Njdenin heykəli: faşist cəlladını təmizə çıxarmaq cəhdləri
Türkmənistanın paytaxtında MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. İclasın gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti ilə bağlı olub. Bu məsələnin müzakirəsi zamanı ekspertləri maraqlandıran hadisə baş verib. Azərbaycan Prezidenti İlham Əliyev faşistlərin qəhrəman kimi qələmə verilməsinin qəbuledilməz olduğunu xatırladıb. Bu kontekstdə Ermənistanda müşahidə edilən bir prosesi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İlham Əliyev çıxışında vurğulayıb: "...Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib...".
Azərbaycanın dövlət başçısı bununla bağlı konkret sənədlərin mövcud olduğunu ifadə edib. Məsələn, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə vurğulanır ki, "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb".
Bundan başqa, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən ensiklopediya nəşr edilib. Həmin kitab 12 cilddən ibarətdir və "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyası adlanır. Onun VI cildi isə "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlanır. Orada "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalə vardır. Həmin məqalədə yazılıb: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib".
Njde yəhudilərə qarşı Holokostda aktiv iştirak edib. 1942-ci ildə o, SSRİ ilə döyüşən erməni legionu təşkil edib. Onun əsas şüarı isə belə olub: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Məhz belə bir adama 2016-cı ildə İrəvanda heykəl qoyulub. İndiki erməni hakimiyyəti də heykəli götürməyib.
Azərbaycan Prezidentinin bu tutarlı faktlarına qarşı Ermənistanın baş naziri Nikol Paşinyan heç bir sanballı arqument gətirə bilməyib. O, dolaşıq məntiqlə Njdenin "Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına" qarşı mübarizə apardığından bəhs etməyə çalışıb. Njde ilə Aleksandr Soljenitsını müqayisə etməyə cəhd göstərib. Bu məntiqsiz və əsassız iddiaların da cavabını Azərbaycan Prezidenti qısa, lakonik və məntiqi əsasda verib. Bununla N.Paşinyan ciddi informasiya məğlubiyyətinə uğrayıb.
Tarixi məqam: İlham Əliyevin ədalətli və obyektiv tezisləri
Maraqlıdır ki, Rusiyanın ictimai-siyasi və elmi dairələri həmin fikirlərə münasibət bildiriblər. Rusiyanın bir sıra tarixçiləri İlham Əliyevin fikirlərinə tam uyğun olaraq Njdeyə qiymət veriblər. Bundan başqa, ekspertlər konkret tarixi faktlar gətiriblər. Məsələn, Modest Kolerov Njdenin 1944-cü il dindirilməsindən bir neçə fikri verib. Njde açıq etiraf edir ki, almanlara təxribat xarakterli işlər görüb. 30 ermənini SSRİ-yə təxribatçı kimi atıb və onlar lazım gələndə, faşistlərə yardım edəcəkdi. Həmin qrupun 17 nəfəri tutulub, qalanları isə axtarışa verilib.
Bu faktları gətirən M.Kolerov sual edir ki, Ermənistanda kim bu Hitler klounu və əlaltısının erməniləri "türk soyqırımı təhlükəsindən xilas etdiyi"ndən danışa bilər? Kimsə Paşinyanın "inqilab vicdanı"ndan bəhs edə bilər? Bu suallar rusiyalı ekspert tərəfindən verilir ki, bu da N.Paşinyanın siyasi, ideoloji və informasiya iflası deməkdir.
Burada geosiyasi kontekstdə iki məqamı vurğulamaq maraqlı olardı. Birincisi, İlham Əliyev Aşqabadda faktiki olaraq dünyaya erməni faşizminin hələ də mövcud olduğunu çatdırdı. Bunun konkret sübutu faşistlərin əlaltısına milli qəhrəman kimi abidənin qoyulması, onun adına küçənin verilməsi və digər hallardır. İnformasiya müharibəsi kontekstində bu məqam N.Paşinyanın "erməni demokratiyası", "erməni isalahatları", "məxməri inqilab" kimi artıq iki ildir danışdıqlarının cəfəngiyat olduğunu göstərir. Reallıqda Ermənistanda bir faşist düşüncəsinin mövcud olduğunu və buna görə də faşistlik edənlərin xatirəsini əbədiləşdirməyə çalışdıqlarını aydın görmək olar.
İkincisi, Moskva MDB-yə üzv olan dövlətlərdə SSRİ tarixinə fərqli baxışları ifadə edən cəhdlərə dözmək istəmir. O cümlədən sovetlərə qarşı olanların xatirələrinin əbədiləşdirilməsini yaxşı qəbul etmir. Məsələnin bu tərəfinin həssas məqamları az deyil. Lakin Ermənistanda açıqca ortaq tarixin təhrif edilməsi müşahidə olunur. Bir qaniçən faşistə, yəhudi soyqırımında aktiv iştirak edən cəllada heykəl qoymağın başqa adı yoxdur. Bu fakt ümumilikdə erməni siyasi şüurunda müşahidə edilən dəyişikliklərin reallığa uyğun olmadığını və xalqlar arasında nifaq toxumu səpdiyini bir daha təsdiq edir.
Azərbaycan Prezidenti isə öz ədalətli, demokratik, obyektiv və tarixi faktlara əsaslanan mövqeyi ilə çox böyük hörmət sahibidir. İlham Əliyevin müasir tələblərə tam uyğun olan siyasi mövqeyini MDB-də yüksək səviyyədə dəstəkləyirlər. Öz səmimi, reallığa uyğun, demokratik fikirləri ilə Azərbaycan Prezidenti dövlətimizin haqlı mübarizəsinin qələbə ilə nəticələnməsinə münbit şərait yaratmaqdadır.
Artıq postsovet məkanında bu həqiqəti qəbul edirlər. İlham Əliyevin "Valday" Klubundakı nitqindən sonra MDB dövlətləri başçılarının Aşqabad sammitində də tutarlı olaraq aktual olan məsələlərdən bəhs etməsi çox əlamətdar hadisədir. Azərbaycan rəhbərliyi yüksək potensiala və səmərəli siyasi kursa malik olduğunu təsdiqləyir.
Beləliklə, növbəti dəfə erməni yalanlarının, qeyri-konstruktiv, əsassız siyasi mövqeyinin iç üzü bir daha ifşa olundu. Rəsmi İrəvanın mövqeyini kimlərsə dəstəkləməkdə davam edəcəksə, özü də çox pis vəziyyətə düşəcək. Çünki açıq surətdə haqqa, ədalətə, əməkdaşlığa qarşı çıxmaq uzun sürə bilməz. Deməli, İlham Əliyev Aşqabadda faktiki olaraq yeni bir diplomatik prosesin əsasını qoydu. Bunun başlıca əlaməti ondan ibarətdir ki, Ermənistan rəhbərliyinin hazırkı mövqeyi konstruktiv deyil və ona ciddi düzəlişlər olmalıdır. Ermənistan MDB-nin Nizamnaməsinə zidd olan siyasət aparır. Artıq bunun hər kəs tərəfindən qəbul edilməsi zəruridir! Azərbaycan Prezidenti buna Aşqabad sammiti iştirakçılarını tam inandırdı!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM