MİLLİ MƏTBUAT GÜNÜNÜN JURNALİSTLƏRİN BAYRAMI KİMİ QEYD OLUNMASI ƏNƏNƏSİNİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV YARATMIŞDIR

10:48 / 21.07.2020

Əli Həsənov

Tarix elmləri doktoru, professor

 

Bu il Azərbaycanda millli mətbuatımızın 145 illik yubileyi qeyd olunur. Bununla bağlı Prezident İlham Əliyevin 30.06.2020 ci il tarixdə xüsusi sərəncamı imzalanmış və yubiley tədbirlərinin respublika miqyasında keçirilməsi Prezident Administrasiyasına həvalə olunmuşdur. Builki yubiley tədbirləri müstəqillik dövründə mənim xatirimdə qalan və iştirakımla keçirilən 1995, 2000, 2005, 2010 və 2015-ci illərdəki analoji yubiley tədbirlərinin davamı hesab oluna bilər.
Bir faktı qeyd etmək istəyirəm ki, “Əkinçi” qəzetinin yarandığı 22 iyul 1875-ci il tarixi ilə əlaqələndirilən “Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması və s. kimi xoş ənənəni 1995-ci ildən Prezident Heydər Əliyev yaratmışdır. Heydər Əliyevə qədər Azərbaycanda “22 iyul Milli Mətbuat Günü” ölkə səviyyəsində jurnalistlərin və dövlət rəsmilərinin birgə təşkilatçılığı ilə, rəsmi bayran kimi heç zaman qeyd olunmamış və 1995-ci ilə qədər bu istiqamətdə hər hansı yaddaqalan tədbir keçirilməmişdir. Belə bayram tədbirləri yalnız Heydər Əliyevin və onun davamçısı olan İlham Əliyevin prezidentliyi dövründə- bir qayda olaraq özlərinin birbaşa iştirakı ilə və rəsmi qaydada hər yubiiley ilində keçirilmişdir. Mövcud reallıq hər iki LİDERİN ölkəmizdə yaradıcı ziyalılara, qələm əhlinə, milli jurnalistikamıza, siyasi plüralizmə və azad sözə olan xoş münasibətinin və verdiyi yüksək dəyərin nümunəsidir.
Yaxşı yadımdadır, 1995-ci ildə Milli Mətbuatın 120 illik yubiley tədbirləri ümumölkə səviyyəsində bir qədər sönük keçirildi. Çünki, həmin il Azərbaycan ilk dəfə idi ki, çoxpartiyalı sistem əsasında parlametnt seçkiləri keçirməyə hazırlaşırdı. Respublikanın bütün elmi-siyasi, hüquqi və yaradıcı potensialı, o cümlədən də jurnalistlər yeni Konstitusiyasının işlənib hazırlanması, geniş ümumxalq müzakirəsi və referendum yolu ilə qəbuluna yönəldilmişdi. Rəsmi dövlət mətbuatı və informasiya resursları istisna olmaqla, ölkənin əksər müstəqil kütləvi informasiya vasitələrinin ( o zaman ölkə KİV-i əsasən qəzetlərdən və informasiya agentliklərindən ibarət idi) vahid koordinasiyası yaradılmamışdı, mövcud KİV-lərin hərəsi fərqli-fərqli düşərgələr çərçivəsində, siyasi partiya, içtimai təşkilat və yaxud ayrı-ayrı ambisiyalı siyası xadimlərin ətrafında birləşərək, daha çox hakimiyyət uğrunda mübarizə aparırdılar.
1995-ci ildə mən Administrasiyanın içtimai-siyasi şöbəsinə rəhbər təyin olundum. Prezident Heydər Əliyev ilk görüşdə rəhbərlik edəcəyim şöbənin qarşısında daxili siyasət məsələləri üzrə çox ciddi və təxirəsalınmaz vəzifələr müəyyənləşdirdi. Xüsusi olaraq qeyd etdi ki, “bir neçə aydan sonra müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul edəcəyik, parlament seçkilərini keçirəcəyik və ölkədə ilk dəfə çoxpartiyalı sistem əsasında Milli Məclis formalaşdıracağıq. Sonrakı mərhələdə, əlbəttə ki, ölkədə demokratik normalara uyğun yeni siyasi sistem, vətəndaş cəmiyyəti institutları formalaşdırılmalıdır, vətəndaşların təşəbbüslərini və yeni-yeni institutların yaradılması və fəaliyyətini stimullaşdırmalıyıq. Hazırda kifayət qədər gərgin olan dövlət-vətəndaş münasibətlərini səhmana salmalıyıq, əhali ilə əsas ünsiyyət vasitələrinin, KİV-lərin və digər kommunikasiya sistemlərinin yaradılması, fəaliyyətinin tənzimlənməsi ilə məşgul olmalıyıq, jurnalistlərin, QHT nümayəndələrinin və sağlam düşüncəli opponentlərin dövlətçilik ətrafında səfərbər edilməsinə, demokratik cəmiyyətin, azad sözün və siyasi plüralizmin bərqərar olmasına nail olmalıyıq.” Beləliklə, gördündüyü kimi, görüləsi işlər həddən artıq çox idi.
Mən o vaxta qədər YAP-ın ideologiya şöbəsinin müdiri işləyirdim və bütün bu işlərin mahiyyətinə prinsipcə bələd idim. Lakin Prezident Administrasiyasındakı işlər partiyanın icra aparatındakı işlərdən çox fərqlənirdi, bu işin məsuliyyət yükü də, əhatə dairəsi də, fəaliyyətin obyekt və subyektləri də tamam fərqli idi...
Beləliklə, ümummilli liderin rəhbərliyi altında 1995-ci ildən sonra Prezident Administrasiyada başladığımız əsas işlərdən biri Azərbaycan Respublikasının yeni milli təbliğat sisteminin və mətbuat-informasiya vasitələrinin formalaşdırılması, ölkənin jurnalist içtimaiyyəti ilə dövlət qurumları arasında sağlam tərəfdaşlıq mühitinin yaradılması və sonrakı müddətdə bu sahəyə mümkün qədər effektli rəhbərliyin həyata keçirilməsindən ibarət olmuşdur. Azərbaycanın ilk Konstitusiyanın qəbulundan sonra ölkədə başladılan müstəqil dövlət quruculuğu prosesinə uyğun olaraq KİV sahəsində də ciddi islahatlara rəvac verildi. Beş il müddətində ölkə jurnalistləri və xarici mütəxəssislərin iştirakı ilə bu sahədəki bütün qanunvericilik bazası tamamilə yeniləndi və Qərb standartlarına uyğunlaşdırıldı. Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il fərmanı ilə Azərbaycanda senzura ləğv edildi. Sonrakı illərdə bütün ölkə miqyasında siyasi plüralizm, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, azad söz üzərindəki bütün dövlət tənzimləmə mexanizmləri ləğv edildi. Bunun ardınca KİV-lərin dövlət qeydiyyatı liberallaşdırıldı, ölkə jurnalistlərinin tənqidi yazı və çıxışlara görə təqib olunması praktikasına son qoyuldu.
Ümummilli liderin razılığı və nəzarəti altında dövlətin və cəmiyyətin informasiya ehtiyaclarını dolğun təmin edə biləcək, rəsmi təbliğat sisteminin və bütövlükdə ideoloji sahənin əsasını təşkil edən yeni peşəkar milli KİV-lər- müasir dünya standartlarına uyğun qəzet və iformasiya agentlikləri, tele-radio kanalları, elektron informasiya vasitələri və s. yaradıldı.
Media sahəsində aparılan islahatlar və ona paralel olaraq milli təbliğat sisteminin formalaşdırılması prosesi sonrakı müddətdə Prezident Heydər Əliyevin 2000-ci il iyulun 27-də və 2001-ci il dekabrın 27-də imzaladığı “Azərbaycanda KİV-ə dövlət qayğısının artırılması və iqtisadi müstəqilliyinin təmin edilməsi” ilə bağlı daha iki mühüm sərəncam ilə daha da dərinləşdirildi.
1995- 2003-çü illər arasında ümummmilli liderin tapşırığı əsasında, əsas fəaliyyətimizi müvafiq sahə üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini koordinasiya etməklə, həm də paralel olaraq ölkə rəsmiləri ilə jurnalistlər arasında sağlam tərəfdaşlıq mühitinin yaradılması istiqamətinə yönəltməyə başladıq. Administrasiyanın və Hökumətin müvafiq qurumlarının imkanlarını (ilk növbədə mərkəzi və yerli icra hakimiyyətlərinin mətbuat xidmətləri və içtimaiyyətlə əlaqələr strukturlarının işiini yenidən təşkil etmək və bir çox tanınmış jurnalistləri bu sahənin idarə olunmasına cəlb etməklə) səfərbər etdik və 1991-1993-cü illəərdə KİV nümayəndələri ilə hakimiyyət orqanları arasında yaranmış kəskin qarşıdurmanı aradan qaldırmaq, jurnalistlərlə məmurlar arasındakı qarşılıqlı tərəfdaşlıq münasibətlərini səhmana salmaq istiqamətində sistemli bir fəaliyyət başlatdıq. Və cəmi bir neçə il müddətində bu sahədə ciddi pozitiv nəticələr əldə etdik. Qısa müddətdə bütün dövlət tədbirlərində jurnalistlərin, jurnalistlərin tədbirlərində isə hakimiyyət təmsilçilərinin iştirakını təmin etdik, onlar arasında mövcud olan etimadsızlıq mühitini xeyli yumşalda bildik.

1995-ci ildən başlayaraq hər il 22 iyul Milli Mətbuat Günü kimi ölkə səviyyəsində, ali siyasi rəhbərliyin iştirakı ilə, xüsusi bayram tədbiri kimi qeyd olunmağa başlandı. Mövcud bayram tədbirləri çərçivəsində media təmsilçiləri ilə ölkə başçısının və digər yüksək ranqlı məmurların təmasını yaratdıq, onlar arasında birbaşa ünsiyyətin qurulmasını təmin etdik. Bu tədbirlər çərçivəsində çoxsaylı istedadlı jurnalistlər Prezidentin sərəncamları ilə müxrtəlif dövlət orden və medalları ilə, fəxri adlarla və s. mükafatlarla təltif edildi ki, bu da müvafiq olaraq ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, vətəndaş həmrəyliyinin, o cümlədən jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında konstruktiv əməkdaşlıq mühitinin bərqərar olmasına öz müsbət təsirini göstərdi.
2003-cü ildə Azərbaycan Jurnalistlərinin l Qurultayında hakimiyyətlə konstruktiv əməkdaşlıq şəraitində mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası təsis edildi. Görülmüş bütün bu pozitiv işlərin, həyata keçirilən ardıcıl islahatların və mətbuatın inkişafına, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş xüsusi dövlət qaygısının nəticəsi idi ki, jurnalistlər arasında Mətbuat Şurası və “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi növbəti sorğuda, Azərbaycanda ilk dəfə olaraq dövlət rəhbəri- Prezident Heydər Əliyev “Jurnalistlərın dostu” mükafatına layiq görüldü.
Beləliklə, qısa zaman kəsiyində Azərbaycan hakimiyyəti ilə media təmsilçiləri arasında konstruktiv əməkdaşlıq münasibətləri yarandı ki, onun da kökündə təkcə 1995-ci ildən sonrakı dövrdə hakimiyyətin bu istiqamətdə qəbul etdiyi pozitiv qərarlar deyil, həm də Prezident Heydər Əliyevin jurnalistlərə, jurnalist peşəsinə bəslədiyi xüsusi hörmət və rəğbət dayanırdı.
Heydər Əliyev o dövrdə həm ölkə daxili tədbirlərdə, həm də xarici səfərləri zamanı onu müşayiət edən mətbuat nümayəndələrinə həmişə xüsusi diqqət ayırırdı, onların çoxsaylı suallarını təmkinlə və səmimi şəkildə cavablandırırdı, həyat və fəaliyyətləri ilə yaxından maraqlanırdı. Elə bu xüsusiyyətlər də onu sözün həqiqi mənasında ölkə jurnalistlərinin sevimlisinə və dostuna çevirmişdi.
Ümummilli liderin iradəsi ilə həyata keçirilən davamlı siyasətin, siyasi plüralizm üçün yaradılmış əlverişli vəziyyətin nəticəsi idi ki, 1995-2003-cü illərdə ölkə üzrə bütün senzura və kənar müdaxilələrdən azad 370 qəzet, 113 jurnal, 15 teleradio şirkəti, o cümlədən 30 rusdilli qəzet, 60 əyalət qəzeti fəaliyyət göstərməyə başlamış, qlobal təfəkkürlü, yüksək qabiliyyətli və peşəkar , yeni nəsil jurnalistlər ordusu yetişmişdir.

Heydər Əliyevin təməlini qoyduğu siyasi plüralizm və azad media siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev uğurla davam etdirmiş və bu sahədə zamanın tələblərinə uyğun yeni-yeni pozitiv addımlar atmışdır. Xüsusən, ölkə daxilində və dünyada Azərbaycanı layiqincə təmsil edə biləcək, xalqa və dövlətçiliyə xidmət göstərmək gücündə olan, vətənpərvər, peşəkar jurnalistlər nəslinin yetişdirilməsi, rəqabət qabiliyyətli yeni-yeni tele-radio kanallarının və informasiya vasitələrinin yaradılması istiqamətində bu dövrdə çoxsaylı mühüm işlər görülmüşdür ki, bu da dövlət siyasətinin təbliği və Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına öz layiqli töhfələrini vermişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə KİV sahəsində yeni bir pozitiv addım atıldı - “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu. 2009-cu ildə isə Konsepsiyanın tələblərinə uyğun olaraq Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən jurnalistlər üçün 410 mənzildən ibarət iki yaşayış binası tikildi və KİV nümayəndələrinin istifadəsinə verildi. Hazırda 255 mənzildən ibarət 3-cü binanın tikintisi də başa çatıb və yəqin ki, bu bayram günlərində jurnalistlərin ixtiyarına verliləcəkdir.
Bu gün ölkə daxilində və xaricdə kimin nə söyləməsindən və necə yanaşmasından asılı olmayaraq, Azərbaycanda KİV sahəsində kifayyət qədər liberal mühit yaradılmışdır. Ölkədə istənilən vətəndaş bu sahədə sərbəst fəaliyyət göstərə bilər. Azərbaycanda azad internet fəaliyyəti mövcutdur və bu seqment üzrə yerli istifadəçilərinin sayı hazırda əhalinin 80%-ini ötüb. Ölkə əhalisinin 3 milyona qədəri hazırda sosial şəbəkə seqmentlərində təmsil olunur, yaxud şəbəkə istifadəçisidirlər. “Az.” domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 30 minə yaxınlaşır.
Azərbaycanda son 17 ildə bu sahədə həyata keçirilən islahatların və görülən pozitiv işlərin nəticəsidir ki, 2010-cu ildən sonra Prezident İlham Əliyev hər dəfə jurnalistlər arasında keçirilmiş sorğularda “Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə” “Jurnalistlərin dostu” mükafatına layiq görülür.

Əziz jurnalistlər, dəyərli qələm əhli! Sizi Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə həyatda möhkkəm can sağlığı və səadət, fəaliyyətinizdə yaradıcılıq uğurları və müvəffəqiyyət arzu edirəm. Bayramınız mübarək olsun!

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM