RƏŞAD QARAYEV
Gəncə Dövlət Universitetinin doktorantı
Müasir dövrdə Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı strateji yanaşmalar daha çox prioritetlik təşkil etməkdədir. Belə ki, dövlət tərəfindən iqtisadiyyat sahələrinin inkişafının qlobal iqtisadi çağırışlara uyğunlaşdırılması məqsədilə məhsuldar mexanizmlərin işlənib hazırlanması və tətbiqinə ciddi önəm verilir. Bütün bunlarla yanaşı, özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi məsələlərinə, biznes mühitinin yaxşılaşdırılmasına isə daha strateji səviyyədə yanaşmalar diqqət çəkir. Müstəqilliyimizin bərpasından sonrakı illərdə sahibkarlıq institutunun formalaşdırılması və inkişaf etdirilməsi üzrə milli iqtisadi maraqlar nəzərə alınmaqla, dövlət siyasəti mexanizmləri hazırlanmış və ardıcıl olaraq həyata keçirilməyə başlanılmışdır.
Son illərdə, ölkəmizdə sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən xüsusi iqtisadi zonaların, sənaye parklarının, sənaye məhəllələrin və aqroparkların yaradılmasına böyük önəm verilməkdədir. Sahibkarlıq subyektlərinə vergi yükünün azaldılması mexanizmlərinin işləkliyi və sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi ölkədə özəl sektorun inkişafını xeyli intensivləşdirmişdir [1]. Bundan əlavə, ölkə Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılması ilə əlaqədar olaraq strateji hədəflərə nail olmaq üçün davamlı tədbirlər görülməkdədir [2]. Eyni zamanda, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə institusional tədbirlər görülmüş, bu sahədə qanunvericilik təkmilləşdirilmiş və institusional mexanizmlər tətbiq olunmuşdur. Özəl sektorda çalışan işçilərinin vergi yükünün azaldılması üzrə yeni qaydalar və dəyişikliklər qüvvəyə minmiş, sadələşdilmiş vergi dərəcəsi 4 %-dən 2 %-ə endirilmişdir. Kiçik sahibkarlıq subyektləri əldə etdikləri gəlirlərin 75 %-nin gəlir vergisindən azad olunmuşlar. Klaster formasında fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəətin, əmlakın, torpağın 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad edilmişdur. Bu cür vergi güzəştləri hazırda fəaliyyət göstərən və yaradılmaqda olan sənaye parkları, texnoparklar və sənaye məhəllələrinə də aiddir [3].
Kiçik və orta sahibkarlığın idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə, ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tərkibində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” (ARKOBİA) yaradılmışdır [4]. Bununla belə, qlobal iqtisadi çağırışlar və strateji yol xəritələri çərçivəsində yeni strateji hədəflərin qarşıya məqsəd kimi qoyulması ilə bağlı olaraq, bir çox problemlərin həll edilməsi vacib məsələlər kimi qarşıdadır və hesab edirik ki, ARKOBİA-nın fəaliyyətinin intensivləşməsi ilə bu istiqamətlərdə daha çox səmərəli tədbirlərin hazırlanması və həyata keçirilməsi mümkün olacaqdır. Eyni zamanda, ölkə Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılması ilə bağlı olaraq, ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin gücləndirilməsi istehlak mallarının istehsalının əhəmiyyətli səviyyədə genişləndirilməsində, milli iqtisadiyyatın şaxələndirilməsində və rəqabətqabiliyyətliliyinin yüksəldilməsində mühüm rola malik olacaqlar [5]. Təsadüfi deyildir ki, bu strategiyadan irəli gələn məsələlərin həlli istiqamətində strateji yanaşmalar ortaya qoyulmuşdur. Belə ki, sahibkarlığın inkişaf etdirilməsi ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı kimi baxılır və yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasında sahibkarlığın inkişafına hərtərəfli dəstəyin göstərilməsi, o cümlədən dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, işlək dövlət qurumlarının və strukturlarının yaradılması vacib şərtlər kimi xarakterizə olunurlar [6]. Bu strategiyanın reallaşdırılması məqsədilə 700 milyon manata yaxın investisiyaların yatırılması nəzərdə tutulmuşdur və strateji hədəflərin reallaşdırılması nəticəsində 1,26 mlrd. manat əlavə dəyərin yaradılması, yeni iqtisadi artım mənbələrinin formalaşdırılması mümkün olacadır, həmçinin 34,3 minə yaxın yeni iş yerinin yaradılması proqnozlaşdırılır. Strateji yol xəritəsi çərçivəsində prioritet kimi qəbul olunan hədəflərin reallaşdırılmasından sonra ölkə ÜDM-də kiçik və orta sahibkarlıq subyektlərinin payı 15 %-ə qədər yüksələcək, məşğulluqda isə bu göstəricinin 20 %-ə qədər artması gözlənilir. Eyni zamanda, ölkədə sənaye klasterləri şəbəkəsinin formalaşdırılması bir hədəf kimi qarşıya qoyulmuşdur və bu klasterlər daxilində istehsal olunan məhsullarda kiçik və orta sahibkarlıq subyektlərinin 40 %-ə qədər qaldırılması, həmçinin lizinq əməliyyatlarının ÜDM-də payının 2 %-ə çatdırılması, qeyri-neft ixracında 5 %-lik artıma nail olunması, 3 innovasiya yönlü regional klasterin təşkili və s. nəzərdə tutulmuşdur. Bu sahədə uzunmüddətli dövr üçün strateji hədəflərin reallaşdırılması nəticəsində ölkəmizin iqtisadi və ixrac potensialı xeyli artacaq və sahibkarlıq subyektləri arasında rəqabət mühiti kifayət qədər yüksələcəkdir. Nəticədə, kiçik və orta sahibkarlıq subyektləri ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsinə çevriləcək və rəqabətədavamlı mal, məhsullar istehsal olunan, xidmətlər göstərən müəssisələr sayəsində əsas istehlak malları baxımından ölkənin idxaldan asılılığını minimuma endirəcəkdir. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış ölkədə ÜDM-in ən azı 60 %-nin kiçik və orta sahibkarlıq subyektləri hesabına təmin edilməsinə, qlobal dəyər zəncirinə qoşulmuş yerli sahibkarlıq subyektlərinin şəbəkəsinin yaradılmasına nail olmaqdır [7]. Artıq, bu hədəflərə çatmaq üçün praktiki işlər intensivləşməkdədir və dövlət tərəfindən müəyyən tənzimləyici mexanizmlər hazırlanaraq həyata keçirilməkdədir. Sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi və iqtisadi islahatlar prosesində onların rolunun daha da artırılması məqsədilə biznes mühitinin yaxşılaşdırılması tədbirləri genişlənməkdədir. Xüsusilə, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin reallaşdırılması çərçivəsində qeyri-neft sektorunun müxtəlif sahələrinin potensialından istifadə olunmasında kiçik və orta sahibkarlıq subyektlərinin fəallığının artırılması təmin olunmuşdur. Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi dəstəyi ilə dövlət tərəfindən daim sistemli şəkildə tədbirlər görülür, dövlət dəstəyinin gücləndirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir, iqtisadiyyatın neftdən asılılığın azaldılması istiqamətində sahibkarlıq subyektlərinin rolunun artırılılmasına önəm verilir və ümumilikdə ölkədə biznes mühtinin yaxşılaşdırılması tədbirləri görülür [8].
Sahibkarlıq subyektləri üçün daha münbit biznes mühiti formalaşdırılmış, dövlət orqanları tərəfindən onların fəaliyyətinin səmərəliliyinin artırılması tədbirləri görülür. Bunlarla bağlı İqtisadiyyat Naziri Ş.Mustafayev bildirir ki, qabaqcıl ölkələrin təcrübəsinə görə, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə, həmin xidmətlərin keyfiyyətinin və əlçatanlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Agentliyin və onun tərkibində “Kiçik və Orta Sahibkarlıq evləri”nin fəaliyyətə başlaması bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsinə, kiçik və orta sahibkarlar üçün zəruri bütün xidmətlərə vahid məkanda rahat çıxışın təmin edilməsinə şərait yaradacaqdır [9]. Eyni zamanda, ölkə Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə ARKOBİA-nın fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm tədbirlərin icrası ilə bağlı müvafiq dövlət orqanlarına əlavə tapşırıqlar verilmiş və ARKOBİA-nın maliyyələşdirilməsi problemlərinin həlli mexanizmləri müəyyənləşdirilmiş, bunlar üçün maliyyə təminatı mexanizmləri tətbiq edilmiş və qərarlar verilmişdir [10]. Keçən dövr ərzində bu mühüm dövlət qurumunun fəaliyyətinin təşkili üçün müvafiq addımlar atılmış, Agentliyin strukturu təsdiq edilmişdir [11]. Bundan əlavə, ölkə Prezidentinin həmin Fərmanı ilə Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı təsdiq olunmuş və bu siyahıda ölkənin müxtəlif nazirliklərinin və mərkəzi orqanlarının KOS subyektlərinə göstərəcəkləri xidmətin konkret siyahısı verilmişdir [12]. Qeyd edək ki, elə həmin Fərmanla ARKOBİA-nın Nizamnaməsi təsdiq edilmiş və bu qurumun prioritet fəaliyyət istiqamətləri: dövlətin bu sahədə dəstəkləyici və tənzimləyici tədbirlərinin hazırlanması və həyata keçirilməsi, sahibkarlıq subyektlərinə praktiki xidmətlərin göstərilməsi, həmçinin dövlət və özəl sahibkarlıq subyektlər arasında əlaqələndirici funksiyaların yerinə yetirilməsindən ibarətdir [13]. ARKOBİA-nın strateji fəaliyyət istiqamətlərindən biri də sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevrilməkdir. Belə ki, kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü islahatlar aparılır və ölkəmizdə bununla bağlı planlı şəkildə geniş tədbirlər görülməkdədir. Bu şəraitdə agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilindən ibarətdir. Agentliyin icraçı direktoru O.Məmmədova görə, Agentliyin fəaliyyətinin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasıdır. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarlığın biznes mühitində öz fəaliyyətini düzgün təşkili ilə şərtləndirlir. Bu çərçivədə sahibkarlığın bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən təlim, konsaltinq və s. xidmətlərin göstərilməsi sisteminin yaradılması prioritetlik təşkil edir. Agentliyin fəaliyyətinin səmərəsi kiçik və orta sahibkarlıq inkişafı üçün daha əlverişli biznes mühtinin formalaşdırılması, sahibkarlığın iqtisadiyyatdakı rolunun artırılması və s. bu kimi tədbirlərlə müəyyənləşdiriləcəkdir.
Qeyd edək ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında biznes mühitinin yaxşılaşdırılması tədbirləri, ümumilikə sahibkarlıq mexanizmlərinin ildən ilə təkmilləşdirilməsinə, məhsuldarlığın artırılmasına, ölkə iqtisadiyyatının yeni artım mənbələrinin formalaşdırılmasına imkan vermişdir və nəticədə iqtisadiyyatda əlavə dəyərin həcminin artırılmasında kiçik və orta sahibkarlıq subyektlərinin roluna strateji önəm verilməkdədir. Belə ki, ümumilikdə ölkəmizdə 2017-ci ilin əvvəlinə sahibkarlıq subyektlərinin sayı 169,6 min təşkil etmiş, bunun 165,4 minə yaxını, yaxud 97,9 %-i kiçik sahibkarlıq subyektlərindən ibarət olmuşdur. 2017-ci ilin yekununda sahibkarlıq subyektlərinin əsas kapitala yönəltdikləri investisiyaların ümumi həcmi 3,3 mlrd. manata yaxın olmuş, bunun 2,1 milyarda yaxını kiçik sahibkarlıq subyektləri və 1,2 milyarddan çoxu isə orta sahibkarlıq subyektləri tərəfindən yönəldilmişdir.
Cədvəl 1-də Azərbaycanda 2015-2017-ci illərdə kiçik və orta sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəricilərinin müqayisəli təhlili verilmişdir.
Cədvəl 1.
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri (2015-2017-ci illər)
Qeyd: Cədvəl ARDSK-nın məlumatları əsasında tərtib olunmuşdur. http://stat.gov.az.
Cədvəl 1-in təhlili ilə baxsaq, 2015-2017-ci illər ərzində ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin ümumi məhsul istehsalı dövriyyəsi 6,1 milyarddan 6,27 milyardadək, yaxud 2,4 % artmışdır. Yaradılmış əlavə dəyərin həcmi isə həmin dövr ərzində 1,95 % yüksəlmişdir və 2017-ci ilin yekununda 3,8 mlrd. manat olmuşdur. Bunun 3,1 milyarda yaxını kiçik sahibkarlıq subyektlərinin payına düşmüşdür. Maraqlıdır ki, qeyri-neft sektorunda işçilərin ümumi sayında kiçik və orta sahibkarlıq subyektlərinin payı 2015-ci ildəki 18,2 %-dən 2017-ci ildə 21,2 %-ə qədər artmışdır.
NƏTİCƏ
Yaxın perspektivdə, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında biznes mühitinin yaxşılaşdırılması üçün bir sıra məsələlərə strateji yanaşmalar təmin olunmalıdır:
- Strateji Yol Xəritəsininin strateji hədəflərindən çıxış etməklə, sahibkarlığın inkişaf etdirilməsində biznes mühitinin yaxşılaşdırılmasının daha təkmilləşdirilmiş mexanizmlərinin hazırlanması və reallaşdırılması təmin olunmalıdır;
- sahibkarlığın inkişaf etdirilməsi proseslərində təbii ehtiyatları və əmək resursları, həmçinin iqtisadi potensialı nəzərə alınmaqla, iqtisadi fəallığın artırılması və xüsusilə, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi tədbirləri görülməlidir.
Hesab edirik ki, bu məsələlərin kompleks həlli ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında biznes mühitinin yaxşılaşdırılması problemlərinin daha optimal həllində praktiki baxımdan strateji əhəmiyyət kəsb edə bilər və s.
Açar sözlər: kiçik və orta sahibkarlıq, biznes mühiti, sahibkarlığın inkişaf problemləri, sahibkarlığın inkişafının strateji əhəmiyyəti, strateji yol xəritəsi, biznes mühitinin yaxşılaşdırılması perspektivləri.
ƏDƏBİYYAT:
1. Prezident İlham Əliyev: Dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. http://www.gununxeberi.az.
2. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il-cı il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
3. 2018-ci ildə sahibkarlığın inkişafı sahəsində aparılmış islahatlar və görülmüş işlər. https://economy.gov.az//uploads/fm/.
4. Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezdentinin Fərmanı, Bakı şəhəri, 28 dekabr 2017-ci il.
5. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il-cı il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
6. Azərbaycan kiçik və orta sahibkarlığın inkişafı üzrə strateji hədəflər müəyyənləşdirildi. http://az.trend.az.
7. Azərbaycan respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi. Azərbaycan iqtisadi islahatlar icmalı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi. http://iqtisadiislahat.org.
8. İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qeyri-neft sahəsinin inkişafında mühüm önəm daşıyır. http://old.xalqqazeti.com/az/news/economy/109743.
9. Şahin Mustafayev: Yeni Agentlik KOS-un inkişafında mühüm rol oynayacaq. 02.03.2018. http://www.economy.gov.az.
10. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 26 iyun 2018-ci il.
11. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu. Azərbaycan Respublikası Prezidentinin Fərmanı 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
12. Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətləri siyahısı. Azərbaycan Respublikası Prezidentinin Fərmanı 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin Fərmanı 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
РЕЗЮМЕ
СТРАТЕГИЧЕСКАЯ ВАЖНОСТЬ УЛУЧШЕНИЯ БИЗНЕС СРЕДЫ РАЗВИТИЯ МАЛОГО И СРЕДНЕГО ПРЕДПРИНИМАТЕЛЬСТВА
В статье исследована стратегическая важность улучшения бизнес среды развития малого и среднего предпринимательства. С этой целью анализирована важность интенсивного развития малого и среднего предпринимательства в стране и обеспечение улучшения бизнес среды с учетом современных глобальных вызовов. Рассмотрена эффективность организационно-экономических моделей механизмов развития предпринимательства. Определены более эффективные и продуктивные механизмы по совершенствованию управлением малого и среднего предпринимательства. Отмечена важность создания государственного агентства по управлению малого и среднего предпринимательства, раскрыта сущность его основных функций, задач и приоритетных направлений деятельности. Исследованы финансовые аспекты и их влияние на интенсификацию развития предпринимательства. Рассмотрена роль Фонда Развития Предпринимательства в расширении процессов укрепления материально-технической базой и инфраструктуры развития предпринимательства в стране. Анализированы макроэкономические показатели основных субъектов малого и среднего предпринимательства Азербайджана. Подготовлены рекомендации и даны предложения по стратегической важности улучшения бизнес среды развития малого и среднего предпринимательства.
Ключевые слова: малые и средние предпринимательства, бизнес среда, проблемы развития предпринимательства, стратегическая важность развития предпринимательства, стратегическая дорожная карта, перспектива улучшения бизнес среды.
SUMMARY
STRATEGIC IMPORTANCE OF
IMPROVING BUSINESS ENVIRONMENT
FOR SMALL AND MEDIUM
ENTREPRENEURSHIP DEVELOPMENT
The strategic importance of improving the business environment for the development of small and medium enterprises are explored in the article. To this end, the importance of the intensive development of small and medium enterprises in the country and ensuring the improvement of the business environment, taking into account modern global challenges, is analyzed. The effectiveness of organizational and economic models of mechanisms for the development of entrepreneurship is considered. More effective and productive mechanisms for improving the management of small and medium-sized enterprises are identified. The importance of creating a state agency for the management of small and medium-sized enterprises was noted, the essence of its main functions, tasks and priority areas of activity is revealed. The financial aspects and its influence on the intensification of entrepreneurship development are investigated. The role of the Entrepreneurship Development Fund in expanding the processes of strengthening the material and technical base and infrastructure for the development of entrepreneurship in the country is considered. The macroeconomic indicators of the main subjects of small and medium enterprises of Azerbaijan are analyzed. The recommendations and proposals on the strategic importance of improving the business environment for the development of small and medium-sized enterprises are prepared and made.
Key words: small and medium enterprises, business environment, problems of entrepreneurship development, the strategic importance of entrepreneurship development, a strategic roadmap, the prospect of improving the business environment.
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM