Ədalət və hüquq uğrunda: Qoşulmama Hərəkatının əsas məqsədi
Azərbaycan paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti böyük uğurla başa çatıb. BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan və fəaliyyətində beynəlxalq hüququn sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair əsas prinsiplərini rəhbər tutan Qoşulmama Hərəkatının növbəti sammitinin mövzusu "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" olub. Bakı sammitində bütövlükdə 160-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları dünyada baş verən böhranları, regional münaqişələri və onların həlli yollarını müzakirə edib, işğal hallarının və dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması yollarından bəhs edib, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasını bir daha gündəmə gətiriblər. Bu problemlər Qoşulmama Hərəkatının ənənəsinə və qarşısına qoyduğu məqsədlərə tam uyğundur. Bu baxımdan ekspertlər təşkilatın Bakı sammitini çox uğurlu hesab edirlər.
Vurğulayaq ki, Qoşulmama Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda yaradılıb. Bundan əvvəl 1955-ci ildə Bandunqda (İndoneziya) üçüncü dünya ölkələrinin toplantısı keçirilmişdi və Yuqoslaviya Prezidenti İosif Broz Tito, Hindistanın ilk Baş Naziri və Prezidenti Cəvahirləl Nehru, Misir Prezidenti Camal Əbdül Nasirin üçtərəfli məsləhətləşmələri baş tutmuşdu. Onlar müstəqilliyini əldə etmiş ölkələrin dünyanın böyük güclərindən asılı vəziyyətə düşməməsinin, ədalətsizliyin qurbanına çevrilməmənin yollarını müzakirə ediblər. Bunun üçün hüquqi fəaliyyət göstərən təşkilata ehtiyac olduğu aydın görünürdü. Bandunq konfransı bu yolda mühüm addım idi. Onun qəbul etdiyi prinsiplər hazırda Qoşulmama Hərəkatında geniş istifadə edilir.
Həmin prinsiplər sırasında insan haqlarına hörmət, ərazi bütövlüyünə hörmət, təcavüzdən imtina və başqalarının daxili işlərinə qarışmama, hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət, başqa dövlətlərə təzyiqdən imtina, böyük dövlətlərin xeyrinə fəaliyyətdən imtina, ərazi bütövlüyünə təcavüzdən imtina, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, ədalətə və beynəlxalq öhdəliyə hörmət kimi prinsiplər vardır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki dərin məzmunlu nitqində vurğulayıb: "Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır".
Azərbaycan Prezidenti fikirlərini davam etdirərək Azərbaycanın təşkilata sədrliyi müddətində hansı istiqamətlərdə fəaliyyət göstəriləcəyini də konkret ifadə edib. Dövlət başçısı deyib: "Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür".
Azərbaycanın təşəbbüsləri: 120 dövlətin açıq dəstəyi
Bunlardan başqa, Azərbaycan rəhbəri beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılması zəruriliyini vurğulayıb. O cümlədən BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac meydana gəlib. "Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir".
Bunlarla yanaşı, Azərbaycan təşkilata sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsinə ciddi səy göstərəcək. Bu da prinsipial məsələdir, çünki qlobal problemlərin həlli ancaq müxtəlif nüfuzlu təşkilatların dialoqunun baş tutması yolu ilə həll edilə bilər. Bu, həm ədalətlidir, həm də beynəlxalq hüquqa uyğundur.
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin tədbirdə ifadə etdiyi tezislər Hərəkatın XVIII sammitinin qəbul etdiyi sənədlərin məzmununa ciddi təsir edib. Tədbirdə Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi qəbul olunub. Yekun Sənəddə Azərbaycan üçün böyük əhəmiyyətli fikirlər yer alıb. Qəbul edilmiş sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi ifadə olunub. Bu münaqişənin ancaq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi xüsusi vurğulanıb. Bu o deməkdir ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib.
Daha əhəmiyyətlisi ondan ibarətdir ki, Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıblar. Onlar təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Yəni, işğal faktı ortadadır və bunu inkar etməyə çalışan istənilən açıq və ya gizli fəaliyyət qəbul edilməyəcək.
Bu bənd Ermənistan rəhbərliyinin son zamanlar canfəşanlıq etdiyi bir məsələni alt-üst edir. Rəsmi İrəvan özünü elə aparır ki, guya onun işğalçı ordusu əbədi olaraq Dağlıq Qarabağda olub, bu ərazidə ancaq ermənilər yaşayıb və danışıqlar aksiom kimi bu yalanların qəbulu əsasında ermənilərin əsassız iddialarını təmin etmək üçün aparılmalıdır. Qoşulmama Hərəkatının sənədində isə Azərbaycan hüquqi cəhətdən Ermənistanın bu xülyalarının boş olduğunu sübut edib. Görünür, məhz bu səbəbə görə Ermənistanda bir sıra müxalif dairələr hakimiyyət nümayəndələrini Bakı sammitinə qatılmamaqda ittiham ediblər. Onlar hesab edirlər ki, Ermənistan qorxaqlıq nümayiş etdirib və müzakirələrdən qaçıb. Əslində isə Ermənistan rəhbərliyi haqsız olduğunu və heç bir sanballı arqument gətirə bilməyəcəyini bildiyindən meydana çıxmaqdan qorxur.
Tədbirdə qəbul edilmiş Bakı Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı əhəmiyyət daşıyan müddəa yer alıb. Orada deyilir: "Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik".
Yekun Sənədə isə Azərbaycanın təklifi ilə bir neçə bənd daxil edilib. Məsələn, dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlərlə bağlı meydana gələn problemlərin həllində üzv dövlətlərin böyük məsuliyyəti olduğunu təsdiqləyiblər. Digər müddəa kimi dövlət və hökumət başçıları "Bakı prosesi" kimi təşəbbüslərin səmərəli dialoqun qurulmasına töhfə verdiyini vurğulayıblar. Sənədlərə neonasizmi təbliğ edən addımların qınanması zəruriliyi də daxil edilib.
Beləliklə, 120 tamhüquqlu üzvü olan, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın isə müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində tarixi qərarlar qəbul edilib. Bu tədbir Azərbaycan diplomatiyasının gücünü dünyaya bir daha nümayiş etdirib. Ölkə rəhbərliyi həyata keçirdiyi uzaqgörən və səmərəli siyasəti ilə getdikcə daha geniş miqyasda təsirli fəaliyyət göstərə bilir. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə də Azərbaycan bu istiqamətdə uğurlu addımlarını davam etdirəcək.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM