Sirr deyil ki, dünyanın müxtəlif bölgələrində son illər narahatedici geosiyasi proseslər yer alır. Bu sırada Cənubi Qafqaz həm bütöv region kimi, həm də orada yerləşən dövlətlərin hər birinin ayrılıqda fəaliyyəti baxımından ekspertlərin maraq dairəsində olmaqdadır. Aparılan təhlillər göstərir ki, Azərbaycan, Ermənistan və Gürcüstan coğrafi baxımdan qonşu olsalar da geosiyasi aspektdə "həmsərhəd" deyillər – onlar fərqli mövqeyə gəlib çıxıblar. Onların içərisində ən perspektivli və ümidverici mövqe Azərbaycandadır. Bu tezisin təsdiqi faktların müqayisəsində özünü açıq surətdə göstərir. Bir məsələ şübhəsizdir ki, rəsmi Bakı postsovet məkanı üçün belə nümunə ola bilən siyasət yeridir. 2019-cu il bu baxımdan xeyli maraqlı il olub.
Bir ildə: üç dövlətin getdiyi yol
Ekspertlər hər bir Cənubi Qafqaz ölkəsinin ötən ilki geosiyasi fəaliyyətinin təhlilinə maraq göstərirlər. Azərbaycan, Gürcüstan və Ermənistan həmsərhəd dövlətlərdir, lakin hər birinin fərqli siyasi, iqtisadi, mədəni və geosiyasi "həyat ritmi" vardır. Bu prizmadan yanaşdıqda onların 2019-cu ildə ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətinin ümumiləşdirilməsinin nəzəri və praktiki əhəmiyyəti danılmazdır.
Ekspertlərin fikrinə görə, ötən il Cənubi Qafqazda siyasi proseslərə ən çox təsir göstərən dövlət Rusiya olub. Məhz Moskvaya olan münasibət region dövlətlərinin geosiyasi mövqeyinə ciddi təsir edib. Bundan faydalananlar da, zərər görənlər də olub. Bu tezisin xeyli dərəcədə əsası vardır. Çünki Rusiya 2019-cu ildə yalnız Cənubi Qafqazda deyil, bütün dünyada geosiyasi fəallığını yeni səviyyəyə yüksəldib. Moskvanın Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında varlığı daha çox hiss edilməyə başlayıb. Təbii ki, bu kontekstdə bir neçə əsrdir ki, Cənubi Qafqazın əsas geosiyasi oyunçusu olan Rusiyanın passiv olacağını gözləmək sadəlövhlük olardı.
Siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, hərbi-müdafiə sferalarında Cənubi Qafqaz dövlətlərinə təsirini daha da gücləndirən Kreml bütövlükdə geosiyasi mənzərənin müəyyənləşməsində həlledici rol oynayıb. Son illər fəal olan Qərb isə daha çox onun kölgəsində qalmağa üstünlük verib. İran özünün problemləri ilə məşğul olub. Türkiyə isə Rusiya qədər fəallıq göstərə bilməyib, lakin onun da təsiri əhəmiyyətli dərəcədədir. Özü də bu, daha çox Rusiya ilə tandemdə özünü göstərir.
Bu ümumi qeydlər prizmasından Cənubi Qafqazın hər bir ölkəsinə nəzər saldıqda, kifayət qədər maraqlı və bir sıra məqamlarda təzadlı mənzərə yaranır. Gürcüstandan başlayaq. Bu dövlət 2019-cu ildə siyasi silkələnmələrə məruz qaldı. Bir növ ölkə siyasi sistem və geosiyasi seçim böhranı keçirir. Müxalifət "Gürcü arzusu"nun hakimiyyətini ciddi surətdə laxlada bildi. Etiraz aksiyaları iqtidarın nüfuzunu artırmadı, əksinə, meydana daha çox siyasi qeyri-müəyyənlik gətirdi. Parlament seçkisi məsələsində Bidzina İvanişvilinin komandasının tərəddüdlü və kifayət qədər birmənalı qəbul edilməyən addımlar atması böhranı daha da dərinləşdirdi. Təsadüfi deyil ki, müxalifətin aksiyaları 2020-ci ildə də davam edir.
Bunun fonunda ekspertlər Prezident Salome Zurabişvilinin qonşu ölkələr haqqında ziddiyyətli fikirlər söyləməsinin prosesləri bir qədər də qeyri-müəyyənliyə sürüklədiyini yazırlar. Xüsusilə Azərbaycanla sərhəd məsələsində emosional fikirlər ilk növbədə Gürcüstan dövlətinin vəziyyətini mürəkkəbləşdirdi. Azərbaycanın təmkinli və müdrik davranışı hələlik bu itkini kompensasiya etməyə imkan verir.
Gürcüstan Rusiya ilə münasibətdə də ciddi səhvə yol verdi. Məlum parlament hadisələri Moskvanın müəyyən qadağalar tətbiq etməsinə səbəb oldu. Nəticədə, Rusiya ilə Gürcüstan arasında təyyarə reysləri kəsildi və rusiyalı turistlərin ölkəyə axını xeyli zəiflədi. Bu isə yekunda turizmdən Gürcüstanın ancaq 800 milyon dollar gəlir götürməsinə vəsilə oldu. Bir il öncə isə bu rəqəm milyardlarla hesablanırdı.
İndi Gürcüstanın 2019-cu ildə iqtisadi sahədə də uğur əldə edə bilmədiyi aydın nəzərə çarpır. Bu istiqamətdə müsbət tendensiya müşahidə edilmir. Hətta Ermənistanda inflyasiya və iqtisadi artım Gürcüstandan yüksəkdir. Bu, Gürcüstanın Aİ-yə (Avropa İttifaqı), Ermənistanın isə Aİİ-yə (Avrasiya İqtisadi İttifaqı) üzvlüyü zamanı baş verir. Təbii olaraq ortaya bu təşkilatlardan hansının region dövlətlərinə daha çox fayda verməsi sualı çıxır. Aİİ 2019-cu ildə Ermənistana xeyli iqtisadi güzəşt edib və bunun sayəsində forpost və zəif ölkə Gürcüstandan bir qədər dayanıqlı görünüb. Bu fakt gürcüləri narahat edir.
Regionun ümidi: Azərbaycan heyrətləndirir
Buna baxmayaraq, Ermənistan bütövlükdə 2019-cu ildə daha pis vəziyyətə düşüb. Ermənilər "məxməri inqilab"ın heç bir faydasını görmürlər. İnflyasiya aşağı olsa da, pul gəlirləri çox zəifdir və insanların alıcılıq qabiliyyətinin minimum olması böhranın qarşısını alır. Ötən il "inqilabçı"ların xarici sərmayə ilə bağlı verdikləri vədlərin tam puç olması ilə yadda qalıb. Proses əksinə gedib: Ermənistana daha az sərmayə qoymağa başlayıblar. Bunun başlıca səbəbini yeni erməni iqtidarının populizm sahəsini tərk edə bilməməsində görürlər. Üstəlik, 2019-cu ildə Ermənistanda müxtəlif xarakterli ziddiyyətlərlə dolu hadisələr baş verdi. Aydın oldu ki, rəsmi İrəvan ABŞ və Rusiyanın ucuz oyuncağıdır.
Ötən il Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində də ağır zərbə aldı. Nikol Paşinyanın qondarma rejimi danışıqlara qatmaq təxribatı iflasa uğradı. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli, əsaslandırılmış və təmkinli mövqeyi erməni təbliğat maşınını və diplomatik korpusun "işini" sabun köpüyü kimi dağıtdı. Sözsüz ki, ötən il ermənilərin bu baxımdan ən ağır bir dövrüdür.
Bunun fonunda Ermənistan iqtisadiyyatı inkişafdan xeyli geridə qaldı. Demək olar ki, heç bir regional və beynəlxalq layihədə iştirak edə bilməyən Ermənistan əvvəlki kimi bataqlıqda çapalamadadır. Onun real olaraq yanında olan dövlət yoxdur. Hər bir böyük ölkə Ermənistandan nəyisə almaq və onu öz təsir dairəsinə çəkmək siyasətini davam etdirib. Azərbaycanla bağlı situasiya isə bundan tamamilə fərqlidir.
Ekspertlər hesab edirlər ki, Azərbaycan regionun yeganə dövlətidir ki, onun yanında olmaq istəyən ölkələr çoxdur. Rəsmi Bakı Rusiya, Amerika, Avropa, İran, Türkiyə və Çinlə bərabərhüquqlu, qarşılıqlı fayda verən münasibətlər sistemini nəinki saxlaya bilib, hətta onu daha da inkişaf etdirib. Xarici siyasətdə Azərbaycanın əldə etdiyi uğurları dünyanın siyasi liderləri etiraf edirlər. Konkret layihələr üzrə həyata keçirilən tədbirlər, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın fəallığını daha da artırması ölkəni regional və qlobal geosiyasi proseslərdə əhəmiyyətli oyunçu edib.
İndi ekspertlər Azərbaycanın regional miqyasla qlobal səviyyə arasında bu dərəcədə səmərəli balans yarada bilməsinin müxtəlif aspektlərini öyrənirlər. Özü də Azərbaycan postsovet məkanı ölkələri içərisində yeganə dövlətdir ki, sosial, siyasi, geosiyasi, idarəetmə və energetika-nəqliyyat sferalarında islahatları yüksək uyğunluq və davamlılıqla həyata keçirir. 2019-cu il bu baxımdan olduqca zəngin faktlarla xarakterizə olunur. Rəsmi Bakının bununla bağlı atdığı addımlar digər region dövlətləri üçün bir nümunə-örnək halına gəlib.
Həmin aspektdə Azərbaycan rəhbərliyinin regional əməkdaşlığın müxtəlif sferaları üzrə gerçəkləşdirdiyi əməkdaşlıq formatları geniş marağa səbəb olub. 2019-cu ildə Azərbaycan ikitərəfli, üçtərəfli və çoxtərəfli platformalarda irəli sürdüyü təşəbbüslərin praktiki reallaşmasında böyük uğurlar əldə edib. Bütün bunların nəticəsində Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, heç bir ziddiyyət və ya geosiyasi problemlərlə qarşılaşmayıb. Əksinə, öz mövqeyini daha da möhkəmləndirib. Daha əhəmiyyətlisi odur ki, bu prosesdə Azərbaycan öz milli maraqlarını daha yüksək dərəcədə təmin etmək imkanı əldə edib, onun manevretmə dairəsi xeyli genişlənib. XXI əsrdə ilk dəfədir ki, bunu xarici ekspertlər açıq etiraf edirlər və belə yazırlar: "Azərbaycan hazırda regional və qlobal geosiyasətdə fəal oyunçulardan biridir"! Cənubi Qafqazın başqa dövlətləri bu aspektdə Azərbaycandan xeyli geridə qalırlar.
Beləliklə, 2019-cu ilə Cənubi Qafqazın üç dövlətinin fəaliyyəti işığında baxdıqda, göz önündə bir sıra hallarda təzadlı, risklərə, qeyri-müəyyənliyə həssas bir tablo yaranır. Bu tablonun qara rəngi Ermənistandır, Gürcüstan müəyyən ziddiyyətləri özündə daşıyan "tutqun rəngdə" görünür. Azərbaycan isə həyat və inkişaf saçan mavi, qırmızı və yaşıl rənglərin harmonik spektrini formalaşdırır. Görünür, bu ölkələrin geosiyasi yolu da bu əsasda davam edəcək. Azərbaycan Cənubi Qafqazın ulduz-dövləti kimi əbədiyyən var olacaq!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM