STRATEJİ YOL XƏRİTƏLƏRİNƏ UYĞUN OLARAQ SƏNAYE PARKLARINDA İQTİSADİ ARTIM MƏSƏLƏLƏRİ

10:10 / 04.11.2019

İLQAR GÜLMƏMMƏDOV
Qərbi Kaspi Universitetinin dissertantı

Son illərdə ölkəmizdə iqtisadi artımın sabitliyinin və dinamikliyinin təmin olunması üçün sənaye parklarından istifadənin səmərəliliyinin yüksəldilməsinə daha çox diqqət yetirilməkdədir. Ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarıxli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında innovativ inkişafın genişləndirilməsi, innovasiyaların işlənməsi, istehsalata tətbiqi ilə bağlı parkların və innovasiya zonalarının təşkili prioritet vəzifələr sırasında yer almışdır. Konsepsiyada qeyd olunur ki, innovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması da nəzərdə tutulur. Bu baxımdan, müvafiq normativ hüquqi baza hazırlanaraq qəbul ediləcək, innovativ sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını təmin etməkdən ötrü İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur [1]. Bizə görə, texnoparklarla yanaşı, son illərdə ölkəmizdə sənaye parklarının yaradılması və daha yüksək şəkildə fəaliyyətinin təşkili innovasiyaların yayılması və innovatik inkişafının genişləndirilməsi istiqamətində ciddi əhəmiyyət kəsb etməkdədir və artıq sənaye parklarında istehsal olunan yüksək rəqabətqabiliyyətli, həmçinin ixracyönlü qeyri-neft sənaye məhsulları ölkəmizin iqtisadi artırımda əsas mənbələr kimi diqqət çəkməkdədirlər və hər il bu qəbildən olan yüksək texnologiyalar əsaslı yeni müəssisələrin yaradılmasının şahidi oluruq. Başqa bir sənəddə - ölkəmizdə sənayenin inkişafı ilə bağlı ölkə Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyri-neft sektorunun aparıcı sahələri olan sənaye sahələrinin inkişafının müasir texnologiyalar əsasında sürətləndirilməsi, innovasiyaların tətbiqi hesabına məhsuldarlığın artırılması və iqtisadiyyatın yeni artım mənbələrinin təmin edilməsi istiqamətində prioritet vəzifələr qarşıya qoyulmuşdur. Bu Dövlət Proqramında qeyd olunur ki, sənayeyə dövlət dəstəyi tədbirlərinin başlıca məqsədi sənaye müəssisələrinin rəqabət qabiliyyətini artırmaq və onların beynəlxalq bazarlara çıxışını təmin etmək, həmçinin dünya təcrübəsində sənayeyə dəstək tədbirlərinin gücləndirilməsinə nail olmaqdan ibarətdir. Bundan əlavə, investisiyaların təşviqi və iş mühitinin yaxşılaşdırılması, beynəlxalq ticarət və ixracın təşviqi, bacarıqların artırılması və insan resurslarının inkişafı, infrastrukturun qurulması, xüsusi iqtisadi zonalar, sənaye parkları və sənaye klasterlərinin yaradılması, regionların inkişafı, sektorlara xüsusi yanaşma, texnologiyaların transferinin dəstəklənməsi və innovasiyaların təşviqi ilə bağlı məsələlərə Dövlət Proqramında xüsusi dəqqət verilmişdir və göstərilir ki, bu Proqramın icrası zamanı mövcud sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyətə başlaması və regionların sənaye potensialının artırılması istiqamətləri prioritetlik təşkil edəcəkdir [2]. Bu göstərilənlər özünün təsdiqini praktiki fəaliyyət proseslərində tapmaqdadır və hazırda mövcud olan sənaye parklarının, həmçinin yaradılması intensiv şəkildə aparılan sənaye parklarının fəaliyyəti, prioritet istiqamətləri bu qənaətə gəlməyə imkan verir. Sumqayıt, Mingəçəvir şəhərlərində, həmçinin Bakının Qaradağ, Pirallahı rayonlarında fəaliyyət göstərən sənaye parklarında onlarla yüksək texnologiya­lar əsaslı innovatik müəssisələrə fəaliyyət göstərməkdədirlər, bir o qədər də müəssisələrin yaradılması prosesləri intensiv şəkildə davam edir. Xüsusilə, Sumqayıtda sənaye parkları şəbəkəsinin genişləndirilməsi üçün kifayət qədər zəmin və iqtisadi aspektlər vardır [3].
Yuxarıda qeyd olunan fəaliyyət istiqamətlərinin əksəriyyəti üzrə strateji hədəflər və mexanizmlər, prioritet vəzifələr, strateji və innovatik yanaşmalar öz əksini 06 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Preziden­tinin Fərmanı”nda tapmışdır [4]. Strateji Yol Xəritəsində qeyd edilir ki, qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları 2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi kimi diqqət mərkəzində saxlanılacaqdır. Bunlarla bağlı olaraq, sənaye sahələrinə investisiyaların və texnologiyaların cəlb edilməsi məsələləri xeyli aktual olacaqdır. Belə ki, texnologiya, bacarıqlar və qlobal dəyər zəncirlərinə çıxış təklif edən iri xarici şirkətlərin qeyri-neft sektoruna investisiya yatırımı Azərbaycanın qlobal iqtisadi xəritədə yerini möhkəmləndirəcəkdir və hazırda bu proseslər kifayət qədər intensivləşməkdədir. Bu qeyd olunanlarla bərabər, ölkə Prezidentinin 6 dekabr 2016-cı ilin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə də sənaye sektorunun aparıcı sahələri olan – ağır sənaye və maşınqayırma sahələrində innovativ inkişafın sürətləndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı hesabına ölkə iqtisadiyyatının strukturunun diversifikasiyalaşdırılması və artım tempinin sabit saxlanılması tədbirləri üzrə hədəflər müəyyənləşdirilmişdir [5]. Bu strateji yol xəritəsində sənaye müəssisələrinin rəqabəıtqabiliyyətinin yüksəldilməsi, infrastrukturun qurulması tədbirləri çərçivəsində, həmçinin müasir texnologiyaların transferi kimi spesifik problemlərin həllində sənaye parkların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi üzrə hədəflər diqqət çəkir [6]. Belə ki, ölkədə artıq fəaliyyətə başlamış Sumqayıt texnologiyaların parkının, Sumqayıt kimya sənaye parkının, Balaxanı və Qaradağ sənaye Parkının üstün cəhətləri, iqtisadi artıma verdiyi töhfələr qeyd edilməklə bərabər, bu istiqamətlər üzrə infrastrukturun gücləndirilməsi, yüksək texnologiyalar əsaslı istehsal sahələrinin yaradılması ağır sənaye sahələrinə investisiyaların cəlb olunması, bu sənaye sahələrinin dayanıqlı inkişafının təmin edilməsi son nəticədə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və iqtisadi artımın daha məhsuldar mənbələrinin yaradılmasına əlavə imkanlar formalaşdıracaqdır və bu istiqamətlərdə görülən tədbirlər artıq öz nəticələrini verməkdədir.
İqtisadi artımın səmərəliliyini əks etdirən, ümumilikdə, bununla bağlı əsas indikator kimi Azərbaycanda ÜDM-in 2007-2018-ci illərdə dinamikası Şəkil 1-də verilmişdir.

Şəkil 1. Azərbaycanda ÜDM-in 2007-2018-ci illərdə dinamikası, mlrd. manatla (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır).


Şəkil 1-dən göründüyü kimi, 2016-cı ildən başlayaraq, ölkəmizdə ÜDM-in artımı heç də az olmayana tempə malikdir və beləliklə iqtisadi artımın intensivliyi qənaətinə gəlmək olar, belə ki, 2016-2018-ci illərdə iqtisadi artım 32 %-dən çox təşkil etmişdir. Bu müasir dövrdə kifayət qədər yüksək nəticədir, 2018-ci ildə isə 2017-ci ilə nisbətdə iqtisadi artım 13,4 % səviyyəsində olmuşdur və əldə olunan nəticə beynəlxalq təşkilatların, həmçinin hökumətin özlərinin hazırladıqları proqnozlardan bir neçə dəfə yüksək olmuşdur. Maraqlıdır ki, yaxın illər üçün də ölkə iqtisadiyyatının artımı proqnozlaşdırılmışdır. 2017-2018-ci illərdə ölkəmizdə iqtisadiyyatın artım tempi bərpa olunmaqla bərabər, intensivləşmə diqqət çəkməkdədir. Qeyd etdiyimiz kimi, beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanda iqtisadi artımın intensivləşəcəyi barədə proqnozlar verməkdədir, məsələn, Dünya Bankının hazırladığı hesabatlarda qeyd olunur ki, ölkəmizdə ÜDM-in həcmi 2020-ci ildə isə 3,3 % təşkil edəcəkdir [7]. Qeyd edək ki, əksər hallarda iqtisadiyyatın real artımını xarakterizə edən yanaşmalar sırasında, əhalinin və məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-ın illik artım sürətinə daha çox üstünlük verilir. Eyni zamanda, “Fitch” təşkilatının proqnozlarına görə, 2019-da ölkə ÜDM-ün artım nümayiş etdirəcəyi və 47,3 mlrd. ABŞ dolları həcmində olacağı gözlənilir [8]. Ölkə hökümətinin proqnozunda isə 2020-ci ilədək nominal ÜDM-in həcmi 13,8 % artacaqdır, belə ki, həmin proqnozda ölkə üzrə ÜDM-in nominal həcmi 2019-cu ildə 75,4 mlrd. manat, 2020 - 81,2 mlrd. manat 2021-ci ildə isə 85 mlrd. manata yaxın verilmişdir [9]. Yüksək beynəlxalq nüfuza malik “Moodys” beynəlxalq agentliyi də yaxın illərdə Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini bildirmişdir [10]. Bu proznozlar baxımından, ölkəmizdə ÜDM-in dinamik artımı üçün görülən tədbirlərdə sənaye parklarının səmərəliliyinin yüksəldilməsi, iqtisadi artımla bağlı potensialdan məhsuldar isteifadə edilməsi vacib şərtlərdəndir. Ölkəmizdə iqtisadi artımın manevrlilik qabiliyyətinin yüksəldilməsi üçün görülən tədbirlərin səmərəliliyi məsələlərinə strateji yanaşmalar diqqət çəkir, bu isə öz növbəsində iqtisadi artımın səviyyəsinin təmin edilməsi üçün əlverişli şərait yaradır. Makroiqtisadi vəziyyətin sabitləşdirilməsi, iqtisadiyyatın diversifikasiyalaşdırılması, xüsusilə qeyri-neft sektoru sahələrinin inkişafının intensivləşdirilməsi əsas prioritet vəzifələr sırasındadır.
Son illərdə sənaye parklarında, həmçinin digər bu qəbildən olan müasir çoxfunksiyalı fəaliyyət zonalarında (texnoparklar, sənaye məhəllələri və s.) yaradılan yüksək texnologiyalar əsaslı sənaye müəssisələrin hesabına iqtisadi artımın təmin edilməsində əhəmiyyətli işlər görülmüşdür və qarşıya qoyulan hədəflərə çatmaq üçün görülən işlərin səmərəliliyinin artırılması təmin olunmuşdur. Bütün bunlar özünü sənaye məhsulunun istehsalında da büruzə vermişdir. Şəkil 2-də 2014-2018-ci illərdə Azərbaycanda ümumi sənaye məhsulunun dinamikası verilmişdir.

Şəkil 2. Azərbaycanda 2014-2018-ci illərdə ümumi sənaye məhsulunun dinamikası, mlrd. manatla (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır).


Şəkil 2-yə nəzər salsaq, görmək mümkündür ki, 2014-2018-ci illərdə ümumi sənaye məhsulunun həcmi 49 % yaxın artmış və 2018-ci ilin yekununda 47,7 mlrd. manat təşkil etmişdir. 2018-ci il ərzində ölkə ÜDM-də sənaye məhsulunun həcmi – 60 %-ə yaxın olmuşdur. Müqayisə üçün bu göstətirci 2014-cü ildə 54,4 %, 2017-ci ildə isə 57 % təşkil etmişdir. Sənayenin son illərdə artımında qeyri-neft sənayesinin intensivliyi və yeni yüksək texnologiyalar əsaslı müəssisələrin yaradılması mühüm əhəmiyyət kəsb etmişdir. Sumqayıt Kimya Sənaye Parkında, Sumqayıt Sənaye Mərkəzində və digər şəhərlərdə yaradılan sənaye parklarında yüksək texnologiyalar əsaslı sənaye müəssisələrinin bir-birinin ardınca istismara verilməsi ölkə iqtisadiyyatınını artımında məhsuldar mənbələrin formalaşdırılmasına əlavə imkanlar yaratmışdır.
Qeyd edək ki, son illərdə iqtisadi artımda əhəmiyyətli rol oynayan qeyri-neft sənayesi məhsullarının, yəni emal sənayesi məhsullarının əhəmiyyətli hissəsi bir sıra rəqabətqabiliyyətli və innovatik inkişafa kifayət qədər meyilli olan sənaye sahələri ilə bağlıdır və bu proseslərdə sənaye parklarının rolu xeyli yüksəkdir. Məsələn, ölkəmizin ən iri sənaye parkı kimya və neftkimya kompleksi üzrə yaradılmışdır, bu parkda xeyli sayda rezidentlər qeydə alınmış, nəhəng kimya müəssisələri istismara verilmişdir. Təsadüfi deyildir ki, kimya və neftkimya sənayesi müəssisələrində son illərdə istehsalın həcmi xeyli yüksəlmişdir, belə ki əgər 2014-cü ildə bu sektorda ümumi məhsulun həcmi 370,7 mln. manat olmuşdursa, bu göstərici 2017-ci ildə 818,1 mln. manat, 2018-ci ildə isə yenə artım nümayiş etdirərək 887,8 mln. manat təşkil etmişdir. Sumqayıtdakı sənaye parkında istifadəyə verilmiş nəhəng kimya və neftkimya müəssisələrinin istehsal gücü səviyyəsinə çatdıqca, bu göstəricilər əhəmiyyətli səviyyədə yüksələcəkdir və ölkəmizdə iqtisadi artımın təmin olunmasında sənaye parklarının rolu xeyli artacaqdır. Digər sənaye sahələrində də, məsələn qida məhsullarının istehsalı və toxuculuq sənayesində yaradılmış sənaye parklarının hesabına iqtisadi artımın səmərəliliyi xeyli yüksəlmişdir. Ümumilikdə, qeyri-neft sənayesində ümumi məhsulda qida məhsullarının istehsalının xüsusi çəkisi 28,2 % təşkil edir və bu məhsullarının əksəriyyəti Sumqayıtda fəaliyyət göstərən “Azərsun” Sənaye Parkında istehsal olunur. Yaxud tekstil sənayesinin artım dinamikasına fikir versək, 2018-ci ildə ümumi məhsul istehsalın həcmi 358 mln. manat həcmində olmuşdur və bu 2014-cü ildə nisbətdə 3 dəfə, 2017-ci ildə nisbətdə isə 25 % çoxdur və maraqlıdır ki, bu məhsulların əksər hissəsi Sumqayıtda və Mingəçevirdə yerləşən sənaye parklarında istehsal olunur. Bu tip parklarda, eyni zamanda innovasiya fəaliyyətinin formalaşması və inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması təmin edilir. Bundan əlavə, sənaye parklarının inkişafı hesabına iqtisadi artımının təmin edilməsi ilə bərabər sahibkarlıq və biznes mühitinin yüksəldilməsi potensialı da diqqət çəkir. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun hazırladığı “İnnovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlər” adlı kitabda qeyd olunur ki, Azərbaycanda sənaye parklarının yaradılmasının daha geniş vüsət alacağı gözlənilir, belə parkların yaradılması isə xaricdən müvafiq məhsul idxalının azalmasında da mühüm rol oynamaq iqtidarındadır [11]. Sənaye parklarında yeni texnologiyaların mənimsənilməsi imkanları artdıqca, iqtisadi artımın daha məhsuldar mənbələrinin formalaşması mümkün olur, innova­siyalar daha tez istehsal proseslərinə tətbiq edilir.

NƏTİCƏ
Tədqiqatın nəticələrinə əsasən qeyd etmək mümkündür ki, yaxın illərdə Azərbaycanda sənaye parklarından səmərəli istifadə olunması üçün əlverişli şərait yaranmışdır. Bunlarla əlaqədar olaraq bir qrup fəaliyyət istiqamətlərinə və məsələlərinə daha çox diqqət yetirilməlidir:
- əvvəla, qəbul etmək lazımdır ki, ölkəmizdə artıq sənaye parkları faktiki fəaliyyət mexanizmləri kimi formalaşdırılmışdır və xüsusilə bu kateqoriyadan olan parklarda dövlət dəstəyi mexanizmlərinin əhəmiyyətli rolu olmuşdur;
-innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılması və iqtisadi artımın səmərəlilik hədəflərinə çatılmasında və potensialın yaradılmasında sənaye parklarının çoxfunksiyalılıq xüsusiyyətləri kifayət qədər səmərəli xarakter daşıyır;
-yaxın illərdə sənaye parkları şəbəkəsinin genişləndirilməsi və yüksək texnologiyalar əsaslı müəssisələrin yaradılması prosesləri daha da sürətləndirilməlidir;
-iqtisadi artımın yeni mənbələrinin formalaşdırılması məqsədilə sənaye parklarının innovatik inkişafı təmin olunmalıdır və s.

Açar sözlər: Strateji yol xəritəsi, sənaye parkları, iqtisadi artım, innovativ inkişaf, rəqabətqabiliyyətli sənaye müəssisələri, sənaye parklarının səmərəlilik problemləri, sənaye parklarının inkişaf perspektivləri.

ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası. Bakı, 2013, 39 s.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı, Bakı, 2014, 28 s.
3. Əliyev Ş.T. Azərbaycan sosial-iqisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti. Monoqrafiya. Sumqayıt, “Azəri” nəşriyyatı, 2019, 368 s.
4. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il.
5. Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
6. Əliyev Ş.T. Azərbaycan iqisadiyyatı. Sumqayıt, 2018, 376 s.
7. Azərbaycanın növbəti 3 il üzrə iqtisadi artım göstəriciləri açıqlandı - proqnoz 17 oktyabr 2018. http://finans.az.
8. “Fitch” Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır. 29.12.2018. http://az.baku.ws.
9. Azərbaycan hökuməti iqtisadi artım üzrə proqnozları yaxşılaşdırıb. 25 avqust 2018. http://news.day.az/azerinews/1035562.html.
10. Moodys: Azərbaycanda iqtisadi artım sürətlənəcək. 09.08.2018. http://qaynarinfo.az/az/moodys-azerbaycanda-iqtisadi-artım-suretlenecek/.
11. İnnovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlər. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi. Bakı, 2017, 36 s.

РЕЗЮМЕ
ВОПРОСЫ ЭКОНОМИЧЕСКОГО РОСТА В ПРОМЫШЛЕННЫХ ПАРКАХ В СООТВЕТСТВИИ СО СТРАТЕГИЧЕСКИМИ ДОРОЖНЫМИ КАРТАМИ
В статье исследованы вопросы экономического роста в промышленных парках в соответствии со стратегическими дорожными картами. С этой целью анализированы вопросы и проблемы повышения эффективности деятельности созданных и формирующихся промышленных парков страны. Рассмотрено расширение инновационной инфраструктуры и сети конкурентоспособных предприятий в промышленных парках. Раскрыты особенности и многофункциональность промышленных парков исходя из мирового опыта. Рассмотрены перспективы обеспечения экономического роста в промышленных парках, дан ряд рекомендаций и предложений по исследуемым вопросам.

Ключевые слова: стратегическая дорожная карта, промышленные парки, экономический рост, инновационное развитие, конкурентоспособные промышленные предприятия, проблемы эффективности промышленных парков, перспективы развития промышленных парков.

SUMMARY
ISSUES OF ECONOMIC GROWTH IN
INDUSTRIAL PARKS ACCORDING TO
STRATEGIC ROAD MAPS
Issues of economic growth in industrial parks according to strategic road maps are investigated in the article. Questions and problems of increase in efficiency of activity of the created and formed industrial parks of the country are analyzed for this purpose. Expansion of innovative infrastructure and network of the competitive enterprises in industrial parks is considered too. Features and multifunctionality of industrial parks proceeding from international experience are given then. The prospects of ensuring economic growth in industrial parks are considered, a number of recommendations and offers on the studied questions is given in the end of the article.

Key words: strategic road map, industrial parks, economic growth, innovative development, competi­tive industrial enterprises, problems of efficiency of industrial parks, prospects of development of industrial parks.

 

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019


Etiket: STRATEJİ YOL XƏRİTƏLƏRİNƏ UYĞUN OLARAQ SƏNAYE PARKLARINDA İQTİSADİ ARTIM MƏSƏLƏLƏRİ İLQAR GÜLMƏMMƏDOV Qərbi Kaspi Universitetinin dissertantı strategic road map industrial parks economic growth innovative development competi­tive industrial enterprises problems of efficiency of industrial parks prospects of development of industrial parks стратегическая дорожная карта промышленные парки экономический рост инновационное развитие конкурентоспособные промышленные предприятия проблемы эффективности промышленных парков перспективы развития промышленных парков Strateji yol xəritəsi sənaye parkları iqtisadi artım innovativ inkişaf rəqabətqabiliyyətli sənaye müəssisələri sənaye parklarının səmərəlilik problemləri sənaye parklarının inkişaf perspektivləri

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM