Ekspertlər qlobal geosiyasi müstəvidə müşahidə edilən sürətli dəyişikliklərin regional miqyasda necə əks olunması ilə bağlı maraqlı araşdırmalar aparırlar. Bu sırada Cənubi Qafqaz məsələsi maraq doğurur. Bu məkanda geosiyasi mənzərə mürəkkəbdir. Onun fonunda son illər getdikcə daha da intensivləşən Rusiya-Azərbaycan münasibətləri kifayət qədər aktual təsir bağışlayır. Erməni mətbuatı müxtəlif bəhanələrlə bu prosesə kölgə salmağa çalışır. Böhtan xarakterli fikirlər yazılır, Azərbaycan dövlətçiliyinə qarşı çirkin qarayaxma kampaniyaları təşkil edilir. Lakin faktlar göstərir ki, Cənubi Qafqazda Azərbaycan suverenliyini qoruyan, müstəqil xarici siyasət yürüdən yeganə dövlətdir. Rusiya ilə əlaqələr də ancaq bu prinsiplər əsasında həyata keçirilir. Bununla Azərbaycan-Rusiya münasibətlərinin regional geosiyasi dinamikaya təsiri məsələsi xeyli aktuallaşır. Həmin kontekstdə biz iki ölkə arasında əlaqələrin təkamülünün təhlili üzərində geniş dayanmağa ehtiyac gördük.
Münasibətlərdə əsas prinsip: suverenlik və müstəqilliyin təmini
Rusiya-Azərbaycan əlaqələrinin inkişaf tempi yüksəkdir. İki qonşu ölkə arasında müxtəlif sferalar üzrə əməkdaşlıq getdikcə daha da genişlənir. Bu sırada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfər etməsi və Rusiya rəhbərliyi ilə keçirdiyi görüşlər ekspert dairələrində böyük maraq doğurdu. Bu səfərin son dərəcə uğurlu olduğu haqqında ekspertlərin fikirləri mətbuatda geniş yer almaqdadır.
Bu məsələ doğrudan da böyük diqqətə layiqdir. Çünki Rusiya kimi böyük bir dövlətlə əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək razılığa nail olmaq olduqca vacibdir. Özü də Cənubi Qafqazla bağlı mürəkkəb proseslərin müşahidə edildiyi bir vaxtda bunun əhəmiyyəti strateji xarakterlidir. Sirr deyil ki, bu regionda nüfuz uğrunda böyük dövlətlərin mübarizəsi daha da kəskinləşib. ABŞ burada fəallığını daha da artırır. Gürcüstan və Ermənistanda bu, daha qabarıq hiss olunur. Həmin ölkələrdə baş verən hadisələrin məntiqinə baxdıqda, görünür ki, müəyyən ziddiyyətli məqamlar meydana çıxmaqdadır.
Konkret olaraq, Ermənistan ABŞ və Rusiyanın maraqlarını uyğunlaşdıra bilmir. Rəsmi İrəvan iki böyük güc arasında dolaşıb qalıb. Gah Vaşinqtonu, gah da Moskvanı dəstəkləyən bəyanatlarla siyasət qurmaq mümkün deyildir. Nəticədə, Ermənistan üçün müəmmalı olan vəziyyət yaranıb. Vaşinqton və Moskva konkret əməl tələb edirlər. Onlar bunun əvəzində, faktiki olaraq, heç nə almırlar. Nikol Paşinyanın sözdən başqa heç bir təklifi yoxdur. İndiyə qədər forpost ölkənin hansısa ciddi bir layihəni həyata keçirdiyi və onu ABŞ və ya Rusiya ilə bir yerdə etdiyi görünməyib.
Son zamanlar da Ermənistan rəhbərliyi nə qədər pafoslu vədlər versə də, konkret bir layihə və ya əməkdaşlıq paketi yoxdur. Əvəzində, Ermənistan üçün faciə ilə sonuclana biləcək siyasi intriqalar və şübhələr çoxalıb. Vaşinqton İrəvanı rusiyapərəstlikdə, Moskva isə Amerikaya meyl etməkdə suçlayır. Bu iki ittiham arasında sıxılan İrəvanın hansısa real addım atdığı da müşahidə edilmir. İndi bunlara Yaxın Şərqdən terror dalğasının gəlməsi əlavə olunub. Bu məsələdə də rəsmi İrəvan heç bir böyük dövlətlə sona qədər aydın münasibətlərə malik deyil.
Nəhayət, İran məsələsinin kəskinləşməsi ilə Ermənistan daha ağır vəziyyətə düşüb. O, ABŞ və Rusiya arasında vurnuxmaqdadır. Digər tərəfdən, bir zamanlar “həyat yolu” dediyi İranla münasibətlərin qeyri-müəyyən olması şübhəsizdir. İrandakı son çaxnaşmalardan sonra siyasi balansın dəyişməsinin Ermənistana necə təsir göstərəcəyi məlum deyil.
Gürcüstanla bağlı vəziyyət bir qədər fərqlidir. Bu ölkə xeyli vaxtdır ki, Qərbə inteqrasiya kursunu seçib. Lakin getdikcə aydın olur ki, bu məsələ də bir sıra mürəkkəbliklərə malikdir. İndi Gürcüstan Rusiya ilə əlaqələrdə çətin problemlər yaşayır və onları həll edə bilmir. Avropa isə verdiyi sözə tam əməl etmir və nəticə etibarilə ölkə dayanıqlı inkişaf yolunu tutmaqda ciddi çətinliklər çəkir. Bu səbəbdən də Gürcüstan geosiyasi aspektdə xeyli qeyri-müəyyənliklərlə üz-üzə qalıb.
Azərbaycanla bağlı vəziyyət bunlardan kəskin surətdə fərqlənir. Artıq Gürcüstan rəhbərliyi də rəsmi Bakının son dərəcə ağıllı, ölçülü-biçili və uğurlu fəaliyyət göstərdiyini açıq etiraf edir. Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, Azərbaycan Prezidenti dünyanın ən uğurlu siyasi liderlərindən biridir. Bu, faktiki olaraq, həm İlham Əliyevin dövlət başçısı kimi yüksək qabiliyyət sahibi olması, uzaqgörənliyinin etiraf edilməsi deməkdir, həm də Azərbaycanın dövlət kimi atdığı addımların bütün region üçün əhəmiyyətli olmasının növbəti təsdiqidir.
Həqiqətən də, faktlar sübut edir ki, Azərbaycan siyasi, sosial, iqtisadi, enerji, geosiyasi, hərbi və müdafiə aspektlərində konkret proqramlar həyata keçirən yeganə region dövlətidir. Bu proqramların hər biri böyük uğurdur. Azərbaycan Cənubi Qafqazda Rusiya, Türkiyə, İran və Avropa ilə balanslı və faydalı əməkdaşlıq quran tək dövlətdir. Bu əməkdaşlıq bütün sferaları əhatə edir. Daha çox isə insanların rifahına xidmət edən sferalarda qarşılıqlı faydalı əməkdaşlıq qurulur.
Yeni mərhələ: Bakı-Moskva xəttinin geosiyasi töhfələri
Rusiya ilə də məhz həmin aspektdə əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Mehriban Əliyevanın Rusiyaya səfərindən sonra “yeni yol xəritələri”ndən bəhs edilməsi və əməkdaşlığın yeni sahələrdə inkişaf etdirilməsi təsadüfi deyil. Yəni, bunun arxasında Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya paytaxtında apardığı danışıqlarda konkret nəticələr əldə etməsi dayanır. Dövlət başçısı İlham Əliyev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edərkən də bununla bağlı öz fikrini ifadə edib.
Azərbaycan Prezidenti Bakıda qəbul etdiyi rusiyalı nazirlə danışıqlarında vurğulayıb: “…bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir”.
Göründüyü kimi, iki ölkə arasında əlaqələr başlıca olaraq sosial-iqtisadi sahəni əhatə edir. Bu, onun göstəricisidir ki, Azərbaycan-Rusiya münasibətləri iki suveren və müstəqil dövlət arasında beynəlxalq hüquqa əsaslanan qarşılıqlı faydalılıq prinsipi çərçivəsində inkişaf etdirilir. Bu, dövlətçilik aspektində prinsipial əhəmiyyət daşıyan məqamdır. Azərbaycan sübut edir ki, ən güclü dövlətlərlə belə bərabərhüquqlu prinsiplər əsasında əməkdaşlıq etmək mümkündür. Bu, həm də erməni təbliğatının iftiralarına yaxşı cavabdır. Məhz bu kontekstdə Prezidentin aşağıdakı fikirləri də son dərəcə önəmlidir. İlham Əliyev M.Oreşkini qəbul edərkən vurğulayıb: “Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır”.
Beləliklə, Cənubi Qafqazın geosiyasi dinamikasına Azərbaycan-Rusiya münasibətləri prizmasından baxdıqda, maraqlı qənaətlər əldə etmək olar. Hər şeydən öncə, bu münasibətlər regional sabitliyə xidmət edir. Bunu rəsmi Moskva da etiraf edir. Regional sabitlik hazırda çox önəmlidir. Geosiyasi dinamika mürəkkəbləşdikcə Rusiyaya da regionda güclü, iradəli, suveren tərəfdaş lazımdır. Azərbaycan bu mənada Rusiya ilə bərabərhüquqluluq prinsipi əsasında əlaqələr quran regional liderdir.
Digər tərəfdən, Azərbaycan-Rusiya əlaqələri Rusiya-Türkiyə və Rusiya-İran əlaqələri kontekstində də əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqazda məhz Azərbaycan Türkiyə və İranla Rusiyanın münasibətlərinin daha da inkişaf etməsinə real töhfə verən ölkədir. Müəyyən tarixi, siyasi, coğrafi, mədəni və geosiyasi səbəblərdən Gürcüstan və Ermənistanın belə bir imkanı yoxdur.
Nəhayət, Azərbaycan-Rusiya münasibətləri regiondakı münaqişələrin həllində ciddi rol oynaya bilər. Moskva vacib bir müttəfiq qazanmaqla öz forpostu Ermənistanın haqsız davasına havadarlıq etməkdən imtina edə bilər. Bu, real geosiyasi proqnozdur. Çünki artıq qlobal miqyasda geosiyasi mühit dəyişir və ona XIX və XX əsrin geosiyasi meyarları prizmasından baxmaq doğru deyildir. Bu səbəbdən Rusiya tarixi əhəmiyyətli geosiyasi düzəliş edə bilər. Elə bir düzəliş ki, nə ermənilərin təbii hüquqları tapdanar, nə də əsrlərdir ki, regiondakı türk dövlətlərinə qarşı edilən haqsızlıqlara, qərəzli və antiinsani münasibətlərə yer qalar.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM