Tarix elmləri doktoru, professor
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən 8 il ötür.
2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımızın müasir tarixinə ən əlamətdar və qürur doğuran hadisələrindən biri kimi daxil olmuşdur. Dünyanın nüfuzlu təşkilatının ali orqanında ölkəmizin təmsil olunması prosesi müxtəlif mərhələlərdən və namizədliyini irəli sürmüş digər dövlətlərlə rəqabət şəraitində keçmişdir. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Azərbaycan səs çoxluğu ilə dünyanın 193 dövlətindən 155-nin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir.
Ölkəmizin əldə etdiyi bu tarixi nailiyyət, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və uzaqgörən xarici siyasətin nəticəsi kimi mümkün olmuşdur. Məlumdur ki, qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi tövhələr, BMT-nin digər məqsədlərinin reallaşması prosesində yaxından iştirak etmək imkanı, mövcud ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu kimi mühüm amillər nəzərə alınır. Azərbaycanın göstərilən parametrlərə uyğun və beynəlxalq aləmdə fəal şəkildə dəstəklənən xarici siyasət apardığı onun Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bir daha sübut edildi.
Erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin üzvü olan dövlətlərin əksəriyyətinin birbaşa dəstəyinə nail olmaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yüksək siyasi iradəyə söykəndiyini və qətiyyətli xarakter daşıdığını sübut etdi. Həmin ərəfədə ermənilər Azərbaycana qarşı məkrli və çirkin siyasi kampaniya aparsalar da, mənfur niyyətlərinə nali ola bilmədilər. Ermənistanın da ilkin mərhələdə Təhlükəsizlik Şurası üzvlüyünə öz namizədliyini irəli sürməsinə baxmayaraq, sonradan bu dövlətin diplomatik mübarizədə Azərbaycanla hər hansı bir rəqabət imkanına malik olmadığı üzə çıxdı və bunun etirafı olaraq namizədliyini geri götürmək məcburiyyətində qaldı.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin tarixi-siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, bu hadisədən sonra ölkəmizin milli maraqlarının qlobal səviyyədə təmin edilməsi istiqamətində fəal səylər göstərilmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Şuranın iclaslarında müzakirə olunmuş və real həqiqətlər dünya içtimaiyyətinə çatdırılmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində təşkilatın 13 açıq və 16 qapalı iclası keçirilmişdir. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyinə xüsusi diqqət yetirilmiş, bu məsələlər Şuranın qəbul etdiyi sənədlərdə öz əksini tapmışdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM