Müasir   Azərbaycanda   Dövlət   İdarəçiliyində   Gender  Siyasətinin   Səciyyəvi   Xüsusiyyətləri 

12:26 / 01.01.2020

  Murtəza Həsənov,   s.e.f.d.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti”kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mədəni həyatın inkişafı üçün ölkə daxilində mühüm tədbirlər görmüş və bu sahədə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başlamışdır. Tarixin gedişatı boyunca, cinsiyyət  məsələsi dövlət idarəçiliyində mühüm rol oynamışdır. 1900-cü illərdə Vətəndaş Hüquqları və iş sığortası barəsindəki qanunların hazırlanması ictimaiyyət arasındakı düşüncələrdə dəyişikliklərə səbəb olaraq, bu məsələlərin həssaslığını ön plana çıxartdı. Bəşəriyyətin ən böyük arzularından biri bütün insan hüquqlarından bərabər istifadə etməkdir və insanlar arasındakı irqi, rəngindən, cinsindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq hər kəsin eyni statusa tabe olmağa istəməsiylə başlamışdır. "İnsan hüquqları" bəşər tarixinin başlanğıcı və bəşəriyyətin inkişafı ilə irəliləməsi ilə meydana gələn təməl hüquqlardır. İnsan hüquqları anlayışı doğuşdan xas olan və dövlət və şəxslər tərəfindən toxunulmayan bütün insan hüquqlarına aiddir  Qərbdə qanlı mübarizələrin nəticəsi olan insan hüquqları həmişə kişilər üçün hesab olunurdu və   bəşəriyyətin yarısı qadınlar haqlardan  kənarda qalmışdır . Bu kənarlaşdırma, ümumiyyətlə “feminiz” olaraq təyin olunan hüquqlar baxımından qadınların bərabərliyini müdafiə edən bir hərəkatın meydana gəlməsinə səbəb oldu. Buna görə də bu hüquqlar birdən-birə meydana çıxmadı, lakin tarixi proses zamanı baş verən dəyişikliklərdən təsirləndi. Bu proses konstitusiyalarda əks olundu.

Bu dəyişikliklər dövlət rəhbərliyinin dövlət konstitusiyasını hazırlayan "elit" torpaq sahibləri və  1900-cü illərin başında dövlət idarəçiliyini akademik bir intizam kimi təsis edən kişilər ilə yanaşı başqalarının da fikirlərini və səslərini daha asan qəbul etməsinə səbəb oldu. 1864-cü ildə ABŞ Hökuməti qadınların dövlət qulluğunda işə qəbul olunduğu zaman bir kişinin eyni işi yerinə yetirmək üçün alacağı  əmək haqqının yarısı qədər maaş alacağını bəyan etmişdi. 1963-cü ildə Bərabər Əmək haqqı Aktı ilə gender bərabərliyi məsələsi yaxşılaşsa da, hələ də tam bərabərliyə nail olunmayıb. Erkən dövrlərdən qalan ayrı-seçkilik məfhumu təəssüflər olsun ki, bugünkü dövrə də öz təsirini göstərmişdir. Beləki,  qadınlar hazırda kişilərin qazandığı hər bir dollar üçün 77,8 sent qazanırlar. Kaliforniya Universitetinin araşdırmasına görə qadınların dövlət idarəçiliyində iştirak etməli olduğunu göstərən 3 əsas arqument var Bunlar aşağıdakılardır:  

1)                    Hər kəsə fayda gətirir. Qadınların rəhbərlikdə iştirak etməsi bir fərddən daha çox fayda gətirdiyi davamlı şəkildə sübut olunmuşdur. Qadınlar siyasət və qərar qəbuletmə proseslərinə cəlb olunduqda, ailələrə, cəmiyyətlərə, iqtisadiyyata və bütün ölkələrə təsir edən gender bərabərliyinin bir sıra vacib məsələləri həll olunur. Qadın dövlət qulluqçusu və siyasətçiləri cinsi zorakılıq və bir sıra əsasən qadınların üzləşdiyi məsələlərin həll olunmasında  kişi dövlət qulluqçusu və siyasətçilərdən daha çox fəallıq göstərir.

2)                    Təşkilat və qurumlar daha yaxşı fəaliyyət göstərirlər. Qurumlar qadınları qərar qəbul etmə prosesinə daxil etdikdə, çox vaxt daha yaxşı performans göstərirlər. İnsan resursları üzrə konsaltinq şirkəti olan “DDI”-nin araşdırmasına görə, maliyyə baxımından ən yaxşı performans göstərən şirkətlərin çoxunda rəhbərlik qadınlardan təşkil olunmuşdur. Digər bir tədqiqat isə göstərir ki, qadınlar şirkətin idarəçiliyinə daxil olduqda və qadınlar həmkarları, müdirləri, və digər biznes tərəfdaşları tərəfindən lider kimi qiymətləndirildiyi zaman, şirkətin səhmləri daha yaxşı performans göstərir.

3)                    Yaxşı nümunə olur. Dövlət idarəçiliyi hökumətin təməlindədir və milli siyasət və proqramların yaradılmasında ayrılmaz bir rol oynayır. İdeal olaraq, dövlət idarəçiliyi ədalət, bərabərlik, və ayrıseçkilik olmaması prinsipləri ilə idarə olunur. Əgər dövlət idarəçiliyi cinsiyyət əsaslı maneələrin aradan qaldırılmasına yol açarsa və eyni zamanda liderlik edən və iştirak edən kişilərə və qadınlara eyni dərəcədə imkan yaradarsa,  dünyanın qalan hissəsi üçün və eləcədə gələcək nəsillər üçün bu çox gözəl nümunə olacaqdır.

Gender bərabərliyinin müsbət nəticələrinin olmasına baxmayaraq sosial, mədəni, iqtisadi maneələrin və eləcə də, milli və qlobal miqyasda maneələrin olması tam bərabərliyin yaranmasına imkan vermir.

 

Qadınların ictimai məşğulluq səviyyəsində bərabər şəkildə təmsil edilməsi daha fərqli və əhatəli işçi qüvvəsinin yaradılması istiqamətində irəliləmənin vacib göstəricisidir.  Səmərəli idarə edildikdə müxtəliflik təşkilati performansa kömək təmin etmək üçün mövcud olan istedad hovuzunu genişləndirməyə kömək edir. Dövlət sektorunda müxtəlif fikir və təcrübələr vətəndaşların ehtiyaclarını daha yaxşı əks etdirən siyasət və xidmətlərə gətirib çıxara bilər. Dövlət qulluğunun ən yüksək səviyyəsində gender bərabərliyinin olması qadınların qərar qəbuletmə proseslərində və siyasətdə rol oynadığının vacib göstəricisidir.

İnkişaf etmiş ölkələrdə qadınların dövlət sektorunda təmsil olunmaları ortalama  58%-ə bərabərdir. Bunun əsas səbəblərindən biri də müəllim və ya tibb bacısı kimi bəzi əsas dövlət sektoru vəzifələrində qadınlara üstünlük verilməsidir. Digər bir səbəb isə özəl sektora nisbətən dövlət sektorunun daha çox elastik iş şəraitini əhatə etməsidir. Məsələn, inkişaf etmiş ölkələrdə dövlət sektoru özəl sektordan daha çox uşaq və ailə yardımı təşkili təklif edir. İnkişaf etmiş ölkələrin mərkəzi hökumətində qadınlar ümumi işçilərin ortalama olaraq 53%-ni (2015) təşkil edir. Yunanıstan, İtaliya, Danimarka, Belçika və İspaniyada nisbi olaraq gender tarazlığı mövcuddur. Beləki, bu ölkələrdə qadınların təmsil olma faizi 51-52% faiz arasında dəyişir. Mərkəzi hökumətdə qadınların ən yüksək payı olan ölkələr Macarıstan (72%), Polşa (69%) və Slovakiyadır (68%). Yaponiya (18%), Koreya (29%) və İsveçrədə (31%) isə qadınların payı digər inkişaf etmiş ölkələrə nisbətən çox aşağıdadır.

Azərbaycanda isə Dövlət Statistika Komissiyası qadın və kişilər üzrə illik milli statistik hesabatı dərc edir .

 Azərbaycan Respublikasında kişi və qadın bərabərliyi dövlətin 1995-ci ildə qəbul olunmuş əsas qanunu, milli Konstitusiya tərəfindən təsdiq edilir. Konstitusiyanın 25-ci maddəsi   kişi və qadınların bərabər hüquq və azadlıqlarını tesbit edir və insan və vətəndaş hüquq və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edır. Eyni maddədə təsdiq olunur ki, cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyi Azərbaycan dövləti tərəfindən təmin olunur. Konstitusiyanın 55-ci maddəsində isə Azərbaycan Respublikasının vətəndaşlarının dövlət idarəetməsində iştirak etmək hüququ və dövlət orqanlarında qulluq etmək hüququ təsdiq olunur. Bu hüquqlar cinsdən asılı olmayarq ölkənin bütün vətəndaşlarına şamil olunur.

Milli Konstitusiyanın kişi və qadın bərabərliyi sahəsində müəyyən etdityi hüquqi çərçivə (kişi və qadın arasında hüquq və azadlıqlar bərabərliyi və cinsi mənsubiyyətə görə ayri seçkiliyin qadağan olunması) Əmək Məcəlləsi, Ailə Məcəlləsi, Cinayət Məcilləsində və digər qanuni aktlarda öz əksini tapır.

        Azərbaycan Respublikasında idarəetmə prosesində gender bərabərliyinin bərqərar olması və qadınların fəal iştirakının təmin edilməsi dövlətin davamlı inkişafının hədəflərindən biri olaraq təsdiq edilmişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) Azərbaycan Prezidentitin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. YADİDP Minilliyin İnkişaf Məqsədləri ilə tam uyğunlaşdırılmışdır. Proqram yeddi il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əsas doqquz strateji məqsədi  müəyyənləşdirilmişdir. Doqquz strateji məqsəd arasında gender bərabərliyinin təmin olunması da yer almışdır (YADİDP, 3.1). Gender bərabərliyini məqsəd olaraq təsdiq edən Dövlət Proqramı bu məqsədə uyğun aşağıdakı hədəfi təyin etmişdir: “2015-ci ilin sonunadək qərarların qəbul edilməsi prosesində qadınların iştirak səviyyəsinin yüksəldilməsini təmin etmək”.  Proqramda həmçinin gender bərabərliyinə aid məqsəd və hədəf üçün proqram təbiqinin monitorinq göstəriciləri müəyyənləşdirilmişdir: mərkəzi icra strukturlarının rəhbərləri arasında qadınların iştirak səviyyəsi, parlament üzvləri arasında qadınların iştirak səviyyəsi , bələdiyyə üzvləri arasında qadınların iştirak səviyyəsi və hakimlər arasında qadınların iştirak səviyyəsi.

Beləliklə, 2008-2015-ci illərdə dövlətin idarəetmə sistemində qadınların iştirak səviyyəsinin artərılması Azərbaycan dövləti tərəfindən gender bərabərliyinin göstəricisi olaraq seçilmişdir və bu səviyyənin yüksəldilməsi üçün kokret tədbirlərin həyata keçirilməsi müvafiq dövlət qurumlarına həvalə edilmişdir.   

Davamlı inkişaf konsepsiyasına görə irqindən, cinsindən, milliyyətindən, dini mənsubiyyətindən və yaxud coğrafi mövqeyindən asılı olmayaraq hər bir insan üçün davamlı inkişafda mövcud olan və yaxud ola biləcək bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Bu, cəmiyyətdə təxminən eyni sayda insanı birləşdirən ən iri qruplardır. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin sənədlərində təqdim olunmuş "dünyanın yarısı, imkanların yarısı" və "hər iki cinsə eyni imkanların yaradılması" prinsipi, eləcə də bu istiqamətdə həyata keçirilən siyasət gender bərabərliyinin mahiyyətini təşkil edir.

Qeyd etmək lazımdır ki, rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən Yaponiya, Koreya və İsveçrə kimi  yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldınnaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilməkdədir. İnkişaf etmiş ölkələrdə gender bərabərliyi qənaətbəxş olsa da, bir sıra inkişaf etməkdə olan ölkələrdə xüsusilə Afrika və Ərəb ölkələrində bu bərabərlik səviyyəsi  çox aşağıdır.     Azərbaycan Respublikasında idarəetmə prosesində gender bərabərliyinin bərqərar olması və qadınların fəal iştirakının təmin edilməsi dövlətin davamlı inkişafının hədəflərindən biri olaraq təsdiq edilmişdir.  2008-ci il sentyabrın 26-da Bakıda keçirilmiş Azərbaycan qadınlarının III qurultayı respublikanın sosial-iqtisadi və demokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, son illərdə bu sahədə görülən işlərə yekun vurmaq, habelə müasir mərhələdə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək məqsədi daşımışdır.

Qurultayda çıxış edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir ki, Azərbaycan qadınları həyatın bir çox sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər: "Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunub saxlanmasında qadınların misilsiz xidməti olubdur. Azərbaycanda qadın, ana hər zaman uca, müqəddəs sayılıbdır. Azərbaycan qadınları övladlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ruhunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlayıblar. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, demək olar ki qadınların qarşısında daha geniş imkanlar açıldı. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə Azərbaycan 4 ildir ki, dünyanın lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün sahələrində müşahidə olunur və bu uğurlarda Azərbaycan qadınının böyük rolu, böyük payı var".

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun milli qanunvericiliyində gender sahəsinə aid məsələlərin təkmilləşdirilməsi üçün əsas hüquqi çərçivəni müəyyən etmişdir. 2007-ci ilin oktyabr ayında  Qanunun  tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilmişdir. O cümlədən “Siyasi partiyalar haqqında”, “Təhsil”, “Həmkarlar ittifaqları haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Milli Məclisin Daxili Nizamnaməsinə, Əmək Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə müvafiq əlavələr və deyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının gender bərabərliyi sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklər.

Azərbaycan Respublikasının gender siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ölkənin ardıcıl şəkildə gender bərabərliyi sahəsində əsas beynəlxalq konvensiyalara qoşulması və qlobal miqyasda gəndər bərabərliyinin bərqərar olması sahəsində gedən fəaliyyətdə aktiv iştirak etməsidir.

 

Dövlət idarəçiliyində gender bərabərliyinə və qadın hüquqlarına aid bəzi beynəlxalq öhdəliklər

Maddə 2

Bütün insanlar cinslərindən asılı olmayaraq Beyannamədə elan olunan hüquq və vəzifələrə malik olmalıdır.

Maddə 2.1

Hər bir şəxsin öz ölkəsində dövlətin xidmətində qulluq etmək üçün bərabər imkana malik olmaq hüququ var.

Dövlət seçkilərdə iştirak etmək, ictimai dövlət qulluğunda vəzifə tutmaq və milli qanunla müəyyən edilən bütün ictimai-dövlət funksiyalarını yerinə yetirməkdə kişilərin və qadınların bərabər hüquqlarını tanıyır.

- qadınlara qarşı hər cür ayrı-seçkiliyi qadağan etmək və qadınların ayrı-seçkilikdən müdafiyəsini  təmin etmək, özündə qadınlara qarşı ayrı-seçkilik əks etdirən mövcud qanunları, qərarları, adətləri və təcrübələri dəyişdirmək və ya onları ləğv etmək üçün, qanunvericilik tədbirləri də daxil edilməklə, bütün müvafiq tədbirləri görmək(hissə İ, maddə 2, f); qadınların hökumətin siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək və dövlət vəzifələri tutmaq, habelə dövlət idarəçiliyinin bütün səviyyələrində bütün dövlət funksiyalarını həyata keçirmək hüququnu  təmin etmək.

Kişilərə və qadınlara eyni dəyərəli əməyə görə bərabər ödəniş prinsipini təşviq və  təmin etmək.

Maddə 3

  Bu Konvensiyanın şamil olunduğu qadın onun doğuşlarının nəzərdə tutulan müddətini təsdiq edən tibbi şəhadətnamə təqdim etməklə, hamiləliyə və doğuşa görə məzuniyyət hüququna malikdir. Doğuşdan sonrakı məcburi məzuniyyət də daxil olmaqla hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti ən azı 12 həftə təşkil edir. Doğuşdan sonrakı məcburi məzuniyyətin müddəti hər bir ölkənin qanunvericiliyi ilə müəyyən edilir, lakin hər bir halda 6 həftədən az olmamalıdır.

Doğuş nəzərdə tutulan müddətdən sonra baş verərsə, bu tarixə qədər götürülən məzuniyyət faktiki doğuş tarixinə qədər uzadılır, bunun nəticəsində doğuşdan sonrakı məcburi məzuniyyətin müddəti qısaldılır.

5. Səbəbi hamiləliklə əlaqədar olan xəstəlik hallarında ölkənin qanunvericiliyi doğuşa qədərki dövrdə maksimum müddəti səlahiyyətli hakimiyyət orqanları tərəfindən müəyyən olunan əlavə məzuniyyət nəzərdə tutur.

6. Səbəbi şəhadətnamədə müəyyənləşdirilən doğuşla əlaqədar olan xəstəlik hallarında qadın, maksimum müddəti səlahiyyətli hakimiyyət orqanı tərəfindən müəyyənləşdirilməklə doğuşdan sonrakı məzuniyyətin müddətini uzatmaq hüququna malikdir.

Maddə 4

  3-cü maddədə müəyyən olunmuş hamiləliyə və doğuşa görə məzuniyyətdə olan qadın pul vəsaiti və tibbi yardım almaq hüququna malikdir.

Pul qadının özünü və onun uşağını qiqiyena, həyat şəraiti və lazımi həyat səviyyəsi nöqteyi-nəzərdən təmin edəcək həcmdə ölkə qanunvericiliyi ilə müəyyən olunur.

Tibbi yardım ixtisaslaşdırılmış həkimlər və akuşerkalar tərəfindən doğuşa qədər, doğuş zamanı və doğuşdan sonra nəzarəti və qulluğu, eləcə də zəruri hallarda, hospitalizasiyanı əhatə edir, imkan daxilində həkimi, habelə dövlət və xüsusi tibb müəssisəsini seçməkdə tam azadlıq verilir.

Pul vəsaitinin verilməsi və tibbi yardım ya məcburi tibbi sığorta sisteminin, ya da dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilir, hər bir halda bu yardımlar göstərilən  şərtlərə cavab verən bütün qadınlara şamil edilir.

Göstərilən pul vəsaitinə və tibbi yardıma iddia etmək hüququ olmayan qadınlara ictimai kömək fondları hesabına müvafiq yardım göstərilir, bu şərtlə ki, onların ictimai kömək göstərmələri üçün tələb olunan gəlirləri yoxlanılsın.

Məcburi sosial sığorta vəsaitləri hesabına verilən pul vəsaitlərinin məbləği əvvəlki əmək haqqı əsasında hesablanır, bu vəsait qadının bu məqsədlə nəzərdə tutulan əvvəlki əmək haqqının üçdə ikisindən az olmamalıdır.

Ödənilən əmək haqqının ümumi həcminə əsasən doğuşa və hamiləliyə görə vəsaitlərdən məcburi sosial sığorta sisteminə uyğun olaraq tutulan hər cür ödəmələr və vergilər həmin müəssisədə işləyən qadınların və kişilərin ümumi sayı əsasında hesablanır.

8. Heç bir halda sahibkar onun yanında işləyən qadına bu cür vəsaitlərin verilməsi üzrə xərclərə görə şəxsi məsuliyyət daşımır.

Maddə 5

  1. Qadın uşağını döşlə yedizdirirsə, o, bu məqsədlə gün ərzində bir və ya bir neçə dəfə müddəti ölkə qanunvericiliyi ilə müəyyənləşdirilən fasilə götürmək hüququna malikdir.

2. Uşağın yedizdirilməsi üçün fasilələr iş saatı sayılır və qanunvericiliyə uyğun olaraq ödənilir, bu məsələ kollektiv müqavilələrlə tənzimləndikdə həmin müddəa müvafiq müqaviləyə əsasən müəyyən edilir.

Qadın təşkilatları BMT-nin İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNF-PA), Uşaq Fondu (UNİCEF). Qadınlar üçün İnkişaf Fondu (UNİFEM), İctimai Əlaqələr (UNDPİ), Qaçqınlar üzrə (UNHCR) bölmələrin proqramlarını həyata keçirir, digər QHT-lər ilə sıx əlaqə saxlayır, qadın, gənclər və uşaq təşkilatları ilə müntəzəm əlaqədə işləyirlər. Birliklər, həmçinin ölkə Konstitusiyası, "Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğvi" və s. konvensiyaların, BMT-nin qərarlarının və qətnamələrinin öyrənilməsi, Pekin Fəaliyyət Platformasının və s. sənədlərin Azərbaycan dilinə tərcüməsi bu sənədlərin şəhər və kəndlərdə yaşayan qadınlarla öyrənilməsi istiqamətində fəaliyyət göstərir. Respublika sakinləri üçün qadın problemələri və uşaq haqları üzrə zona müşavirələri, BMT-nin QHT-lər üçün Resurs Mərkəzində müntəzəm toplantılar keçirir, onları ingilis dilindən tərcümə olunmuş BMT-nin cari sənədləri və tədbirləri ilə tanış edir, fəaliyyət planları işləyib QHT-lərə paylayır, sorğu kitabçaları, məlumat vərəqələri və s. çap etdirir, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə işləyir, din mövzuları üzrə televiziya və radio verilişləri təşkil edir, maariflənmə istiqamətində təhsil ocaqlarında, birliklərin rayon bölmə təşkilatlarında tematik mövzulara həsr olunmuş görüşlər, məruzələr və yubileylər keçirilir. Qadınların və yeniyetmə qızların hüquqlarını qoruyan müasir proqramlar haqqında informasiya verilir, qadınların iqtisadi müstəqilliyi haqqında məruzələr oxunur və konfranslar keçirilir. Azərbaycanın Avroatlantik məkana inteqrasiya etməsində, beynəlxalq standartların bərqərar olmasında, göründüyü kimi, qadın birlik və təşkilatlarının önəmli rol oynaması həm ölkənin elitası, həm də geniş ictimaiyyəti tərəfindən dəstəklənir. Bu gün Azərbaycan Respublikasında həyata  keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfındən qoyulmuş və Azərbaycanın davamlı inkişafına hesablanmış siyasətin hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfındən uğurla həyata keçirilməsi nəticəsində ölkə öz milli inkişaf modelini formalaşdırmaqla, onun davamlılığı təmin olunmaqla, milli inkişafı yeni keyfıyyət mərhələsinə yüksəlmişdir. Qadın təşkilatlarının daha da güclənməsi və möhkəmlənməsi üçün respublikamızda məqsədyönlü iş aparılır, tədbirlər həyata keçirilir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM