Əzim Heydərov
Bakı Dövlət Universiteti,
Qafqaz xalqları tarixi kafedrası,
doktorant
1917-ci ilin fevralında inqilab nəticəsində Rusiya İmperiyasında 300 illik hökmranlıq etmiş Romanovlar sülələsi devrildi. Cənubi Qafqazın idarəsini nəzarətdə saxlamaq üçün Müvəqqəti hökumət tərəfindən Xüsusi Komitə yaratdı. Lakin Kerenskinin başçılıq etdiyi müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədiyindən bu təşəbbüsün də ömrü qısa oldu. V.Leninin rəhbərliyi ilə bolşeviklər partiyası 1917-ci ilin oktyabrında çevriliş edərək hakimiyyəti ələ keçirdi. Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar hakimiyyət dəyişikliyi nəticəsində Petroqrada və Moskvaya gedə bilmədiklərinə görə 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.
1917-ci ilin oktyabr çevrilişindən sonra baş verən vətəndaş müharibəsi dövründə həm ağlar, həm də qırmızılar Cənubi Qafqazı öz nəzarətlərində saxlamaqda israrlı idilər. 1918-ci ilin mayın ayında RSFSR-in xarici işlər üzrə komissarının müavini Çeçerin Almaniyanın diplomatik nümayəndəsi Mirbaxa göndərdiyi notalarda Cənubi Qafqazın Rusiyadan ayrılmasını və müstəqil Zaqafqaziyanı tanımayacaqlarını [8, s. 285], Osmanlı imperiyası ilə danışıqlar masasında oturan tərəflərin Cənubi Qafqazın geniş xalq kütlələrini təmsil etmədiyini bildirərək, gedən müzakirələrdə Rusiyanın da iştirakını tələb edir [8, s. 302-303]. 1918-ci ilin martında Azərbaycan ərazisində Bakı xalq komissarları sovetinin sədri, RSFSR-in Qafqaz üzrə fövqəladə komissarı S. Şaumyanın dəstəyi ilə daşnaklar tərəfindən törədilən qırğınlar çar Rusiyası dövründə təməli qoyulmuş tandemin davamı idi. 1919-cu il aprelin 25-də Tiflisdə Qafqaz konfransı işə başladı. Konfransda Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə yeni yaranmış dövlətlərin bir çox problemləri siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə edildi. Bu zaman məlum oldu ki, region ölkələri arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlər mövcuddur. Dağıstanın Ağ qvardiyaçı general Denikinin könüllü ordusu tərəfindən işğalı konfransı öz işini dayandırmağa məcbur etdi. İmperiyanın sərhədlərini bərpa etmək iddiasında olan Denikin“Vahid və bölünməz Rusiya” şüarı ilə 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxuldu və Dərbəndi işğal etdi. Əvvəl verdiyi bəyanatlarda da Çar generalının Azərbaycana qarşı təcavüzkar, qərəzli niyyəti olduğu məlum idi. Bu məsələ ilə bağlı respublika parlamentinin çağırılmış fövqəladə iclasında qəbul olunmuş qərara görə sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Dövlət Müdafiə Komitəsi yaradılaraq bütün hakimiyyət səlahiyyəti ona verildi.
Denikinin “könüllülər ordusu” 1919-cu ilin əvvəllərində Şimali Qafqazda əhəmiyyətli strateji üstünlüyü ələ keçirərək, Dondan Vladiqafqazadək rus ordu komandanlığını elan etdi. 1919-сu il fevralın 11-də general Denikinin qoşunları Vladiqafqazı və Qroznunu tutdu. Martın əvvəllərində isə Simali Qafqaz Dağlı Respublikasının ərazisini işğala başlayaraq, bu respublikanın hökumətindən hakimiyyətdən imtina etməsini tələb etdi. 1919-cu ilin əvvəllərindən başlayaraq Denikin qoşunlarının Şimali Qafqaza etdikləri basqınlar Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyinin ciddi narahatlığına səbəb olmuşdu. Cümhuriyyətin Nazirlər Şurasının sədri və xarici işlər naziri F.X. Xoyskinin 1919-cu il martın 6-da müttəfiqlər qoşunlarının Bakıdakı baş komandanı general Tomsona göndərdiyi notada xahiş edilirdi ki, bütün Qafqazı bürüyə biləcək yanğının qarşısını almaq məqsədilə Denikin ordusunun Qafqaz Dağlı respublikasına qarşı törətdikləri təcavüz dərhal dayandırılsın və denikinin könüllü ordusunun Dağlı respublikasının hüdudlarından çıxarılması üçün qəti tədbirlərin görülsün. Lakin F. Xoyskinin diplomatik səylərinə baxmayaraq hökumətin təqdim etdiyi notaya pozitiv reaksiya göstərilmədi, Denikin ordusunun Dağlı Respublikasının ərazisindən çıxarılması istiqamətində Tomsonun başçılıq etdiyi Bakıda yerləşən Antanta qoşunlarının baş komandanlığı tərəfindən hər hansı bir tədbir görülmədi.
Niyyətlərini beynəlmiləlçilik ideyaları ilə maskalamış bolşeviklərdən fərqli olan ağların Qafqaz cəbhəsinə başçılıq edən, Rus Ordusunun Ali Baş Komandanının müavini Denikin 1919-cu il dekabrın 12-də Parisə göndərdiyi teleqrafda “Ali komandanlığın əsas vəzifəsinin Rusiya imperiyasının ərazi bütövlüyünün bərpası olduğunu, təsadüfən meydana çıxmış dövlət birləşmələrinin İmperiyanın sərvətlərini israf etməyə imkan verilməyəcəyini, xarici şirkətlərin Ali Baş Komandanlıq xaricində başqa qurumlarla bağladıqları müqavilələrin hüquqi əsasının olmadığını” bildirirdi [4, v. 18]. Denikin Azərbaycan və Ermənistan arasındakı müharibə vəziyyətində tərəf kimi ikincini seçmişdi və bu da təbii idi. Belə ki, o, Azərbaycan ordusunda qulluq edən rus zabitlərinə Azərbaycanın Ermənistana qarşı düşmənçiliyini əsas gətirərək dərhal istefa vermələrini əmr edirdi [4, v. 23]. Paris Sülh Konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov Denikin hökumətinin nümayəndəsi Sazonovla görüşündə, onu “vahid və bölünməz Rusiya” uğrunda mübarizə ideyasından çəkindirməyə çalışırdı.
Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. 1919-cu il iyunun 27-də Azərbaycan və Gürcüstan Denikin təhdidinə qarşı sərhədlərin birgə müdafiəsi və hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı. Ermənistan isə Rusiya əleyhinə hər hansı bir ittifaqa qoşulmaqdan imtina etdi [5, s. 107]. 1920-ci il yanvarında Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin ADR-in xarici işlər naziri F. Xoyskiyə göndərdiyi notada Azərbaycan hökümətini Denikinə qarşı mübarizədə qeyri səmimilikdə ittiham edirək Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi [10, v. 77]. Sovet hökumətinin əsas məqsədinin yeni yaranmış respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edərək zəiflədib, sonra isə onun istiqlaliyyətinə son qoymaq olduğunu Azərbaycan rəhbərliyi yaxşı başa düşürdü. Buna görə də AXC-nin xarici işlər naziri F.Xoyski Denikinlə Sovet hökuməti arasındakı mübarizənin rus xalqının daxili işi olması və Azərbaycan hökumətinin Rusiyanın daxili işinə qarışmaq niyyətində olmadığını cavab notasında bildirirdi [4, v. 77]. Yəni göndərdiyi notalarda Çiçerin Azərbaycanın müstəqilliyinə münasibətini bildirməyərək Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan yayınmaqda ittiham edirdi.
Bir başqa tərəfdən Brest-Litovsk müqaviləsindən kənara çıxılaraq Bakının Osmanlı ordusu tərəfindən tutulması sovet rusiyası ilə Almaniya arasında diplomatik böhrana gətirmişdi [86, s. 496].
Sovet Rusiyası vətəndaş müharibəsində əsas rəqiblərini məğlub etdikdən sonra onun ilk işi 1917-ci il çevrilişi nəticəsində faktiki olaraq nəzarətindən çıxmış keçmiş imperiya sərhədlərini bərpa etmək oldu. Bu siyasət Cənubi Qafqazdan da yan keçmədi.
Denikin qoşunlarının dağıdılması və Qızıl Ordunun mart ayı ərzində Stavropol, Pyatiqorsk, Armavir və Novorossiysk şəhərlərini işğal etməsi regiondaki hərbi-strateji vəziyyəti kökündən dəyişdirdi. Neftlə zəngin olan Bakı, həmçinin bütün Güney Qafqaz üzərində V.İ.Leninin sözlərinə görə “son dərəcə lazımlı olan” nəzarəti əldə etmək arzusu bəsləyən Sovet Rusiyası, Türkiyə tərəfindən gözlənilmədən dəstək aldı, öz növbəsində Türkiyənin Antanta ilə mübarizədə şimal qonşusunun dəstəyinə ehtiyacı var idi. Aprel ayının 27-28-də XI Qızıl Ordu və yerli boşeviklər tərəfindən həyata keçirilən uğurlu Bakı əməliyyatı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin ləğvinə və Xəzər dənizinin Astaraya qədər bütün qərb sahilində sovet nəzarətinin bərqərar olmasına gətirib çıxardı. Aprelin 28-də Azərbaycan Sovet Respublikasının müvəqqəti- inqilabi komitəsi Rusiya xalq komisarları sovetinin sədri V.İ. Leninə göndərdiyi teleqramda “Musavat hökümətini xain və azərbaycan zəhmətkeşlərinin və müstəqilliyinin düşməni olduğunu bildirərək, Rusiyanın düşməni olan Antanta ölkələri ilə bütün əlaqələrin kəsildiyini elan edir. Həmçinin dünya imperalizmi ilə mübarizədə öz güclərinin olmadığına görə sovet Rusiyasına ittifaq təklifi edirək, kömək üçün qırmızı ordu birliklərinin göndərilməsini xahiş edir.” [8, s. 489-490].
Burada bir məqamı diqqətə almaq lazımdır ki, yenə də Ukrayna və Rusiyanın mərkəzi qara torpaq əyalətlərindən fərqli olaraq bolşeviklərin Cənubi Qafqaz siyasəti fərqli idi. Belə ki, əgər yuxarıda adı çəkilən bölgələrdə Mərkəzin tapşırığı ilə əhalidən ərzaq məhsulları kütləvi şəkildə məcburən toplanırdı və sovet ordusu Azərbaycana gəldiyi ilk günlərdə bu qaydanı tətbiq etməyə başlasa da Rusiya Kommunist Partiyasının mərkəzi komitəsinin siyasi bürosunun 1920-ci il 20 noyabr tarixli qətnaməsində Azərbaycanla bağlı ərzaq siyasətini yumşaltmaq Muğan zonasında ərzaq toplanışında ehtiyyatlı olmaq, Muğan ətrafı ərazilərdə isə ümumiyyətlə əhalidən heç nə yığılmaması, buraya hərbi gücü arıtmaq üçün əlavə 7 diviziya göndərilməsi və müsəlman kommunistlərin səfərbər edilərək göndərilməsi qərarı alınır [7, s. 47]. Xəzər uğrunda döyüşün son və olduqca təsiredici akkordu 1920-ci ilin may ayında həyata keçirilən VXHD-nin Ənzəli desant əməliyyatı oldu. Nəticədə 36-cı ingilis piyada diviziyası Rəştə tərəf çəkilmək məcburiyyəti qarşısında qaldı. 1920-ci ilin iyul ayının əvvəlində ingilislər Batumu tərk etdilər. 1920-ci il noyabr ayının 29-da XI Qızıl Ordu tərəfindən Ermənistan Respublikası tutulsa da faktiki olaraq onu Türkiyə ilə bağlamış olduğu alçaldıcı sülh müqaviləsindən azad etdi. RSFSR-in xalq komisarları sovetinin sədri V. Lenin həmən ilin dekabrın 2-də Ermənistan hərbi-inqilabi komitəsinin başçısı S. Kasyana göndərdiyi teleqramda Ermənistanın Azərbaycan və Türkiyə ilə konfliktli vəziyyətini nəzərdə tutaraq “...Şübhə etmirəm ki, Siz Ermənistanın Türkiyə və Azərbaycan zəhmətkeşləri ilə qardaşlıq həmrəyliyinin yaradılması üçün əlinizdən gələni edəcəksiniz” deyir [7, s. 54].
Lakin sovet Ermənistanı yarandığı ilk gündən öz daxili resursları hesabına yaşamağa qadir dövlət olmadığını göstərməyə başlayır. Belə ki, erməni komunistlərinin nümayəndə heyyətinin Moskvaya səfərindən sonra 1920-ci il dekabrın 13-də RSFSR-in xalq komisarları soveti Ermənistana qızıl pul ilə 600 min rubl yardım etmək qərarı alır. 1921-1922-ci illərdə isə sovet Rusiyasından Ermənistana dəmir yolu vasitəsi ilə buğda, çörək, gündəlik təsərrüfat malları, şəkər və s. Göndərilir. Bu illərdə Rusiya ilə yanaşı sovet Azərbaycanı da ayaqları üzərində dura bilməyən Ermənistana donor dövlət kimi yardım edərək buğda, neft və neft məhsulları göndərir [6, s. 306]. Beləliklə, Güney Qafqaz uğrunda uzunmüddətli və gərgin hərbi-siyasi mübarizə Sovet Rusiyasının xeyrinə başa çatdı.
1918-ci ilin mayında yaranmış müstəqil Azərbaycan dövləti 1920-ci il aprelin 28-də işğal edildikdən sonra müstəqil dövlətin bütün atributları bolşeviklər tərəfindən saxlanılsa da, respublikaya daxili və xarici real nəzarət Moskvanın əlində idi.
Sovet Rusiyası XI ordunun Azərbaycanı işğalı ərəfəsində Gürcüstana bitərəf olacağı təqdirdə müstəqilliyini tanımaq və AXC ilə bağladığı bütün müqavilələrin qüvvədə qalacağı barəsində verdiyi vəədlərini yerinə yetirmək fikrində deyildi.
Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunun 1920-ci ilin 12 avqust tarixli iclasında “Gürcüstana neft buraxmayıb. Köhnə- danışıqları uzatma siyasətini davam etdirmək” qərarı alınır [2, v. 7]. Yenə həmən ilin 27 avqust tarixli iclasında Gürcüstanla heç bir halda ticarət müqaviləsi bağlamamaq, Azərbaycanda daşnaklara qarşı aparılan mübarizəni Ermənistanın kommunistlərə qarşı apardığı repressiyaya cavab kimi bildirmək, bu mövzuları Çiçerin və Kirovla məşləhətləşmək qərarı alındı [1, v. 2]. Azərbaycan Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun 15 iyul 1920-ci il tarixli iclasında isə azərbaycanlı kommunistlər Nərimanov, Mirzə Davud, Dadaş Bünyadzadə ilə yanaşı, Yeqorovun, Mikoyanın, Ordjenikidzenin, Stasovun, Ermənistan təmsilçisi Leqeranın və XI qırmızı ordu nümayəndəsinin iştirakı ilə Gürcüstan ilə Ticarət müqaviləsi müzakirə olundu. Burada Gürcüstanın Bakı neftini Vrangelə göndərəcəyi əsas gətirilərək qərara alınır ki, Azərbaycanın Rusiya ilə ümumi iqtisadi siyasəti olduğu üçün, yalnız Rusiyanın neft və neft məhsulları ilə tam təminatından sonra əgər artıq qalarsa, Gürcüstana da həmçinin yanacaq verilməsindən söhbət gedə bilər [3, v. 14].
1921-ci il fevralın 25-də isə Gürcüstan Sovet Rusiyasının nəzarətinə keçir. 1921-ci il fevral ayının 25-də isə Gürcüstan Respublikası sovet ordusu tərəfindən işğalını Serqo Orcenikidze Bakıdan Leninə göndərdiyi “Tiflis üzərində artıq sovet bayrağı dalğalanır. Yaşasın Sovet Gürcüstanı” teleqramı ilə bildirir [9, s. 454].
Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə Cənubi Qafqazın Rusiya tərəfindən işğalı başa çatdı. Bu işğal ancaq heç bir iqtisadiyyatı, təbii sərvəti, dənizə çıxışı olmayan, Türkiyə ilə müharibədə uduzub onun alçaldıcı sülhə gedən Ermənistan üçün çox əlverişli oldu.
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №1, siyahı №1, iş №23
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №1, siyahı №1, iş №24
3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №1, siyahı №1, iş №18
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №268, siyahı №20, iş №12
5. Багирова И. Интеграционные процессы на Южном Кавказе и политика великих держав в исторической ретроспективе хх века. Кавказ & Глобализация, том 1 (2), 2007
6. История армянского народа древнейших времён до наших дней/под редакцией проф. М. Г. Нерсисяна. Ереван: Издательство Eреванского университета, 1980, 454 cтр.
7. Ленин В.И. Полное собрание сочинений в 55 томах (5-е издание). Том 42. Москва: Издательство политической литературы, 1970, 633 с.
8. Министерство Иностранных Дел СССР. Документы Внешней Политики СССР. 1 Том. Москва: Государственное Издательство Политической Литературы, 1958, 805 стр.
9. Рейфилд Д. Грузия. Перекресток империй. История длиной в три тысячи лет. Москва: КоЛибри, Азбука-Аттикус, 2017, 608 с.
Açar sözlər: Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Zaqafqaziya, Çiçerin, Xoyski, Sovet, bolşevik, kommunist, işğal.
Pезюме
Политика России на Южном Кавказе в годы гражданской войны (1917-1922)
Начиная с XVIII века Российская империя начала проводить активную, агрессивную политику в Южно Кавказском регионе. Этот регион был в центре внимания даже в самые критические времена. Наиболее ярким примером этого является период гражданской войны (1917-1922 гг.), когда и “белые”, и “красные” не смотря появлению независимых государств в регионе пытались восстановить границы раздробленной империи.
Ключевые слова: Азербайджан, Грузия, Армения, Россия, Закавказье, Чичерин, Хойский, Советский, Большевик, коммунист, оккупация.
Summary
Russia’s policy in the South Caucasus during the civil war (1917-1922)
Starting from the 18th century, the Russian Empire began to pursue an active, aggressive policy in the South Caucasus region. This region was in the spotlight even in the most critical times. The most striking example of this is the period of civil war (1917–1922), when both the “white” and the “red”, despite the emergence of independent states in the region, tried to restore the borders of a fragmented empire.
Key words: Azerbaijan, Georgia, Armenia, Russia, Transcaucasia, Chicherin, Xoyski, Soviet, Bolshevik, communist, occupation.
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM