Müstəqil  Azərbaycanın dinamik sosial-iqtisadi  inkişaf strategiyası

10:44 / 28.10.2019

Murtəza  Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyasının “Dövlət Qulluğu və  kadr siyasəti” kafedrasın   dosenti  s.e.f.d.    

 Dövlət çoxfunksiyalı sistem olmaqla vətəndaşlarla, təşkilatlarla cəmiyyətdə mövcud olan müxtəlif qurumlar arasında münasibətlərin bütöv bir kompleksini özündə əks etdirir. Ərazi və əhali dövlətin yaranması və mövcudluğu üçün zəruri maddi şərtdir. Dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir.  Dövlət ictimai həyatın ayrılmaz bir hissəsidir. Dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkisafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır.

İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarilə müxtəlif sahələrin fəaliyyətinin nizamlanması, qaydaya salınmasını təmin edir.

Müasir idarəetmə sistemi sadə və çevik olmalıdır. Onun başlıca kriteriyası yüksək səmərəliliyi və rəqabət qabiliyyətliliyidir.

Cumhuriyyətin təməl daşları olan milli azadlıq və milli dövlətçilik məsələləri qədim tarixi-fəlsəfi və milli dəyərlərə malikdir. Bütün dövrlərdə işğalçılıq, müstəmləkəçilik siyasəti ilə barışmaz olan, milli azadlığını və milli dövlətçiliyini hər şeydən üstün tutan Azərbaycan türkləri bunu, qədim dövrlərdə və orta əsrlərdə yaratdığı dövlətləri ilə dəfələrlə sübut etmişlər.

Dövlət idarəçiliyi dedikdə dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat fəaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq məqsədilə praktiki, təşkiledici və tənzimləyici qarşılıqlı təsiri nəzərdə tutulur. Dövlət idarəçiliyi cəmiyyətin idarə olunmasının mühüm formalarından biridir.

Dövlət idarəetmə sisteminin yaradılması çətin və həm də uzun sürən bir prosesdir. Bunun üçün dövlətin, cəmiyyətin bütün üzvlərinin, əhalinin bütün sosial təbəqələrinin, bütün ictimai təşkilatların birgə səyi, lazımi nonııativ-huquqi bazanın yaradılması lazımdır.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti - Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.

Azərbaycan Respublikasında dövlət hakimiyyət-idarəetmə orqanları sistemi müəyyən prinsiplər əsasında qurulur və fəaliyyət göstərir. Müasir dövrdə dövlət hakimiyyəti və idarəetmə orqanları sisteminin söykəndiyi prinsiplər ümumi dövlət idarəetmə sistemi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu prinsiplər hər bir dövlətin ərazi quruluşu, dövlət quruluşu, siyasi rejimi, tarixi-mədəni və nəhayət, dövlətçilik ənənələrinə söykənir və adətən ölkə konstitusiyasında, qanunlarında öz əksini tapır.

Azərbaycan Respublikası müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır.

Ölkədə idarəetmə quruluşu idarəetmə sisteminin daxili formasını əks etdirir. İdarəetmə quruluşunun ünsürləri bir-biri ilə üzvü şəkildə bağlı olmaqla bütöv, vahid bir sistemi – dövlət idarə edilməsi sistemini təşkil edir. Ona görə bu dövlət idarə edilməsinin güzəşt ünsürlərinin məzmunu idarəetmə sisteminin əsasını təşkil edir.

Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların sifarişini irəli sürür.

Yerli özünü idarəetmə xalq hakimiyyətinin bir formasıdır. Xalq öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında öz hakimiyyətini təkcə bələdiyyələr vasitəsilə deyil, həmçinin bilavasitə həyata keçirmək hüququna malikdir. Bilavasitə formada yerli özünü idarəetmənin həyata keçirilməsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunda öz əksini tapmışdır. Bilavasitə forma yerli özünü idarəetmənin mahiyyətindən yaranır.

Yerli özünü idarəetmə orqanlarının əhəmiyyəti onunla da müəyyən edilir ki, gündəlik həyatda vətəndaşlar məhz bu orqanların fəaliyyəti ilə üzləşirlər, çünki həmin orqanlar müvafiq ərazi vahidində əhalinin həyatı üçün şəraitin yaradılmasına həlledici təsir göstərirlər, lakin sosial-iqtisadi və siyasi fəaliyyətin ümumi istiqaməti dövlət hakimiyyətinin mərkəzi orqanları tərəfindən müəyyən edilir.]

                                      Sosial-iqtisadi sahələrin idarə edilməsi

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqının sosial-iqtisadi həyatının ayrı-ayrı istiqamətlərinin inkişafı tarix boyu müşahidə olunsa da, əsl inkişaf modelinin tam bərqərarı yalnız XX yüzilin sonunda müstəqillik əldə edildkdən sonra baş vermiş və bu əvəzolunmaz nailiyyətin bəhrəsi kimi meydana gəlmişdir.

Ötən 28 il ərzində sosial sferanın, onun iqtisadi mexanizmlərinin təşəkkül tapması və inkişafı prosesinə kompleks yanaşma bu sahənin formalaşması və fəaliyyətini üç vacib mərhələ üzrə dövrləşdirməyə əsas verir: müstəqilliyin ilk illəri, 1995-2003-cü illər və 2003-cü ildən başlayan yeni inkişaf mərhələsi. Müstəqillik illərində əhalinin sosial müdafiəsinin inkişaf tarixinin bütün mərhələlərində vətəndaşın rifahının prioritet strategiya olması ilə bərabər, hər bir mərhələdə həmin dövrə xas sosial-iqtisadi amillərin də məqsədyönlü siyasətin tərkib hissəsi olaraq tam nəzərə alındığı müşahidə olunur.

Birinci mərhələnin əhatə etdiyi müstəqilliyin ilk illərində siyasi və iqtisadi böhran gənc dövlətin ictimai həyatının bütün sferalarına sirayət etmişdi və təxirəsalınmaz kompleks tədbirlər sisteminin reallaşdırlması labüd idi.

Belə bir şəraitdə yeni iqtisadi münasibətlərə uyğun sosial müdafiə sistemi mövcud deyildi və onun qurulması üçün müəyyən zaman tələb olunurdu. Bununla belə, əhalinin sosial müdafiəsi tədbirlərinin zəruriliyini diqqətdə saxlayan ulu öndər Heydər Əliyev bunun üçün əvvəllər mövcud olmuş dövlət sosial təminat sistemindən istifadənin keçid dövrü ərzində də davam etdirilməsi ilə xüsusən aztəminatlı əhalinin maddi ehtiyaclarının aradan qaldırılması prinsipini müəyyən etdi.

Bazar prinsiplərinin sürətlə formalaşdığı, yeni mülkiyyət formalarının yarandığı, sahibkarlığın inkişaf etdirildiyi yeni iqtisadi şəraitdə sosial cəhətdən həssas əhali kateqoriyalarının mənafelərinin müdafiəsi də təmin edildi.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi dirçəlişinə təkan verərək, respublikanın iqtisadi dividendlərinin artmasına, bunun müqabilində sosial sahə ilə bağlı məqsədlərin uğurla reallaşmasına şərait yaratdı.

1995-ci ili, ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial müdafiə sferasında da ciddi islahatlarla müşayiət edilən, sosial-iqtisadi tənəzzül proseslərinin qarşısının tam alınması və sabit inkişaf istiqamətində dönüşə nail olunduğu yeni mərhələnin başlanğıc dövrü kimi səciyyələndirmək olar.

Bu mərhələni xarakterizə edən əsas xüsusiyyətlər etibarlı iqtisadi bazanın formalaşması şəraitində sosial müdafiə sisteminin yeni iqtisadi dövrün tələblərinə uyğun şəkildə müasirləşdirilməsinə, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönələn məqsədlərin uğurla həyata keçirilməsi, əhalinin sosial müdafiəsinə istiqamətlənən dövlət vəsaitlərinin ölkənin ümumi inkişaf tempinə uyğun şəkildə mütəmadi artırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün yeni və mühüm sosial proqramlara başlanılmasıdır.

2003-cü ildən başlayan yeni inkişaf mərhələsində ümummilli liderin uzaqgörən inkişaf kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə sosial firavanlığın təminatı sahəsində mühüm tarixi nailiyyətlərin qazanılmasına, əhalinin rifah halının yüksəlməsinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olub. Ölkənin artmaqda olan iqtisadi potensialı sosial sferada yüksək hədəflərin reallaşmasına, bu sahənin köklü islahatlar yolu ilə mütərəqqi dünya təcrübəsi əsasında yenidən qurulmasına zəmin yaradıb.

Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar mövcuddur. Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası hazırda uğurlu nəticələr verir.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionlarda sosial-iqtisadi inkişaf potensiallarının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Minimum aylıq əməkhaqqının artırılması haqqında18 iyun 2019-cu il Sərəncamına əsasən Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

       Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilmiş, o cümlədən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülmüş, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılmışdır.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionlarda sosial-iqtisadi inkişaf potensiallarının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaratmışdır. Ötən dövr ərzində regionların inkişafı istiqamətində 3 dövlət proqramı qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. Sözügedən Dövlət Proqramının uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanılmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Qeyd olunan Dövlət Proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Proqramların icra olunduğu dövr ərzində dövlət başçısı 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşlər keçirmiş, qaldırılan məsələlərlə yaxından maraqlanmış, eyni zamanda müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalamışdır.


 
 Dövlət Proqramları çərçivəsində görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə 2004-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır.

Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, qeyri-neft ixracı 4,2 dəfə artmışdır.

Sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Dövlət proqramlarının qəbulundan ötən müddət ərzində ölkədə sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, ölkədə güclü özəl sektor formalaşmış, biznes və investisiya mühiti daha da yaxşılaşmış, sahibkarların sayı artaraq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Görülən işlərin nəticəsində artıq 2018-ci ildə özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizdən, məşğulluqda 75 faizdən çox olmuş, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 950 mini keçmişdir. Qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 66,6 faizi regionların payına düşmüşdür.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Dövlət proqramlarının icra olunduğu 2004-2014-cü illərdə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olmuş, ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikada biznes mühitinin əlverişliyinin artırılması istiqamətində kompleks tədbirlər davam etdirilmiş, sahibkarlığın inkişafı istiqamətində səylər gücləndirilmiş, iqtisadiyyatın diversifikasiyası və regionların sosial-iqtisadi inkişafı istiqamətində kompleks tədbirlər görülmüşdür.

Hesabat ilində, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri  çərçivəsində, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının və əlverişli biznes mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, xarici bazarlara çıxış imkanlarının artırılması, innovasiyaların təşviqi, rəqabətədavamlı sektorun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, daxili və xarici bazarlara çıxışının asanlaşdırılması, daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının istehsalının artırılması, qida təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması, Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması, tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi və digər istiqamətlər üzrə  müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilmişdir.

Görülmüş işlərin nəticəsində ölkədə 2017-ci ildə ÜDM real ifadədə 0.1% artaraq cari qiymətlərlə 70.1 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 7205.0 manat təşkil etmişdir.

2017-ci ildə ÜDM-in qeyri-neft sektoru real ifadədə 2.7% artmışdır. Qeyd edək ki, 2016-cı ilə nisbətən 2017-ci ildə qeyri-neft sənayesi 3.8%, rabitə sahəsi 6.6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 5.9%, ticarət sahəsi 2.5%, kənd təsərrüfatı 4.2%, nəqliyyat və anbar təsərrüfatı 8.5% artmışdır.

Neft-qaz sektoru üzrə 2017-ci ildə 2016-cı ilə nisbətən 5.0%  azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 37.2% olmuşdur.

2017-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15550.8 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 44.6%-ni daxili investisiyalar, 55.4%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2017-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 7102.2 milyon manatı (45.7%-i) qeyri-neft bölməsinin, 8448.6 milyon manatı (54.3%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

Dünya iqtisadiyyatında 2016-cı ilin ikinci yarımilindən başlayaraq iqtisadi artım templərində müşahidə olunan sürətlənmənin 2017-ci ildə də davam etməsi və neft ixrac edən ölkələrin neft təklifini məhdudlaşdıran razılaşmalar əldə etməsi ilə aşağı neft qiymətlərinin tədricən yüksəlməsi, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmişdir. İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində milli valyutada sabitləşmə müşahidə olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21.8 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 14.0 mlrd. ABŞ dolları, idxal isə 7.8 mlrd. ABŞ dolları olmaqla 6.2 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. Bu dövr ərzində qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,1%, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları ixracı 28,3%, sənaye məhsulları ixracı isə 20,5% artmışdır.

Qlobal iqtisadiyyatda baş verən proseslər region ölkələrində olduğu kimi Azərbaycanda da ən çox bank sektoruna təsir göstərmişdir. Bununla əlaqədar ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə illik faiz dərəcəsi xarici valyutada 3%-dək və milli valyutada 15%-dək olan əmanətlərin tam şəkildə sığortalanması həyata keçirilir.

2017-ci ildə əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2% artaraq 45305.9 mln. manata bərabər olmuşdur. 2016-cı  illə müqayisədə əmtəə dövriyyəsi 2.5%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 1.2% artmışdır. 2017-ci ildə ölkə sakinləri ticarət şəbəkəsindən 17.9 milyard manatlıq ərzaq məhsulları və 17.4 milyard  manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 1.9% və 3.1% artmışdır.

2017-ci ilin yanvar-noyabr aylarında  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2016-cı  ilin eyni dövrü  ilə müqayisədə 6.2% artaraq 525.0 manat təşkil etmişdir. 2017-ci ildə əhalinin hər nəfərinə düşən nominal gəlirləri isə 7.2%  artaraq 5050.5 manata çatmışdır.

2018-ci ildə də ölkəmizdə çoxşaxəli və ardıcıl islahatlar davam etdirilmiş, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülmüş, regionların tarazlı inkişafı təmin edilmiş, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daima diqqət mərkəzində saxlanılmışdır.

Ölkənin mövcud sosial iqtisadi vəziyyətinin təhlili göstərir ki, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial iqtisadiyyatın dayanıqlığını artırmış və ölkədə makroiqtisadi sabitlik təmin edilmişdir.

Hesabat dövründə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilmişdir.

Görülmüş işlərin nəticəsində ölkədə iqtisadi artımın dayanıqlığı daha da güclənmiş və 2018-ci ildə ÜDM real ifadədə 1.4% artaraq cari qiymətlərlə 79.8 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 8126.2 manat təşkil etmişdir.

Ötən ilin müvafiq dövrünə nisbətən real artım tempi, %

2018-ci ildə ÜDM-in qeyri-neft sektoru real ifadədə 1.8%, o cümlədən, qeyri-neft sənayesi 8.5%, informasiya və rabitə sahəsi 9.3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 7.6%, ticarət sahəsi 3.0%, kənd təsərrüfatı 4.6%, nəqliyyat və anbar təsərrüfatı 7.8% artmışdır. [1]

Neft-qaz sektoru üzrə 2018-ci ildə 2017-ci ilə nisbətən 0.6% artım qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 41.5% olmuşdur.

2018-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 17238.2 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 69.7%-ni daxili investisiyalar, 30.3%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2018-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 11289.3 milyon manatı (65.5%-i) qeyri-neft bölməsinin, 5948.9 milyon manatı (34.5%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 29.2 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 18.9 mlrd. ABŞ dolları, idxal isə 10.3 mlrd. ABŞ dolları olmaqla 8.6 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. Bu dövr ərzində qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.5% artmışdır.

2018-ci ilin 1 dekabr tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin həcmi 2017-ci ilin 1 dekabr tarixinə nisbətən 2.8% artaraq 12564.2 mln. manat təşkil etmişdir. 2018-ci ilin 1 dekabr tarixinə milli valyutada verilən kreditlərin həcmi 2017-ci ilin 1 dekabr tarixi ilə müqayisədə 8.7% artmış, xarici valyutada verilən kreditlərin həcmi isə 5.9% azalmışdır. [1]

İqtisadiyyata kredit qoyuluşları, dövrün sonuna mln AZN

2018-ci ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri 2017-ci ilin 1 dekabr tarixinə nisbətən 9.5% artaraq 8073.5 milyon manat təşkil etmişdir (2017-ci ilin dekabr ayının 1-nə əhalinin banklardakı əmanətləri 7370.6 mln. manat olmuşdur).

2018-ci ilin 1 dekabr tarixinə cəmi depozitlər illik müqayisədə 12% artmışdır. Milli valyutada olan depozitlər isə illik müqayisədə 34.9% artmışdır. [1]

Əhalinin əmanətləri, dövrün sonuna, mln. AZN

2018-ci ildə əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.1% artaraq 47755.1 mln. manata bərabər olmuşdur. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi, eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2.5% artmışdır. 2018-ci ildə ölkə sakinləri pərakəndə ticarət şəbəkəsindən 18.6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları və 18.5 milyard manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 2.5% və 3.4% artmışdır.

2018-ci ildə əhalinin nominal gəlirləri 9.2% artaraq 53.7 mlrd. manat təşkil etmiş, əhalinin hər nəfərinə düşən nominal gəlirləri isə 8.2% artaraq 5467.4 manata çatmışdır.

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2.9% artaraq 540.1 manat təşkil etmişdir.

2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafi Dövlət Proqramının həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır.

Həmçinin ötən müddət ərzində əhalinin gəlirlərinin artırılması istiqamətində əməli tədbirlər görülmüş, minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. 2004-2018-ci illər ərzində orta aylıq əməkhaqqı 7 dəfə, orta aylıq pensiyalar 9,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2004-cü ildəki 44,7 faizdən 2018-ci ildə 5,1 faizə düşmüşdür.


 
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilmiş, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Eyni zamanda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri də dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur. [2]

İqtisadiyyata qoyulmuş investisiyaların və qeyri-neft 

ÜDM-nin artım dinamikası (2004-2018-ci illər)
 


Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət tövhəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılmışdır ki, bu iş yerlərinin də 75 faizi regionların payına düşmüşdür. 


 
 Ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə 2004-2018-ci illər ərzində də innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrin istehsal potensialı artırılmış, ölkə sənayesində 2,6 dəfə real artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2003-cü ildə 56,8 faiz təşkil edirdisə, hal-hazırda isə 80 faizdən çoxdur.


Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına güclü təkan vermişdir.

Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Regional inkişafla bağlı dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Sumqayıt Kimya Sənaye Parkı və Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılmışdır ki, bu da regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir.

Ölkədə kimya sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkının ərazisi hazırda 508,14 hektar təşkil edir.

Sumqayıt Kimya Sənaye Parkında ümumilikdə 18 müəssisəyə rezident statusu verilmişdir. Sənaye Parkının rezidentlərindən olan, polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” MMC 2013-cü ildən fəaliyyətə başlamış, müxtəlif təyinatlı sənaye məhsullarını istehsal edən “STP” MMC isə 2014-cü ildən Sənaye Parkının rezidenti statusunu almışdır. Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ildə daha 4 müəssisə - Aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələrini istehsal edən - “MST Engineering Services” MMC, yüksək keyfiyyətli sintetik və yarımsintetik sürtgü yağlan istehsal edən - “Alco Lubricant Company” MMC, pestisidlər və aqro-kimyəvi məhsullar istehsal edən - “Aqrokimya Azərbaycan” MMC, məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsini həyata keçirən - “STDC” MMC, 2018-ci ildə isə elektron təhsil avadanlıqları istehsal edən - “Labdisc Azərbaycan” MMC, inşaat kimyəviləri zavodu, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu, “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabriki və “SOCAR Polymer” MMC-nin polipropilen zavodu fəaliyyətə başlamışdır.

Yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması və ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. 2018-ci ilin birinci rübündə Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) istifadəyə verilmiş və fabriklərdə 750 yeni iş yeri açılmışdır.

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması da xüsusi önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 24 sentyabr 2017-ci il tarixində istifadəyə verilmişdir. Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.

Azərbaycan Respublikası və İran İslam Respublikası prezidentlərinin iştirakı ilə 2018-ci il mart ayının 29-da keçirilmiş Azərbaycan-İran biznes forumu çərçivəsində Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodunun rəsmi açılış mərasimi olmuşdur. Hazırda 125 nəfərin çalışdığı zavodda gələcəkdə işçilərin 300 nəfərədək artırılacağı planlaşdırılır. İllik istehsal gücü 10 min ədəd avtomobil olan zavodda istehsal olunan avtomobillərin bir hissəsi MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixrac ediləcəkdir. Gələcəkdə zavodun istehsal gücünün 50 min ədədə qədər artırılması planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 18 sentyabr 2018-ci il tarixində istifadəyə verilmiş Masallı Sənaye Məhəlləsində isə 10 müəssisə fəaliyyət göstərir.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində və 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Sabirabad Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir.

Eyni zamanda dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Son illərdə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur. Bütün bunlar səmərəli idarəetmənin daha dəqiq qeyd etsək idarəetmənin bütün sahələrini əhatə edən islahatların nəticəsində əldə olunmuşdur.

 

                                             Ədəbiyyat siyahısı:

 

1.     “Azərbaycan Respublikasi Regionlarının 2019–2023-cü illərdə Sosial-İqtisadi İnkişafi Dövlət Proqramı”nın Təsdiq Edilməsi Haqqinda Azərbaycan Respublikasi Prezidentinin Fərmani, 2019, S. 3

2.     2018-ci ildə Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafına dair Arayış

3.     2. Azərbaycan Respublikasi Regionlarinin 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafi Dövlət Proqramı

 

4.     Elnur Hacalıyev, Müstəqillik milli sərvətimizdir: Azərbaycan ötən 25 il ərzində misilsiz inkişaf yolu keçib // Azərbaycan.-2016.-13 oktyabr.-№225.-S.1,4.

5.     Əliyev Sübhan,  Azərbaycan Respublikasında yerli özünüidarəetmənin həyata keçirilməsinin formaları Qanun.-2010.-№3.-S.115-119.

6.     İsa Həbibbəyli, Müstəqil dövlətçiliyin geniş imkanlarına doğru // Xalq qəzeti.-2016.-8 sentyabr.-№197.-S.6.

7.     Mehdi Səlimzadə və Xəlilov Qədir, Yerli özünüidarəetmə: anlayiş, təcrübə, əməkdaşliq, hüquqi əsaslar, bakı, 2010, s. 11

8.     Mətləb Mahmudov, Zeynəddin Şabanov, Faiq Ələkbrov, İdarəetmə nəzəriyyəsi, Bakı 2012, s. 127

9.     Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 18 iyun 2019

10.                       Müslümov Səlim, Müstəqil Azərbaycanın sosial rifah strategiyası: etibarlı təminat və modernləşməni hədəfləyən inkişaf paradiqması, Azərbaycan.-2016.-18 oktyabr.-№229.-S.6.

11.                       http://www.azerbaijan.az/portal/StatePower/General/generalInfo_a.html

12.                       https://president.az/articles/11089

13.                       https://www.economy.gov.az/article/azerbaycan-respublikasinin-sosial-iqtisadi-inkishafi-2017-ci-ilin-i-rubu-uzre/28196

14.                        http://sosial.gov.az/post/2404

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM