AZƏRBAYCAN VƏ YUNANISTAN ARASINDA TURİZM SAHƏSİNDƏ QARŞILIQLI ƏMƏKDAŞLIĞIN BƏZİ ASPEKTLƏRİ

12:00 / 03.11.2019

İlyas HÜSEYNOV
Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər kafedrasının doktorantı,
Sosial Tədqiqatlar Mərkəzi

Giriş
Azərbaycan Respublikasının iqtisadiyyatının əsas istiqamətini neft-qaz sektoru təşkil edir. Neft-qaz sektoru ilə yanaşı, turizm sahəsinin inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biri hesab olunur. Turizmin tükənməz imkanları sayəsində dövlətin siyasi, iqtisadi və sosio-mədəni inkişafının qanunauyğunluqlarını müəyyən etmək mümkündür. İnkişaf təməlini qədim zamanlardan götürən turizm, XX əsrin II yarısında kütləvi hadisəyə çevrildi. Hazırda turizm zəmanəmizin əhəmiyyətli təzahürlərindən biri olmaqla yanaşı, dövlətin təbliğ olunmasının ən yaxşı vasitəsi və iqtisadiyyata əlavə gəlirlərin daxil olması şərtləndirən mühüm alətdir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, 2017-ci ildə turizm məqsədi ilə xarici səfərlərin ümumi sayı 1,323 milyon gəliş təşkil etmişdir [16, s. 12]. Beynəlxalq təcrübədə ölkənin istehsal potensialının, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artımında və digər sektorların inkişafında turizm sektorunun əhəmiyyətli təsiri müşahidə olunmaqdadır. Belə ki, statisistik göstəricilərə əsasən, 2015-ci ildə turizm sektorunun dünya ÜDM-ində ümumi payı 9,8 faiz, məşğulluğunda isə 9,5 faiz olmuşdur. Turizm sektoru iqtisadiyyatın sürətlə inkişaf edən sektoru olmaqla davamlı dəyişkən demoqrafik göstəricilərlə və müxtəlifləşən coğrafiyaya malikdir. Turizm sektoru iqtisadiyyatın həssas sektoru kimi qlobal iqtisadi böhranların təsirinə birbaşa məruz qalmasına baxmayaraq, 2009-cu ildən etibarən dördillik müddət ərzində böhranın təsirindən çıxaraq yenidən sürətli inkişafa başlamışdır [6, s. 7]. Statistik təhlillərə əsaslanan turizmin iqtisadiyyatda çəkisinin əhəmiyyətli olduğunu deməyə əsas verir. Belə ki, bu sektor eyni zamanda sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvəsi kimi dünyanın bir çox ölkələrinin milli iqtisadi prioriteti hesab edilir. BMT-nin Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaqdır. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaqdır. [6, s. 8]. Bu məqalədə Azərbaycan və Yunanıstan arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın bəzi aspektlərinə nəzər salmağa çalışacağıq.

Yunanıstanın turizm imkanları
Dünya sivilizasiyasının ən qədim məskənlərindən biri olan Yunanıstan antik dövrdən bəri zəngin tarixi-mədəni irsi, incəsənəti, eləcə də istirahət imkanları, çimərlikləri ilə əcnəbilərin diqqətini cəlb edib. Bu baxımdan ölkədə turizmin kökləri qədim zamanlara gedib çıxır. Yunanıstanın qədim tarixi, buradakı tarixi abidələr və muzeylər bütün dünyanın turistləri üçün cəlbediciliyi artırır. Yunanıstanın büdcəsinin böyük hissəsi turizm sahəsində əldə edilən vəsait hesabına formalaşır.
Yunanıstan özünün mülayim iqlimi, Aralıq dənizinin bir-birindən gözəl sahili əraziləri, klassik arxeoloji və tarixi yerləri ilə bütün dünyada məşhurdur. İrili-xırdalı gözəl və sakit adalar, əsl yunan qonaqpərvərliyi ölkəyə turist axınını artıran amillərdəndir [14, səh. 17].
Müasir dövrdə Yunanıstanda turizmin inkişafı 1960-1970-ci illərdə başlayıb və ölkə dünyada aparıcı mövqelərə çıxıb. Sonrakı dövrdə hotel və digər turizm infrastrukturu obyektlərinin inşası genişləndikcə, ölkəyə gələn turistlərin sayı da artmağa başladı. 2004-cü ildə paytaxt Afinada keçirilən Yay Oimpiya Oyunları bu artım tempinə xüsusilə təkan verdi. Bununla belə son illər ölkədə yaşanan maliyyə-iqtisadi böhranı turizm sektoruna da mənfi təsir göstərib. Məsələn, 2007-ci ildə 11 milyon əhalisi olan ölkəyə 19 milyon turist gəldiyi halda, böhranın başladığı 2008-ci ildə bu rəqəm 17,5 milyona endi. Ümumiyyətlə, Yunanıstan dünya turizm istiqamətləri arasında 10-12 yerləri bölüşdürür və bu sahə ölkənin ümumi daxili məhsulunun 15 faizini təşkil edir [12, səh. 11].
Yunanıstanın ən çox səfər edilən regionları ölkənin şimalındakı Mərkəzi Makedoniya, eyni zamanda cəlbedici məkanlar olan Xalkidiki, O­limp dağı, Pella, Böyük İsgəndərin doğulduğu və eyni zamanda ölkənin ikinci ən böyük şəhəri olan Salonikidir. Afinadakı Akropol muzeyi kimi tarixi-mədəni məkanlar da turist axınını sürətləndirən amillər sırasındadır. Yunanıstanda çox nadir hesab olunan konfrans turizmi və aqroturim kimi sahələr də inkişaf etmişdir.
Pirey Universitetinin iqtisadiyyat üzrə professoru Teodor Pelaqidis qeyd edir ki, turizm Yunanıstanın rəqabət üstünlüyüdür və bütün iqtisadiyyatın inkişafının lokomotivi ola bilər. “Lakin uzunmüddətli qurtuluşa yalnız xidmət keyfiyyətlərini yüksəltmək hesabına əcnəbiləri buraya daimi yaşamağa cəlb etməklə nail ola bilərik. Bunun üçün burada misilsiz həyat keyfiyyəti və bütün təbii gözəlliklər var” [9].

Yunanıstanın turizm sahəsində böyük təcrübəsindən yararlanmaq zərurəti
Bu antik dövlətin böyük turizm təcrübəsi mövcuddur. Azərbaycanın turizm sahəsi üzrə yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Yunanıstan Respublikasıdır. Azərbaycan Yunanıstanın turizm sahəsində qazandığı tərcübədən faydalanmağa təşəbbüs göstərir.
2005-ci il aprelin 7-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. 2005-ci il 3 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Sazişi 844 nömrəli Sərəncamı ilə təsdiq etmişdir. Sazişdə Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında turizm münasibətlərini yaxşılaşdırmaq və iki ölkənin müvafiq turizm hakimiyyəti orqanları arasında əməkdaşlığı təşviq etmək niyyəti, turizm sahəsində əməkdaşlığın qarşılıqlı faydalı olacağı, xalqlar arasında turizm münasibətlərinin inkişafının qarşılıqlı bilgi və anlaşma üçün əhəmiyyəti göstərilmişdir. Saziş 1975-ci il 1 avqust tarixində Helsinkidə imzalanmış Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Yekun Aktına daxil olan Avropada turizmin təşviqinə dair prinsip və tövsiyələrinə, 1963-cü il 21 avqust – 5 sentyabr tarixlərində Romada keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Səyahət və Turizm Konfransının tövsiyələrinə uyğun tərtib olunmuşdur [1].
2008-ci il noyabrın 23-dən dekabrın 1-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Yunanıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə turizm şirkətlərinin və KİV-lərin nümayəndələrindən ibarət heyətin iştirakı ilə Yunanıstanda infotur təşkil olunmuşdur. Bir həftə davam edən səfər müddətində Afina, Xanya, Saloniki, Xalkidiki, Retimno və Lutraki şəhərlərində olan infotur iştirakçıları təxminən 20-yə yaxın turist şirkəti və bir o qədər də hotellə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzalayıblar. Səfər çərçivəsində iştirakçılar məşhur “Hotel Casino Regency Hyatt”, “Metropolitan”, “Porto Carras”, “İmperial”, “Vouliagmeni Suites”, “King George”, “Club Hotel Casino Loutraki”, “Santa Marina”, “Hyatt Regency” və digər mehmanxanaların işi ilə yaxından tanış olublar. [4, səh. 9].
2008-ci il 29 noyabr tarixində Yunanıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksas müsahibəsi zamanı jurnalistin “Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin inkişafı haqqında nə deyə bilərsiz?” sualına cavabında demişdir: “Ölkələrimiz arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq mövcuddur və bununla bağlı razılaşma da var. Artıq Azərbaycan turistləri Yunanıstanı cəlbedici turist məkanı kimi kəşf etməyə başlayıblar” [13, səh. 5].
2009-cu il 2-6 fevral tarixlərində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Yunanıstanın Turizm Nazirliyi arasında birgə əməkdaşlıq çərçivəsində Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Qonaqpərvərlik və Turizm Sənayeləri üzrə yeni meyillər” mövzusunda seminar keçirilmişdir. Seminar Yunanıstanın Turizm Nazirliyinin 10 nəfər mütəxəssisi tərəfindən aparılmışdır. Seminarda mehmanxana və restoran menecerləri, turizm şirkətlərinin rəhbər işçiləri, həmçinin Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələrindən ibarət 120 nəfərlik nümayəndə iştirak etmişdir. Bu seminarın keçirilməsində əsas məqsəd yemək-içmək və mehmanxana sahələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin, turizm şirkətlərində işin düzgün qurulmasından ibarət olmuşdur. Ölkəyə turizm sahəsində müəyyən mənada yeniliklər gətirmiş seminarlarda, ölkəmizi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev, Yunanıstanı isə Turizm Nazirliyinin turizm üzrə təhsil və treninq təşkilatının beynəlxalq ictimai əlaqələr ofisinin müdiri Spiros Qasparinatos, həmçinin Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksas və səfirliyin iqtisadi, ticarət üzrə birinci katibi Olqa Mezeridou Fauova təmsil etmişdir [11, səh. 9].
2010-cu il 9-16 iyun tarixlərində ölkəmizin kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Bakı ilə Xanya arasında birbaşa aviasiya reysinin açılışı ərəfəsində Yunanıstanda səfərdə olmuşdur. Media qrupu Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Antania Altoniu və Yunanıstanın turizm üzrə baş katibi Georgi Pousalos ilə keçirilən görüşlər zamanı qədim Ellada torpağının güclü turizm potensialı olduğu, Azərbaycanla Yunanıstan arasında genişmiqyaslı iqtisadi və mədəni əlaqələr çərçivəsində turizmə də geniş yer ayrılması zərurəti diqqətə çatdırılmışdır [8, səh. 3].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 15 fevral tarixində imzaladığı sərəncamla 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilmişdir [5]. Bununla bağlı jurnalistin “turizm ili çərçivəsində ölkələrimiz arasında turizmi inkişaf etdirmək üçün nə etmək olar?” sualına cavabında Yunanıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksas demişdir: “Yunanıstan azərbaycanlı turistlər üçün açıq ölkədir. Bizim ölkəmizdə turizm üçün hər cür imkan var: yüksək səviyyəli xidmət, ən gözəl otellər və s. Azərbaycan xalqına Yunanıstandan bəhs etməyə ehtiyac yoxdur. Onlar bizim ölkəni yaxşı tanıyırlar. Ötən illərdə Azərbaycandan çox sayda turist ölkəmizə səfər edib. Mən inanıram ki, bu daha da artmalı və inkişaf etməlidir. Yunanıstanın Azərbaycandakı səfirliyi Azərbaycan turistlərinin viza məsələsini çox qısa vaxtda həll etməyə çalışır” [10, səh. 5].
2012-ci il yanvarın 30-da “AtaTravel” MMC ilə Yunanıstanda fəaliyyət göstərən “Le Grand” turizm şirkəti ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Yunan şirkəti ilə əldə olunan razılaşmaya əsasən, Azərbaycan turistlərinin Yunanıstana səyahətləri, turları təşkil olunur. Qeyd edək ki, “Le Grand” şirkəti 1985-ci ildə yaradılıb. Şirkət turistlərə Yunanıstanın bütün şəhərlərinə, Krit, Koş, Santorini, Rodos və s. adalarına turlar təklif edir [2, səh. 6].
2014-cü il 9 oktyabr tarixində iki ölkə arasında turizm əlaqələrinin perspektivləri və Yunanıstanın turizm potensialı haqqında fikirlərini bölüşən Yunanıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas bildirmişdir: “Yunanıstanda turizmin bütün sahələri inkişaf edib. Bizim gözəl çimərliklərimiz var. Eyni zamanda arxeoloji məkanlara, dağlara, zəngin mətbəxə malikik. Yeri gəlmişkən, biz mətbəx və idman turizmini inkişaf etdirməyə çalışırıq. Məsələn qolf və tennis kortları bu sıraya aiddir. Bununla bağlı Yunanıstanda milli turlar keçirilir. Biz həmçinin dini turizmi də inkişaf etdirmək niyyətindəyik. Ölkəmizdə yüzlərlə kilsə var. Spa, dağlara dırmanma, tibbi turizm üçün də perspektivlər mövcuddur. Çox gözəl müalicə ocaqlarımız, yüksək səviyyəli həkimlərimiz var, müalicə və turizm səfərlərini bir paketdə təqdim edirik” [15, səh. 4].

Yunan turistlərin ölkəmizə
cəlb olunması ilə bağlı təşəbbüslər
Təbii ki, ölkəmizin əsas məqsədi Yunanıstanın turizm sahəsində təcrübəsindən istifadə etməklə yanaşı, yunan turistlərin ölkəmizə səfərlərini təşkil etməkdir. Bunun üçün Yunanıstanda keçirilən beynəlxalq turizm sərgilərində mütəmadi olaraq iştirak edilməsi arzuolunandır.
2010-cu il noyabrın 18-dən 21-dək Yunanıstanın Saloniki şəhərində HELEXPO-nun təşkilatçılığı ilə “Philoxenia” 26-cı Beynəlxalq Turizm Sərgisi keçirilmişdir. Sərgidə bir çox dünya dövlətlərinin turizm təşkilatlarının və biznes sektorunun nümayəndələri, turizm agentlikləri və hotellərin təşviqatı, eyni zamanda Qara dəniz hövzəsinə daxil olan ölkələrin turizm şirkətləri üçün UNDP-nin “Qara dəniz ticarət və investisiya təşviqatı” proqramı çərçivəsində biznes-forum keçirilmişdir. 4 gün davam edən sərgidə ölkəmizin turizm potensialı Gənclər və İdman Nazirliyinin və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə yüksək səviyyədə təqdim olunub. Ziyarətçiləri Azərbaycanın milli geyimində olan tələbələr qarşılayıb, Azərbaycan milli xalça nümunələri, milli xörəklərimiz, regionlarımız, turizm potensialımız və mədəniyyətimiz, iqtisadiyyatımız haqqında stendi ziyarət edən insanlara ətraflı məlumat verilib, Azərbaycanla bağlı kitab və broşürlər, eyni zamanda Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” kitabları, Bakı şəhəri, Qobustan qaya rəsmləri ilə əlaqəli bukletlər, Azərbaycanın təşviqat filmləri sərgi iştirakçılarına hədiyyə edilib, qonaq­lar Azərbaycan milli şirniyyatları olan paxlava və şəkərbura dadıblar. Qeyd edək ki, ermənilər bütün sərgilərdə olduğu kimi, burada da təxribata əl atıblar. Belə ki, sərgidə Ermənistanın xəritəsində Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi göstərilib. Lakin azərbaycanlı tələbələrin etirazından sonra Ermənistanın həqiqəti əks etdirməyən xəritəsi stenddən tamamilə sökülüb [3, səh. 9].

Yunanıstandan Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı
2013 2014 2015 2016 2017 2018
1320 1712 2112 1276 1464 1519

Mənbə: [7, səh. 25] “Azərbaycanda turizm” / Statistik məcmuə / Bakı, 2019

2016-cı il 10 oktyabr tarixində Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqas müsahibəsi zamanı Yunanıstandan Azərbaycana gələn turistlərin sayının azlığı haqqında bildirib: “Azərbaycanın turizm imkanları daha yaxşı təbliğ olunarsa və birbaşa təyyarə reysləri açılarsa, buraya Yunanıstandan daha çox turist gələ bilər”. Səfir həmçinin yunanların Azərbaycana daha çox gəlməməsinin səbəblərini də açıqlayıb: “Yayda yunanlar öz ölkələrində qalırlar. Səfərlərə daha çox qış mövsümündə gedirlər. Bu isə daha çox Avropa ölkələridir. Avropa ölkələri arasında ən çox İtaliya və Fransanı gəzirlər. Ölkəniz turizm sahəsində yaxşı təbliğ olunmayıb, buna görə də yunanlar buraya daha az gəlir. Bu, birinci səbəbdir. İkinci səbəb isə Azərbaycandan Yunanıstana birbaşa reyslərin olmamasıdır” [17].

Nəticə
Sonda qeyd etmək istərdik ki, Azərbaycanda turizm sahəsini inkişaf etdirmək üçün ilk növbədə Yunanıstan kimi bu sahədə yüksək gəlir götürən ölkələrlə geniş əlaqələr qurmaq lazımdır. Homer və Esxilin, Sofokl və Evripidin, Aristotel və Platonun vətəni qədim Yunanıstan özünün çoxəsrlik mədəniyyəti, memarlığı, incəsənəti, fəlsəfəsi, təhsili üzərində yeni ideya və texnologiyaların tətbiqi ilə öz turizmini inkişaf etdirir. Mərmər, zeytun və şərabla uzağa getməyin mümkünsüzlüyünü yaxşı dərk edən yunanlar təbii şəraitin yaratdığı şansdan yüz faizlik istifadəyə üstünlük verirlər. Turizm sənayesinin prioritet olduğu Yunanıstana hər il orta hesabla 11 milyon turist gəlir. Bu isə Yunanıstanın büdcəsinə təqribən 4 milyard dollar əlavə gəlir gətirir. Azərbaycanın da turizm sahəsindən bu cür yüksək gəlir götürməsi mümkündür. Çünki buna ölkəmizin həm təbii şəraiti, həm coğrafi mövqeyi, həm də zəngin tarixi imkan verir.
Açar sözlər: Yunanıstan, turizm, mədəniyyət, qonaqpərvərlik, infoturlar, qarşılıqlı əməkdaşlıq, turizm sənayesi.

Ədəbiyyat
1. 2005-ci il aprelin 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı // http://e-qanun.az/framework/9969
2. Abdullayeva F. “AtaTravel” Yunanıstanın “Le Grand” turizm şirkətinin tərəfdaşı oldu // “Mədəniyyət” 1 fevral 2012-ci il. № 7 (903)
3. Abdullayeva F. Azərbaycan turizmi Yunanıstanda təqdim edilib // “Mədəniyyət” 26 noyabr 2010-cu il. № 83 (790)
4. Abdullayeva F. İnfoturlar davamlı olmalıdır // “Mədəniyyət”. 13 dekabr 2008-ci il. № 97 (613)
5. Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı // http://www.e-qanun.az/framework/21629
6. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi, 98 s. // https://azertag.az/store/files/Strateji_yol_xeritesi/Turizm_s%C9%99nayesinin_inki%C5%9Faf%C4%B1na_dair_strateji_yol_xeritesi.pdf
7. “Azərbaycanda turizm” / Statistik məcmuə / Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Bakı, 2019, 99 s. https://www.stat.gov.az/source/tourism/
8. Cabbarlı A. Qədim Ellada həm də müasirliyin simvoludur // “Azərbaycan”. 20 iyun 2010-cu il. № 131 (5532)
9. Greece sees its future as the Florida of Europe. 29.06.2019 // https://www.theguardian.com/world/2019/jun/29/greece-tourism-florida-of-europe
10. Qaraxançallı A. Yunanıstan Azərbaycanla birbaşa əməkdaşlıqda maraqlıdır // “Zaman” 18-20 iyun 2011-ci il.
11. Qurbanlı T. Qonaqpərvərlik və Turizm Sənayeləri üzrə yeni meyillər // “Səs”. 3 fevral 2009-cu il. № 20 (3305)
12. Mehparə. Yunanıstan // “Mədəniyyət” 25 iyun 2014-cü il.
13. Mehparə. Yunanıstan üçün Azərbaycan çox mühüm regional tərəfdaşa çevrilib // “Mədəniyyət”. 29 noyabr 2008-ci il. № 94 (610)
14. Mirələmov H. Sokratın vətənində // “525-ci qəzet” 21 dekabr 2013-cü il. № 235 (4011)
15. Pərvanə. “Azərbaycana səfir təyinatı təklifinə dərhal “bəli” dedim” // “525-ci qəzet” 9 oktyabr 2014-cü il № 182 (4199)
16. World Tourism Organization (2018), UNWTO Annual Report 2017, UNWTO, Madrid, DOI: https://www.e-unwto.org/doi/book/10.18111/9789284419807
17. Yunanıstan səfiri: Azərbaycanın turizmi yaxşı təbliğ edilməyib // https://oxu.az/turism/153414


SUMMARY
Ilyas Huseynov
Some aspects of mutual cooperation in tourism between Azerbaijan and Greece
Tourism is a key tool to promote peace bet­ween countries, the rapprochement of different peoples, globalization, the development of art and culture, the spiritual development of nations, their physical health and relaxation. Tourism expansion means creating new jobs, improving the country’s balan­ce of payments and ensuring the physical and spiritual aspects of human development. This article discusses some aspects of tourism cooperation between Azerbaijan and Greece. Azerbaijan wants to capitalize on Greece’s extensive expe­ri­ence in tourism. On April 7, 2005, an Agreement on cooperation in the field of tourism between the Government of the Republic of Azerbaijan and the Government of the Hellenic Republic was signed in Baku. After this agreement, a number of tourism projects were implemented between the two countries.

Keywords: Greece, tourism, culture, hospitality, infotours, mutual cooperation, tourism industry.

РЕЗЮМЕ
Ильяс Гусейнов
Некоторые аспекты взаимного сотрудничества в сфере туризма между Азербайджаном и Грецией
Туризм является ключевым инструментом содействия миру между странами, сближению разных народов, глобализации, развитию искусства и культуры, духовному развитию наций, их физическому здоровью и отдыху. Расширение туризма означает создание новых рабочих мест, улучшение платежного баланса страны и обеспечение физических и духовных аспектов человеческого развития. В этой статье рассматриваются некоторые аспекты сотрудничества в сфере туризма между Азербайджаном и Грецией. Азербайджан хочет извлечь выгоду из большого опыта Греции в туризме. 7 апреля 2005 года в Баку было подписано Соглашение о сотрудничестве в области туризма между Правительством Азербайджанской Республики и Правительством Греческой Республики. После этого соглашения между двумя странами был реализован ряд туристических проектов.

Ключевые слова: Греция, туризм, культура, госте­приимство, инфотуры, взаимное сотрудничество, индустрия туризма.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM