Türkiyənin ədalət savaşı: "Sülh çeşməsi"ni qısqananlar

10:43 / 17.10.2019

Ankaranın Suriyanın şimalında hərbi əməliyyatlara başlamasına dünyanın böyük dövlətlərinin reaksiyası fərqli olub. Gah yol göstərir, gah hədələyir, gah da müəyyən şərtlər qoyurlar. Xüsusilə Amerikadan müxtəlif fikirlər səslənir. Hətta Donald Trampı milli qürur hissinin olmamasında suçlayırlar. Burada elə hesab edirlər ki, ABŞ-ın Türkiyəni "cəzalandırmağa" haqqı var. Digərləri Vladimir Putindən addım gözləyirlər. Bir başqaları isə Fransa və Böyük Britaniyaya ümid edirlər. Onların hamısının dərdi birdir: Türkiyənin terrorçulara qarşı apardığı həbi əməliyyatı pozmaq! Ancaq qəribədir ki, bu dairələr, nədənsə, Türkiyənin də böyük dövlət olduğunu və ən əsası, özünü müdafiə etdiyini "unudurlar". Əslində, unutmurlar, sadəcə, özlərini elə aparırlar.

Terrorla mübarizə: ikili standart mərəzi

Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində apardığı "Sülh çeşməsi" antiterror əməliyyatı dünyanı qarışdırıb. Böyük dövlətlərin məsələyə münasibəti isə geosiyasi kontekstdə çox maraqlıdır. Çünki ortaya indiyə qədər müxtəlif diplomatik ibarələr altında gizlənən məqamlar çıxır. Onlar göstərir ki, özünü dünyanın ən güclüləri sayanlar, əslində, özlərindən başqa kimsəni düşünmürlər. Onlar ədalətli və real siyasi mövqedən, təəssüf ki, çox uzaqdırlar. Əksər hallarda özlərini hakimi-mütləq kimi aparmağa çalışırlar. Başqalarına ağıl öyrətmək kimi absurd bir işə girişirlər. Reallıq isə tamamilə fərqli bir mənzərəni ortaya qoyur.

Öncə çox sadə bir suala cavab vermək lazımdır: Suriyada illərdir davam edən hansı proseslərə görə Türkiyə burada hərbi əməliyyat keçirmək fikrinə düşdü? Yəni Suriya Türkiyə ilə 900 kilometrdən çox ortaq sərhədi olan bir dövlət kimi hansı vəziyyətdədir, nələrlə üz-üzədir? Bu suala cavab axtarmayanlar Ankaranı "Suriyanı işğal etməkdə" günahlandırmağa çalışırlar. Obyektiv mənzərə belədir: Suriyada ABŞ, Rusiya, İngiltərə, Fransa, Almaniya, İran və digər dövlətlərin hərbi gücləri, bazaları vardır. Ən çox bazaya Amerika sahibdir. Rusiya böyük hərbi qüvvə ilə bir neçə hərbi baza qurub. İran yüzlərlə xüsusi hərbi dəstələri çoxdandır ki, Suriyada istifadə edir.

Bəs bu qədər kənar hərbi qüvvənin Suriyada nə işi var? Məsələn, hansı səbəblərdən İran və Rusiya öz insanlarının Suriyada öldürülməsinə razıdırlar? Maraq nədən ibarətdir? Eyni sualı amerikalılar, ingilislər, fransızlar və digərləri haqqında da vermək olar. Adı çəkilən ölkələr Suriyada bəlli bölgələrdə at oynadır və bir-birlərini Suriyanı işğal etməkdə ittiham edirlər. Məsələn, amerikalılar deyir ki, iranlılar çəkilib getməlidirlər, iranlılar deyirlər ki, əsl işğalçı ABŞ-dır. Bəziləri də Bəşər Əsədin ağzı ilə danışır və istədiyi yerə bomba atırlar. Kim öldü-öldü, onlar üçün fərq etməz, əsas odur ki, yeni silahları sınaqdan çıxara bilir və Suriyada "sakitlik yaradırlar". Hələb xaraba, Dəməşq darmadağın, 11 milyon suriyalı qaçqın, lakin sadalanan ölkələr Suriyanın sakitliyindən, münaqişənin siyasi yolla həll məsələsindən danışırlar.

Türkiyə 4 milyona yaxın suriyalı qaçqını ərazisində saxlayır və onlara 40 milyard ABŞ dolları həcmində xərc çəkib. Nə üçün? Suriyaya sülh gətirdiklərindən dəm vuran "supergüclər" neçə suriyalını saxlayır? Nəinki saxlamır, hətta Avropanın güclü sayılan ölkələri Fransa, Almaniya, Böyük Britaniya "onlar gəlməsin", deyə özlərini didirlər. Əcəba, Suriyada sülh yaratmaq beləmi olur? Sən suriyalını normal adam saymayacaqsan, ancaq Suriyada sakitliyin, sülhün olmasını istədiyindən bəhs edəcəksən! Hətta bəzi müsəlman ölkələr belə suriyalıları yaxına buraxmır! Amma iddiaları böyükdür. Özü də Suriya məsələsinin necə həll edilməli olduğunu "bilirlər"!

Gələk Türkiyəyə. İllərdir ki, Türkiyənin ərazisini Suriyadakı radikal cihadçı qruplar həm sərhədin o tərəfindən atəşə tuturlar, həm də ölkə ərazisində terror aktları törədirlər. İndi özlərini Suriyaya dayaq kimi göstərən ölkələr isə sözdə təəssüflənməkdən başqa heç bir iş görmədilər. Onlar həmin hadisələrə görə Suriyada antiterror əməliyyatı keçirmədilər. Özlərini elə apardılar ki, sanki dinc Türkiyə vətəndaşlarını qətlə yetirmək qəhrəmanlıqdır. Üstəlik, Türkiyəni hədəf alan terrorçulardan ABŞ, Rusiya, Avropa silahları çıxırdı. İndi də belədir. Heç bir dəyişiklik yoxdur. PKK-lı terrorçular fəxr edirdilər ki, Amerika onlara silah verib. "Kalaşnikov" da terrorçuların ən çox istifadə etdikləri "klassik silahdır".

Sülh və ədalət naminə: türk ordusunun missiyası

Belə bir vəziyyətdə Ankara nə etməli idi? Əlbəttə, özünü müdafiə etməlidir. Hərbi əməliyyat bunun üçündür. Ancaq "böyük dövlətlər" yenə də ədaləti unudurlar. Onlar indi də "müdrikdirlər"! Biri Türkiyəyə hədə gəlir ki, "çəkdiyim xətti keçsən, vay halına", o birisi Aşqabaddan səslənir ki, "əmin deyiləm ki, türklər İŞİD-ə nəzarət edə bilsinlər"! Biri deyir ki, Türkiyənin hərbi əməliyyatına səs vermirəm (heç vermə!), digəri söyləyir ki, "Suriyanın ərazi bütövlüyü zərər görməməlidir"! Əgər belə ağıllı, güclü, ədalətli və qətiyyətlisinizsə, bir neçə ildir nə üçün nə İŞİD-dən yaxa qurtara, nə də Suriyanın ərazi bütövlüyünü təmin edə bilirsiniz?! Amma başqasına yol göstərməyə çalışırsınız. Hələ Suriya ilə heç bir sərhədinizin olmadığı reallığını demirik.

İndi Türkiyə bütün bunların fonunda konkret addımını atır. Ankara Suriyanın müəyyən ərazisində olan və ona birbaşa təhdid yaradan terror qruplarına qarşı hərbi əməliyyat keçirir. Proseslər göstərir ki, doğrudan da, terrorçular çox qəddarlıq edirlər. Onlar dinc insanların arxasında gizlənərək Türkiyədə yaşayan insanları qətlə yetirir və hərbçiləri şəhid edirlər. Türkiyənin əyalətlərinə atılan raketlər artıq on səkkiz dinc sakinin həyatına son qoyub. Hazırda daha neçə günahsızın qətlə yetirildiyi məlum deyil. Bundan başqa, hərbi əməliyyatın keçirildiyi ərazilərdən olan Tel Abyadın kəndlərindən birində gizlənən terrorçular Suriya milli ordusunun dörd əsgərini şəhid ediblər.

Görəsən, terrorçular Amerikada və ya Avropada bir körpəni qətlə yetirsələr, onlar necə reaksiya verəcəklər? Təbii ki, var gücləri ilə terrorçulara qarşı müharibəyə başlayacaqlar. Elə indi də bu ölkələrin KİV-lərində neçə terrorçunu məhv etdiklərini kəskin dillə yazılar. D.Tramp bir neçə gün öncə qürurla yazdı ki, Üsamə ben Ladenin oğlunu öldürüblər. Avropa mətbuatı da tez-tez informasiya yayır ki, filan qədər İŞİD-çini məhv ediblər. Lakin bunların heç birində nə insan haqlarından danışır, nə də mənfi söz deyirlər. Heç Türkiyə də xəbərdarlıq etmir ki, Amerika və ya Avropada hədlərini aşmasınlar, dinc sakinləri qətlə yetirməsinlər. Çünki Ankara terrorun nə bəla olduğunu yaxşı bilir və ədalətli davranır. Digərlərinin də eyni cür davranması zamanı gəlməyibmi?

Bunlar bir yana, bir sıra dairələr özlərini çox zora salırlar. Onlar tələb edirlər ki, Türkiyəyə qarşı hərbi əməliyyatlara başlasınlar. Türklərin "dərsini versinlər". D.Trampın qüruru yoxdur! Qərb öz marağını niyə qorumur? Fransa və Böyük Britaniya isə Türkiyə məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıblar. Onlar Türkiyəni dayandırmaq üçün BMT-dən sənəd tələb ediblər. Kiçik bir müqayisə aparaq.

Fransa ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biridir və guya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edir. Ancaq bu "sülh qaranquşu" bir dəfə də olsun işğalçı Ermənistandan zəbt etdiyi ərazilərdən çıxmağı tələb edibmi? Və yaxud BMT TŞ-nin qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsi üçün hansı konkret addımı atıb? Niyə BMT TŞ-də Ermənistanın həmin təşkilatın sənədlərini yerinə yetirmədiyinə görə, müzakirəyə çıxarılmasına çağırmayıb? Zərrə qədər də etməyib, əksinə, Ermənistana hər fürsətdə dəstək verib, yardımlar göndərib. Hətta Frankofoniya təşkilatının tədbirini İrəvanda keçiriblər və orada Emmanuel Makron ifadə etdi ki, "ermənilərlə fransızlar qohumdurlar"! Lakin Paris tələm-tələsik BMT-də "Türkiyəni durdurun", deyə dünyaya səslənir.

Dünya həqiqətən də "beşdən böyükdür". Ancaq bu "beşlik" dünyanı çox qarışdırır, insanları çaşdırır. Türkiyə bu ehkamı dağıtmış kimi görünür. "Sülh çeşməsi" həm də dünyaya bir cəsarət örnəyi olur. Türklər tarixdə növbəti dəfə sübut edirlər ki, onlar yenilməzdirlər, çünki ədalətlidirlər. Türkiyə haqlı və ədalətli savaşı ilə dünyanın bütün məzlumlarına güc verir.

Hələlik, türk ordusu qarşısına qoyduğu hədəfə doğru irəliləyir – terrorçular məhv edilir! Ancaq qarşıda çox uzun yol vardır. Nəzərə almaq lazımdır ki, xaricdən minlərlə terrorçunu silahlandırıblar. İndi onları xilas etməyə çalışırlar. İstəyirlər ki, birtəhər türk əsgərinin əlindən alıb, kənara çəksinlər. Bunu etsinlər ki, bir neçə il sonra indiki kabus yenidən yaşansın. Müsəlmanlar bir-birini qırsınlar, ondan dividendi isə "supergüclər" götürsünlər!

Bir zamanlar Frensis Fukuyama "tarixin sonu" ifadəsini işlətmişdi. Bu olmadı. Tarix davam edir. Ancaq tarixdəki pisliklərin, ikili yanaşmanın və ədalətsizliyin sonu gələ bilər. Qərb, heç olmasa, bunu etsin!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM