Tarix elmləri doktoru, professor
Dəyərli səhifə izləyiciləri, əziz həmvətənlər! Dünən gecə Moskvada yaşayan çoxdan tanıdığım bir jurnalist dostumun zəngi məni yuxudan oyatdı. Onun birinci sualı belə oldu: “Əli sizdə Bakıda yenə nə baş verir, deyəsən ermənilər Tovuza top atıb, paytaxt camaatını oyadıb, küçələrə töküb”. Mənim dostuma cavabım lakanik və ironik oldu: “Serqey, sizdə yaxşı bir məsəl var- Zürafə böyükdür, hər şeyi yuxarıdan o daha yaxşı görür!”. Yəni onu demək istədim ki, ermənilərin nə etdiyini bir müttəfiq olaraq Moskva daha yaxşı bilər... Əslində dostum Bakıdakı hadisələri öyrənmək istəyirdi, əhalinin qəzəb və qisasçılıq istəyindən doğan, bəzi “reportyorların” həvəslə sosial şəbəkələrdə yaydığı nizamsız yürüşləri, koronavirusun tüğyan etdiyi bir dövrdə təhlükəli toplantıları nəzərdə tuturdu.
Səhər tezdən, dünən gecə Bakıda yaşananlarla bağlı öz düşüncələrimi qələmə alıb, dəyərli həmvətənlərimlə paylaşmaq istəyirdim ki, keçmişdə bərabər işlədiyim Bəhruz Həsənovun FB statusu qarşıma çıxdı. Eynən mən düşündüklərimi qələmə almışdı, dünənki o gecə zəngindən sonra, səhərə qədər məni narahat edən və yatmağa qoymayan məqamları dilə gətirmişdi.
Doğrudan da, xalqımız iki gündür cəbhə bölgəsində yaşanan hadisələrdən haqlı olaraq qəzəblidir və hər bir Azərbaycan vətəndaşı, hər bir həmvətənlimiz mənfur düşmən gülləsindən şəhid olmuş generalımızın, igid əsgər və zabitlərimizin qisasını almaq eşqi ilə alışıb yanır. Amma, unutmaq olmaz ki, soyuqqanlı və təmkinli olmaq, baş verən hadisələri lazımi səviyyədə araşdırıb, ən effektli tədbirləri görmək imkanını da biz xalq olaraq ilk növbədə, dövlətimizə və Prezidentimizə etibar etməliyik. Dünən axşam və gecə eynən 1988-1991-ci illərin ab-havasını respublikada təkrarlamaq istəyirdik sanki. O zaman da ermənilər aram-aram, təmkinlə, davamlı formada torpaqlarımızı bir-birinin ardınca, kənd-kənd, rayon-rayon ələ keçirəndə, biz azərbaycanlılar Bakı küçələrində mitinq və yürüşlər keçirərək, özümüz də bilmədən işğallara əlverişli şərait yaradırdıq.
Bakı küçələrindən dünən səhərə qədər həvəslə canlı yayım edən bəzi sosial şəbəkə resurslarının və transmilli media aktivistlərinin canfəşanlığından narahat olmamaq mümkün deyildi. Yayımları izlədikcə hiss edirsən ki, onlar öz hərəkətlərində səmimi və vətənpərvər deyillər, qərəzli və məkirlidirlər.
Küçə və meydanlarda Qarabağ deyə hayqıran gənclərimizin vətənpərvərliyi insanı qürurlandırır. Bəli, biz son 30-35 ildə həqiqətən vacib tarixi anlara şahidlik edirik, amma vətənpərvərlik həm də nizam-intizamdır, bü gün üçün vacib olan pandemiya normalarına, qanunlara və asayiş keşikçilərinin tələblərinə riayət etməkdir. Əgər dövlətimiz buna ehtiyac duysa, bir millət olaraq biz hamımız cəbhə xəttinə axışarıq, mövzu Vətən taleyi və Vətən torpağıdırsa, o zaman ellikcə ortaya durulmağı bacarmalıyıq, əlbəttə! Amma bu gün buna ehtiyac varmı?!
Biz kortəbii küçə və meydan hərəkatlarının nəticəsini öz üzərimizdə görmüşük axı!
Bu gün iqtidarlı-müxalifətli hamı bilir ki, Milli Ordumuz güclü, dövlətimiz möhkəmdir! Gün gələcək, əlverişli bir məqam yaranacaq, müzəffər ordumuz öz şanlı vəzifəsini yerinə yetirəcək, işğal altındakı torpaqlarımızı azad edəcək və qələbə paradında hamılıqca iştirak edəcəyik! Sadəcə bizə bir qədər də səbr və təmkin lazımdır. Bəhruz müəllim tam haqlıdır ki, hazırkı situasiyada sosial mediada daha çox faydalı məsləhətlər, tövsiyyələlər vermək mümkündür, nəinki küçələrdə əhalini qızışdırmaq. Hər kəs bilməlidir ki, bu gün kütlənin qapıldığı emosiyaları qızışdıranlar polis maşınını aşırdanlarla eyni dərəcədə məsuliyyət daşıyırlar. Təxribatları xalqın üsyanı kimi qələmə verənlər də elə dünənki yürüşdən canlı yayım edənlər idi. Meydan.tv, Azadlıq radiosu, Azad söz və başda bu kimi şəbəkə resursları başda olmaqla "sapı özümüzdən olan baltalar"ın canfəşanlıqla tirajladıqları hər bir belə səhnə bütövlükdə dövlətimizin əleyhinədir. Bəs, təxribatçılarla polis arasında qarşıdurma dərinləşsəydi, nə olacaqdı? Günahkar kim olacaqdı? İsteriya içində olan bu qədər insanı, şəhərin mərkəzinə, parlamentə kim yönəltdi? Nizamsız və xaotik hərəkətlər nə zamandan bəri ölkə ictimaiyyəti, aydın şüur daşıyıcıları tərəfindən dəstəklənməyə başlanıb? Maraqlı suallardır, elə deyilmi? Ehtiyac yaranacağı təqdirdə biz bütöv millət olaraq döyüş xəttinə axın da edərik, ellikcə erməninin qarşısına da çıxarıq, amma döyüşün Bakı küçələrinə transfer olunmasına göz yuma bilmərik! Belə cəhd ən böyük xəyanət və belə demək mümkünsə ermənilikdir!
Təəssüflə qeyd etməyi özümə mən də borc bilirəm ki, dünənki kortəbii yürüşlərin hansısa formada nizama salınması istiqamətində hər hansı bir içtimai təşəbbüsə rast gəlmədik, hörmətli ziyalılarımızı, millət vəkillərini, tanınmış ictimai xadimləri də narahat şəkildə ortada görən olmadı. Harda idilər, efirdə gecə-gündüz belə situasiyaları təhlil edənlər, "kontent"çilər harda idilər? Bəhruz müəllim doğru olaraq qeyd edir ki, “Contentə commentlə yön verməyi bacarmaq üçün onu duymalısan, ictimai həyatın və içtimai davranış psixologiuasının hər hüceyrəsinə bələd olmalısan. Alt qatlarda gedən, gedə biləcək prosesləri hiss etməlisən”.
Hörmətli soydaşlar, mübariz və əzmkar xalq olaraq indi biz daha səbrli və daha təmkinli olmalıyıq. Dövlətimiz və Prezidentimiz indiyə qədər hər bir çətin vəzifənin öhdəsindən gəldiyi kimi, bu nəsnənin də öhdəsindən gələcək İnşAllah! Allah xalqımızı və Prezidentimizi qorusun!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM