Brüssel "inqilab"a hazırlaşır: xarici siyasətdə dalandan xilas yolları

10:01 / 31.10.2019

Ekspertlərə görə, Avropa İttifaqının (Aİ) xarici siyasətində ciddi dəyişiklik ola bilər. Bunun səbəbi təşkilatın son dövrlərdə üzləşdiyi ziddiyyətlərin dərinləşməsi ilə bağlıdır. Qlobal geosiyasi proseslərə Aİ daha çox kənar müşahidəçi kimi baxır. Faktiki olaraq, heç bir məsələdə Brüsselin iradəsi ciddi təsir göstərmir. Bu böhran vəziyyətindən xilas olmaq üçün Aİ-nin ciddi dəyişikliklər etməli olduğuna inanan ekspertlər az deyil. Avropa Komissiyasının yeni seçilmiş sədri Jozep Borrelin Rusiya ilə bağlı söylədiyi fikirlər bu səbəblərdən maraq doğurub. O, Moskvaya qarşı Avropanın birləşməsini və sanksiyaları qüvvədə saxlamağı tövsiyə edib. Rusiya davranışını dəyişərsə, sanksiyaları ləğv etmək olar. Bu, faktiki olaraq, Vaşinqtonun mövqeyidir. Bundan başqa, Angela Merkel və Ursula von der Leyen kimi J.Borrel də Aİ-də səsverməni yekdillikdən səs çoxluğu qaydasına gətirməyi təklif edib. Bu kimi proseslərin fonunda Aİ-nin xarici siyasəti və geosiyasi vəziyyəti üzərində geniş dayanmaq istərdik.

Üç tərəfdən təzyiq: Brüsselin nəfəsi təngiyir

Görünür, Avropa İttifaqı qlobal miqyasda müşahidə edilən dəyişikliklərə daha ciddi yanaşmağa başlayıb. Daha doğrusu, bu prosesə praktiki səviyyədə reaksiya verir. Aİ-ni həssas edən prosesləri iki qrupda cəmləşdirmək olar. Birincisi, Amerikanın Avratlantik məkanını, faktiki olaraq, parçalayan və ya ən azından yeni təhlükəsizlik fəlsəfəsi çərçivəsinə salan riskli davranışları. İkincisi, Yaxın Şərqdə geosiyasi proseslərin yeni dinamika alması. Bu iki prosesin qarşılıqlı təsiri Brüsseli özü üçün əhəmiyyətli olan bir sıra məsələlərdə daha konkret mövqe bildirməyə məcbur edir. Onlardan ilk sırada daxili inteqrasiya dayanır. Brüssel yeni rəhbərlərlə ciddi addımlar atmağa hazırlaşır. Onun məqsədi hüquqi prosedurları elə sadələşdirməkdir ki, Aİ-nin xeyrinə qərarlar qəbul etmək mümkün olsun. Ancaq hələlik üzv dövlətlər arasında fikir ayrılıqları mövcuddur və yekdil qərar almaq məsələsi getdikcə çətinləşir. Bu baxımdan Avropa diplomatiyasının yeni rəhbəri Jozep Borrelin qərarların yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı irəli sürdüyü təklif maraqlı görünür.

Avropa Komissiyasının sədri (faktiki olaraq, Aİ-nin Nazirlər Kabinetinin rəhbəri) Ursula von der Leyen və Almaniya Kansleri Angela Merkel də eyni mövqedədirlər. Onlar hesab edirlər ki, üçdəbir və üçdəiki səs çoxluğu ümumi qərar qəbul etmək üçün yetərlidir. Yekdillik təşkilat üçün əhəmiyyəti olan bir sıra qərarların qarşısını ala bilər. Bu ehtiyatlılıq haradan yaranıb?

Onu deyək ki, ekspertlərin qənaətinə görə, Aİ bu dəyişikliyi etsə, onun xarici siyasətində inqilabi yenilik olacaq. Hər şeydən öncə, təşkilatda fərqli mövqe tutan dövlətlərin separatçılıq etmək imkanları məhdudlaşacaq. Məsələn, İtaliya, Macarıstan və ya Polşa təkbaşına veto qoymaq imkanından məhrum olacaq. Belə bir təhlükə getdikcə artır. Çünki meydana elə məsələlər çıxır ki, onları ümumavropa mövqeyinə gətirmək çox çətin olur. Digər tərəfdən də, Amerika Aİ-nin daxilində fikir ayrılığını dərinləşdirməkdədir. "Breksit" buna əyani misaldır. İndi başqa, məsələn, təhlükəsizlik, Çinlə münasibətlər, Rusiya faktoru kimi məsələlərdə Vaşinqtonla Brüsselin maraqları uyğun gəlməyə bilir.

Ekspertlərə görə, Emmanuel Makronun Rusiya ilə Aİ-nin yaxınlaşmasına istiqamətlənmiş cəhdləri bir çox aspektlərdə məhz Vaşinqtonun belə addımları ilə bağlıdır. Fransa Prezidenti hesab edir ki, Amerikanın siyasəti Moskva-Pekin yaxınlaşmasını stimullaşdırır. Bu isə yaxın gələcəkdə Rusiya-Çin tandeminin başçılıq edəcəyi güclü regional təşkilatın formalaşmasına aparıb çıxara bilər. Əslində, Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində Vladivostokda bunun ilk siqnalını verdi. Həmin təşkilata Hindistan və Türkiyə kimi güclər də daxil ola bilərlər.

Bu kimi prosesin qarşısını almaq üçün E.Makron Rusiyaya qarşı Aİ-nin siyasətini dəyişməsini tələb edir. Bunun üçün də sanksiyalar ləğv edilməlidir. Sanksiyaların ləğvi Brüsseli Vaşinqtonla üz-üzə qoymaq deməkdir. A.Merkel, J.Borrel, U.von der Leyen bunu istəmirlər. Nəticədə, Aİ daxilində müəyyən gərginlik yaranmış olur.

Bütün bunların fonunda J.Borrelin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar haqqında yenidən fikir bildirməsi aranı qarışdırıb. Xatırladaq ki, 72 yaşlı ispaniyalı diplomat "El Periodico" nəşrinə verdiyi müsahibədə açıq demişdi: "Bizim köhnə düşmənimiz Rusiya yenə deyir ki, "mən buradayam". Və yenə təhlükə yaradır"! Avropa Parlamentinin deputatları bu barədə ondan soruşduqda, J.Borrel cavab verib ki, o, indi də Rusiyanı düşmən hesab edir, lakin İspaniyanın deyil, Avropanın. Və "Mən indi də belə deyirəm" sözləri ilə cavabını yekunlaşdırıb.

Son olaraq J.Borrel Rusiya davranışını dəyişənə qədər ona tətbiq edilən sanksiyaları qüvvədə saxlamağın lazım gəldiyini bəyan edib. Üstəlik, bu məsələdə Avropanı birliyə çağırıb. Ekspertlər hesab edirlər ki, bu cür çağırış, əslində, Aİ-də birliyin çox zəifləməsi ilə bağlıdır. J.Borrel ehtiyat edir ki, hazırkı vəziyyətdə hətta Rusiyaya qarşı da yekdil mövqe tutmaq mümkün olmayacaq.

Bir tərəfdən, ABŞ-ın qeyri-ənənəvi addımları Rusiyanın dünyada nüfuzunu artırır, digər tərəfdən isə, müxtəlif səbəblərdən Moskvaya qarşı sanksiyaların tətbiqini istəməyənlər fəallaşırlar. Məsələn, İtaliya istəmir ki, Rusiyaya qarşı bu dərəcədə sərt mövqe olsun. Onunla Yunanıstan da həmrəydir. Deməli, Rusiyaya qarşı sanksiyaları uzatmaq çətinliklərlə rastlaşa bilər. Ancaq J.Borreli, A.Merkeli və digərlərini səsvermə qaydasını dəyişməyə vadar edən yalnız Rusiya məsələsi deyil.

Yaxın Şərq: Türkiyənin geosiyasi nüfuzu və Aİ

Ortada Yaxın Şərqdə son zamanlar geniş vüsət alan və Avropanı narahat edən proseslər vardır. Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyat bütün dünyada əks-səda doğurub. Öncə, Qərbdən Ankaranı dərhal cəzalandırmaq çağırışları eşidildi. Sonra A.Merkel və E.Makron tələb etdilər ki, Türkiyə hərbi əməliyyatı dayandırsın. E.Makron hətta ABŞ Prezidentini köməyə çağırdı. İran narazılığını bildirdi. Rusiya obyektiv və təmkinli reaksiya verdi. Dəməşq Türkiyənin "işğalı"ndan bəhs etdi. Ərəb Liqası isə Türkiyəni qınadı, "işğal"dan danışdı. Ekspertlərin fikrinə görə, ərəb xalqları üçün heç bir şey etməyən, İsrailin əlində əsir-yesir olan bu dişsiz təşkilatın başında misirli dayanır və o, başqa cür reaksiya verə bilməzdi.

Qərb KİV-lərində də Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edən yazılar dərc olunmaqdadır. Onu hətta "qaniçən" adlandırılanlar tapıldı. Bütün bunların fonunda türk ordusu terrorçuları tam zərərsizləşdirməkdədir. Ankara konkret cavab verdi: əməliyyat sona qədər davam edəcək, kimin nə düşünməsindən asılı olmayaraq. Rusiya rəhbərliyi isə BMT TŞ-də Türkiyənin əleyhinə olan sənədə veto qoydu. Vaşinqton da əsgərlərini əməliyyat zonasından çıxardığını bəyan etdi.

Bununla aydın oldu ki, bir sıra dairələrin hay-küyünə baxmayaraq, Türkiyənin qarşısına çıxan ciddi qüvvə yoxdur. Əksinə, dünyanın böyük gücləri onun işinə qarışmırlar və Türkiyə Yaxın Şərqin söz sahibi kimi meydandadır. Brüssel özünə görə bu gedişatdan nəticə çıxarmağa çalışır. Həm də ona görə ki, Aİ-də Macarıstan Türkiyəyə qarşı hazırlanan sənədə veto qoydu. Bolqarıstanın baş naziri Boyko Borisov isə Brüsselə qarşı çıxaraq, Türkiyəyə sərt davranmağın doğru olmadığını açıq dedi. O, məhz Ankaranın miqrasiya prosesinin qarşısını aldığını ifadə etdi.

Üstəlik, B.Borisov Brüsselin Türkiyə ilə sərhəddən uzaq, Bolqarıstanın isə yaxında olduğunu dedi. Yəni Brüsselə nə var, Türkiyə ilə münaqişədən Bolqarıstan əziyyət çəkəcək. Ankara isə miqrantlarla bağlı üzərinə götürdüyü öhdəliyə tam əməl edir: Bolqarıstan sərhədində miqrant problemi yoxdur!

Bütün bu məqamları geosiyasi kontekstdə ümumiləşdirən ekspertlər belə qənaət əldə edirlər ki, "Sabit Yaxın Şərqə ehtiyacı olan Avropanın Türkiyəyə ehtiyacı var. Türkiyəyə ehtiyacı olan Avropa isə, bu gün Rusiyaya möhtacdır" (bax: A thaw in EU-Russia relations is starting. Undeserved détente / "The Economist", 12 oktyabr 2019).

Yəni, faktiki olaraq, Avropa diplomatiyası qapalı dairəyə düşüb. Deməli, "genişlənən Atlantika, yüksələn Çin və Yaxın Şərqdəki böhran Avropa ilə Rusiyanı bir-birinə qarşı itələyir" (bax: əvvəlki mənbəyə). Lakin real ziddiyyət mövcuddur – Avropa və Rusiyanın Baltikdən tutmuş Qafqaza qədər bir sıra ölkələr üzrə fikir ayrılıqları var. Ukraynada isə onlar, az qala, bir-birinə düşmən kəsiliblər. Bu baxımdan J.Borrelin fikirləri Rusiyaya "düşmən" bir siyasətçinin münasibəti deyil, əsası olan tezisdir. O halda Brüssel xarici siyasətdə hansı yolu seçməlidir?

Belə hiss olunur ki, bunu hələ Aİ rəsmiləri də bilmirlər. Onlar yaranmış ziddiyyətli vəziyyətdən çıxış yolu axtarırlar. Bəzən müzakirə və mübahisələr aparırlar, ancaq real nəticə yoxdur. Belə təəssürat yaranır ki, Qərb ekspertlərinin tez-tez "Avropa dünya nəhəngidir" deməsinə baxmayaraq, Avropa səmərəli bir mövqe nümayiş etdirə bilmir. O, sanki Amerika-Rusiya-Çin dairəsində "fırlanır". İndi bu güclərin hər biri Avropaya öz iradəsini diktə etməyə çalışırlar. Əlbəttə, Avropanın bir çox sahələrdə gücü böyükdür. Lakin çox əhəmiyyəti olan bir məsələdə olduqca zəifdir və bəlkə də ondan çox uzaqdır – Ədalətli olmaqda! Avropanı uduzduran bu zəiflikdir!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM