Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Qulluğu və kadr siyasəti” kafedrasının
dosenti s.e.f.d. Murtəza Həsənov
Qloballaşma prosesində dövlət idarəçiliyindəki yeni paradiqmalar dövlət idarəçiliyi sisteminin də dəyişməsinə səbəb olmuşdur. Dövlət idarəçiliyi sahəsində yeni paradigmaların ortaya çıxarılmasının əsas səbəblərindən biri, mövcud idarəçilik sisteminin işləməsi nəticəsində meydana gələn siyasi, iqtisadi, hüquqi, sosyal, mədəni və b. sahələrdəki böhranları aradan qaldırmaq və kapiatalist sistemin (qlobal kapitalizmin) təkmilləşdirilməsindən ibarətdir. Ancaq bu paradiqmaların mətin altı qayəsinin müəyyən subyektlərin mənafelərinə xidmət edə biləcəyini də göz ardı etməmək lazımdır Dövlət idarəçiliyində əsas olaraq Yerli özünüidarəetmə, Ortaq İdarəçilik (governance), Yeni Dövlət İdarəçiliyi (New Public Management), Davamlı İnkişaf (Sustainable Development) və digər paradiqmalar ortaya atılmışdır. Dövlət qulluğunda yeni paradiqmalar, dövlət qulluğu sistemində qulluqçuların iş sığortalarını itirməsi, müqaviləyə əsaslanan işə qəbulun artırılması, işçilərin bilik, bacarıq və layiqliklərinə görə işlə təmin edilməsi, vətəndaşlara müşdəri kimi yanaşılması, əmək haqqı sistemlərinin iş göstəricilərinə və ya nəticələrinə əsasasən qiymətləndirmə üsulu ilə təmin edilməsi, dövlət qulluqçularının işləmə fəlsəfələrinin ticariləşdirilərək ümumilikdə dövlət qulluğunun məhsuldarlığını və səmərəliliyini yüksəldilməsi və s. bu kimi fəaliyyətlərlərlin relalaşdırılmasına səy gösdərməkdədir. Azərbaycanda dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ASAN xidmət modelinin tətbiqi çərçivəsində yenidən formalaşdırılması səyləri bir neçə müxtəlif məqsədlərə xidmət etmişdir: (a) Dövlət xidmətlərində yeni nəsil yаnаşmаlаrın (Government innovаtion) tətbiqi və vətəndaş məmnununluğunu artırmaq (b) iqtisadi artımı və inkişafı dəstəkləyəcək effektiv dövlət xidməti sisteminin qurulması (c) dövlət xidmətlərini təqdim edən strukturları keyfiyyətli insan resursları ilə təmin etmək (d) əlçatanlıq, effektivlik, innovasiya, şəffaflıq və hesabatlılıq baxımından cəmiyyətin ehtiyaclarını qarşılamaq.
Hər hansı bir ölkədəki fəaliyyətlər dövlət sektoru və özəl sektor olmaqla iki başlıq şəklində nəzərə alındıqda özəl sektor fəaliyyətləri, bu fəaliyyətləri icra edən şəxslərin öz mənfəətlərinin maksimallaşdırılması fonunda aparılarkən dövlət sektorunda həyata keçirilən dövlət xidmətləri cəmiyyətin ortaq məqsədlərini təmin etmək üzrə ictimai marağın maksimum dərəcədə artırılması istiqamətində həyata keçirilir. Bu baxımdan ictimai fayda məqsədi güdən dövlət xidmətlərinin aparılması zamanı bu xidmətlərin səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məsələsi olduqca əhəmiyyətlidir. Digər tərəfdən, dövlətin iqtisadi və cəmiyyətdəki ümumi nüfuzuna, roluna və funksiyalarına bağlı olaraq təqdim olunan dövlət xidmətlərinin miqyası hər ölkəyə görə dəyişsə də, dövlət xidmətlərinin əsas hissələrində qlobal miqyasda ümumi bir razılıq vardırl.
Müasir dövrdə dövlət xidmətlərində yeni nəsil yanaşmalar məmur-vətəndaş fiziki təmasını azaldan və dördüncü nəsil sənaye inqilabının dövlət xidmətlərinə təsiri kimi ortaya çıxan bir xidmət anlayışıdır. Dövlət xidmətlərinin həyata keçirilməsində innovativ texnologiyaların tətbiq olunması məsələləri diqqət mərkəzindədir. Dövlət xidmətlərində yeni nəsil yanaşmaların tətbiqi baxımından ASAN xidmət (Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi) bir örnəkdir. Bu xidmət fərqli dövlət xidmətlərini bir məkanda birləşdirməkdədir. Bu Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, ASAN xidmət mərkəzlərinin vahid idarə edilməsi, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, dövlət qurumlarının informasiya mərkəzlərinin qarşılıqlı inteqrasiyasının monitorinqi və qiymətləndirilməsi, elektron xidmətlərin təşkilinin sürətləndirilməsi kimi Mərkəzi icra orqanı olaraq müəyyən edilmişdir. Bu insana xidmət yeni idarəetmə modeli davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına, vətəndaş məmnununluğun yüksəlməsinə və eləcə də digər sahələrə müsbət təsiri baxımından önəmlidir. Göründüyü kimi, son illər ərzində dövlət ximdətlərində yeni islahatlar dalğası davam etmişdir. Xidmətlərin asanlaşdırıldığını və “tek pencere sisteminin” (One-Stop-Shop veya Single Window) formalaşdırılmışdır. Prezidentin 13 iyul 2012-ci il tаrixli fərmаnı ilə Аzərbаycаn Respublikаsının Prezidenti yаnındа Vətəndаşlаrа Xidmət və Sosiаl İnnovаsiyаlаr üzrə Dövlət Аgentliyi yаrаdılmışdır.“ASAN xidmət” mərkəzləri Azərbaycanın dövlət idarəçilik sistemində innovativ idarəetmə üslubunun təmsilçiləridir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamədə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzi haqqında nümunəvi əsasnamədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin əsasnaməsində təşkilatın fəaliyyət prinsipləri aşağıdakı kimi göstərilmişdir:
• şəffaflıq
• rahatlıq
• operativlik
• nəzakətlilik
• məsuliyyət
• vətəndaş məmnuniyyəti:
İdarəetmə cəmiyyətin və ya onun müxtəlif sahələrinin müəyyən subyektlər vasitəsi ilə göstərilən təsirdir. Bu təsir məqsədyönlü təsir olub, cəmiyyətin və ya onun müxtəlif sahələrinin idarə edilməsi və tənzimlənməsi üçün istifadə edilmişdir. İdarəetmə bəşər cəmiyyətinin yarandığı andan etibarən mövcud olmuşdur. Cəmiyyətin müxtəlif inkişaf mərhələlərində idarəetmənin müxtəlif növlərindən istifadə edilmişdir. İdarəetmə cəmiyyətdə hakim təbəqənin cəmiyyətin müxtəlif təbəqələrinə təsiri kimi çıxış edir.
İdarəetmə mürəkkəb və çox məsuliyyətli bir sahə olmaqla yanaşı, həmçinin, insanların intellektual və praktiki fəaliyyəti nəticəsində yaranır. İdarəetmə cəmiyyətin hər bir inkişaf mərhələsində mövcud olmuş və ona sosial tələbat yarandığı zaman meydana çıxır. Tarix keçdikcə, cəmiyyət inkişaf etdikcə, dövlətlər meydana gəldikcə dövlətlərin idarə olunmasına, cəmiyyətin müxtəlif sahələrinin tənzimlənməsinə, insanlar arasında nizam-intizamın təmin olunmasına zərurət meydana gəlirdi. Buna görə də bütün sahələrdə İdarəetmə anlayışı geniş yayılmış və mütəfəkkirlər, elm adamları tərəfindən İdarəetmənin müxtəlif növləri yaradılmışdır.
Cəmiyyət yarandığı andan etibarən inkişaf etmiş müxtəlif mərhələlərdən keçmişdir. Cəmiyyətin müxtəlif inkişaf mərhələrində İdarəetmə eyni olmamışdır. Cəmiyyət inkişaf etdikcə İdarəetmə anlayışı da inkişaf etmiş, sahələr üzrə müxtəlif növləri yaranmışdır. Bundan əlavə elm adamları İdarəetmənin müxtəlif modellərini, nəzəriyyələrini işləyib hazırlamışlar. Hər bir yeni yaranmış İdarəetmə modeli əvvəlki idarəetmə modellərindən çox fərqi olmamışdır. Belə ki, elm adamları mövcud olan İdarəetmə modellərinin, nəzəriyyələrinin xüsusiyyətlərini təhlil etmiş, çatışmazlıqlarını inkişaf edən cəmiyyətə uyğunlaşdırmaq üçün təkmilləşdirmiş və beləliklə yeni İdarəetmə modelləri yaratmışlar. Cəmiyyət daim inkişaf etdiyi üçün cəmiyyətə, tələbata uyğun olan İdarəetmə modelləri, nəzəriyyələri yaradılmışdır.
Dövlət idarəetməsində müəyyən zaman keçdikdən sonra problemlərin yaranması normaldır. Belə ki, bu problemlərin olması onu göstərir ki, idarəetmə sistemində müəyyən çatışmazlıqlar var. Mövcud idarəetmə sistemi tələbata uyğun olmadığından problemlər yaranır. Bu problemləri aradan qaldırmaq üçün ilk növbədə problemin olduğunu inkar etməmək, əksinə problemin olduğunu qəbul etmək lazımdır ki, problemin həll yolu tapılsın. Bu cür problemlə rastlaşdıqda həll yolunu hər bir dövlət əsas məqsədinə və həyata keçirdiyi siyasətə uyğun qaydada müəyyənləşdirir.
Sosialyönümlü dövlətlərdə idarəetmə sahəsində hər hansı problem yarandığı zaman, bu problemi aradan qaldırmaq üçün həyata keçirdiyi siyasətin, islahatların mərkəzində vətəndaşlar dayanır. Sosialyönümlü dövlətlərdə əsas məsələ vətəndaşların məmnuluğu, onların rahat yaşamasıdır. Sosialyönümlü dövlətlərdə həyata keçirilən siyaətlər, dövlət idarəetməsi sahəsindəki islahatlatlar, idarəetmə, dövlət qulluğu məhz bu istiqamətdə aparılır. Belə ki, sosialyönümlü dövlət cəmiyyətdə sosial ədalətin təmin olunmasına, əhalinin yaşayış səviyyəsinin yaaxşılaşdırılmasına, sülhə, əməkdaşlığa, qarşılıqlı əlaqəyə təminat verən münasibətlərin qurulmasına çalışır. Bundan əlavə sosialyönümlü dövlətin xalqa xidmət edən, hər bir vətəndaşı üçün eyni, bərabər imkanlar yaradan, göstərdiyi xidmətlərin hər bir vətəndaşı üçün əlçatan, rahat olmasını təmin edən dövlət olduğunu qeyd edə bilərik.
Mükəmməl sosialyönümlü qanunvericilik bazası olan, vətəndaşların sosial müdafiəsini təmin edən, onların layiqli həyat səviyyəsində yaşaması üçün bərabər imkanlar yaradan, sosialyönümlü proqramlar həyata keçirən dövlətdə çoxlu sosial institutlar olduğunu qeyd edə bilərik. Belə sosial institutlardan biri də dövlət qulluğu sosial institutudur. Dövlət qulluğu sosial institut kimi formalaşmış və onun əsas mexanizmi cəmiyyətin artan sosial tələbatını təmin etməkdən, vətəndaşlara dövlət orqanlarında göstərilən xidmətdən, dövlət qulluqçularının peşəkarlığından, fəaliyyət üslubundan vətəndaşların məmnunluğunu təmin etməkdən ibarətdir. Bu isə dövlət idarəetmə sahəsində lazımi idarəetmə modelinin qurulmasını və dövlət qulluğu sahəsində sosialyönümlü konsepsiyanın işlənib hazırlanmasını tələb edir. Sosialyönümlü dövlət idarəetməsinin qurulması üçün idarəetmə və dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi vacib məsələdir.
Əhalinin dövlət aparatına olan münasibəti dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətin keyfiyyətindən və rahatlığından birbaşa aslıdır. Buna görə də cəmiyyətdə mövcud olan sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət qulluğu, idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, əhalinin dövlətə və dövlət qulluğuna inamının artırılması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək islahatlar prosesində mühüm məqamlardan biridir. [2]
2003-cü ildən başlayan, Dövlət Başçısı Cənab İlham Əliyevin xüsusilə dövlət xidmətlərində səmərəliliyin artırılmasına xidmət edən islahatlar mərhələsidir. Korrupsiya ilə mübarizə, dövlət idarəçiliyində səmərə və effektivlik gücünü artırmaq, dövlət qurumlarında təkmilləşdirmələr, dövlət qullu¬ğuna qəbulun rasionallaşdırılması, e-dövlət fəaliyyət¬lə¬rinin geniş¬lən¬dirilməsi, xidmətlərdə xalqa yaxınlıq,dövlət qulluğunda hesabatlılığın artırılması,dövlət xidmətləri sistemində səmərəliliyin yüksəldilməsi, davamlı inkişaf üçün şəraitin, sosial vəziyyətin yaxşılaşdırılması, demokratik institutların hər tərəfli inkişafı üçün görülən işlər. Bu islahatlar dövlət xidməti sisteminin təkmilləşdirilməsini şərtləndirməklə yanaşı, ölkənin siyasi və iqtisadi inkişafı üçün real zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə dövlət xidməti sistemində həyata keçirilən islahatlar vətəndaş məmnunluğunun, dövlət xidmətlərində səmərəliliyinin təmin olunmasına hesablanmaqla yanaşı, mütləq bütün hallarda dövlətin inkişafı məsələlərini də vacib istiqamət kimi əhatə edir.
İslahatın həyata keçirilməsi üçün ilkin növbədə stabil siyasi sistem, iqtisadi və demokratik inkişaf təmin olunmalıdır. Bundan sonra islahat planı işlənib hazırlanmalı, islahatın əsas məqsədi isə vətəndaşların rifahının yaxşılaşdırılmasından, ictimaiyyətin mənafelərinin, maraqlarının, vətəndaşların məmnunluğunun, davamlı inkişafın təmin olunmasından ibarət olmalıdır. İdarəetmə sahəsində sosialyönümlü dövlət quruculuğu istiqamətində müvafiq islahatlar aparılmalı və dövlət orqanlarının və vəzifəli şəxslərin əsas məqsədlərinin, ümumiyyətlə dövlət qulluğu mexanizminin mahiyyəti “xalqa xidmət” konsepsiyası əsasında qurulmalıdır.
İdarəetmə sahəsində sosial dövlət quruculuğunun tətbiq edilməsi üçün bu istiqamətdə islahatlar həyata keçirilir. İslahatların həyata keçirilməsi üçün sosialyönümlü dövlətdə sosial tələbatların təhlili aparılmalıdır. Təhlil aparıldıqdan sonra vətəndaşların tələbatlarının daha çox olduğu sahələr müəyyənləşdirilir ki, islahatlar ilkin olaraq bu sahələrdən həyata keçirilməyə başlanılır. Vətəndaşların tələbatlarının təhlili aparıldıqdan müvafiq siyasi və hüquqi baza, müəyyən infastruktur yaradıldıqdan sonra islahatlar həyata keçirilir. Bu islahatların həyata keçirilməsi yeni bir idarəetmə modelinin formalaşdırılmasının əsasını qoyur, yeni modelin formalaşması üçün zəmin yaradır.
Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalq qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfindən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. [2]
İslahatlar həyata keçirildikdən sonra idarəetmə sahəsində yeni bir idarəetmə modeli formalaşdırılır. Lakin bütün işlər bununla kifayətlənmir. Belə ki, islahatlar nəticəsində yaradılan yeni idarəetmə modelində çatışmazlıqlar və ya müəyyən problemlər ola bilər. Hətta bu cür hallar olmasa da, vətəndaş məmnunluğunu təmin etmək və vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq üçün islahatların məntiqi davamı kimi yeni islahat proqramı hazırlanmalıdır. Belə ki, yeni islahat proqramı həyata keçirildikdən sonra yaranan problemlər aradan qalxacaq və vətəndaş məmnunluğu tam şəkildə təmin ediləcəkdir. Yeni islahat proqramının həyata keçirilməsi yaradılan yeni idarəetmə modelinin təkmilləşdirilməsinə xidmət edir.
Belə bir sual meydana çıxır ki, islahatlar nəticəsində sosialyönümlü dövlətin idarəetmə modelində, dövlət qulluğu sahəsində hansı dəyişikliklər baş verir? Bu sualın çox geniş bir cavabı var, lakin əsas məqamları aşağıdakılar kimi müəyyənləşdirmək olar:
Ø Müasir, innovativ və demokratik idarəetmə modeli qurulur;
Ø Şəffaf və səmərəli dövlət qulluğu mexanizmi qurulur;
Ø Dövlət qulluğunun təyinatı “xalqa xidmət” prinsipində ifadə olunur və bu xidmətin keyfiyyət göstəriciləri müəyyən olunur;
Ø Dövlət qulluqçusunun əsasə vəzifələri “peşəkar, nəzakətli, mədəni, çevik və şəffaf xidmət”göstərməkdən ibarət olur;
Ø Vəzifəli şəxslə vətəndaşlar arasındakı düşüncə tərzi, vəzifəli şəxslərin fəaliyyət üslubu dəyişir;
Ø Vətəndaş dövlət qulluqçularından dövlət xidmətlərinin sadəcə təqdim olunmasını deyil, həm də əlşatanlığını, rahatlığını və keyfiyyətini tələb etmək imkanına malik olur;
Ø Ölkədə ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyi təmin olunur;
Ø İctimai nəzarət, vətəndaş müraciəti ən yüksək səviyyədə dəstəklənir;
Ø İdarəetmədə sağlam rəqabət prinsipi tətbiq olunur, yəni vətəndaşa məhz xidmətindən razı qaldığı quruma müraciət imkanı verir;
Ø Dövlət orqanlarının işi vətəndaş məmnunluğunun səviyyəsi ilə qiymətləndirilir;
Ø Sosial proqramlar həyata keçirilir, əhalinin rifahının yüksəldilməsi üçün tədbirlər görülür, sosial infrastruktur yaradılır;
Ø Regionların sosial-iqtisadi inkişafı təmin olunur. [3]
Dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları fiziki və hüquqi şəxslərin dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən narazı qalmasına, vətəndaş məmnunluğunun təmin olunmamasına və nəticədə dövlət qulluğunun nüfuzunun zədələnməsinə səbəb ola bilən mühüm təzahürlərdəndir. Vətəndaşlara xidmətlərin göstərilməsi proseşində bürokratik süründürməçilik, süni inzibati maneələrin yaradılması dövlət qulluğunun nüfuzunu zədələməklə yanaşı, “vətəndaş-dövlət qulluqçusu münasibətlərində inzibati mübahisələrə də yol aça bilər.
Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfındən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.
Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Respublikamızda bu yönümdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsirıin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zərruriliyi nəzərə alınaraq yaradılmışdır [2].
Agentliyin yaradılması vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafi, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müəssər olması, dövlət qulluğunun müsbət imicinin artırılması üçün tədricən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyərlərin, təşkilati mədəniyyətin fəaliyyət üslubunun formalaşdırılması yönümündə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən “Asan xidmət"in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin - “rəqabət” prinsipinin tətbiqinə başlanılmışdır. İdarəetmədə rəqabət prinsipi vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur.
Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır [1].
Beləliklə “ASAN xidmət” idarəetmə modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidentinin 13 İyul 2012-ci il tarixli Fərmanı ilə yaradıldı ki, “ASAN xidmət” idarəetmə modelində vətəndaşlara göstərilən ayrı-ayrı dövlət xidmətləri vahid məkanda və əlaqələndirilmiş şəkildə vətəndaşlara təqdim edilir. Həmçinin “ASAN xidmət” idarəetmə modelinin yaradılması ilə dövlət idarəetmə sistemində rəqabə prinsipi meydana çıxdı. Belə ki, bu cür idarəetmə modeli vətəndaşların bir neçə orqandan eyni xidmətlər üçün müraciət edə bilər və nəticədə vətəndaş daha keyfiyyətli, şəffaf, çevik şəkildə, peşəkar dövlət qulluqçularından xidmət qəbul etmək fikrində olduğunu düşünərək dövlət orqanları vətəndaşları cəlb etmək üçün bu cür xüsusiyyətlərdən istifadə edəcəkdir. Beləliklə də dövlət orqanları vətəndaşları cəlb etmək üçün rəqabət aparacaqdır ki, idarəetmədə sağlam rəqabət dövlət orqanları arasında fəaliyyətin səmərəsinin, əmək məhsuldarlığının, şəffaflığın, çevikliyin artırılması vasitəsi ilə vətəndaş məmnunluğunu ən yüksək səviyyədə təmin etməyə imkan verəcəkdir. Bununla yanaşı dövlət orqanları göstərdikləri xidmətlər sahəsində və dövlət qulluqçularının peşəkarlığı sahəsində inkişaf etməyə çalışacaqlar. Nəticədə dövlət orqanları şəffaf, peşəkarcasına, mədəni, heç bir qayda pozuntusuna yol vermədən, vətəndaş məmnunluğunu yüksək səviyyədə təmin etmək üçün dövlət xidmətlərini göstərəcəklər.
Milli idarəetmə modelində vəzifəli şəxslə vətəndaş arasındakı münasibətlərdə keyfiyyətcə yeni bir müstəvinin, dövlət orqanlarının yeni fəaliyyət üslubunun, səmərəli xidmətin standartlarının və prinsiplərinin yaradılması nəzərdə tutulur. Dövlət qulluğunun peşəkarlıqla və yüksək şəxsi keyfiyyətlərlə, nəzakətlə və məsuliyyətlə həyata keçirilməsini nəzərdə tutan “ASAN xidmət” modelində vətəndaş məmnunluğu fəaliyyətin əsas qiymətləndirmə mexanizmi kimi qəbul edilib.
Bundan əlavə xidmətə gələn hər yeni əməkdaş üçün təlim krediti nəzərdə tutulmuşdur ki, onun ilkin hazırlığından sonra il ərzində keçəcəyi təlim kursları müəyyənləşdirilir. Peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, sosial cəhətdən həssas, yaradıcı kadr potensialının formalaşdırılmaq”ASAN xidmət” modelinin kadrların inkişaf strategiyasının tərkib hissəsi olan təlim strategiyasının əsas məqsədlərindən biridir. Təlim tələbatlarının müəyyənləşdirilməsi üçün diaqnostik metodlar, anketlər, psixoloji testlər tətbiq olunur, səmərəli təlim modelinə və müasir təlim texnologiyalarına əsaslanan təlimlərin küçirilməsi üçün illik təlim proqramları hazırlanır. Gənc kadrların peşəkarlığının və fərdi keyfiyyətlərin inkişafını, idarəetmə və təhlil qabiliyyətlərini, xarici dil və İKT biliklərini və s. inkişaf etdirən, etik davranış qaydalarını, korparativ mədəniyyəti aşılayan təlimlər və kurslar keçirilir. [3]
Dövlət xidmətlərinin şəffaf, asan, mədəni olmaqla yanaşı, həm də peşəkarcasına təqdim olunması ölkədə yürüdülən dövlət siyasətinin əhali tərəfindən daha da dəstəklənməsinə, xalqın dövlət qulluğunun işinə etimadının yüksəlməsinə səbəb olur. Çünki, vətəndaşlar dövlətin dəstəyini, qaygısım və onlara “xidmət” etdiyini anlayırlar. Hakimiyyətin özünün idarəetmə fəlsəfəsinə əsasən, dövlət qulluğunda olmaq elə dövlətin, xalqın, cəmiyyətin qulluğunda olmaqdır.
“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakının təmin edilməsi. Kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi. Əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək.
Qlobal inkişafın müasir meyilləri nəzərə alınmaqla apanlan kompleks islahatlar nəticəsində ölkədə inkişafın yüksək sürəti təmin edilməklə yanaşı, idarəetmə və dövlət qulluğu sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Qürürverici haldır ki, ölkəmizin inkişaf strategiyasında dünyanın inkişaf meylləri ilə yanaşı, milli məqsəd və mənafelər, milli ideologiya, demokratik prinsiplər əsas tutulur. Beləliklə, qeyd edə bilərik ki, dövlət idarəetməsinin sosial yonümlü olması dövlət siyasətinin hansı maraqların üzərində quruldugundan və ölkənin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən prinsiplərdən asılıdır. Azərbaycanda yürüdülən dövlət siyasətinin mərkəzində vətəndaşın durması dövlət qulluğu konsepsiyasının və formalaşdınlan idarəetmə modelinin təyinatından da aydın olur. Bu modeldə xalqa xidmət, vətəndaşın maraqlarının, məmnunluğunun təmini, həmçinin, sosial tələbatların ödənilməsi və sosial rifah halının yüksəldilməsi güclü və demokratik dövlətin gələcək inkişaf strategiyasını müəyyənləşdirən uğurlu siyasətin əsas prinsipləri kimi çıxış edir.
Yuxarıdakı təsvirdə fəaliyyət günlərinin sayı, ümumi müraciət sayı, mərkəzlər üzrə müraciət sayı, səyyar xidmətlər üzrə müraciət sayı qeyd edilmişdir.Həmçinin, müraciətlərin illər üzrə dinamikası əks olunmuşdur.Müraciət sayı illər üzrə artan tempdədir. [4]
Müraciətlərin günün saatları, həftənin günləri və mövsümlər üzrə bölgüsü . [4]
Müraciətlərin mərkəzlər, xidmət qrupları və müraciət tipi üzrə statistikası. [4]
Ədəbiyyat
1. Həsənov.M.İ., “Azərbaycanın dövlət qulluğu sistemində islahatlar”, Bakı-2018, https://azertag.az/xeber/1174192;
2. Hüseynova.N.Ş., “Dövlət qulluğu və kadr siyasəti”, Bakı-2013;
3. Hüseynova N.Ş., “Dövlət qulluğu və idarəetmə”, Bakı-2017
4. https://asan.gov.az/az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM