təşkilatın yaradılmasının ilk işarəsini verdi. Hətta orada Türkiyənin də iştirakının vacibliyini vurğuladı. Əlbəttə, Türkiyə Moskvanın mövqeyini dəstəkləyəcək. Çünki Ankara üçün daha vacibi daha yaxın olan və böyük hərbi gücə malik, Türkiyə ilə hərbi əməkdaşlığa müsbət yanaşan Rusiya ilə ortaq geosiyasi mövqedə olmaqdır. Hindistan da Moskvaya loyaldır. Yaponiya məsələsi bir qədər müəmmalıdır, lakin onun da Çinlə problemləri mövcuddur. Cənubi Koreya isə Şimali Koreya ilə yaxınlığına görə Pekinlə elə də isti münasibətdə deyil.
Belə çıxır ki, Rusiyanın hər hansı formada yeni regional əməkdaşlıq təşkilatı yaratması onun Çin qarşısında mövqelərini gücləndirməyə xidmət edə bilər. Bütövlükdə isə Moskvanın "Asiyaya dönüş" xətti geosiyasi aspektdə perspektivli görünür. Bu xətlə Rusiya Şərq cəbhəsində aparıcı rolunu qoruyub saxlaya, hətta bu faktordan yararlanaraq özünün təkbaşına gücü çatmadığı regionlarda inkişafa nail ola bilər. Lakin yenə də Uzaq Şərq məsələsi Moskva üçün bunlarla məhdudlaşmır. Moskva qlobal miqyasda geosiyasi dividendlər qazanmaq imkanı əldə edir. Bu məsələnin iki tərəfi vardır. Birincisi, Rusiyanın bütövlükdə Qərbə qarşı əli güclənmiş olur. Məlumdur ki, Amerika Rusiyanı Çindən ayırmaq üçün G7 təklifini irəli sürüb.
Bu, adi hadisə deyil. Əgər Rusiya bu təklifi qəbul etsə, stratejidə geosiyasi məğlubiyyəti qaçılmazdır. Alternativ bir model ortaya qoymadan da etiraz etmək mənasız qərardır. Bu səbəbdən Moskva sanki Vaşinqtona özünün Asiyanın güclü dövlətlərini bir təşkilatda birləşdirmək qabiliyyətinə malik olduğunu ortaya qoyur.
İkincisi, Avrasiya məkanında inteqrativ rol oynadığını təcrübədə təsdiqləyir. Təsəvvür edin, artıq Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati çərçivəsində keçmiş sovet məkanında Qazaxıstan və Belarus kimi iki böyük dövləti bir araya gətirə bilib. Bunlara Türkiyə, Hindistan, Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya, Monqolustan və başqa Asiya ölkələri də əlavə olunsa, faktiki olaraq, "Böyük Avrasiya"nın geosiyasi mənzərəsi meydana gələr. Əlbəttə, belə bir təşkilatlanma Qərbə (ABŞ üstəgəl Avropa İttifaqı) qarşı geosiyasi-iqtisadi və hərbi dayanışmanı tamamilə təmin edə bilər. Üstəlik, Türkiyə kimi güclü bir dövləti Avropa strukturlarından qoparıb Asiyaya bağlamaq şansı yaranır.
Beləliklə, Şərq İqtisadi Forumu həqiqətən də maraqlı və geosiyasi aspektdə əhəmiyyəti olan hadisədir. Moskva bu tədbirdə kifayət qədər təmkinli və çevik davrana bilib. Tədbirdə imzalanan 3,4 milyard rublluq müqavilələr bir yana, forumun geosiyasi dividendləri Moskvanı sevindirə bilər. Ekspertlər bu istiqamətdə də ehtiyatlı olmağı tövsiyə edirlər. Çünki Vaşinqtonun cavabı hələ məlum deyil. Burada isə sürprizlər istisna edilmir!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM