Ekspertlər xeyli vaxt idi ki, İdlibdə hərbi vəziyyətin kəskinləşməsini xüsusi həssaslıqla izləyirdilər. Bu prosesin inkişaf etməsi halında hətta dünya savaşının meydana çıxa biləcəyini istisna etmirdilər. Belə ki, Suriya rejimi müttəfiqlərinin köməyi ilə İdlibdə Türkiyə hərbi qüvvələrinə qarşı əməliyyat keçirməyə başlamışdı. Onlar çoxlu sayda məntəqəni ələ keçirdilər, üstəlik, 36 türk əsgərini şəhid etdilər. Türkiyə ordusu buna çox sərt reaksiya verdi və qısa müddətdə Bəşər Əsədə bağlı hərbi qüvvələrə sarsıdıcı zərbələr endirildi. Bütün dünya gördü ki, Türkiyənin böyük hərbi gücü var və onunla zarafat etmək olmaz. Bununla türk əsgərlərinə qarşı hərbi əməliyyatlar dayandırıldı. Ancaq türk ordusu Əsəd qüvvələrini diz çökdürmək üçün tədbirlər görməli oldu. Türklər yüksək dəqiqliklə yerdəki hərbi hədəfləri vurdular. Həyata keçirilən əməliyyatlar dünyanı heyrətə gətirib. Çünki bir nəfər də olsun dinc insana zərər dəyməyib. Türk pilotsuz hərbi təyyarələri dəqiqliklə hədəfləri vura bilib. Bütün bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin necə nəticələnəcəyi ilə bağlı müxtəlif proqnozlar verilirdi. Onları da nəzər alıb, həmin səfərin geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac gördük.
Müharibədən diplomatiyaya: Ərdoğanın qətiyyəti və iradəsi
Moskvada Putin-Ərdoğan danışıqlarının konkret nəticə verə biləcəyinə inananlar çox deyildi. Tərəflər arasında son dövrlərdə ciddi hərbi ixtilaf meydana gəlmişdi. Rusiya KİV-lərinin məlumatına görə, Moskva Suriya sahillərinə beş hərbi gəmi göndərib. Onların ikisi raket daşıya bilir. Üçü isə desant çıxarmaq üçün nəzərdə tutulubmuş. Türkiyə də öz növbəsində İdlib və ətrafına kifayət qədər güclü hərbi kontingent yığmışdı. Tərəflərin qarşıdurması hər an müharibəyə çevrilə bilərdi.
Digər tərəfdən, Suriya istiqamətində təxribatların olması istisna edilmirdi. Orada çoxlu sayda qruplaşmalar mövcud olduğundan, ara qarışdıranların fəallaşması gözlənilən idi. Bunlardan başqa, B.Əsədə bağlı hərbi qruplar ciddi itkilər verdi ki, bu da Türkiyə tərəfdən konkret siqnal kimi qəbul olundu. Ankara İdlibin onun nüfuz dairəsində olduğunu və kimsəyə güzəştə getmək fikrində olmadığını nümayiş etdirdi.
Bütün bunların fonunda ABŞ və Avropanın siyasi liderlərinin davranışları da müəyyən suallar ortaya çıxarırdı. Qərb sözdə Türkiyəyə aktiv dəstək verdi. NATO kifayət qədər ciddi məqamlara toxundu. Amerika hətta silah-sursatdan danışdı. Bu addımları Qərb sanki Türkiyə ilə Rusiya arasında savaşın davam etməsi tonu ilə atırdı. Əlbəttə, bunları Ankara və Moskvada başa düşürdülər.
BMT-nin reaksiyası da özünü göstərdi. Təşkilatın Baş katibi humanitar fəlakəti dayandırmaq çağırışını etdi. Bununla İdlibdəki vəziyyət həm dünya siyasətinin əsas mövzusuna çevrildi, həm də onun ətrafında yeni geosiyasi oyunların başlandığı aydın oldu. Döyüş meydanında isə türk ordusu Əsədin mövqelərinə zərbə endirib onu canlı qüvvə və texnika baxımından ağır tələfata uğratdı.
Nəhayət, bütün bunların fonunda açıq da olmasa, Moskva və Ankara bir-birinə qarşı "diplomatik əzələ" nümayiş etdirdi. Hər iki tərəf dolayısı da olsa, anlatmağa çalışdı ki, mövqeyindən çəkilməyəcək. Bu, Suriyada iki böyük dövlətin geosiyasi maraq uğrunda ciddi bir mübarizəyə başlaması əlaməti idi. Moskva hesab edirdi ki, orada Amerika və Avropa kimi rəqibləri kənarlaşdırıbsa, Türkiyə ona əngəl ola bilməz. Reallıq isə başqa mənzərəni ortaya qoydu.
Bütün bunlar Moskvada Putin-Ərdoğan görüşünün həm əhəmiyyətini, həm də gərginliyini göstərirdi. Bunlarla yanaşı, Ərdoğan Putini İstanbulda qarşılamaq istəyirdi, lakin rəsmi Moskva müəyyən şərtləri ortaya qoydu və görüş Rusiyada oldu. Bunu da ekspertlər Vladimir Putinin müəyyən psixoloji üstünlüyü kimi qiymətləndirməyə tələsdilər. Doğrudur, Türkiyə Prezidenti Moskvada bu məsələyə toxundu və Rusiya Prezidentinin işlərinin çox olması səbəbindən Rusiya paytaxtına gəldiyini ifadə etdi.
Görüş gözlənildiyindən çox vaxt aldı. Prezidentlər üç saat təkbətək müzakirə apardılar. Sonra geniş tərkibdə iki saat qırx dəqiqə danışıqlar oldu. Bu zəhmətin hədər getmədiyi prezidentlərin mətbuat konfransında öz təsdiqini tapdı. Ekspertlər müzakirələrdə əldə olunan üç razılığa diqqət yetirirlər. Onlar atəşkəsə, təhlükəsizlik zonasının yaradılmasına və ortaq nəzarətə aiddir. Türkiyə və Rusiya razılaşıblar ki, atəşkəs təmin edilir, türk ordusu İdlibdəki mövqelərini, o cümlədən müşahidə məntəqələrini tərk etmir, M4 magistral şosesindən cənuba və şimala altı kilometrlik sahədə təhlükəsizlik zonası yaradılır və müəyyən qisim ərazilərdə ortaq dövriyyə həyata keçirilir. Bunlardan başqa, Türkiyə Əsəd tərəfdən hər hansı bir hücum aktı olduqda, dərhal cavab vermək hüququnu özündə saxlayır.
Yeni dönəm: Yaxın Şərqdə rus-türk geosiyasi modeli
Bir sıra ekspertlər bu qədər gərginlikdən sonra Rəcəb Tayyib Ərdoğanın bu nəticələrə nail olmasını rəsmi Ankaranın böyük uğuru kimi qiymətləndirirlər. Burada, əlbəttə, bir həqiqət vardır. Çünki Türkiyə faktiki olaraq Suriyada Rusiya ilə rəqabət apara biləcək yeganə region dövləti olduğunu hərbi və diplomatik sferada sübut etdi. Bundan başqa, hətta Əsəd ordusuna qarşı əməliyyat aparmaq hüququnu da real olaraq əldə etdi. Digər tərəfdən, Türkiyə atdığı addımlarla bütövlükdə Qərbin və NATO-nun dəstəyini qazandı. Rusiya anladı ki, Türkiyə ancaq regionun güclü dövləti deyil, o, həm də dünya çapında sözü keçən və qiyməti bilinən gücdür.
Bunlarla yanaşı, R.T.Ərdoğan ölkə daxilində ona qarşı olan hücumları dəf etmək imkanı əldə etdi. V.Putinin türk əsgərlərinin həlak olmasından Ərdoğanın bərk narahat olmasını açıq deməsi, daha çox kütləvi şüura təsir məqsədi güdür. Bununla yanaşı, şübhəsiz ki, bu, həm də bütün Türkiyənin məsələyə həssas yanaşması əlamətidir. Kremlin bunu anlaması və qəbul etməsi diplomatik və siyasi uğurdur.
Eyni zamanda, V.Putinin strateji aspektdə daha çox dividend əldə etdiyini də demək lazımdır. Məsələ ondan ibarətdir ki, B.Əsəd İdlibin xeyli hissəsinə nəzarət edir. Faktiki olaraq, orada hökumət qüvvələrinin mövcudluğu təmin olundu. Doğrudur, Putin və Ərdoğan insanların öz yurdlarına qayıtmasının təmin olunmasında da razılığa gəldilər. Lakin təcrübə göstərir ki, bu, ya baş verməyə bilər, ya da tam şəkildə reallaşmaz. Eyni zamanda, bu faktordan sonrakı mərhələdə siyasi-hərbi təxribat kimi də istifadə edə bilərlər.
Moskva bunlarla yanaşı, faktiki olaraq, təşəbbüsün Qərbə keçməsinin qarşısını aldı. Əgər V.Putin R.T.Ərdoğanın şərtləri ilə razılaşmasa idi, Suriya və Türkiyə ilə yanaşı, bütövlükdə Yaxın Şərqdəki mövqelərini itirə bilərdi. İndi isə orada daha da güclənmək üçün əlavə dividend əldə etdi. Şübhə yoxdur ki, Türkiyə istədiyinə nail olduqdan sonra Rusiyanın regiondakı fəallığına əngəl olmağa çalışmayacaq. Mümkündür ki, müttəfiq də olmasın, lakin Moskva faktiki olaraq regionda söz sahiblərindən biri olmaq şansını qoruyub saxladı.
Dəməşq üçün də əlverişli vəziyyət yaranır. Bir tərəfdən, İdlibdə yeni mövqelər əldə edir və strateji avtomobil yoluna ruslar vasitəsilə nəzarət edə bilir. İndi Əsədə aid yüklərin M4 və ya M5-dən keçə bilməsi üçün elə bir əngəl qalmır. Həm də ərazi baxımından müxalifləri sıxışdırmış olur. Növbəti mərhələdə daha fəal olmaq üçün zəmin hazırlanıb.
Bunların fonunda Qərbin geosiyasi dividendləri də az əhəmiyyət kəsb etmir. Hələlik Vaşinqton və Brüssel hansısa nailiyyətləri ilə öyünə bilmirlər. Onların ixtilaf yaratmaq planı pozulub. Ekspertlər burada daha çox İsrailin uğursuz olduğuna diqqət çəkirlər. Belə hesab edilirdi ki, İsrail Yaxın Şərqdə İslamda məzhəb savaşını yeni səviyyəyə qaldıra biləcək. Ancaq Ankaranın sayıqlığı və təmkinli davranışı buna yol vermədi. Müsəlman dünyasının tanınmış simaları da müəyyən məqamları izah etdilər. Bütün bunlara görədir ki, Qərb hələlik bir qədər kənara çəkilmiş kimi görünür. Lakin real vəziyyət heç də belə deyil.
Ekspertlər hesab edirlər ki, Rusiya-Türkiyə razılaşmaları problemin həlli deyil – tərəflər sadəcə taym-aut götürüblər. Bu, müvəqqəti tarazlıqdır, çünki ortada qeyri-müəyyənliklər az deyil. Hətta əldə edilən razılıqların nə dərəcədə qalıcı olacağına inam yoxdur. Ayrıca Qərb diplomatları eyham edirlər ki, razılaşmalara əməl olunacağı məlum deyil. İstənilən an pozula bilər. Deməli, təxribat ehtimalı qalmaqdadır. Buna qarşı Moskva və Ankaranın hansı addımlar ata biləcəyini zaman göstərəcək.
Bəs Türkiyə Prezidentinin Rusiyaya səfərinin nəticələrini uğurlu saymaq olarmı? Bizcə, tam uğurlu bir səfər oldu. Hər şeydən öncə, Türkiyə regionda söz sahibi olduğunu sübut etdi. İstənilən geosiyasi oyunçu onunla hesablaşmağa məcburdur. Bundan başqa, atəşkəsin əldə olunması çox ciddi bir uğurdur. Bu, həm insan itkisini minimuma endirir, həm də Türkiyənin müharibə arzusunda olmadığını göstərir. Ankara Suriya da daxil olmaqla bütün regionda sabitlik və sülhün tərəfdarıdır.
Nəhayət, bu səfər göstərdi ki, Türkiyə geosiyasi aspektdə daha güclü mövqeyə yüksələ bilib. O, həm hərbi güc ortaya qoya bilir, həm də siyasi-diplomatik fəaliyyətlə barışa nail olur. Suriya məsələsi bu baxımdan bir təcrübədir. Ondan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində rus-türk danışıqları gələ bilər. İki böyük dövlət Yaxın Şərqdə anlaşa bildiyi kimi, Qafqazda da ortaq mövqeyə gələ bilərlər. Niyə də olmasın?
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM