Nikol Paşinyan Qarabağ probleminin həllində yeni situasiya yaradıb
Azərbaycan Prezidenti İlham Əliyevin hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak etməsi, eləcə də prezdent Putinlə cənab İlham Əliyev arasında çox yüksək səviyyəli ikitərəfli görüşün baş tutması Azərbaycanla Rusiyanın strateji tərəfdaşlıq münasibətlərinin, iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikasının ifadəsi kimi qiymətləndirilir.
Eyni zamanda, hər iki dövlət rəhbərinin şəxsində və timsalında, xüsuliə qarşılıqlı yüksək hörmət və ehtirama söykənən münasibətlərin ifadə olunması şəraitində Azərbaycan Prezidenti cənab İlham Əliyev "Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm", - deyərək bir çox məsələlərə münasibət bildirmişdir.
Belə bir mötəbər tədbirdə Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın işğalının nəticələrinə diqqət yetirib. BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Mən Ermənistan baş nazirinin təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - bu Azərbaycandır və nida işarəsi".
Həmçinin, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla, məqbul olması barədə açıqlamasına da toxunub: "Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var".
"Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur" deyə Azərbaycan dövlət başçısı qeyd edib.
Nikol Paşinyandan ermənilər üçün uğursuz bəyanat
Xankəndində keçirilən ümumerməni mitinqində çıxış edərkən Ermənistanın baş naziri Qarabağla bağlı özünəməxsus tezislər irəli sürərək, bir az da dərinə baş vurub və "Qarabağ Ermənistandır, nöqtə", deyə bəyanat səsləndirib. Sözsüz ki, nəinki diplomatiya və peşəkar siyasətlə praktiki məşğul olanlar, hətta ekspertlər belə bu çox qeyri-ciddi, qeyri-hüquqi və qeyri-peşəkar bəyanatı yaxşı qarşılamadılar və çox yersiz, uğursuz səslənmə kimi qiymətləndirdilər.
Rusiyanın ekspert çevrələrindən də Ermənistan baş nazirinin çıxışına reaksiyalar gəldi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsitutunun beynəlxalq araşdırmalar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedenov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə maneə yaradan çoxsaylı parçalanmalar barədə pafosa bürünmüşdü.
"Qarabağ məsələsinin postsovet Ermənistanı üçün ən mühüm mövzu olduğu yenilik deyil. Lakin rəsmi Yerevanın nümayəndələrindən heç kim indiyə qədər bu qədər dəqiq və aydın deməmişdi ki, "Qarabağ Ermənistandır". Paşinyan sevimli mövzusundan - inqilab mövzusundan da yan keçə bilməzdi və onun fikrincə, Ermənistanda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumerməni lideri kimi aparır", - Markedonov məqaləsində yazır.
Rusiyalı ekspertə görə Paşinyan istəyir ki, 2020-ci ildə Qarabağda hakimiyyətdə onun adamı olsun. Ona görə də o, erməniləri qarabağlılara, yerevanlılara, gümrülülərə və ya icevanlılara ayırmağın mümkün olmadığını deyəndə birmənalı şəkildə eyham vurur ki, birləşdirici lider statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynayacağını bildirir. Habelə, Markedonov hesab edir ki, Paşinyanın çıxışında xarici siyasət elementləri də var. O, Bakıya və həmsədr ölkələrə ünvanlanıb.
"Paşinyan, aydındır ki, danışıqlarda sərt mövqeyini möhkəmləndirmək istəyir və münaqişənin nizamlanmasına dair baza prinsiplərini detallı şəkildə müzakirə etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistanın daxilində yarayır", - Markedonov vurğulayır. O qeyd edib ki, Paşinyan əvvəlki hakimiyyəti beynəlxalq arenada əsassız güzəştlərə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ məsələsində məzənnəni qaldırmaq bu məsələdə onun işinə yarayır.
Amerikalı diplomat, Minsk qrupunun keçmiş həmsədri olmuş Metyu Brayzanın Paşinyanın Qarabağla bağlı söylədiyi fikirlərə münasibəti çox maraqlıdır: "Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir. Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".
Eyni zamanda, kütləvi informasiya vasitələri ilə ünsiyyətdə olarkən bildirib ki, Paşinyan Qarabağ qruplaşmasının dəhşətli təzyiqlərinə məruz qaldığı üçün belə danışıb. "Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir" cümləsini işlədərək, "Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir" - deyə vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökümətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil".
M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: "Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə, doğru deyil".
Paşinyan Xankəndindəki çıxışında Ermənistan üçün yaxın 30 ildə hədəfləri də elan edib. Və bunlara ÜDM-in 7 dəfə artırılması, maaşların, səhiyyə, təhsil xərclərinin on dəfələrlə artımı kimi utopik tezislər də daxildir. Hansı ki, meydana toplaşanlar Paşinyanın bu boş vədlərinə əsnəməklə reaksiya veriblər.
Yerevandakı Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyana görə, Paşinyanın bu vədləri ancaq o halda həyata keçə bilərdi ki, hansısa super dövlət Ermənistana pul yağdırsın. İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Yaponiyaya kömək edib iqtisadiyyatını qaldırdığı kimi. Hazırda isə ekspertin qeyd etdiyi kimi, erməni iqtisadiyyatını görünməmiş ÜDM həcmində qaldırmağa hazır olan dövlət yoxdur. Ermənistanın özünün buna nail olması da mümkün deyil, çünki imkanı çatmır. Mikaelyana görə, Paşinyanın səsləndirdiyi hədəflərə necə çatacağına dair detallı proqramı da yoxdur.
Nikol Paşinyan kimdir?
Nikol Vova oğlu Paşinyan 1975-ci il iyunun 1-də İcevanda (Ermənistan) doğulub.
1991-də İrəvan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, amma siyasi baxışlarına görə son kursda universitetdən çıxardılıb.
Peşə fəaliyyəti
90-cı illərin ortalarından Ermənistanın müxtəlf KİV-lərində işləyib.
1993-1994 – "Dprutyun" qəzetinin müxbiri.
1994-1997 – "Lragir", "Lragir-or", "Molorak" qəzetlərinin müxbiri.
1995-1997 – "Molorak" qəzetinin əlavəsi "Em-Es-e"-nin redaktoru.
1998-1999 – "Oragir" qəzetinin təsisçisi və baş redaktoru.
1999-dan – "Aykakan jamanak" ("Ermənistan zamanı") qəzetinin baş redaktoru.
Siyasi fəaliyyəti
2007-də Ermənistan prezidenti Robert Köçəryan və baş nazir Serj Sərkisyanın istefası uğrunda çıxış edən "İmpiçment" siyasi blokunun siyahısında birnömrəli namizəd kimi parlament seçkilərinə qatılıb. Blok parlamentə girməyə nail olmayıb və Paşinyan Ermənistan hökumətini səsləri saxtalaşdırmaqda ittiham edib və seçkiləri etibarsız elan etməyi tələb edib. Etiraz əlaməti kimi İrəvanın mərkəzində oturaq tətil elan edib. O dövrkü prezidentə qarşı təşkil etdiyi etirazlara qatılıb. Etirazlardan sonra Paşinyan axtarışa verilib, bir il dörd ay ərzində hüquq-mühafizə orqanlarından gizlənib.
2009-un iyulunda hökumətə təslim olub və həbsə alınıb. Kütləvi iğtişaşların təşkilinə görə 2010-un yanvarında yeddi il həbsə məhkum edidlib. 2011-in yanvarında əfv əsasında azadlığa buraxılıb.
Həbsxanadan çıxaraq siyasətə qayıdıb. 2012-də "Ermənistan Milli Konqresi" partiya blokundan proporsional seçki sistemi üzrə Ermənistan Mili Məclisinin deputatı seçilib.
2013-cü ildən "Vətəndaş sazişi"nin üzvüdür.
2016-cı ildən "Yelk" partiyasının üzvüdür.
2017-də "Yelk" partiyasından parlamentə seçilib. Paşinyanın daxil olduğu blok 8%-dən az səs yığıb.
Paşinyan 2017-ci ilin mayında İrəvan meri seçkilərinə qatılıb, lakin 21% səs toplayaraq hakim Ermənistan Respublika Patiyasını təmsil edən, fəaliyyətdə olan şəhər başçısı Taron Marqaryana uduzub.
Nikol Paşinyan "Soros"un məxməri inqilab ssenarisində
(Bundan əvvəl Resurs Analitik İnformasiya Mərkəzinin təhlil və proqnozlarında Soros fondunun dünyada həyata keçirdiyi "məxməri inqilab", "ərəb baharı" və s. inqilablar seriyası KİV-lərdə öz əksini tapmışdır. Bu inqilablar, əslində həmin ölkələrdə "demokratiya" adı ilə və böyük maddi vəsaitlər xərclənməklə milyonlarla insanın müharibələr, aclıq və səfalət, idarəsizlik, xəstəlik və epidemiyalar yolu ilə məhv edilməsi, abad şəhərlərin dağıdılıb viran qoyulması planı həyata keçirilmişdir. Bu seriyalar Ərəb ölkələrində, Afrika qitəsində, MDB məkanında və hazırda Nikol Paşinyanın simasında Ermənistanda davam etdi).
Minlərlə etirazçı Ermənistanda "qeyri-zorakı məxməri inqilabi təşkil edir, "Nikol Paşinyan 17 apreldə Serj Sarkisyanın parlamentdə Baş nazir kimi təsdiq edilməsindən sonra bildirib. "Serj Sarkisyan görməlidir ki, o, Ermənistanı və onun xalqını idarə edə bilməz".
Nikol Paşinyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarı kimi Qarabağ hərbi xuntasının Ermənistanı ələ keçirməyinə qarşı çıxaraq, keçmiş prezidentlər Robert Koçəryan və Serj Sarkisyanın Ermənistanı ələ keçirməsinə qarşı işlədiyi qəzetlər vasitəsilə daim etiraz edənlərdən biri olmuşdur. O, millət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.
Göründüyü kimi, bir çox ekspertlərin də rəyinə görə və "Resurs" Analitik İnformasiya Mərkəzinin təhlillərinə əsasən belə qənaətə gəlməyə əsas yaranır ki, əvvəla Nikol Paşinyan özünün, tərəfdarlarının və ekspertlərinin də qiymətləndirdiyi kimi "məxməri inqilab"ın övladı olaraq hakimiyyəti ələ keçirib.
Artıq bütün dünyaya sirr deyil ki, məxməri inqilablar seriyası ABŞ-ın Soros fondunun inkubator layihələrindəndir. Qısa arayış şəklində xatırlatmaq yerinə düşər ki, hər hansı virus "Soros fondu" kimi laborotoriyalarda yetişdirilir və virusların inkişafı üçün uyğun mühit yaradılaraq xəstəliyin yetişmə vaxtı - yəni virusun inkubasiya dövrü gözlənilir və ayarlanır. Məsələn, Ermənistanda Gümrü şəhərində 2015-ci il yanvarın 12-si rus hərbiçisi Valeri Permyakovun Avetisyanlar ailəsinin 7 üzvünü güllələməsi faktı kimi hadisələr və buna oxşar-oxşamaz istənilən detallar cəmiyyətdə anti-rus əhval-ruhiyyəsinin formalaşması, güclənməsi və Rusiya əleyhinə mənəvi-psixoloji atmosferin möhkəmlənməsi istiqamətində iş aparılırdı. Yəni virusun inkubasiya dövrü əlverişli şəraitin yaradılması və nəhayət, məxməri inqilab - Nikol Paşinyan.
İkincisi, inqilabçılara xas olan ən vacib keyfiyyət - inkarçılıq, dağıdıcılıq, hətta Paşinyanda nihilizm xüsusi olaraq bu inqilabların ideoloqlarının diqqətini cəlb edir ki, o da dağıdıcılıq işlərində inqilablar üçün işə yarayır. Yeri gəlmişkən, belə adamlarda qəddarlıq və qorxaqlıq şüuraltı emosiyaların əsas faizini zəbt etmiş vəziyyətdə olur.
Ermənistanda çoxəsrlik rus təbəəliyinə son qoymaq üçün ABŞ məxməri inqilab yolu ilə rusiyapərəst qüvvələri hakimiyyətdən uzaqlaşdıraraq iqtidara sahib çıxdı. Yeri gəlmişkən, Paşinyanın keçmiş rusiyapərəst prezidentlər - Qarabağ hərbi klanının nümayəndələri Robert Koçəryan və Serj Sarkisyanın müxtəlif faktorlarla məsuliyyətə cəlb olunması və yaxud ittiham edilməsi ilə əslində, onların Ermənistandakı bütün dayaqlardan məhrum olunması məqsədi güdülür.
Bəs məqsəd və hədəf nədir?
Əslində, azərbaycanlılar bu proseslərin sonunda normal bir iqtidarla problemin həllinə ümid etsə, baş verən proseslərdən hətta bəhrələnmək olardı.
Amma Paşinyanın və onu hakimiyyətə gətirən qüvvələrin öz məqsəd və hədəfləri var.
Rusiya, Azərbaycan, Türkiyə
Rusiya, Azərbaycan, İran
Rusiya, İran, Türkiyə və
Rusiya, Azərbaycan, Türkiyə, İran münasibətlərində regionda yaranmış yeni iqtisadi və beynəlxalq kommunikasiya münasibətləri sistemində Ermənistan ABŞ-a gərəkli olduğunu hiss edir.
Nikol Paşinyanın pornoulduz Kim Kardaşyanla çəkdirdiyi və sosial şəbəkələrdə yayılmış şəkli onun dövlət xadimindən çox hələ küçə eyforiyası psixologiyasından xilas ola bilmədiyinin əyani sübutudur. O, elə sevinir ki, elə bil ABŞ prezidenti ilə selfi çəkdirmək şərəfinə nail olmuşdur. Biz Paşinyanın şəxsiyyətini aşağılamaq fikrində deyilik, sadəcə, onun psixoloji durumunu dəyərləndiməklə Qarabağ probleminin həllində onun nə qədər ciddi və məsuliyyətli ola biləcəyinə diqqət çəkmək istəyirik. Nikol Paşinyanın hazırlıqsızlığı göz qabağındadır.
Digər bir tərəfdən isə onu hakimiyyətə gətirən qüvvələrin cari taktiki hədəfləri, ilk növbədə, rəsmi Erevanı və Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaqdır. Lakin ekspertlərin də qeyd etdiyi kimi Qarabağ klanının güclü təzyiqi ilə üzləşmiş durumdadır, yeri gəlmişkən bir çox ekspertlərin də rəyləri kimi Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün "Soros fondu"nun maliyyə dəstəyinə də çox ümid edir. Amma, eyni zamanda, regionda baş verən bir çox proseslərdən, o cümlədən beynəlxalq meqa kommunikasiya layihələrindən kənarda qalan və getdikcə regiona yalnız destruktiv fəaliyyət üçün lazım olan Ermənistan özü necə inkişaf edə bilər ki? Hazırda bu ölkə kimlər üçünsə yalnız hərbi baza saxlamağa yer kimi nəzərdə tutula bilər.
Əslində, Qarabağ probleminə münasibətdə də Nikol Paşinyanın yol xəritəsi yoxdur. Çünki ziddiyətli bəyanatlarla o, Qarabağ probleminin hazırki danışıqlar formatını pozmağa yönəlik cəhdlər edir. Məqsəd "papadan daha çox katolik olmaq" görüntüsü yaratmaqla prosesi pozmağa cəhd edərək Rusiyanın Ermənistanı güzəştə getməyə məcbur eləmə taktikası seçilib. Belə ki, dünyada Qarabağ probleminin həllinin əsas açarı Rusiyanın əlindədir.
Nikol Paşinyanın iqtidarı isə Ermənistan "Soros fondu"nun layihəsi və proqramı ilə bölgədə möhkəmlənməyə çalışır. Sözsüz ki, bu proses Rusiya qədər İranı da narahat edir, baxmayaraq ki, bu narahatçılığın ifadəsi hələ açıq müstəviyə keçməyib. Ancaq artıq bunu gizlətmək də mümkün deyil və müvafiq tədbirlərin görülməsi istiqamətində müəyyən formalarda hərəkətlərin də müşahidə olunacağı ehtimalı çox böyükdür.
Azərbaycanda təbii ki bu proses diqqətlə izlənilir və dəyərləndirilir. Əgər bu prosesin nəticə etibarilə Azərbaycanla münaqişənin həllinə və bölgənin inkişafına müsbət töhfə verəcəyi proqnozlaşdırılarsa, əlbəttə bu müsbət qarşılana bilərdi, lakin bu prosesin, sadəcə olaraq zaman əldə etmək və daha da qəlizləşmiş formada ortaya çıxması ehtimalı çox böyükdür.
Nikol Paşinyanın nöqtəsi
Ermənistanın baş naziri Qarabağda ermənilərin qarşısında çıxışı zamanı "Qarabağ Ermənistandır, nöqtə" deməklə, əslində, guya özünü fanatik "qarabağsevər" obrazında təqdim etmək görüntüsü yaradır,- yəni qarabağda rus tankları üstündə hakimiyyətə gələn hərbçi qarabağlı Robert Koçəryanı tutub həbsə atmaq üçün sözsüz ki, Qarabağ məsələsində Köçəryandan və onun varisi Serj Sarkisyandan daha çox "qarabağsevər" olmaq gərəkir. Bu məqamda "papadan artıq katolik olmağ"ın nəticəsi "Qarabağ Ermənistandır- nöqtə" mitinq stixiyası şüarını səsləndirir.
Bununla Paşinyan Qarabağ danışıqlarını pozmaq və yaxud Rusiyanın nəzarətindən çıxarmağa nail ola biləcəkmi?
QARABAĞ RUSİYANIN NƏYİNƏ LAZIMDIR?
Qafqaz və Azərbaycan bugün dünyanın ən maraq kəsb edən geosiyasi məkanlarındandır. Bugün neçə-neçə beynəlxalq meqaproyektlər, beynəlxalq magistral kommunikasiyalar Azərbaycandan keçir. Və dünya gücü olmağın vacib şərtlərindən biri də Qafqaza nəzarəti əldə saxlamaqdır. Yəni Qafqazın açarı kimin əlindədirsə, o, böyük bir regionun nəzarətini əldə saxlamış olur. Bu mənada siyasətdə dostluq, mənəvi dəyərlər, qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və digər bütün münasibət formaları hər şeydən üstün olan maraq və mənafeyin sığortalanması və qarantiyası prinsipidir. Əlbəttə, diplomatiyada siyasi proses, məqsəd, hədəf və strategiyada xahiş, sevgi, qısqanclıq, məhəbbət - "mən sevəcəyəm, sən sevməsən də" və bu kimi dəyərlər sadəcə olaraq bu müstəvidə yoxdur. Bu gün qarabağın açarını Rusiya əlində saxlamaqla Azərbaycan və Ermənistanla dostluq, qonşuluq və mehriban münasibətlərə məcbur edirsə onun günahını Vladimir Putində, yaxud başqasında axtarmaq yox, reallığı olduğu kimi dəyərləndirib, mövcud reallığa uyğun öz mənafelərimizi nəzərə almalıyıq. Rusiyanın prezidenti də tarix, öz xalqı və dövləti qarşısında böyük cavabdehlik və məsuliyyət daşıyır.
Beləliklə, Nikol Paşinyan Rusiya, ABŞ və Fransa kimi həmsədr dövlətlərə qarşı çıxıb. Qarabağ probleminin nizamlanması ilə bağlı prosesi öz istədiyi istiqamətə apara bilərmi?
Bu sualın cavabı sözsüz ki, birmənalı deyil, çünki, onun qarşısına qoyulmuş məsələlər və məqsədlər var ki, o bu məsələləri yerinə yetirmək məcburiyyətindədir. Fəqət onların hamısı planlaşdırdıqları prosesdə görəsən Azərbaycan Prezidentinin şəxsi keyfiyyətlərini, Azərbaycan xalqının mənəvi-psixoloji durumunu nəzərə alıblarmı?
Və gözlənilmədən Azərbaycan Prezidenti kifayət qədər ciddi beynəlxalq diplomatik tribunadan "Qarabağ Azərbaycandır, nida! " bəyanatı səsləndirdi.
Əvvəla, Azərbaycan prezidenti İlham Əliyev peşəkar siyasətçi və dövlət xadimidir, dünya siyasətini, tarixi, mövcud və perspektiv münasibətlər sistemini akademik səviyyədə bilən, öz sözünü və çəkisini yüksək səviyyədə qiymətləndirən şəxsiyyətdir.
Prezident Əliyev heç vaxt real olmayan, nəyinsə xatirinə bəyanat verməyib. Və birdən çox ciddi, mötəbər bir tribunadan cənab İlham Əliyevin qəti və sərt mövqeyi soyuq duş effekti yaratdı, təkcə ermənilər üçün deyil onların yeni və köhnə himayədarlarını da ayıltdı və düşünməyə vadar etdi. "Qarabağ Azərbaycandır, nida".
"Resurs" Analitik İnformasiya Mərkəzinin materiallarından çıxarış
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM