Elman Nəsirov: “Rusiya şirkətləri Ermənistanda fəaliyyətlərini dayandırmağa başlaması kimi iqtisadi hadisənin arxasında siyasi motivlər dayanır”Erməni mediası yazır ki, rus şirkətləri Ermənistanda fəaliyyətlərinə son qoymağa hazırlaşır. Məsələn, "Rusiya Dəmir Yolları" belə bir addım atmağa hazırlaşır. Digərləri də hazırlıq görür.
Qeyd edək ki, Rusiya şirkətləri Ermənistanın onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatında əsas rol oynayır. Belə ki, işğalçi ölkənin iqtisadiyyatının mühüm hissəsi məhz rus şirkətlərinin əlindədir. Amma indi göründüyü kimi, bu şirkətlər də «ölü iqtisadiyyata» malik Ermənistanı tərk etməyə başlayıblar. Buna səbəb nədir və belə vəziyyət Ermənistan üçün nə vəd edir?
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya şirkətlərinin Ermənistanda fəaliyyətlərini dayandırmağa başlaması kimi iqtisadi hadisənin arxasında siyasi motivlər dayanır: “Həqiqətən də son zamanlar erməni və Rusiya mətbuatında belə yazılar daha intensiv xarakter almağa başlayıb ki, şimal ölkəsi şirkətləri Ermənistanı tərk etməyə başlayır. Bir sıra erməni mətbuatı bu olayı hətta həyəcan təbili kimi təqdim edir. Səbəblərinə gəldikdə isə iqtisadi hadisədə siyasi motivlərin dayandığını önə çəkirlər.
Faktiki olaraq, Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir. Onda sual yaranır ki, niyə Rusiya öz əlində olan erməni iqtisadiyyatından, buradakı iqtisadi maraqlarından vaz keçmək istəyir. Bunu da artıq Ermənsitana Rusiyanın bir təzyiq elementi kimi qiymətləndirirlər”.
Millət vəkili qeyd etdi ki, Moskva ilə İrəvan arasında yaşanan mürəkkəb vəziyyətin əsasında Putinlə Paşinyan arasında olan ziddiyətli münasibətlər də dayanır: “Belə vəziyyətin Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyana arasında olan olduqca mürəkkəb münasibətlərdən qaynaqlandığını bildirirlər. Hələ bu günə qədər Putin Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib. Lakin Ermənistanın ikinci prezidenti Robert Köçəryanı dəfələrlə ad günü münasibətilə təbrik edib. Eyni zamanda, Putin onu bu yaxınlarda 65 illiyi münasibətilə təbrik edərək, onu “Dostluq” ordeni ilə təltif edib. Bu hadisəyə isə Paşinyana yaxın mətbuat kəskin reaksiya verdi.
Oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən toplantısında Putin də iştirak etməlidir. Səfəri fonunda istisna deyil ki, Putin həbsxanada olan Köçəryanı da ziyarət etsin. Bu fonda Paşinyana yaxın mətbu orqanlar yazır ki, Putin belə bir addım atsa, onda onun arxasınca həbsxananın qapıları da bağlanacaq. Bu, açıq şəkildə Rusiya üçün bir çağırışdır. Həmin olaya Rusiyada kəskin reaksiya verilib. Rusiya mətbuatında Ermənistan hakimiyyəti əleyhinə müəyyən yazıların getdiyinin şahidiyik.
Paşinyanın ikibaşlı siyasəti, eyni anda iki stulda əyləşmək istəyi, Rusiyanı müttəfiq saysa da, digər tərəfdən komandasını qərbyönümlü siyasətçilərdən təşkil etməsi, “Sorosun uşaqları” deyilən ad altında ABŞ-a yaxın siyasətçiləri yüksək vəzifələrə gətirməsi belə qənaətə gəlməyə əsas verir ki, İrəvanın Moskvanın müttəfiqi olması fikrində qeyri-səmimidir. Əlsində, Paşinyan daha çox Qərbə meyllənir. Bütün bu reallqılar heç şübhəsiz, Rusiyanın Ermənistana məlum münasibətinin yaranmasını şərtləndirməyə bilməzdi. Təkcə dəmir yolu şirkəti oranı tərk etmir, son məlumata görə, Rusiya Ermənsitana satdığı qazın qiymətini də qaldırmağı düşünür.
Qarşıdan qış mövsümü yaxınlaşır, belədə payız-qış mövsümündə Ermənistanın sosial-iqtisadi durumu daha da ağırlaşacaq. Bu, azmış kimi Rusiyanın müəyyən iqtisadi təzyiq rıçaqlarını da işə salması, qazın qiymətini qaldırması, bu kimi hallar birbaşa olaraq Ermənistan iqtisadiyyatına çox ağır zərbə vuracaq».
Həmsöhbətimizin fikrincə, yaranmış bu vəziyyət Paşinyan üçün böyük baş ağrısına səbəb olacaq: “Ermənistanda inqilab eyforiyası artıq bitib. Paşinyanın partiyası olan “Mənim Addımım” Partiyası belə bir çox hallarda parlamentdə antipaşinyan bəyanatları ilə çıxış edir. Paşinyanı küçədən hakimiyyətə gətirən adamlar bundan peşman olduqlarını deməkdən də çəkinmirlər. Bütün bu reallıqlar onu deməyə əsas verir ki, qarşıda Ermənistanı çox mürəkkəb bir dövr gözləyir.
Bəlkə də, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması məsələsi günün aktual mövzusuna çevrilir. Artıq heç kim üçün şübhə doğurmur ki, Moskva Ermənistana qarşı yeni-yeni təzyiq rıçaqlarını işə salacaq. Belədə qarşıdakı dövrdə Rusiya-Ermənistan münasibətlərində daha ciddi qarşıdurmaların şahidi ola bilərik”.
Rüfət NADİROĞLU
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM