ENERJİ TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ AZƏRBAYCAN - TÜRKİYƏ ƏMƏKDAŞLIĞINI ŞƏRTLƏNDİRƏN ZƏRURİ AMİLLƏR

12:00 / 02.11.2019

Ömür Kerim İşık
Bakı Slavyan Universiteti, doktorant

 

Azərbaycan Respublikasının enerji təhlükəsizliyi sahəsində beynəlxalq əlaqələrində Türkiyə əvəzedilməz yer tutur.
Haqqında bəhs edilən sahədə Azərbaycan-Türkiyə əməkdaşlığını zəruri edən amillər ilə əlaqədar olaraq bunu bildirmək istərdik ki, ener­ji təhlükəsizliyi hər iki tərəfin milli, regional və beynəlxalq təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “... Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkənin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resursları ilə zəngin deyillər, əlbəttə, onlar digər resurslardan asılıdır. Bizim vəzifəmiz həmişə ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirmək üçün enerji amilindən istifadə edək... İstehsalçı ölkənin – Azərbaycanın maraqları, tranzit ölkələrin maraqları və istehlakçı ölkələrin maraqları. Biz ancaq bu maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik” [1].
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan - Türkiyə əməkdaşlığını şərtləndirən zəruri amillərdən bəlkə də ən birincisi tərəflərin maraqlarının tamamilə üst-üstə düşməsidir.
SSRİ-nin süqutundan sonra geosiyasi qarşıdurma və rəqabət Şərqi Aralıq dənizindən Xəzər hövzəsinə keçməyə başladı. Geostrateji aktor isə Rusiya, İran, Türkiyə, ABŞ və Qərbi Avropa ölkələri oldu. Bu ölkələrə məxsus olan tarnsmilli şirkətlərin Xəzər hövzəsinin zəngin enerji resurslarına ciddi maraq göstərməsi və nüfuz etməsi nəticəsində regionda yeni geosiyasi və geoiqtisadi vəziyyət yarandı.
Prezident Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” və 1996-cı il iyunun 6-da “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması Azərbaycanın müstəqil enerji diplomatiyasının, neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik oldu. Heydər Əliyevin özü neft strategiyası işini belə qiymətləndirmişdir: “Mən neft strategiyasını yaratdım və bunu həyata keçirirəm. Axı bilirəm ki, neft sənayesi nədir. Mən Azərbaycan neft sənayesi ilə 40 il məşğul olmuşam... Bilirdim ki, bizim bundan başqa yolumuz yoxdur” [2, s.305].
Azərbaycan Respublikasının neft strategiyasında neft – qaz müqavilələrinin imzalanması ilə birlikdə enerji təhlükəsizliyinin konseptual məsələləri də öz əksini tapdı və regional təhlükəsizlik üçün bir baza təşkil etdi.
Məhz bu zamandan başlayaraq Azərbaycan Respublikasının neft-qaz və təhlükəsizlik siyasətinin paralel şəkildə həyata keçirilməsi nəticəsindəAzərbaycan iqtisadiyyatının bütün sektorlarında inkişafa şərait yaradıldı və region­da sabitlik təmin edildi. Müstəqil enerji diplomatiyası nəinki respublikanın və bölgənin, həm də Avropanın enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynadı. Beləliklə, “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləm üçün geosiyasi və geoiqtisa­di dəyər ölçülərini xeyli artırdı, regional və beynəlxalq perspektivini yüksəltdi, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə və milli inkişafına ciddi təsir göstərdi. Respublkianın təhlükəsizliyinin, dinamik inkişafının və gələcək tərəqqisinin möhkəm təməli qoyuldu. Aparılan ardıcıl neft siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində qərb dünyasının Azərbaycana olan etimadı artdı. Aparıcı dünya dövlətləri ilə Azərbaycan arasında olan qarşılıqlı etimad və tərəfdaşlıq əlaqələri dərinləşdi. 1994-cü il noyabrın 19-da Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti quruldu. Onun tərkibinə Azərbaycan, Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən iri neft şirkətləri daxil oldular [3, s.169]. Xarici neft şirkətləri konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü idi. İki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, Azərbaycan höküməti həmin müqavilədə öz payından 5 faizini əlavə olaraq türk şirkətinin sərəncamına keçməsinə razılıq verdi. Nəticədə TPOA 6,75 % paya sahib oldu [4; 5, s. 18 ].
Rusiya və İran Azərbaycanın dənizin təbii karbohidrogen resurslarını müstəqil şəkildə dünya bazarına çıxarmasına mane olmaq üçün Xəzərin statusunu problemə çevirməyə başladılar. Azərbaycanın müstəqil neft diplomatiyasından narazı qalan İİR 2001-ci il iyulun 21-də “Alov”, “Şərq” və “Araz” yataqlarının Xəzər dənizinin guya İrana məxsus 20%-lik ərazidə yerləşdiyini əsas gətirərək etirazını bildirdi [6, v.136] və iyulun 25-də Xəzər dənizində münaqişə törətdi. Belə ki, İran hərbi təyyarə və gəmiləri Azərbaycanın xarici şirkətlər ilə müştərək işlənən “Alov” və “Şərq” yataqlarına basqı yapdılar, “Geofizik-3” gəmisini atəşə tutdular və iki ölkə arasında su sərhədini göstərən işarəni dağıtdılar [6, v.188]. Bu gərginlik pik həddə çatanda Türkiyə hökuməti Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək işində ona böyük dəstək verdi.
Beləliklə, gənc Respublikanın müstəqil enerji siyasətinin ilk illərində Şimaldan və Cənubdan gələn təhdidlərin dəf edilməsində Türkiyə mü­hüm rol oynadı. Məhz Türkiyənin və digər Qərb dövlətlərinin dəstəyinə güvənən Azərbaycanın enerji diplomatiyası ölkənin qarşıdurma deyil, əməkdaşlıq meydanına, Avropanın enerji təhlükəsizliyinin mühüm bir hissəsinə çevrilməsinə nail oldu. Nəticədə Azərbaycan dünya bazarını enerji ehtiyatları ilə təchiz etməklə yanaşı, özünü Mərkəzi Asiyada hasil edilən neft və qazın Qərbi Avropa bazarlarına nəqlinə nəzarət imkanı olan ölkə kimi təsdiq etdi [7, s.69].
Son on il ərzində Türkiyə təbii qazın və elektrik enerjisinin istehlak olunmasına görə Çindən sonra 2-ci yerdədir. Türkiyənin 2012-ci ildə malik olduğu iqtisadi artım enerji büdcəsinin 65 milyard ABŞ dollarına qədər artırmaq imkanını yaradırdı. Bu situasiya Türkiyəni zəngin enerji resursları olan öz qonşuları ilə müxtəlif əlaqə variantları axtarmağa, digər istehlakçılarla rəqabət aparmağa və aktiv enerji siyasəti aparmağa məcbur edir.
Energetika və beynəlxalq münasibətlər nazirlikləri Türkiyənin enerji siyasətinin müəyyən olunmasında açar instansiyalarıdır. Bu iki nazirlik və başqa müəssisələr tərəfindən (energetika məsələləri üzərində işləyən) təqdim olunan hesabatlar daşınma mənbələrinin müxtəlifliyini vurğulayır. Öz enerji tələbatının 75%-ni xarici mənbələrdən əldə edən ölkə üçün diversifikasiya çox vacibdir. Enerji təminatının müxtəlif mənbələrinə tələbat Türkiyə üçün enerji təhlükəsizliyi və daşınma təminatına mənfi təsir göstərir. İqtisadi strukturun dəyişməsi və inkişafı Türkiyə üçün günün ən vacib məsələləridir.
Səriştəli instansiyalar tərəfindən nəşr olunmuş strateji hesabatlarda əsasən ona istinad edilir ki, ölkənin enerji təhlükəsizliyi üçün o, yerli resurslardan istifadə etmək hesabına və minimal xərclərlə enerjiyə tələbatı ödəməlidir. Bundan əlavə bu hesabatlarda enerji istehsalçısı ölkələrin transport və texnologiya yollarının müxtəlif olması önəmi vurğulanır.
Türkiyə Azərbaycan təbii qazının ən iri istehlakçısıdır. 2011-ci ildə enerji idxalı Türkiyənin ümumi idxalının 23%-ni təşkil edirdi. Başqa sözlə, Türkiyənin xərclərinin beşdə bir hissəsi energetika sahəsinə düşürdü, onun böyük hissəsini Rusiya təqdim edirdi.
İran Türkiyə üçün həcminə görə ikinci qaz ixrac edən ölkədir və ölkənin tələbatının təxminən 20%-ini ödəyir. Çatdırılma üçün əsas 1996-cı ildə 25 il müddətinə imzalanan sazişdir. Bu razılaşmaya əsasən İran ildə Türkiyəyə 10 milyard kubmetr qaz çatdırmalıdır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, İran Türkiyə üçün ən bahalı qaz istehsalçısıdır. Türkiyə 1 kubmetr İran qazına 423 ABŞ dolları ödəyir. Yeganə mövcud olan Təbriz - Ərzrum - Ankara boru xətti tam gücü ilə heç bir zamaq istismar edilməmişdir. İran qazının Türkiyəyə əlavə heç bir tranzit ödənişi olmadan çatdırılmasına baxmayaraq, bu, Türkiyəyə 2008 və 2009-cu illərdə 1,3 milyard ABŞ dollarına başa gəlmişdi [5].
Enerji resurslarına olan tələbatın ilbəil artması Türkiyəni də alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Azərbaycana xüsusi önəm verir.
Qazın Avropaya çatdırılmasında Türkiyə Rusiya, Norveç və Əlcəzairdən sonra 4-cü enerji arteryası olmaq niyyətindədir. 2011-ci il 21 may tarixində qəbul olunmuş Türkiyənin Enerji Strategiyasına əsasaən ölkə enerji resurslarının əsas hasilatçıları və istehlakçıları arasında enerji körpüsü rolunu oynamalıdır [5, s.19].
Neftin qiymətinin düşməsi Türkiyə kimi enerji tələbatının böyük bir hissəsini idxal yolu ilə qarşılayan ölkələr üçün ciddi üstünlüklər yaradır. Türkiyə dünya miqyasında enerjiyə yüksək tələbatı olan ölkələrdən biridir. Bu tələbatın böyük hissəsinin idxal enerji ilə ödənilməsi ölkə iqtisadiyyatı üzərində ağır maliyyə yükü yaradır, yüksək cari kəsirə səbəb olur. İstər malik olduğu coğrafi mövqeyi ilə, istərsə də hər il daha da böyüyən iqtisadiyyatı ilə Türkiyənin regionun enerji təhlükəsizliyi baxımından ən ideal ölkəsi olduğu şübhəsizdir. Ölkə bu günə qədər həyata keçirdiyi enerji layihələri və tərəfdaşlıqları ilə də enerji sahəsindəki strateji mövqeyini dəqiq şəkildə ortaya qoymuşdur.
Türkiyənin Xəzər neft və qaz resurslarının paylanmasının fəal iştirakçısı olmaq arzusu onun iqtisadi və coğrafi mövqeyi ilə şərtlənir. Məsələn, Azərbaycan və Qazaxıstandan neft kəmərləri və Türkmənistandan qaz kəməri dünya bazarlarına Türkiyə ərazisindən keçə bilərlər. Beləliklə, Türkiyə hakim tranzit ölkəsinə çevrilə bilər. Bu, nəinki onun nüfuzunu artırardı, həm də Rusiya və İran ilə müqayisədə Cənubi Qafqaza daha güclü təsir etmək üçün ona siyasi və iqtisadi imkanlar verərdi. Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi Türkiyəyə mühəndislik və tikinti sektorunda işin xeyli gücləndirilməsinə imkan yaradardı. Eyni zamanda, dövlət büdcəsinə boru kəmərindən istifadə üçün tranzit rüsumu daxil olacaq. Buna görə də, Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyə hərbi qüvvələri hər yerdə qızğın surətdə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəklədiyini bildirmişdilər.
Xəzər nefti və qazı Türkiyənin öz enerji ehtiyaclarının artımı ilə bağlı xüsusi əhəmiyyət kəsb edir. Türkiyə bazarı hər il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gedən neftin 15-20 milyon tonunu mənimsəyə bilir.
Energetika aspektinə gəldikdə isə, bəzi amillərə görə Türkiyə alternativ neft və qaz mənbələrini ehtiyatda saxlamaq niyyətindədir. Bu, qonşu ölkələrin neft və qazın qiymətini artırması və ya müxtəlif səbəblərdən enerji resurslarının çatdırılmasının mümkün olmamasından irəli gəlir. Ona görə də Türkiyə öz enerji təhlükəsizliyi maraqlarına üstünlük verərək, hər hansı bir tədarükçüdən son dərəcə asılı olmaqdan çəkinir.
Beləliklə, tərəflərin coğrafi mövqeyi, etnik yaxınlığı və maraqlarının üst-üstə düşməsi, iqtisadi, geosiyasi, geoiqtisadi, milli, regional və beynəlxalq təhlükəsiz amillər və s. enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı şərtləndirən zəruri amillərdir.

Açar sözlər: Azərbaycan, Türkiyə, strateji əməkdaşlıq, enerji təhlükəsizliyi, geosiyasi aspekt, Xəzər hövzəsi.


Ədəbiyyat:
1. Azərbaycan Prezidenti İlham Əliyev XXIII Beynəlxalq “Xəzər neft və Qaz - 2016” sərgi və konfransının açılışında iştirak edib. /01.06.2016/ - https://president.az/articles/20081
2. Mahmudov Y. Heydər Əliyev. II cild. Bakı: Turxan NPB, 2013, s. 305.
3. Həsənov Ə. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti. Bakı, Zərdabi LTD, MMC, 2016, 296 s., с.87-88.
4. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında neftin ortaq işlənməsi və pay bölgüsü haqqında Saziş. -http://www.bp.com/content/dam/bp-country/az_az/PDFs/ legalagreements/ PSAs/ACG-psa-aze.pdf ; Azeri-Chirag-Deepwater Gunashli. http://www.bp.com/en_az/ caspian/ operations projects/ACG.html
5. Adıgözəlova G. Ş. Müasir dövrdə Cənubi Qafqazda Azərbaycan-Türkiyə strateji əməkdaşliği: Siy.elm.ü.f.dok... dis. Avtoref. Bakı, 2014, 28 s.
6. ARXİNA. 23.06.2001-07.08.2001. Qovluq №11
7. İnozemtsev V. Kiçik məkanda böyük siyasətlər: Azərbaycanın geosiyasi arenada gələcək planları nədir? – “Azerbaijan Focus”, Bakı, 2009, №1(1), s.69.


Ишык Омур Керим Мехметшах оглу
ФАКТОРЫ, ОБУСЛОВЛИВАЮЩИЕ СОТРУДНИЧЕСТВО МЕЖДУ АЗЕРБАЙДЖАНОМ И ТУРЦИЕЙ В ОБЛАСТИ ЭНЕРГЕТИЧЕСКОЙ БЕЗОПАСНОСТИ
Статья посвящена довольно актуальной теме: факторам, которые обусловливают стратегическое сотрудничество между Азербайджаном и Турцией в области энергетической безопасности. Отмечается, что в нефтегазовой отрасли между двумя странами Турция играет незаменимую роль в международных отношениях в области энергетической безопасности Азербайджанской Республики. В связи с факторами, обусловливающими азербайджано-турецкое сотрудничество в соответствующей сфере, автор статьи заявляет, что энергетическая безопасность является основой национальной, региональной и международной безопасности обеих сторон. Возможно, одним из факторов, которые обусловливает азербайджано-турецкое сотрудничество в сфере энергетической безопасности – это совпадение интересов сторон.

Ключевые слова: Азербайджан, Турция, стратегическое сотрудничество, энергетическая безопасность, геополитический аспект, Каспийский бассейн.


Ishik Omur Kerim Mehmetshah
FACTORS CONDUCTING COOPERATION BETWEEN AZERBAIJAN AND TURKEY IN THE FIELD OF ENERGY SECURITY
The article is devoted to a rather topical subject: the factors that determine the strategic cooperation between Azerbaijan and Turkey in the field of energy security. It is noted that in the oil and gas industry between the two countries, Turkey plays an indispensable role in international relations in the field of energy security of the Republic of Azerbaijan. In connection with the factors contribu­ting to the Azerbaijani-Turkish cooperation in the relevant field, the author of the article states that energy security is the basis of the national, regional and international security of both parties. Perhaps one of the factors that determines the Azerbaijani-Turkish cooperation in the field of energy security is the coincidence of interests of the parties.

Keywords: Azerbaijan, Turkey, strategic coope­ration, energy security, geopolitical aspect, the Caspian basin.

 

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM