Faruq Ziyadov
Azərbaycan Kooperasiya Universitetinin doktorantı
Qlobal çağırışlar və maliyyə qeyri-sabitliyi son 10 il ərzində dünya iqtisadi proseslərində maliyyə axınlarının, hərəkətinin və istifadəsinin mövcud mexanizmlərinin əhəmiyyətli səviyyədə transformasiyası ilə yadda qalmışdır. Bu problemlər investisiyalar və onların yönəldilməsi, cəlb edilməsi üçün də kifayət qədər aktual və xarakterik olmuşdur. Ölkəmizin iqtisadi inkişaf modelinin əsasən formalaşdığı və təkmilləşdirmələrə məruz qaldığı bir dövrdə investisiyalar məsələsi bütün hallarda strateji yanaşmaları tələb edir. 1994-cü il sentyabr ayının 20-də imzalanmış “Əsrin kontrakt”ının icrasından sonra ölkəmizə xarici investisiyaların güclü axını diqqət çəkmişdir, amma, bunlar əsasən neft-qaz sektoruna yönəldilmişdir. Keçən dövr ərzində iqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 280 mlrd. dollardan çox olmuşdur. Etiraf etmək lazımdır ki, ölkəmizdə qeyri-neft sektorunun investisiya mühitinin təkmilləşdirilməsi, bu sahələrdə investisiya cəlbediciliyinin yüksəldilməsi problemləri hələ də vardır. Düzdür, ölkədə strateji yol xəritələrinin reallaşdırılması ilə əlaqədar olaraq, bu istiqamətlərdə strateji yanaşmalara diqqət xeyli artmışdır.
Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə bazarlarının inkişafının intensivləşdirilməsi, qlobal trendlərin və bununla bağlı aktual çağırışların sistemli, uzunmüddətli dövr üçün perspektivlər əsas götürülməklə nəzərə alınması istiqamətində strateji hədəflər müəyyənləşdirilmişdir [1]. Nəticədə, ölkədə maliyyə sabitliyi gücləndirilmiş, iqtisadiyyatımızın zəifləmiş artım tempi bərpa olunmuş və bu sahədə aqrar-emal müəssisələrinin rolu artırılmış, ümumilikdə, kənd təsərrüfatı sektorunun və aqrar sənaye kompleksinin ölkə iqtisadiyyatında mövqeyi gücləndirilmiş, bu sahələrin investisiya cəlbediciliyinin artırılması tədbirləri görülmüş, şəffaflığın, maliyyə və mühasibat sənədlərinin dürüstlüyü, beynəlxalq standartlara uyğunluğu istiqamətində ardıcıl tədbirlərə başlanılmış, sahibkarlığın inkişafı və biznes mühitinin əlverişliyinin artırılması məsələlərinə yanaşmalar yenilənmişdir. Dövlətin investisiya fəaliyyəti və investisiya fondlarının fəallığının təmin olunmasında mövcud mexanizmlərinin təkmilləşdirilməsi və qanunvericilik bazasının gücləndirilməsi tədbirləri də kifayət qədər səmərəli xarakter daşımışdır. Belə ki, 22 oktyabr 2010-cu ildə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasinin Qanunu qüvvəyə minmişdir [2]. Bundan əlavə, 18 yanvar 2018-ci ildə ölkə Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı verilmişdir və bu Sərəncamda qeyri-neft sektoru sahələrində investisiya fəaliyyətinin gücləndirilməsi, bunlarla əlaqədar xarici investorların cəlbi proseslərin maksimum səmərəli təşkilinə dair müvafiq tapşırıqlar verilmiş və strateji qərarlar qəbul olunmuşdur [3]. Aqrar-emal müəssisələrinin fəaliyyətinin canlanması, bütünlükdə, kənd təsərrüfatı sektoru sahələrində və aqrar-sənaye kompleksində kooperativ hərəkatının genişləndirilməsinin qanunvericilik bazasının gücləndirilməsi də müsbət hal kimi dəyərləndirilməlidir. Belə ki, 14 iyun 2016-cı ildən “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir [4]. Tədqiqatlar göstərir ki, qeyri-neft təmayüllü iqtisadiyyat sahələrinin investisiya cəlbediciliyinin yüksəldilməsinə mane olan amillərin əksəriyyətinin nəzərə alınması və aradan qaldırılması mümkündür, amma, bunun üçün ardıcıl və prinsipial tədbirlər görülməlidir. Maliyyə bazarlarının dinamik inkişafı təmin olunmalı və investisiyaların yatırılmasının sürətləndirilməsini əngəlləyən baryerlərin minimum həddə endirilməsinə straeji yanaşmalar təmin edilməli, preventiv və kompleks tədbirlər həyata keçirilməlidir [5]. Eyni zamanda, məlumdur ki, investorlar kənd təsərrüfatı sahələrinə və aqrar-emal müəssisələrinə investisiyalar yatırmaqda xeyli ehtiyatlı davranırlar və bu, ilk növbədə, həmin müəssisələrdə kommersiya və iqtisadi risklərin geniş dairəsinin olması, mövsümi fəaliyyət problemləri, itkilər, təbii şəraitin gözlənilməz hallarla müşayiət olunması, təbii fəlakətlər, yanğınlar və s. hallarla daha çox bağlıdır. Bu sektorda məhsuldarlıq problemlərinin, toplanan və istehsal olunan məhsulların saxlanılması, istehlakçılara çatdırılması məsələlərində də risklərin mövcudluğu diqqət çəkir. Buna görə də aqrar müəssisələrinin investisiya cəlbediciliyinin artırılması problemləri diqqətlə və dərindən öyrənilməli, zəruri tədbirlərin görülməsinə strateji münasibət ortaya qoyulmalıdır [6].
Aqrar sənaye kompleksinin davamlı inkişafı, modernizasiya edilməsi və yüksək texnologiyalar əsasında inkişaf etdirilməsi müasir dövrün ən aktual problemlərindəndir. Məlumdur ki, bu kimi vəzifələrin öhdəsindən gəlmək üçün külli miqdarda investisiya resursları tələb olunur. İnvestisiya resurslarının cəlb edilməsi üçün aqrar sənaye kompleksinin və onun aqrar-emal müəssisələrinin investisiya cəlbediciliyinin artırılması vacib şərtlərdəndir [7]. Eyni zamanda, aqrar-emal müəssisələrinin investisiya cəlbediciliyinin yüksəldilməsi məqsədilə istifadə olunan mövcud mexanizmlərin qlobal maliyyə və investisiya çağırışlarına uyğunluğu qiymətləndirilməli, istifadə olunan praktiki alətlərin cəlbediciliyinə diqqət artırılmalıdır [8]. Qlobal iqtisadi təhdidlər şəraitində investisiya resurslarının cəlb edilməsi o qədər də asan məsələ deyildir və bunun üçün aqrar-emal müəssisələrinin iqtisadi-təşkilati baxımdan təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi tələb olunur. Bundan əlavə, aqrar-emal sənayesi müəssisələrinə investisiyaların fəal cəlb edilməsi mexanizmlərinin səmərəlilik və gəlirlilik prinsiplərinə xüsusi önəm verilməlidir [9]. Ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılması, strukturunun təkmilləşdirilməsi məsələlərində ərzaq təhlükəsizliyinin təmin olunması kimi strateji vəzifələrin reallaşdırılmasında aqrar-emal sənayesi müəssisələrinin rolu kifayət qədər strateji əhəmiyyət kəsb edir. Xüsusilə, ölkə regionlarının inkişaf etdirilməsi dövlətin prioritet vəzifələrindən hesab olunduğu üçün, bu qəbildən olan müəssisələri regionların inkişafında əhəmiyyəti böyükdür. Həmin müəssisələrinin investisiya cəlbediciliyinin artırılması üçün iri investisiya layihələri, məqsədli dövlət proqramalrı işlənib hazırlanmalı və reallaşdırılmalıdır [10]. Bunlarla bərabər, aqrar-emal müəssisələrinin rəqabətqabiliyyətliliyi və dünya bazarlarına çıxmasına imkan verən səviyyədə işlək investisiya mexanizmlərinin məqsədli tətbiqi tədbirləri həyata keçirilməli, investisiya mühitinin cəlbediciliyi təmin olunmalıdır. Ölkənin aqrar-emal müəssisələrini investisiya fəaliyyəti sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsi siyasətinə önəm artırılmalı, analoji investor-kompaniyaların ölkəmizin aqrar-emal müəssisələrinə investisiya yatırımları stimullaşdırılmalı və dövlət investisiya siyasətinin çevik mexanizmləri hesabına dəstəklənməlidir [11]. Digər tərəfdən, qeyd etdiyimiz kimi, ölkə regionlarında fəaliyyət göstərən, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində, işsizliyin azaldılmasında və regionlarında iqtisadi fəallığın artırılmasında çoxfunksiyalı xüsusiyyəti ilə diqqət çəkən aqrar-emal müəssisələrinin investisiya fəaliyyətinin stimullaşdırılması tədbirləri və dövlət dəstəyi mexanizmlərinin hazırlanması vacib hesab olunur [12].
Qeyd edək ki, ölkəmizdə investisiyaların cəlbi istiqamətində fəal dövlət siyasəti və strateji yanaşmaların olmasına baxmayaraq, son illərdə iqtisadiyyata yönəldilən investisiyaların həcmində müəyyən qədər tempin zəiflənməsini qeyd etmək mümkündür. Amma, əvvəlcədən deyək ki, artıq 2018-ci ildə investisiyaların bir çox parametrləri üzrə, o cümlədən, iqtisadiyyata kredit qoyuluşları və yönəldilən investisiyaların artım tempi bərpa olunmuşdur.
Şəkil 1-də ölkəmizə bütün mənbələr üzrə iqtisadiyyata yönəldilən investisiyaların 2014-2018-ci dinamikasına baxmışıq.
Şəkil 1. Azərbaycana bütün mənbələr üzrə, o cümlədən, xarici investisiyalar nəzərə alınmaqla, investisiya qoyuluşlarının dinamikası, 2014-2018-ci illər, mlrd. manat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır. https://www.stat.gov.az/).
Şəkil 1-in təhlilindən baxdıqda, görmək mümkündür ki, 2014-2018-ci illərdə investisiya qoyuluşların dinamikasında 18,2 % artım qeydə alınmışdır və 2018-ci ilin yekununda investisiya qoyuluşu 26 mlrd. manatdan çox təşkil etmişdir, müqayisə üçün deyək ki, bu göstərici 2017-ci ildə 24,5 mlrd. manata yaxın olmuşdur.
Şəkil 2-də isə ölkəmizdə kənd təsərrüfatı sektoru sahələri üzrə əsas kapitala yönəldilmiş investisiyaların dinamikası verilmişdir.
Şəkil 2. Azərbaycana kənd təsərrüfatı sektoru sahələri üzrə əsas kapitala yönəldilmiş investisiyaların dinamikası, 2003-2018-ci illər, mln. manat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır. https://www.stat.gov.az/).
Şəkil 2-nin təhlili üzrə baxdıqda, görmək mümkündür ki, 2003-2018-ci illərdə kənd təsərrüfatı sektoru sahələri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 20,4 dəfə artmış və 2018-ci ildə 764,4 mln. manat səviyyəsində olmuşdur. Bütün bunlar aqrar-emal müəssisələrinin fəaliyyətinə də müsbət təsir göstərmiş, onların maddi-texniki bazasının gücləndirilməsində və modernizasiya edilməsində əhəmiyyətli rol oynamışdır.
Şəkil 3-də isə kənd təsərrüfatı sektoru sahələri üzrə əsas kapitala yönəldilən investisiyaların ümumi ölkə iqtisadiyyatına yönəldilən investisiyalarda payı təhli olunmuşdur və göründüyü kimi, 2003-2018-ci illərdə bu göstərici üzrə artım 4,4 dəfə təşkil etmişdir.
Şəkil 3. Azərbaycana kənd təsərrüfatı sektoru sahələri üzrə əsas kapitala yönəldilən investisiyaların ümumi ölkə iqtisadiyyatına yönəldilən investisiyalarda payı, %-lə (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır. https://www.stat.gov.az/).
Şəkil 4-də Azərbaycanda 2003-2018-ci illər üzrə kənd təsərrüfatı məshullarının həcminin ümumi dinamikası əks olunmuşdur.
Şəkil 4. Azərbaycanda kənd təsərrüfatı məshullarının həcminin ümumi dinamikası, mlrd. manat, 2003-2018-ci illər, mln. manat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır. https://www.stat.gov.az/).
Şəkil 4-də baxdıqda, qeyd etmək mümkündür ki, kənd təsərrüfatı məhsulların həcminin dəyəri 2003-2018-ci illərdə 4,8 dəfə artmış və 2018-ci ildə 7 mlrd. manatdan çox təşkil etmişdir. Bu isə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrinin, o cümlədən, aqrar-emal müəssisələrinin əlavə dəyər yaradılmasında rolunun yüksəldiyini göstərir.
Ölkə iqtisadiyyatının investisiya cəlbediciliyinin yüksəldilməsi problemlərinin sistemli həlli üçün onun strukturunun, o cümlədən, xarici investisiyalarının strukturunun araşdırılması və təkmilləşdirilməsi vacibdir [13]. İnvestisiyaların hərəkəti və səmərəlilik problemləri də diqqət mərkəzində saxlanılmalıdır [14]. Son illərdə aqrar-emal müəssisələrinin qarşısında strateji vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikası Prezdentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərilmişdir ki, prioritet və strateji əsas yeri ərzaq bolluğunun yaradılması və bununla əlaqədər aqrar-emal müəssiəsələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılmasıdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində bir sıra iqtisadiyyat sahələrinin inkişafı ilə bağlı strateji hədəflər müəyyənləşdirilmişdir [15]. Bundan əlavə, aqrar-emal müəssisələrinin xammal təminatına və innovatik inkişafına xüsusi önəm verilməlidir [16].
NƏTİCƏ
Yaxın illərdə ölkəmizdə aqrar-emal müəssisələrinin investisiya cəlbediciliyinin yaxşılaşdırılması və investisiya mühitinin mövcud mexanizmlərinin təkmilləşdirilməsi üçün qlobal maliyyə çağırışları əsas götürülməklə, bir sıra məsələlərə xüsusi diqqət yetirilməlidir:
- investisiyaların cəlbi mexanizmlərinin yenilənməsi təmin olunmalı və bu sahədə dünya təcrübəsinin mütərəqqi mexanizmlərinə üstünlük verilməlidir;
- aqrar-emal müəssisələrinin yüksək texnologiyalar əsasında modernizasiya edilməli prosesləri başa çatdırılmalı və bu sahəyə xarici investisiyaların cəlbinin stimullaşdırılması tədbirləri görülməlidir;
- ölkə regionlarında fəaliyyət göstərən aqrar-emal müəssisələrinin strateji əhəmiyyəti nəzərə alınmaqla, onların maddi-texniki bazasının gücləndrilməsinə və bunun üçün məqsədli investisiyaların yatırılmasına strateji yanaşmalar təmin olunmalıdır və s.
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016.-59 s.
2. İnvestisiya fondları haqqında Azərbaycan Respublikasinin Qanunu. Bakı şəhəri, 22 oktyabr 2010-cu il. № 1101-IIIQ.
3. İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı, 18 yanvar 2018-ci il.
4. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 14 iyun 2016-cı il.
5. Ataşov B.X. Maliyyə bazarları. Bakı, “Kooperasiya nəşriyyatı”, 2016. -456 s.
6. Захарова Н.Ю. Проблемы оценки инвестиционной привлекательности аграрных предприятий // Научный вестник: финансы, банки, инвестиции. – 2011. – № 3(12).-c. 76-80.
7. Гладкова Е.П. Инвестиции, их классификация и значение для развития агропромышленного комплекса // Управление экономическими системами, №7, 2012. http://www.uecs.ru.
8. Шабунин Н.А. Классификация и оценка основных механизмов привлечения инвестиций в АПК. Международный технико-экономический журнал 2010 №3.-с.15-21.
9. Шейко А.А. Инвестиционная политика в воспроизводственном процессе сельского хозяйства (на примере Курской области) // Журнал «Organizmica», №1 (13), 2008. http://www.organizmica.org.
10. Кузнецов А.Л, Севрюгин А.С., Севрюгин Ю.В. Инвестиционная привлекательность предприятия: понятие и классификация // Реальный сектор экономики: теория и практика управления. – 2004. – № 1. – c. 56-58.
11. Ясенева О.Ю. Орлов А.Ю., Лаврухина Н.В. Проблемы оценки инвестиционной привлекательности предприятия // Журнал «Экономика и социум», №11(30), 2016.
12. Наролина Ю.В. Повышение инвестиционной привлекательности АПК региона. Дисс. канд. экон. наук. Воронеж, 2007.-192 с.
13. Гюльалиев М., Алиев Р. Динамика и отраслевая структура иностранных инвестиций, направленных в экономику Азербайджана // Экономический Вестник Донбасса, №3 (41), 2015.-С. 67-74.
14. Frenkel R. From the Boom in Capital Inflows to Financial Traps//Capital Market Liberalization and Development. New York: Oxford University Press, 2008, pp. 101-119.
15. Azərbaycan Respublikası kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016.- 177 s.
16. Əliyev Ş.T. Azərbaycan iqtisadiyyatı. Sumqayıt Dövlət Universiteti, 2018.-384 s.
Açar sözlər: qlobal maliyyə çağırışları, aqrar-emal müəssisələri, investisiya mühiti, strateji yanaşmalar, aqrar-emal müəssisələrinin investisiya cəlbediciliyi, investisiya mühitinin təkmilləşdirilməsi problemləri, investisiya mühitinə strateji yanaşmalar.
РЕЗЮМЕ
СТРАТЕГИЧЕСКИЕ ПОДХОДЫ К СОВЕРШЕНСТВОВАНИЮ ИНВЕСТИЦИОННОЙ СРЕДЫ НА ПРЕДПРИЯТИЯХ АГРОПЕРЕРАБОТКИ В УСЛОВИЯХ ГЛОБАЛЬНЫХ ФИНАНСОВЫХ ВЫЗОВОВ
В статье исследованы стратегические подходы к совершенствованию инвестиционной среды на предприятиях агропереработки в условиях глобальных финансовых вызовов. С этой целью анализирована важность совершенствования существующих механизмов повышения инвестиционной привлекательности предприятий агропереработки. Указана роль усиления законодательной базы в создании соответствующих условий для привлечения инвестиций в экономику страны. Анализированы динамика инвестиционных вложений в экономику Азербайджана за счет всех источников финансирования. Кроме того, рассмотрены показатели инвестиционных вложений в основной капитал и другие основные показатели сельскохозяйственного сектора. Акцентировано внимание на исследовании и совершенствовании структуры инвестиционных вложений в экономику страны за последний период. Подготовлены рекомендации и даны предложения по рассматриваемым вопросам.
Ключевые слова: глобальные финансовые вызовы, предприятия агропереработки, инвестиционная среда, стратегические подходы, инвестиционная привлекательность предприятий агропереработки, проблемы совершенствования инвестиционной среды, стратегические подходы к инвестиционной среде.
SUMMARY
STRATEGIC APPROACHES TO IMPROVEMENT OF THE INVESTMENT ENVIRONMENT AT THE ENTERPRISES OF AGROPROCESSING IN THE CONDITIONS OF GLOBAL FINANCIAL CHALLENGES
Strategic approaches to improvement of the investment environment at the enterprises of agroprocessing in the conditions of global financial challenges are investigated in the article. Importance of improvement of the existing mechanisms of increase in investment attractiveness of the enterprises of agroprocessing is analyzed for this purpose. The role of strengthening of the legislative base in creation of the corresponding conditions for attraction of investments into national economy is specified. Dynamics of investments in economy of Azerbaijan at the expense of all sources of financing are analyzed too. Indicators of investments in main capital and other key indicators of the agricultural sector are considered then. A research and improvement of structure of investments in national economy for the last period is described. Recommendations and offers on these aspects are given in the end of the article.
Key words: global financial challenges, enterprises of agroprocessing, investment environment, strategic approaches, investment attractiveness of the enterprises of agroprocessing, problem of improvement of the investment environment, strategic approaches to the investment environment.
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM