“ЛІГАБізнесІнформ” informasiya agentliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu” sərlövhəli məqaləsini dərc edib.
Strategiya.az həmin məqaləni təqdim edir.
“Danışıqlar prosesi düyünə düşüb, mövcud status-kvo isə amanabənddir və istənilən anda tərəflər arasında genişmiqyaslı toqquşmaya çevrilə bilər.
“LIGA.net” saytı Ermənistan ilə Azərbaycan arasında münaqişənin eskalasiyasının səbəbləri barədə Yerevandan olan siyasi ekspert Ruben Meqrabyanın yazısına cavab dərc edir. Xatırladaq ki, iyulun 12-də Ermənistan ilə Azərbaycan sərhədində döyüşlər başlanıb: Bakı erməni tərəfini atəşkəs rejimini pozmaqda, Yerevan isə Azərbaycan tərəfini “aşkar səbəb olmadığı halda” sərhədi keçməkdə təqsirləndirir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin budəfəki eskalasiyası 2016-cı ildən sonra ən ciddi hadisədir. Bir sıra əvvəlki eskalasiyalardan fərqli olaraq bu dəfə o, Ermənistan-Azərbaycan sərhədində Dağlıq Qarabağdan xeyli böyük məsafədə baş verib. Aşkardır ki, Ermənistana ərazi iddiaları olmayan Azərbaycan həmin rayonda, üstəlik, özünün əsas beynəlxalq nəqliyyat kommunikasiyalarının və ixrac neft-qaz boru kəmərlərinin bilavasitə yaxınlığında hərbi əməliyyatlar keçirilməsində maraqlı olmayıb.
Digər tərəfdən, Ermənistan KTMT-nin üzvü olmasından və öz ərazisində Rusiyanın hərbi bazasının yerləşməsindən istifadə edərək vaxtaşırı olaraq bu blokun Azərbaycan ilə qarşıdurmada iştirak etməsinin mümkünlüyü məsələsini qaldırır. Sərhəddə vəziyyətin gözlənilmədən kəskinləşməsi nəticəsində Ermənistanın bu hadisəni təcavüz aktı kimi qələmə verməsinə və Azərbaycan ilə ikitərəfli münasibətləri çox gözəl olan Rusiyanın və KTMT-nin digər üzvlərinin ünvanına növbəti dəfə iradlarını bildirməsinə şans yaranması bununla izah olunur.
Son hadisələr bir daha göstərdi ki, danışıqlar prosesi düyünə düşüb, mövcud status-kvo isə amanabənddir və istənilən anda tərəflər arasında genişmiqyaslı toqquşmaya çevrilə bilər.
Məlum olduğu kimi, status-kvo 1992-1994-cü illərdə aparılmış hərbi əməliyyatlar nəticəsində yaranıb. O vaxt Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisi üzərində nəzarət etməyə, habelə muxtar vilayətin ətrafında erməni əhalinin heç vaxt yaşamadığı yeddi inzibati rayonu işğal etməyə nail oldu. Bu rayonların infrastrukturu tamamilə dağıdıldı, münaqişə üzündən bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Azərbaycan 1994-cü ildə atəşkəs haqqında saziş imzalamaqla, ilk növbədə, qanunsuz işğal olunmuş ərazilərin danışıqlar yolu ilə azad edilməsinə, sonra isə Avropada Finlandiyanın Aland adaları və ya İtaliyanın Cənubi Tirol kimi muxtariyyətlərinin təcrübəsi əsasında Dağlıq Qarabağ regionuna ən yüksək özünüidarə dərəcəsi verilməklə bu regionun qarşılıqlı məqbul statusunu müəyyən etməyə nail olmaq istəyirdi.
Lakin ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların gedişi göstərdi ki, Ermənistanda hərbi əməliyyatların nəticələrini şəksiz “qələbə” kimi qiymətləndirir, Dağlıq Qarabağın qondarma “müstəqilliyini” isə baş vermiş fakt hesab edirlər. Məlum olduğu kimi, Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Azərbaycanın sovet dövründə mövcud olan inzibati sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır, lakin, eyni zamanda, Ermənistana təzyiq göstərilməsi cəhdlərinə qarşı çıxır, münaqişə tərəfləri qarşılıqlı məqbul kompromisləri müstəqil şəkildə tapacağı təqdirdə nizamlamanın qarantlarına çevrilməyə hazır olduqlarını bəyan edirlər.
Ermənistan Azərbaycanın öz ərazilərinin bir hissəsinin özgələşdirilməsi ilə heç vaxt razılaşmayacağını və Dağlıq Qarabağdakı qurumun legitimliyini tanımayacağını anladığı üçün danışıqlar çərçivəsində bütün səylərini mövcud status-kvonun möhkəmlənməsinə yönəldir.
Əvvələn, Ermənistan bu münaqişəni erməni azlığı ilə Azərbaycan dövləti arasında etnik qarşıdurma kimi təqdim edir. Lakin DQMV-nin Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi üçün 1988-ci ilin fevralında başlamış münaqişənin əsasını miatsum (erməni dilində - yenidən birləşmə) ideyası təşkil edir. 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin SSRİ Konstitusiyasına zidd olaraq “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” qərarı qəbul ediləndən sonra bu proses dönməz xarakter alıb.
Yalnız SSRİ dağılandan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmaqda ittiham olunmaqdan yaxa qurtarmağa çalışaraq Dağlıq Qarabağın təyini-müqəddərat hüququ barədə danışmağa başladı. Bu gün Ermənistan həmin regionun müstəqilliyini rəsmən tanımasa da, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış rejimi beynəlxalq arenada müstəqil qurum kimi təqdim etməyə çalışır.
İkincisi, Ermənistan Dağlıq Qarabağ hüdudlarından kənarda yerləşən Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsinə çağıran BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin müddəalarına məhəl qoymadan Azərbaycana bu ərazilərin bir hissəsini həmin regionun müstəqil statusu ilə “mübadilə etmək” ideyasını qəbul etdirməyə çalışır.
Üçüncüsü, Ermənistan status-kvonu “əbədiləşdirməyə” çalışaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə dair danışıqlar aparmaqdan boyun qaçırır, ATƏT-in monitorinq imkanlarının genişləndirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı texniki məsələləri ön plana çəkir.
Dördüncüsü, Ermənistan Qərbdəki çoxsaylı diasporunun dəstəyi ilə “qurban” obrazından sui-istifadə etməklə Dağlıq Qarabağ münaqişəsi ilə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələr arasında əsassız paralellər aparır və hətta özünün bugünkü hərəkətlərinə erməni xalqının əvvəlki məğlubiyyətlərinin əvəzinə özünəməxsus qisas kimi haqq qazandırmağa çalışır.
Bir sıra Qərb ölkələrində dinc azərbaycanlı nümayişçilərə və Azərbaycanın diplomatik nümayəndəliklərinə münasibətdə erməni diasporundan olan radikalların son provokasiyaları bu yanaşmanın nəticəsidir.
Ermənistandan fərqli olaraq Azərbaycan düyündən çıxış yolunu status-kvonun “dondurulmasında” deyil, belə adlandırılan “mərhələli” nizamlama variantında görür. Bu variantda Dağlıq Qarabağın statusu məsələsinə son mərhələdə baxılır. Bu halda danışıqlar prosesi beynəlxalq zəmanətlər verilməklə, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin şəksiz təmin edilməklə bir sıra rayonların tədricən Azərbaycanın nəzarətinə verilməsi, nəqliyyat kommunikasiyalarının bərpası, azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması kimi məsələlərin addım-addım həlli üzərində fokuslanır”.//AZƏRTAC
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM